Ikinci cins (qadinlar ucun)
Makiaj Maddeleri, Moda Ve Qadinlardan Behrelenme
Meqalenin yazicisi: Evlin Rid
Tercume: Lale Cavansir
“Qadinlar istemedikleri seyleri isteyirler.” Yox, amacimiz letife soylemek deyil. Bu cumlede iki tezadli mesele var. Bu meseleler, qadinlar oz ehtiyac ve isteklerini ancaq cinsiyyetleri cercivesinde gеrcekledirmelilir deyenlerin dunyagoruslerinden аlinib. Amma bu dusuncenin tezadli çağrışımları vardır.
Bu insanlardan biri “Xanım Cin Morgan”dır. O bu iki təzadlı məsələni səmimi bir şəkildə gündəmə gətirir. İlk məsələ belədir:
1- Cinsəl rəqabət bazarı, kapitalizmin yaratdığı özəlliklərdən biridir. Qadınlarsa ekonomik əmniyyətə çatmaq üçün başqa qadınlarla rəqabətə girmək zorundadırlar. Bu əmniyyət həm “iş” həm də “ər” (kişi) şəklində nəzərdə tutlabilər. Bu baxımdan qadınlar elə belə və könül istəyi ilə makyaj maddələrinə üz tutmurlar. Qadınlar sosyal sıxıntılar üzündən bər- bəzəkdən istifadə edirlər.
2- Makyaj və bər - bəzək gözəl və zəruridir. Çünkü qadınların gözəlliyinə və daha da gözəlləşmələrinə yardımçı olurlar. Bəzəkdən istifadə etmək bizim haqqımızdır.
Burda seçim və bəzəkdən istifadə etmək istəmə, sosyal fişarlarla yan – yana gətirilib. Ki, seçim məsələsi sosyal fişarlardan yaranır demək özü - özünə təzadlı olur.
İkinci məsələ isə belədir:
1- Cinsəl gözəlliyin müxalifi olan bütün insanlar, güclərini, maaşların çoxalmasına, daha yaxşı yaşam şərtlərinə, yaxşı qidalanmaya və bunun kimi şeylərə sərf etsəydilər, qadınların sağlamlıq durumu daha yaxşı olardı. Bu isə otomatikman olaraq qadınların təbii gözəlliklərini artıqraq önə çıxarmış olardı. Sonucda “makyaj maddələrinə daha az” ehtiyac duyulardı.
2- Təbii gözəllik ölçülərini bizim üzümüzə çəkməyin. Bu daha Köhnəlib getmiş “əxlaqi gözəllik”dir. O da artıq yeni zərurətlərə uymur. Yeni dünyanın ilişkilərinə əsaslansaq, gözəllik, bəzəklərə dayanaraq daha da cilvələnməlidir. Zərurət var ikən, biz də bu hakim zərurəti gərçəkləşdirməyə çalışmalıyıq.
Burda da gözəlliyi cilvələndirməklə normal gözəllik arasındaki seçim sosyal fişarlarla qarışdırılıb. Seçimin sosyal fişarlardan yaranmasını qəbul etmək təzadlı məsələdir.
Təbəqələr Mezvusu:
Bu mevzuda olan təzadlar, əslində, qadınların Seks, gözəllik və... problemlərini təbəqati problemlərdən ayırmaqdan yaranır. Beləliklə bütün mübahisələr sanki boş bir ortamda gərçəkləşir və fantaziya kimi düşünülür. Bu mevzuya gəlincə tarixə və təbəqati mübarizələrə baxılmır. Belə bir anlayış burujvazi əfsanəsindən irəli gəlir. Əfsanə isə budur: Cinsi gözəllik alanında, bütün qadınların ehtiyacları eynidir və təbəqati problemlər ilə heç bir əlaqəsi yoxdur. Bunun səbəbi də onların eyni kimliyə sahib olmalıdır: Onların hamısı qadındırlar.
