Ermənistan ordusu çoxsaylı itki verib - 12 ölü, 15 yaralı
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, martın 4-də səhər saatlarından başlayaraq atəşkəs rejiminin pozulması nəticəsində 4 hərbiçimiz həlak olub, 1 nəfər yaralanıb. Ermənistan ordusunun 12 əsgərinin öldürüldüyü, 15-nin isə ağır yaralandığı xəbər verilib. Çaşqınlıq içində qalan Ermənistanın hərbi rəhbərliyi Azərbaycanın Müdafiə Nazirliyindən və beynəlxalq təşkilatlardan atışmanın dərhal dayandırılmasını xahiş edib.
Ermənistan tərəfi isə atəşkəsin pozulması nəticəsində itkilərlə bağlı Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı rəqəmlərin reallığı əks etdirmədiyini bildirir, Azərbaycan ordusunun daha çox itki verdiyini deyir.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri üzrə komissiyasının sədri Ziyafət Əsgərov deyib ki, cəbhədə yaranan gərginlik prezident İlham Əliyevlə müzakirə olunacaq.
Xarici İşlər Naziri Elmar Məmmədyarov da deyib ki, Ermənistan hökumətinin məqsədi atəşkəsi pozmaqla daxili vəziyyətə yönələn diqqəti yayındırmaqdır. Nazir vəziyyətlə bağlı diplomatik korpuslara, beynəlxalq təşkilatlara məlumat verdiklərini deyib. Amma, beynəlxalq içtimaiyyət ermənilərin son hiyləsindən artıq xəbərdardır. Buna görə də özünə haqq qazandırmaq üçün Ermənistan tərəfi kütləvi informasiya vasitələrində yalan məlumatlar yayır, hərbi əməliyyatlarda verdiyi itkilərin sayını gizlədir.
[
[
savaş ve şehitlik hakkında
Kardaşlar zaman çok deyişti artık bu zamanda manen ve ruhen çok güçlü ve teknik donanımı iyi olan taraflar üstüngeler biz onları Allah öldürsün demekle ermeniler ölmezler ALLAHIN verdiği aklı ilmi olarak kullanırsak imanı konularda güçlü olup ve bilimsel gelişmelere sahip çıkarsak karsıdaki düşman bize karşı ölümü bir sever arzu ederse bizler müslüman olarak on sever ölümü arzu etmemiz lazım bakın işte bu zaman Türk dünyasının gabağında heç kimse duramaz yoksa ötekilerinden bizim bir farkımız kalmaz yani yatan öküzün başına kalkan öküz pisler hammınız salamat klalın
Düsman torpaklrimiz geri verinceye qeder SAVAS...
Allah sehitlerimize rehmet etsin.bizlerede sehitlik bahsetsin, ne gozel bir makam,ne ustun bir mevki...