[
Yağış, Dənizə düşdüyündə dəniz, Yaşıla düşdüyündə yaşıl, Torpağa düşdüyündə isə torpaq iyi verər .
Yağış, Saçına düşdüyündə sevgi, Əlinə düşdüyündə həsrət, o yağışı içində hiss etdiyində isə eşq iy verər..
Yağışı əslində çoxlarımız sevirik.O yağdığında xüsusi rahatlıq hiss edərik.Yağışlı havada nədənsə göylə birgə bizdə ağlayarıq,adətən qəmgin olarıq.Mənfi enerji bizi əhatə edər.Ancaq nə üçün yağışlı havada adətən qəmgin olarıq?Heç düşündünüzmü?
Heç bir insanı unutmaq, bir insandan imtina etmək, bir insanı həyatından sonsuza qədər çıxartmaq məcburiyyətində qaldınmı..?Ölmüş kimi, uzatsansa da əlini tuta bilməyəcəyini bilmək kimi...
Hər an qapından içəri gülümsəyərək girəcəyini gözləyib amma əslində, heç gəlməyəcəyini bilməyin kimi...
Nə üçün yağış bizə sevgini xatırladar?Nə üçün yağış bizə bu cür fikirləri gətirər?
Yağışlar sadəcə insanın saçını ıslatmaz insanın ürəyinidə isladar. Səbəbi isə məlum deyil...Bəlkə yaş olan saçlarımız quruyar ancaq içimiz asanlıqla qurumaz.Sevgi dolu insanlara yağış onu xatirladar.Bəs sevməyən bir insan üçün yağış nə məna kəsb edir?Adətən yağışlı havada nə arzu edərik?Onu seyr etmək çoxlarımızın ən sevimli məşğuliyyətidir.Bu zaman xüsusi rahatlıq taparıq,xüsusəndə yağışdan sonra günəşin çıxması həyatımıza çıxan bir günəşi xatırladar bizə....
Çox vaxt yağışlı havada ağlamaq istəyərik,istəyərik ki,göz yaşlarımız görünməsin.Göz yaşlarımızı yağan yağış damcılarının ardında gizlədərik.