Bu söyləyiş tamamiylə yalandır. Əksinə, qadınların arasındaki təbəqati təzadlar, onların ortaq cinsi kimliklərini dağıdır. Bu söz özəlliklə eyni kapitalizm sistemi ilə idarə olunan ölkələrdə keçərlidir və təbəqati güclərin qutblaşması kəskin bir şəkildə gözə çarpır. Bu əfsanəni burujvazi ortaya atıb. Bütün qadınlar gözəl olmaq istədikləri üçün, modaya və makyaj maddələrinə müştərək bağlantıları var deyib. Hələ üstəlik, əfsanəyə əsasən moda və bəzək, gözəlliklə eyni ailənin üzvləridirlər deyirlər və əfsanəni bütün beyinlərə yeritmək üçün yeni dəlillər uydururlar. Gözəlliyin başqa – başqa zamanlarda müxtəlif şəkildə, müxtəlif qəbilə və təbəqələrdə var olduğunu söyləyirlər. Buna subut olaraq da, daha ibtidai cəmiətlərdə belə qadınlar öz bədənlərini boyayıb bəzəyirmişlər deyirlər. Bu əfsanənin əsasız olduğunu göstərmək üçün, öncə makyaj maddələri və modanın tarixinə və keçmişinə qısa bir nəzər salacağıq:
Hələ ictimai təbəqələrin, ekonomik, sosyal və cinsi rəqabətlərin anlamı olmayan ibtidai topluluqlarda qadınlar və kişilər, hər ikisi bədənlərini boyar və bəzərmişlər. Bunun gözəlliklə heç bir əlaqəsi yox imiş. Boyanıb bəzənmə, ibtidai şərait və ibtidai işin məhsulu imiş.
O zamanlar hər hansı bir qurupa mənsub olan fərdlərin bir şəkildə bəlirlənməsi gərəkirmiş. Bu üzdən fərdlər özlərinə nişanlar asırmışlar. Nişanlar, zinət alətləri, üzük, qolbağı, qısa ətək və belə şeylərlə məhdud olmurmuş. Xal döydürmə, boyanma, kəsik yerləri şəklində də istifadə edilirmiş. Bu nişanlar fərdlərin ancaq cinsiyyətlərini deyil, yaş quruplarını, işlərini və mövqelərini də göstərirmiş.
Nişanlar, bir qohum yada qurup üzvlərinin kimliyi sayılırmış. İbtidai toplumların sosyalist toplum olduqlarına görə bu nişanlar həmdə ictimai bərabərliyin göstəricisiymişlər. Burujva cəmiətşünaslar bu gərçəyi açıqlamaqdan qorxurlar. Amma gərçəklərə göz yumsaq belə, onlar, ibtidai və hətta modern toplumlara hakim olan iqtisadi və ictimai güclər haqqında belə heç bir mevzunu açıqlamaq istəmirlər.
Daha sonra təbəqati toplumlar ortaya çıxdı. Bununla bərabər, ibtidai sosyalizmdəki sosyal bərabərliyi göstərən nişanlar bütün işləvlərilə bərabər tam başqa anlamlar qazanmağa başladılar. Bu nişanlar modaya və bər - bəzəyə çevrildilər. Elə bu andan etibarən artıq sosyal ədalətsizliyin göstəricisi oldular: Toplumun zənginlər və yoxsullar, hakimlər və məhkumlar gurupuna ayrılması buna birər örnəkdir. Makyaj maddələri və moda, artəq ictimai ayrı – seçgiliyin, təbəqələr arası fərqlərin nişanı idi. Bu ayrımların ən zirvəsini, Fransa inqilabından öncəki Fransa saraylarında görürük.
