Sari gəlin(oxumaga deyer)
Sarı gəlinin fəryadı
Salam, Vətən övladı..Mən Sarı Gəlin... Bəxtsiz, kimsəsiz...Hardasınız? Duvağım çalınarkən də yox idiniz...Saçlarım yolunarkən də...Torpağımız bölünərkən də...Hardasınız?
Mən Sarı Gəlin... Torpaq qədər yaşlıyam..Dünya qədər..Tarix qədər...Sizin gəlininizəm..Sizin övladınız..İndi yad ağızlarda anlamsız bir mahnı olmuşam birdən-birə..Hardasınız?
Mən Sarı Gəlin... Xoşbəxtliyə həsrət...Kimsəsiz..yetim..Nə qədər uzaqdasınız..
İndi 'Arsax' dedikləri(((( bu torpaq-mənim Qarabağımdır.. İndi bu torpaqda gəzənlər yadlardır..Bu nəğmə mənimdir.. çalanlar yadlardır..Hansı tərəfə baxıramsa insanlar mənə yaddır burda..Hansı dodaqlarda oxunsam o dodaqların soyuqluğundan üşüyürəm..Saxta bir təbəssümlərdən bezmişəm..Hardasınız?
Artıq saçlarım da uzun deyil..Bakıda kəsdilər onları..20 yanvar 1990-cı ildə..Xocalıda qopardılar kökündən 26 fevral 1992-ci ildə..Harada sahibsiz cəsəd tapsanız mənim saçımdan bir tel dağılıb o cəsədin tapıldığı yerə..Xəzərə atıldı başsız bədənlərim..Hardasınız?
Mən Sarı gəlin.. Mənə sahib çıxmaq istəyənlərin, özünküləşdirmək istəyənlərin sayı hər gün artır...Bəs siz hardasınız? Niyə sahib olduğunuz haqqımı nahaqların ayağına atırsınız?
Mən Sarı Gəlin... Quzularım dağılmış..çoban yoxdur artıq..Duman çıxmır bacalardan daha..
İçimdən nələr keçir? ürəyimdə nələr var bilirsinizmi? Bilməzsiniz...Bilməzsiniz.. Artıq nəğmələrimiz də eyni akordda deyil..Sizin idealarınız çata bilmir mənim məskən saldığım dağlara..Bəhanələr uydurmaqla məşğulsunuz vicdanınıza...Qorxularınıza uyğun yalanlar uydurmaqla məşğulsunuz..
Mən bir ölüyəm artıq.. Sizləri görürəm bəzən..Oxşamaq istəyirəm.. Əllərim zəncirlidir...Haraylamaq istəyirəm sizləri..Ağzım bağlıdır..Ağlayıram..Nəfəsim məzaplıqdakı otları tərpədir bəzən..
Məni kimlərə buraxdınız belə? Bir nəğmə səslənir uzaqlarda..həzin bir səslə..İnsanları igid, atların kəhər olduğu zamanlardan..
Nəbinin bığları eşmə-eşmədi
Papağı güllədən deşmə-deşmədi
Nəbinin atını bir at keçmədi
Qoy sənə desinlər ay qoçaq Nəbi.
Doğurdanmı Nəbini öldürdülər? O kəhər atlar yoxdu daha eləmi? 'Torpaqdan pay olmaz'dedilər...Pay oldu eləmi? Nəbi öldü...Əyər Nəbilər öldüsə...Mən burda əbədi dustaqmı qalacağam? Əsir torpaqlarda, yad ağızlarda..
Hər sabah dolaşıram o dağları, içimdə yüzillik həsrət..Saçlarını oxşayıram yetim uşaqların..Mənə baxıb ağlayırlar.. Onların məzarlarını kimə əmanət etdiniz? Fatihələri nə ilə göndərirsiniz? Hələ şən mahnılar çalırsınız? Hələ o mahnıları dinləyirsiniz? Yaxşı, hansı üzlə?...
Mən Sarı Gəlin..Mən bir sirr deyiləm..Bir sehir..bir həyəcan.. Mən ümidi əlindən alınmış bir Azəri-Türk gəliniyəm.. Hər gəlinin duvağında məndən nişanə var...
Qarabağda talan var
Gözü yolda qalan var...
Mən o talan olan yurdların gözü yolda qalanıyam..Saçlarını yolanıyam..
Bir kişinin yetim qalan balasıyam mən
Bu dünyadan qisasımı alasıyam mən..
Hansı igidin, hansı acının qisası alındı ki, ümidlə səslənirəm? Mənimlə bərabər ümidləriniz də qaldı vəhşi erməni alçaqlarının əlində deyəsən..Bütün məsəllərimiz torpağa basdırıldı, bütün dastanlarımız yarımçıq qaldı...Kimliyimiz bu daş abidələrin altında..Ağbirçəklərin dodaqlarında əbədi bir ağı, ağsaqqalların dodaqları möhütlü..üzləri daşlaşmış..
Mən Sarı Gəlin.. İşğal altındakı torpaqlardan səslənirəm.. Duyursunuzmu?
Bu oyun nə oyundur?
Sizi mənə verməzlər...
Məni sizə verməzlər...
basqa saytda oxudum cox beyendim ve sizlerle paylasmaq istedim
Re: Sari gəlin(oxumaga deyer)
Sarı gelin türqü sözleri
Erzurum çarşı pazar
Leylim aman aman leylim aman aman
Leylim aman aman sarı gelin
İçinde bir kız gezer
Hop ninen ölsün sarı gelin aman
Sarı gelin aman sarı gelin aman suna yarim
Elinde divit kalem
Leylim aman aman leylim aman aman
Leylim aman aman sarı gelin
Katlime ferman yazar
Hop ninen ölsün sarı gelin aman
Sarı gelin aman sarı gelin aman suna yarim
Palandöken yüce dağ
Leylim aman aman leylim aman aman
Leylim aman aman sarı gelin
Altı mor sümbüllü bağ
Hop ninen ölsün sarı gelin aman
Sarı gelin aman sarı gelin aman suna yarim
Seni vermem yadlara
Leylim aman aman leylim aman aman
Leylim aman aman sarı gelin
Nice ki bu canım sağ
Hop ninen ölsün sarı gelin aman
Sarı gelin aman sarı gelin aman suna yarim