! O Olmasın, Bu Olsun (1956) !
[
Məzmun
Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin-Sərvər(Arif Mirzəquliyev) və Gülnazın(Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur. __________________________________________________ __________________________________________________ __
Film Haqqında
Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. Filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində "Kürd-Şahnaz" muğamını ifa edir. Yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərli qapının dəliyindən içəri baxarkən qəflətən Sərvər çıxır və yengəni yerə yıxır. Bu məqamda yerə yıxılan aktrisa kiçik barmağını sındırmışdı. Lakin həmin çəkilişlər bitəndən sonra çəkiliş qrupu aktrisanın barmağının sındığını bilmişdilər. Filmdə xanəndə Tükəzban İsmayılova "Segah" muğamı üstündə oxuyur. Film Azərbaycanın ilk rəngli bədii filmidir. Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S.Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanır… (M.Qurbanov, Ə.Qulubəyov “Kino sovetskoqo Azerbaydjana” Bakı, Azdövlətnəşr, 1969, səh 4) bəlli olan odur ki, ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxdı. Asiya və Afrika ölkələrinin Beynəlxalq Daşkənd kinofestivalında göstərilən kinokomediya o vaxt yüksək qiymət almışdı. Filmin xarici ekranlara çıxışı da uğurlu oldu. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A.Davıdov Azərbaycan Kinematoqrafçıları İttifaqının I katibi Hüseyn Seyidzadəyə göndərdiyi məktubunda yazırdı: ““O Olmasın, Bu Olsun” filmi 40 ölkəyə, o cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və Macarıstana satılıb”. Daha sonralar film daha 10 ölkəyə satıldı. Bununla belə, kinolent Bakı kinoteatrlarında nümayiş etdirilərkən, respublika mətbuatında “Müvəffəqiyyətsiz Film” başlıqlı kəskin tənqidi resenziya dərc edilmişdi. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər. O vaxtlar Azərbaycana qastrol səfərinə gəlmiş hind kinematoqrafçıları bir neçə Azərbaycan filminə baxdıqdan sonra daha çox üstünlüyü Hüseyn Seyidzadənin filmlərinə vermişdilər. Hətta hind kinosunun yaradıcısı Rac Kapur onu Hindistana dəvət etmişdi: “Gedək Hindistana, orada film çəkərsən, səni milyonçu edərəm”. ”O olmasın, bu olsun” ekranlara çıxandan sonra kinoşünaslar filmi xəncər-bıçaqla qarşıladılar: "Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər, eybəcər oyunbazlıqlar, gah naturalistcəsinə, gah da qeyri-inandırıcı şişirtmələr tərzində verilmiş əcaib kadrlar... Hər şeydən əvvəl isə filmdə Məşədi İbad obrazı yoxdur. Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir."(“Kommunist”, 09.12 1956). "“O Olmasın, Bu Olsun” filmində tamaşaçıların etirazına səbəb olan qüsur... kinokomediyada olmayan, sonra əlavə edilmiş primitiv əhvalatlar-bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda verilən çirkin naturalist səhnələr və s. kimə lazım idi? Bu əhvalatlar filmdə o qədər işıq, o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qalır... Filmdə tamaşaçıya təqdim edilən Məşədi İbad isə tamamilə başqadır... Bunun təqsiri rolun yanlış traktovkasındadır. Bəla burasındadır ki, rejissor necə çalmışsa, aktyor da elə oynamışdır." (“Ədəbiyyat və İncəsənət”, 09.12.1956). (“O olmasın, bu olsun: böyük aktyorların benefisi”, Ekspress qəzeti, 13.03.2003, Ulduzə Qaraqızı). __________________________________________________ __________________________________________________ __
Səhv
Filmin sonunda hambal Məşədi İbaddan sonuncu dəfə bir abbasını istəyəndə Məşədi İbad əli ilə onun başına vuraraq papağını salır. Bir kadr sonra hambal ekranda görünəndə papaq yenidən onun başındadır. __________________________________________________ __________________________________________________ __