Şahlar, şahzadələr və yer sahibləri, qadın – kişi demədən günün modasına uyğun geyinir, üzlərini boyayırdılar; qızıl – gümüş asırdılar.Hər iki cins zamanın meyarına əsasən “gözəl”idilər. Amma ən önəmlisi budur ki moda və bəzək, həm qadın həmdə kişidə hakim təbəqəni bəlli edirdi və onları əkinçilərdən ayırırdı. O əkinçilər onlar üçün can çəkirdilər amma yuxarıdaki meyarlara əsaslanaraq gözəl sayılmırdılar.
Sonralar, burda açıqlaya bilməyəcəyimiz tarixi səbəblər üzündən, kişilər moda alanını umumiyyətlə qadınlara tapşırdılar. Fransa inqilabından sonra doğulan burujvazi təbəqələri bəlli etmə məsələsini qadınlara buraxdı. Qadınlar, daha zamanın modalarına uyaraq zərbəft şalvarlar geyməyən kişilərin yerinə də, onların təbəqələrini fərqləndirmə görəvini üstələndilər. Amma yenə də bu zamana qədər moda qadınlarda belə təbəqələri fərqləndirmə üçün idi, cinsi kimlik kimi deyildi.
Kapitalizmin gəlişməsilə birlikdə, istehsal maşınları böyük ölçüdə gəlişdilər. Geniş bazarlara və tükəticiyə olan ehtiyac get gedə artdı. Bu durumda toplumun yarısını təçkil edən qdınlar, gözəllik alanındaki pul ovçularına rastladılar. Onlar bu alanda qadından yararlanmağa başladılar. Beləliklə, moda, zənginlərin dar alanından çıxıb geniş bir şəkildə toplumun arasında yayılmağa başlayaraq qadınlara qəbul etdirildi.
Beləcə sərmayə sahibləri söylənməyə başladılar: Bütün qadınlar gözəl olmaq istəyirlər. Demək bütün qadınlar eyni biçimdə bər - bəzəyə möhtac və bağlıdırlar. Onlar gözəllik və moda eyni şeydir deyərək ortaq ehtiyac və istəklər adı ilə öz məhsullarını qadınlara satdılar.
Bu gün, modanın hər bölümündə, moda sərmayəçiləri milyarlar dolar qazanırlar: Makyaj maddələri, saç düzümü, gözəllik salonları, arıqlama diyetləri, zinət eşyaları - qızıl, gümüş,... – bu qazanma qaynaqlarındandır. Tacirlər gözəllik formülünün çox əsnək və deyişkən olduğunu kəşf etdilər. Zəngin olmaq üçün, yeni bir gözəllik formülü kəşf edib ortaya atmaları və qadınları bu fomülə inandırmaları yetecekdi. Amma buna dəvam etmək üçün yeni – yeni əfsanələr ürətmələri də lazım gələcəkdi. Əfsanələri isə öz reklam maşınları vasitəsilə insanların beyinlərinə yeridəcəkdilər. Bu belə olacaq:
1- Qagınlar daha əzəl gündən kişiləri öz cinsi cazibələrinə çəkmək üçün bir birləri ilə rəqabətdə olmuşlar. Bu biyolojik bir qanundur!!! Demək qaçınılmazdır. Bu qanun bütün dönəmlərdə var olduğu üçün, əbədiyyətə qədər də var olacaqdır. Buna əsan qadınlar öz alın yazılarını qəbul edərək bir birləri ilə rəqabətə dəvam etməlidirlər.
2- Modern toplumda diqqətə alınmayan ilk şey, bir qadının doğal gözəlliyidir. Gərçək budur ki, təbiət , gözəllik konusunda bir çox qadından üz çevirib (əlbətdə bunu bu açıqlıqda qadınlara söyləməzlər). Onlar da fiziki azlıqlardan qaçmaq üçün, yapay yardımçı vəsilələrə ehtiyac duyurlar. Bu vəsilələri isə o zəngillik peşində olan ama qadına ürəkləri yananlar onlara verirlər.
