[
Əvvəlki uşaqlar qarışqanı əllərinə götürüb oynadardılar, indikilər isə qarışqa ilə nəinki oynamaq, hətta görəndə belə qorxurlar. Əsasən də şəhər mühitində doğulan uşaqlar daha çox qorxaq böyüyürlər, şəkillərdə gördükləri heyvanlara həyatda rast gələndə onlar bunu faciə, qorxunc bir hadisə kimi qarşılayırlar.
Mütəxəssislər şəhərli uşaqların qarışqa, ağcaqanad, arı, böcək və inək kimi heyvanlardan qorxmasının səbəbini həmin heyvanları tanımamaları ilə izah edirlər. Həmin səbəbdən də şəhər mühitində böyüyən uşaqların zooparka daha tez-tez getmələri məsləhətdir. Heyvanları, adi böcəyi belə qorxunc bir varlıq kimi qəbul etməsinlər deyə mütəxəssislər çox zaman şəhərdə yaşayan uşaqların bir az da bu mühitdən uzaqlaşdırılıb kənd yerlərində yaşamasına üstünlük verirlər.
Kompyuter oyunları da uşaqların psixologiyasına mənfi təsir göstərir. Təkgözlü, onayaqlı, uçarkən havada partlayıb düşdüyü yerdə birləşən təbiilikdən uzaq varlıqlar onlarda qorxu hissini daha da artırır. Təbiətdə böcəkləri görən uşaq, əlbəttə ki, onu kompyuterdə gördüklərinə bənzədib qorxur.
Uşaq kənddə otlayan inəkləri, çay, göl kənarındakı qurbağaları, tarladakı qarışqa yuvasını görəndə həmin heyvanların heç də qorxulu olmadığını, insanlara zərər vermədiyini başa düşür və qəbul edir.
Zaman
Uşağınız niyə bu qədər qorxur?
Printable View
-
09-13-2010, 06:31 PMBakuUşağınız niyə bu qədər qorxur?
-
10-18-2010, 03:59 PMGLAMOURKARe: Uşağınız niyə bu qədər qorxur?
Vallah ushaq vaxti meni hecne ile qorxuda bilmirdiler.Ne gosterseydiler elime gotururdum.
-
10-18-2010, 04:28 PMfidan494Re: Uşağınız niyə bu qədər qorxur?Ushaq vaxtindan decel olmusan :DAlıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
-
10-19-2010, 01:01 AMRuzgar_GuluRe: Uşağınız niyə bu qədər qorxur?
ayhh harda.. menım usahg neden hech bır seyden qorxmuyor :sorry:
yoksa Glamourka ablasınımı örnek alıyor :D -
10-20-2010, 09:41 AMBella_Re: Uşağınız niyə bu qədər qorxur?
:sorry: men indide qorxuram :sorry:
