Azərbaycanda müəllimlərin işə qəbuluna start verilib. Bununla bağlı “Azərbaycan müəllimi” qəzetində müvafiq elan dərc olunub. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, həm Bakı şəhəri, həm də ölkənin bölgələrindəki təhsil müəssisələrinə bu il işə qəbul zamanı insan amili olmayacaq: “Həm sənədlərin qəbulu, həm də test imtahanlarının keçirilməsi elektron vasitələrlə həyata keçiriləcək. Bu, bizim fəaliyyətimizdə ən uğurlu addımlardan biridir”. APA
Müellimlerin işe qebulu
Printable View
-
07-02-2011, 01:50 AMAzerbaycanliMüellimlerin işe qebulu
