[
Klaviaturadakı Dostluq
Bir-birimizi görmədən, tanımadan və yalnız "hiss edərək" icra etdiyimiz bu dostluq əlaqəsi həyatımızdakı digər əlaqələrdən çox fərqli inkişaf edir
Gerçək həyatda əvvəl xarici görünüşü ilə, geyim tərziylə, sonra da həyat fikirləriylə, düşüncələri ilə tanış olarıq insanların...
Halbuki burada, virtual mühitdə, əvvəl fikirlər və düşüncələr ön plandadır, bir-birimizin beyinlərini və ürəklərini tanıyırıq, sevərik (ya da sevmərik) və bəzən də daha yaxından tanımaq istəyərik, görüşər tanış olarıq
Dəyər verər, dost olarıq
[
Bəzən bu gözəl cadu pozulmasın deyə, dürüst ola bilmədiyimiz üçün, tanış olmaq istəmirik
Qarşımızdakının dürüstlüyü və ya bizim ki, bir şəkildə başımızda həmişə dürüstlüyü götür-qoy edərik, güvənmək istəyərik yazılana, dostlarımıza!!!
Həqiqətən o adammı?
Həqiqətən beləmi düşünür?
Omu həqiqətən bizim təsirləndiyimiz?
Sevgi duyduğumuz?
Yoxsa yalan mı bizə söylədikləri?
yoxsa
yoxsa
Heç olmasa, insanları iddia etdiyi qədər sevmir ola bilərmi? Zaman içində bu tipli şübhələr başlayacaq
[
Heç kim yalanı davamlı davam etdirəcək qədər ağıllı deyildirVə heç kim də, bu yalanlara sonsuza qədər inanacaq qədər saf deyil
Dürüstlük, azadlıq deməkdir və azadlıq məhdudlaşdırılmamalıdır əsla!!!
"Azadlığınız, özünə vurulmuş olan zəncirlərindən xilas olduğunda, daha böyük bir azadlığa zəncir olar"
[
Nə itirərik , nə olar boyumuz qısa və ya uzun isə,bədənimiz arıq və ya kök isə
Sağlamlığımız yerində və ya deyil isə
Əskiklərimiz varsa
Pulumuz var və ya yoxsa
Və ya o filmi görməmiş isək, o şeiri eşitməmiş isək
Səsimiz gözəl deyilsə
O mövzuya uzaq isək
Söylədiyimiz yaşda deyil isək
Maniken-fotomodel bir qadın deyilsək
Ya da həyatımızda olmadığını söylədiyimiz bəziləri varsa
Nə fərq edər dostluq adına
[
Yalanların əsiri olaraq yaşamaq və bir gün hər şeydən qaçmaqdansa, dürüst olmağı sınasaq dostlarımıza və özümüzə
Yaratdığımız dünyanın bir gün başımıza çökməsindənsə
Daha pisi, bir başqasının dünyasını yıxmaqdansa
"Eynilə okeanın sahilində dayanmadan qumdan qalalar düzəldən və sonra da bir vuruşla gülərək yıxan uşaqlar kimi…Halbuki sizlər qumdan qalalar düzəldikcə okean sahilə daha çox qum yığır. "
Özündən mükəmməl bir şəxsiyyət yaratmaq çox asan
Çətin olan, olduğun kimi dürüstcə ola bilməkdir
Ən acı,ən ağrılı gerçəyin belə ən gözəl yalandan üstün olduğunu xatırla
Dürüstlük təməlində oturan dostluqların daha qiymətli və uzun ömürlü olacağını da içində bilirsən
[
Unutma, dürüstlük hər vaxt qalib gələcəkdir
Özünü çətin olsa da, ağrılı olsa da, qəbul et !!!
Çünki sən təksən!!! Çox qiymətlisən!Sonradan ağrısını çəkəcəyin xəyalları yaratma
Qarşındakına güvənmək istəyirsənsə, dürüstlük axtarırsansa, əvvəl özünü etibarlı etməlisən Bunun da yolu bir; çətin də gəlsə özünlə tanış ol və bizə səni təqdim et!
Çünki biz bir-birimizi sevirik, klaviaturanın düymələrindəkini saxta dostu deyil!!! Həm özümüzə,həm də qarşımızdakılara dürüst olaq!!!
Dürüstsünüz qiyabi tanışlıqlarda???