Gəlin bir azda bu əfsanələri araşdıraq. Cinsi rəqabət təbiidir yoxsa ictimai? cəmiətşünaslıq və biyolojik araşdırmalar, təbiətdə qadınlar arasında cinsi rəqabətin olmadığından danışır. Cinsi rəqabət ancaq təbəqati toplumun yaratdığı olaydır. Bu ibtidai toplumlarda olmayıb, yəni aşağı - yuxarı bir milyon il.
Heyvanlar aləmində dişilər arasında erkəkləri cəlb etmək üçün rəqabət gözə çarpmır. Heyvanlarda ancaq bir nev rəqabət var; o da erkəklərin bir biriylə, nəsli dəvam etdirmə amaclı təbii rəqbətidir.
Təbiətdə qadınlar arasına rəqabət kəsinliklə yox imiş və qadınların ictimai nizam - intizamların yaranmasında böyük rolü var imiş. Ilk ictimai nizam, qadın zehniyyətinin məhsuludur. Yəni toplum rəqabət üzərində qurulan ilişkilərdən arınmış imiş. ən maraqlısı isə, hətta burujva cəmiətşünasların qadınlar arasında rəqabət yoxmuş məsələsi ilə müxaləfət etmələridir. Ama irticai cəmiətşünaslar belə bəzən bu “maraqlı özəlliyi” və “şaşırdıcı ənənəni” inanılmaz deyərək anırlar.
Təbəqati toplum ibtidai toplumun yerini tutdu. Bu iş rəqabət, sahiblənmək və sərvət ilə gərçəkləşdi. Qadınlar da bu sistemə girmək zorunda qaldılar. Beləliklə bu ictimai problemdə təbiətin yeri yoxidi, bu yapay və toplumsal bir olay idi deyə bilərik.
Ibtidai toplumıarda, hətta əkinçilik dönəmində belə ən sağlam, ən gözəl nümunələr, öz görəvlərini düzgün bir biçimdə yerinə yetirirdilər. Bu durumda qadının doğal gözəlliyi və sağlamlığı hər şeydən daha üstün tutulurdu.
Kişiərkil toplumlar yaranıb gücləndikcə, zəngin kişilər onlara görə özəl olan qadınları seçməyə başladılar. Bu qadınlara “ külfət”, “kəniz” deyirdilər. Mal sahibləri kənizlərinin gözəlliyini daha da cilvələndirmək üçün onları saraylarını bəzərcəsinə bəzəyib düzədirdilər. Belə şeylərin aşıb daşdığı yerlər arasında Asiyanı görmək olar. Bu qadınlar şah və şahzadələrin cinsi mülkləri sayılırdılar. Ama yenə də, rəqabət ancaq qadınları alıb satanlar arasındaydı. Onlar ən gözəl qadını seçmək üçün rəqabətə girirdilər və qadınlar ancaq satılan bir cinci əşya kimi idilər.
Zaman keçdikcə, tək qadınlılıq, neçə qadınlılığın yerini aldı. Bu devaranın başalanqıcında cinsi rəqabət iqtisadi məsələlərin təsirində idi. Bir sərvət sahibi olan yada bir irsə sahib olan qadınlar, zəngin olmaq istəyən kişilər üçün yaxşı yoldaş sayılırdılar. Buna gözəllik vaya sağlamlığın heç bir təsiri yox idi. Evliliklər isə kişi ilə qadının ailələri arasındaki müzakərələrə əsasən, bir mal alveri kimi gərçəkləşdirilirdi. Bu biçim əkinçilik devranının sonuna qədər dəvam etdi.
Amerikada Avropanın əksinə olaraq, təbəqati fərqlər daha doğum zamanından bəlli olurdu. Pul sahibi olan kişilər təbəqati sərhədləri aşabilirdilər. Pullanan hər kəs öz təbəqəsini dəyişdirə bilirdi. Qaınlarda da durum eyni idi. Hər hansı bir şəraitə görə pullu bir kişi ilə evlənə bilən qadının təbəqəsi dəyişilirdi.