Filmin üzərində İşləyənlər
Əsərin Müəllifi : Üzeyir Hacıbəyov (titrlərdə yoxdur) Ssenari Müəllifi : Sabit Rəhman Quruluşçu Rejissor : Hüseyn Seyidzadə Quruluşçu Operator : Əlisəttar Atakişiyev Geyim Rəssamı : Əlisəttar Atakişiyev Quruluşçu Rəssam : Cəbrayıl Əzimov, Nadir Zeynalov Bəstəkar : Üzeyir Hacıbəyov (titrlərdə yoxdur) Səs Operatoru : Əziz Şeyxov Musiqi Redaktoru : Fikrət Əmirov Rejissor : Şüa Şeyxov Operator : Mirzə Mustafayev Qrim Rəssamı : Georgi Parisaşvili Montaj üzrə Assistent : A. Filimonova Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor : Fikrət Əmirov Filmin Direktoru : Daniil Yevdayev Operator assistenti : Tofiq Sultanov (titrlərdə yoxdur) Quraşdırılmış Səhnələrin Operatoru : Sergey Klyuçevski (titrlərdə yoxdur) Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev (titrlərdə yoxdur) Rejissor Köməkçisi : Ramiz Əliyev (titrlərdə yoxdur) Mahnı İfa edən : Mirzə Babayev(Məşədi İbadın oxuduqları) (titrlərdə yoxdur) Rəqs Quruluşçusu : Əlibaba Abdullayev (titrlərdə yoxdur) __________________________________________________ __________________________________________________ __
Rollarda
Əliağa Ağayev- Məşədi İbad Arif Mirzəquliyev- Sərvər Tamara Gözəlova- Gülnaz Ağasadıq Gəraybəyli- Rüstəm bəy Barat Şəkinskaya- Sənəm İsmayıl Əfəndiyev- Həsənqulu bəy Mustafa Mərdanov- Həsən bəy İsmayıl Osmanlı- Rza bəy Möhsün Sənani- Qoçu Əsgər Lütfəli Abdullayev- Balaoğlan Əhməd Əhmədov (II)(Əhməd Əhmədov-Rumlu kimi)- Hambal Rza Əfqanlı- Cəlil Məmmədquluzadə Ağahüseyn Cavadov-Bəy Adil İsgəndərov- Qoçu Sadıq Saleh- Mirzə Ələkbər Sabir Həsənağa Salayev- Əzim Əzimzadə Nüsrət Fətullayev Münəvvər Kələntərli- Yengə Lütfi Məmmədbəyli- Sərvərin dostu Müxlis Cənizadə- Sərvərin dostu F. Əlizadə Faiq Mustafayev- Sərvərin dostu Əfrasiyab Məmmədov- Sərvərin dostu Osman Hacıbəyov Mollağa Bəbirli-Hamam sahibi Məşədi Qəzənfər Sona Hacıyeva- Çadralı qadın Məmmədsadıq Nuriyev- Bazardakı adam Yusif Yulduz- Bəy Əliheydər Həsənzadə-Bəy Məmməd Sadıqov- Bəy Əminə Dilbazi-Rəqqasə Sadıq Hüseynov-Qoçu Cabbar Əliyev-Qoçu Süleyman Tağızadə- Qoçu Ramiz Mustafayev- Hüseyn Ərəblinski (titrlərdə yoxdur) Xan Şuşinski-Xanəndə (titrlərdə yoxdur) Kamil Dadaşov-Rəqs edən kisəçi (titrlərdə yoxdur) Bəhram Mansurov-Tar çalan (titrlərdə yoxdur) Tələt Bakıxanov-Kamançada çalan (titrlərdə yoxdur) Tükəzban İsmayılova-Xanəndə (titrlərdə yoxdur) Ə. Fərzəliyev-Ziyalı (titrlərdə yoxdur) __________________________________________________ __________________________________________________ __
Filmi Səsləndirən
Əli Zeynalov-Sərvər (Arif Mirzəquliyev) __________________________________________________ __________________________________________________ __
Sitatlar
Məşədi İbad: Heyvan özünsən. Məşədi İbad: Cəhənnəm ol, axmağın biri, axmaq. Mənə meymun dediyin bəs deyil hələ bir əl də verirsən.
Azərbaycan ART
Printable View
-
12-13-2009, 12:27 PMzeynalov_Azərbaycan ART
-
12-13-2009, 12:29 PMzeynalov_Re: Azərbaycan ART
! Qayınana (1978) !
[
Məzmun
Film mənəvi-məişət mövzusundadır. Buradakı hadisələr gənc bəstəkar Ayazın(Fuad Poladov) ailəsində baş verir. Ayazın anası Cənnətin(Nəsibə Zeynalova) iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Qaynana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün dedi-qoduların arası kəsilmir. Ailə konfliktləri getdikcə kəskinləşir. Əgər Ayazın dostu İlqar(İlham Namiq Kamal) onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə olacaqdı... Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs edən bu film həmçinin dövrümüzə yad olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir.
