Fərqi fərq etməlidir insan..
Fərqində olmalıdır insan,
Özünün, həyatının, gedişatın fərqində olmalıdır insan...
Fərqi fərq etməli, fərq etdiyini də fərq etdirməlidir bəzən,
Bir damla sudan necə yaradıldığını...
Fərq etməli,
Ana qarnına sığarkən, Dünyaya necə sığmadını
Və ən sonunda bir metrəlik yerə necə sığmaq məcburiyyətində qalacağını...
Fərq etməli,
Bu çox geniş görünən dünyanın, əslində Axirətə nisbətdə ana qarnı kimi olduğunu...
Fərq etməli,
Hələ uşaq ikən "Dünya mənimdir!" deyircəsinə ovuclarının bərk-bərk qapalı olduğunu, ölərkən də eyni ovucların "Hər şeyi buraxıb gedirəm!" deyərcəsinə açıq qaldığını...
Fərq etməli,
Və kəfənin cibinin olmadığını fərq etməli insan...
Fərq etməli sonra...
Əzrailin hər an sürpriz edə biləcəyini,
Necə yaşayıbsa, elə öləcəyini...
Fərq etməli,
Və ölmədən əvvəl, ölə bilməli.
Heyvanların yolda,küçədə, zibillikdə,
Özünün isə gözəl hazırlanmış bir süfrədə yemək yediyini...
Fərq etməli,
Və ona görə yaşamalı
Gülün dibindəki tikanı gördüyü kimi, tikanın yanındakı gülü fərq etməli...
Fərq etməli,
Evində 4 pişik, 2 it saxladığı halda,
Uşaq sahibi olmaqdan qorxmağın məntiqsizliyini...
Fərq etməli,
Həyat yoldaşına "Səni çox sevirəm" deməyin xoşbəxtlik yolundakı möhtəşəm gücünü...
Fərq etməli,
Şkafında asılı olan 25 köynəyinin sadəcə üçünü geyindiyini, ancaq arxa küçədəki qonşusunun o bəyənilməyən köynəklərə möhtac olduğunu...
FƏRQ ETMƏLİ,
Ömür dediyin üç gündür...
Dünən gəldi keçdi, sabah məçhuldur...
O halda ömür dediyin bir gündür, O, DA BU GÜNDÜR..
Re: Fərqi fərq etməlidir insan..
Allah razi olsun. Indiye qeder oxuduqum en gozel, tesirlendirici ve xoshuma gelen yazi idi! Cox saqolun!
Re: Fərqi fərq etməlidir insan..
Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
Allah razi olsun. Indiye qeder oxuduqum en gozel, tesirlendirici ve xoshuma gelen yazi idi! Cox saqolun!
beyendiyinize cox sevindim.
Re: Fərqi fərq etməlidir insan..
Umumiyyetle cox beyendim cox sag ol cox deyerli fikirler idi
Re: Fərqi fərq etməlidir insan..
Fərq etməli,
Hələ uşaq ikən "Dünya mənimdir!" deyircəsinə ovuclarının bərk-bərk qapalı olduğunu, ölərkən də eyni ovucların "Hər şeyi buraxıb gedirəm!" deyərcəsinə açıq qaldığını...
Fərq etməli,
Və kəfənin cibinin olmadığını fərq etməli insan...
Fərq etməli sonra...
Əzrailin hər an sürpriz edə biləcəyini,
Necə yaşayıbsa, elə öləcəyini...
Re: Fərqi fərq etməlidir insan..
Bu movzunun yeri var ::yerivar::
Re: Fərqi fərq etməlidir insan..
Gercekten cox guzelmiş ellerine saglık :alqis: ::yerivar::