Amerika toplumunun elə bu özəlliyi, əşya, seks və cinsi rəqabətə piskolojik zəmin hazırladı. Məsələn, “Horatio Alger”in hikayələri kişilərə özlərini yoxsul təbəqədən qurtama yollarını öyrədirdi. Eşq hikayələri isə, qadınlara müdürlərin özləri yada oğulları ilə evlənməyi önərirdi.
Bu durumda moda dünyası birdən birə tapılmış, sərhəd tanımayan xəzinə kimi idi. Pullu bir alverçi çıxıb yayğın bir modanı həmən dəyişdirə bilirdi. Beləliklə kapitalist toplumda qadınları bir mal kimi alıb satmaq, yerini onlara mal satmağa verdi. Yavaş – yavaş doğal gözəlliyin də yerini yapay gözəllik aldı və bu usturə ortaya çıxdı: gözəllik və moda eyni şeydir. Modaya ehtiyac isə bütün qadınlarda ortaqdır çünkü bütün qadınların gözəl olmağa ehtiyacları var.
Moda Alanının Mənfəttələbləri
Yalanla, hiyləylə qadınları öz bazarlarına tərəf cəlb edən və get gedə sərmayələrini çoxaltmağa çalışan mənfəəttələbləri üç dəstəyə ayırmaq olar:
1- qadınların vücudlarını (burun, dodaq,...) istandard modada çıxarmağa çalışan mənfəəttələblər.
2- Makyaj maddələri, losyon, ətir və bunun kimi maddələrlə o istandard modada olan vücudu bəzəməyə və boyamaya başlayan mənfəəttələblər.
3- Istandardlaşmış vücudu, günün modasına uyğun geyim və zinət əşyaları ilə bəzəyən mənfəəttələblər.
Birinci bölümdə, bir qadının gözəl sayılması üçün, boyu, kilosu, və... istandard ölçüdə olmalıdır. Bunun dışında olanlar gözəl deyillər.
Buna əsasən, söylənən ölçüdə olmayan qadınlar bu ölçüyə girnək üçün acılar çəkirlər və özlərini oda suya vururlar. Öz bədbəxtliklərinin kökünü çirkinliklərində arayırlar. Ona görə də minlərcə qadın gözəllik salonlarına axın edirlər və hətta özlərini arıqlatmaq üçün bütün işkəncələrə dözürlər.
Sonra bər - bəzək satanlar ortaya çıxırlar və emolsiyonə olmuş cildləi bəzəmək üçün məhsullarını satmağa başlayırlar. Sonra isə bu boyanmış vücudlara paltar geyindirmək üçün, üçüncü dəstə meydana girirlər. Burda isə seçim daha əzablıdır. Alışverişdə hansına diqqət ediləcək, keyfiyyətə mi, gözəlliyə mi? Zənginlər bunun hər ikisinə diqqət edə bilirlər: 24 saatlıq bir göstəridə, səhər modası, gecə modası, kokteyil modası,... . Elə burdaca qadınlar modadan və bəzəkdən istifadə etməlidirlər deyənlər, sosyal sıxıntı və haqq məsələsinin sərhədlərini ayırmadan burujvazinin reklam tələsinə düşürlər və bəlkə də bilmədən bu mənfəəttələblərə yardımçı olurlar.
Sonuc olaraq, bir qadın olmamız nədəni ilə, şərayiti qəbul etməyə deyil ona qarşı çıxmamız gərəkdiyinə inanıram çünkü təbəqati mübarizələr qarşı çıxmalala oluşur razılaşma ilə deyil. Qadınlar, bəzənmiş və boyalı guruplar halında yaşamağa məcbur deyillər. Gəlin, “gözəllik” adı ilə bizə qəbul etdirilən bu gələnəyi savunmayaq.