-
Iftiraya aid sözlər
İftira, qılıncdan daha zalım bir silahdır, çünki böhtanın açdığı yaralar heç bir zaman bağlanmaz. ( Henry Fielding )
Bir böhtan başqa böhtanlar doğurar və yerləşdiyi yerdə əbədi olaraq qalar. ( Shakespeare )
İftiralara ən yaxşı cavab, səssiz qalaraq verilər. ( Ben Johnson )
İnsan böhtanı ancaq əhəmiyyət verməməklə məğlub edə bilər. Böhtan; ediləni deyil, edəni kirlədər. ( The Circle )
İftira pis it kimidir, qaçanın ardından hürür, üzünə baxanda səsini kəsər. ( G. Csikye )
İftira, eşşək arısına bənzər, onu ilk vuruşda öldürə bilməyəcəksiniz, heç toxunmamaq daha yaxşıdır. ( Corc Bernand Show )
İnsan ümumiyyətlə başqasına sürmək istədiyi palçığa bulanar. ( Cenap Şebabeddin )
Məqsəd böhtan atmaq olduqdan sonra, deyiləcək sözmü olmaz, fəzilət belə böhtanın çörəyinə yağ sürər. ( Lesage )
İnsan dünyada bir Haqqdan, bir də haqsız olmaqdan qorxmalıdır. ( Abdülbak Hamid Tarban )
Haqq hər şeyin üstündədir, sərt küləklər onu aşırda bilməz. ( Tofiq Fikrət )
Haqlı olan bir iddia, gec-tez müzəffər olar. ( J. Simon )
Haqsızlıq etmək, haqsızlığa uğramaqdan daha ağırdır. ( Socrat )
Vəzifə ilə haqq, anaları azadlıq olan iki qardaşdır. Onlar eyni gündə doğular, böyüyər, yetkinləşər və itərlər. ( V. Cousin )
-
Re: Iftiraya aid sözlər
İftiralara ən yaxşı cavab, səssiz qalaraq verilər. ::yerivar::
-
Re: Iftiraya aid sözlər
İftira pis it kimidir, qaçanın ardından hürür, üzünə baxanda səsini kəsər. ( G. Csikye ) ::yerivar::
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.