Sevincindən az qala uçurdu. Xəstəxananın koridorunu o qədər o yan bu yana getmişdi ki, artıq sayını itirmişdi. Qapının yanındakı skamyada oturub dururdu. Həyəcanından bir yerdə qərar tuta bilmirdi. Axı necə həyəcanlanmayaydı?!.. Neçə vaxtdı yolunu gözlədikləri körpələri gələcəkdi dünyaya... Qanı onların qanından, canı onların canından olan Allahın möcüzəsi... Xəyallarında oynatdıqları, gəzdirdikləri körpələrini bu gün real olaraq qucaqlarına ala biləcəkdi. Aman Allah... Elə bil bütün dünya onun əllərinə qonacaqdı... Adını da qoymuşdular... Artıq uşaq otaqları da hazır idi. Cürbəcür oyuncaqlar, şəkillər asılmışdı divarlara. Elə gözəl idi ki, hər şey. Hələ çarpayını demirəm... Hər gecə həmin otağa girib sevinclə deyirdilər: "bir gün də keçdi". Bəli, günlər keçdi beləcə... Nəhayət ki, həmin gözlənilən an gəlib çatmışdı. Gözü əməliyyat zalında, ürəyi həyat yoldaşının yanında... Budur. Əməliyyat otağının qapısı açıldı.
Qapıda görünər-görünməz həkimin yanına yüyürdü. Xoş xəbəri almaq niyyəti boşa çıxdı... Həkimin üzüntülü halından anladı ki, nə isə qaydasında deyil. Həkim: " Təəssüf ki, seçim etməlisiz... Həyat yoldaşınız, yoxsa övladınız?.. Biz ancaq birini xilas edə biləcəyik... Təəssüf edirəm... "sözlərini deyərkən dünya qaraldı gözlərində. Bu nə dəhşətdi, Allah? Niyə? Axı hansı səhvə görə? Hansı günaha görə?.. Yox!.. Bacarmıram... Nə edim? Canımdan çox sevdiyim həyat yoldaşım və onun qədər dəyərli övladım... Necə seçim edə bilərəm axı? Necə?.. Bu anda bir neçə ay bundan əvvəlki söhbətləri düşdü yadına. Həyat yoldaşı demişdi ki, birdən belə bir şey olsa körpəni seç. Mən səni bağışlamaram yoxsa... O zaman bu söhbəti ciddiyə almamışdı... Yox, seçə bilmirdi... Heç birindən əlini üzə bilmirdi... Necə çətindi ya Rəbbim...
Həkim cavab almaq üçün yenidən göründü qapıda... Yenidən həmin sual cingildədi qulaqlarında:"Həyat yoldaşınız, yoxsa övladınız?.." Göz yaşları içində etdi seçimini... Taleyin işinə bax... Bu göz yaşları sevinc göz yaşlari da ola bilərdi...
Allah heçkimi bu vəziyyətlə qarşılaşdırmasın!
Əgər belə bir vəziyyətdə siz qarşılaşsaydız,hansı seçimi edərdiz və hansı səbəblərə görə?
Müəllif:Nərmişhka DRD
Həyat yoldaşı yoxsa övlad!?Hansını secərdiz?
Printable View
-
05-13-2010, 03:06 PMAgLaYaN_BuLuDHəyat yoldaşı yoxsa övlad!?Hansını secərdiz?
-
05-13-2010, 08:41 PMPOWER_RANGERSRe: Həyat yoldaşı yoxsa övlad!?Hansını secərdiz?
susuram...
-
06-06-2010, 10:59 AMcanbellRe: Həyat yoldaşı yoxsa övlad!?Hansını secərdiz?
Belə seçim qarşisinda şox zaman kişilər qalirlar və həmişə də ananin həyati əsas yer tutub. Mən də düşünürəm ki, düzgün seçim də elə odur. Ağrili-acili seçim olsa belə demək olar ki, uşaği hər zaman tapmağ olar, amma həyat yoldaşini yox!Belə bir seçimi Allah kimsəyə nəsib etməsin.
-
06-07-2010, 12:38 AM_PERVANE_Re: Həyat yoldaşı yoxsa övlad!?Hansını secərdiz?
NE CETIN SUALDI ALLAH HEC KIME BELE SECIM QARSISINDA QOYMASIN
-
06-07-2010, 10:54 AMDamla1Re: Həyat yoldaşı yoxsa övlad!?Hansını secərdiz?Mencede heyat yoldaşini secmelidir... O uşaq sora ömür boyu anasinin ölmüne sebeb oldu deye ezab cekecek :cry: :cry:Alıntı:
canbell Nickli Üyeden Alıntı
-
06-07-2010, 12:10 PMcanbellRe: Həyat yoldaşı yoxsa övlad!?Hansını secərdiz?:( :cry: :cry: Bəlkə də səhv dedim. :( :sorry:Alıntı:
Damla1 Nickli Üyeden Alıntı
-
06-07-2010, 12:51 PM_SeDRiK_Re: Həyat yoldaşı yoxsa övlad!?Hansını secərdiz?
Allah Hec Kimi Bele Secim Qarsisinda Qoymasin
Mence Anani Secmelidir -
07-28-2010, 04:44 PMXeyallarimRe: Həyat yoldaşı yoxsa övlad!?Hansını secərdiz?
OVLADI . AQIR OLSA DA CETIN SESLENSE DE OVLADI , AXI ANA DEMISDI KI SECMELI OLSAN OVLADIMIZI SEC .
-
07-28-2010, 04:52 PMGLAMOURKARe: Həyat yoldaşı yoxsa övlad!?Hansını secərdiz?Amma ovladdan cox olacaq,anadan ise yox.Hem anasiz boyumek cox agirdir. :(Alıntı:
Xeyallarim Nickli Üyeden Alıntı
-
07-28-2010, 04:57 PM_SeDRiK_Re: Həyat yoldaşı yoxsa övlad!?Hansını secərdiz?
Anani
