AĞ - Bütün rənglərin sintezini təşkil edib, ideal rəng hesab olunur. Bu rəng özündə bir neçə məna cəmləşdirir. Müxtəlif xasiyyətli insanlar bu rəngə üstünlük verirlər. Bir çox ölkələrdə ağ rəng bir neçə cür yozulur: bəzilərində ağ rəng paklığı, digərlərində ölümü simvolizə edir. Avropa ölkələrində ağ rəngdə paltar həkim xalatını xatırladır. Ağ rəngə üstünlük verənlər təmizliyi və səliqəli insan kimi xarakterizə olunurlar.
QARA - İlk baxışdan bədbinliyi təmsil edir. Dəb baxımından qara rəng, insanı bir neçə kiloqram arıq göstərir. Əsəbləri gərginləşdirib, enerjini tükədir. Qara rəngli geyimlərə üstünlük verən insan özünə qapalı, eyni zamanda ciddi xarakterə malik olub, özündən razı olur.
BOZ - Neytral rəng olub, xasiyyətini gizlədən, ciddi xasiyyətli insanların seçimidir. Əsasən, iş adamları boz rəngli kostyumlara üstünlük verirlər. Dəblə geyinən insan boz rənglə rəngli aksesuarlar taxıb, geyim stilini dəyişə bilər. Bu rəngə üstünlük verən insanlar, bitərəf mövqedə olub, heç kimə etibar etmirlər.
QIRMIZI - Ehtiras rəngidir. Bu rəng cəsarətli, hökmlü, tez coşan insanların seçimidir. Qırmızı rəng qadını özünə inamını artırır. Bu rəngi sevməyən insanlarsa, konflikt və davadan uzaq olub, tək qalmağı sevirlər. Qırmızı rəngə üstünlük verən insanların qarderobu eleqant geyimlərlə dolu olur. Bu tip insanlar həm də daima diqqət mərkəzində olmağı xoşlayırlar.
YAŞIL - Təbiət rəngi olub, sakitliyi sevən insanların seçimidir. Həyatın bütün maneələrini aşmağa yetərincə qüdrətləri çatır. Yaşıl və qəhvəyi gözlü qızlar çəkinmədən yaşıl rəngdə paltar geyinə bilərlər.
GÖY və MAVİ - Səma, dəniz və sonsuzluk rəngidir. Lakin bu sakitliyin arxasında güclü ehtiras dayanıb. Göy və mavi rəngi sevən qadının hirsini tufan və burulğan kimi qələmə vermək olar. Bu rəngdə geyinən insanlar, emosionallığı, romantizmi, xoş xasiyyətləri ilə fərqlənib, başqalarını heyrətə gətirməyə can atırlar.
SARI – Dəyişkən xasiyyətli və intellektual insanların rəngdir. Sarı rəng xasiyyətcə yüngül insanları xarakterizə edir. Bu tip insanlar her şeylə maraqlanan, ünsiyyətcil, cəsarətli, yeni tanışlığı və özlərinə diqqət cəlb etməyi sevirlər.
BƏNÖVŞƏYİ - Geyimlərində bu rəngə üstünlük verən insanlar romantik, emosional olub, daima axtarışdadırlar. Tünd bənövşəyi rəngi xoşlayan insanlarsa, depressiyaya tez düşürlər. Onlar kəşf etməyi sevir, həyatın sirlərini açmağa can atırlar.
Bəs siz hansı rəngə üstünlük verirsiz???
Geyim rəngi və Xasiyyət
Printable View
-
08-30-2007, 08:27 PMBakuGeyim rəngi və Xasiyyət
-
08-30-2007, 09:55 PMElifRe: Geyim rəngi və XasiyyətBunlar menim reglerimdir :DAlıntı:
Baku Nickli Üyeden Alıntı
-
08-31-2007, 01:21 AMmontoya
maviyle sarı da benim :wink:
-
08-31-2007, 02:44 AMseyda
siyah ve mavi benim rengim :alqis:
-
08-31-2007, 11:50 AMAhdesRe: Geyim rəngi və XasiyyətBunlarda benim renklerim :wink:Alıntı:
Baku Nickli Üyeden Alıntı
-
11-18-2007, 03:09 AMcimbom
lila yeşil ve kırmızıda benim rengim :wink: :wink:
-
11-18-2007, 06:53 AMmontoyaçingeneeeeee :loll: :loll: :loll:Alıntı:
cimbom Nickli Üyeden Alıntı
-
11-19-2007, 10:16 PMvusal_21
mavi ve yasilda menim rengim :P
-
11-19-2007, 11:02 PMKaRTaNeSii
maviii ve siyah ve pembede benm ha bide toprak tonlarını severim :D
-
11-19-2007, 11:31 PMSindy
mavi ve qirmizi ::yerivar:: 90% menem
