Ailə təməlinin möhkəmlənməsində uşağın dünyaya gəlişi böyük rol oynayır. Bu gəliş gənc ailəyə hədsiz sevinc gətirir. Lakin ad qoymaq məsələsində çox vaxt gənc analar məyusluğa düçar olurlar. Adətən, uşağa ad qoyulması haqqı ata tərəfə verilir, onlar da ananın heç bir arzusunu nəzərə almadan uşağa istədikləri adı qoyurlar, bu da çox vaxt ananın ürəyincə olmur, bunu biruzə verəndə isə böyük qalmaqal qopur, kəskin narazılıq yaranır. Elə ailə var ki, gəlin qızına qaynananın adını qoymadığına görə, baxmayaraq , üçüncü uşaq dünyaya gəlib, hələ də qaynana gəlinlə küsülüdür.
Sevimli peyğəmbərimiz Məhəmməd(s.ə.s) buyurmuşdu ki, uşaqlarınıza gözəl adlar qoyun. Çoz təəssüf ki, bir çox ailələrdə valideynlər bu gözəl hissdən məhrum olurlar, uşaqlarına arzuladıqları adı qoya bilmirlər. Burada isə haqqı tapdanan ən çox ana olur. Aydın məsələdir ki, uşağın üstündə ananın haqqı daha çoxdur. Onu min bir əziyyətlə dünyaya gətirən, böyüdüb boya başa çatdıran, tərbiyə verən məhz anadır. Uşaqla ünsiyyətdə ən çox ana olur, bu o deməkdir ki, onun adını da ən çox ana çağırır.Bəs belə isə nəyə görə ad qoyma məsələsində ananın istəkləri nəzərə alınmır? Bu, anaya qarşı haqsızlıq deyilmi?Əziz qadınlar, bəs siz necə düşünürsünüz uşağa adı kim qoymalıdır?
Uşağa adı kim qoymalıdır?
Printable View
-
01-23-2013, 06:48 PMReginaUşağa adı kim qoymalıdır?
-
01-25-2013, 12:27 PMAzerbaycanli
Mənim gördüyüm uşaqlara ana da ata da ad qoyur.
Düzdü çox vaxt evin böyükləri qoyur adı ancaq ananın xüsusi bir istəyi varsa o da nəzərə alınır. -
01-25-2013, 12:40 PMRegina
Menim tanidigim bir genc aile var,qizlari anadan oldu.Usagin anasi yaxshi ad isteyirdi qoysun,qaynanasi dava dalash saldiki olmaz menim adim qoyulacaq.Qaynanain adi kohne addir.Gelinin arzusu ureyinde qaldi.Nifret edirem bu cur insanlara.
-
01-25-2013, 12:48 PMAzerbaycanliDüzdü başa düşməlidrlər ki uşağa ata anası ad qoymalıdı. Ancaq həyatda hər şey olurAlıntı:
Regina Nickli Üyeden Alıntı [
-
01-27-2013, 12:02 PMGin
Bızde eksıne oldu bu yaxınlarda. Nene istemirdi babanin adi qoyulsun cunki arxaik ad idi, ama ats anasi razi olmadi ve MHz bu adi secdiler qoymaq ucun..
-
01-28-2013, 01:46 PMAygun
Esas olan odu ki uşağa yaxşı bir ad qoyulsun. Kimin qoyduğu o qeder de önemli deyil.