__________________________________________________ __________________________________________________ __
Film Haqqında
Musiqili film Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir.
__________________________________________________ __________________________________________________ __
Festivallar və Mükafatlar
1979-cu ildə Aşqabadda XII Ümumittifaq kinofestivalı
Bəstəkar Tofiq Quliyevə filmin musiqisinə görə Priz verilmişdir.
Aktrisa Nəsibə Zeynalovaya Diplom verilmişdir.
__________________________________________________ __________________________________________________ __
Səhv ;)
Orfoqrafik: Titrlərdə filmin adı "Qaynana" yazılmışdır. Əslində "Qayınana" olmalıdır.
__________________________________________________ __________________________________________________ __
Filmin üzərində İşləyənlər
Əsərin Müəllifi : Məcid Şamxalov (titrlərdə yoxdur)
Ssenari Müəllifi : Əjdər İbrahimov, Marqarita Maleyeva
Quruluşçu Rejissor : Hüseyn Seyidzadə
Quruluşçu Operator : Fikrət Əsgərov
Quruluşçu Rəssam : Nadir Zeynalov
Bəstəkar : Tofiq Quliyev
Səs Operatoru : Marat İsgəndərov
Rejissor : Ramiz Əliyev
Operator : Amin Novruzov
Montaj edən : Tahirə Babayeva
Geyim Rəssamı : Tatyana Əmirova
Qrim Rəssamı : V. Arapov
Dekor Rəssamı : Fikrət Ələkbərov
Quraşdırılmış Çəkilişlərin Operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış Çəkilişlərin Rəssamı : Gennadi Tişşenko
Rejissor Assistenti : Süleyman Əhmədov, Z. Murtuzov
Rəssam Assistenti : Y. Kirşner
Operator Assistenti : Nemət Rzayev, Yuri Varnovski
Redaktor : Seyfəddin Dağlı, Ədhəm Qulubəyov
Mahnıların Mətni : Fikrət Qoca
Musiqi Redaktoru : Oqtay Zülfüqarov
Mahnıları İfa edir : Flora Kərimova, Mirzə Babayev, Yalçın Rzazadə, Akif İslamzadə
Baletmeyster : Rəfiqə Axundova, Maqsud Məmmədov
Çalır : Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Orkestri
Dirijor : Tofiq Əhmədov, Eduard Qazarov
Filmin Direktoru : Gennadi Lapşuk
__________________________________________________ __________________________________________________ __
Rollarda
Nəsibə Zeynalova-Cənnət
İnarə Quliyeva-Afət; Zərifə
İlham Namiq Kamal-İlqar
Tanilə Əhmərova- Sevda
Fuad Poladov- Ayaz
Səfurə İbrahimova- Sədaqət
Tələt Rəhmanov- Əli
Kamil Məhərrəmov-Alverçi
Məmməd Sadıqov-Məşədi Kazım (şəkil)
Sadıq Həsənzadə-Dişi ağrıyan
Gümrah Rəhimov-Yanğın söndürən
N. Əliyev
K. Dadaşov
R. Həsənov
Mayak Kərimov-İlqarın dostu
Sədayə Mustafayeva-Minayə
V. Quliyev
Dadaş Kazımov-Satıcı
Sadıq Hüseynov-Dişi ağrıyan
Elxan Ağahüseynoğlu-Dişi ağrıyan
Sədaqət Zülfüqarova-Dişi ağrıyan
Hökümə Qasımova-Dişi ağrıyan
Ramiz Əzizbəyli-Dişi ağrıyan
Tofiq Əhmədov-Dirijor
__________________________________________________ __________________________________________________ __
Filmi Səsləndirənlər
Ofeliya Sənani-Sevda (Tanilə Əhmərova) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Afət; Zərifə (İnarə Quliyeva) (titrlərdə yoxdur)
Süsən Məcidova-Minayə (Sədayə Mustafayeva) (titrlərdə yoxdur) -
12-13-2009, 12:30 PMzeynalov_Re: Azərbaycan ART
! Onu Bağışlamaq Olarmı? (1959) !
Süjetin əsasını qatı cinayətkarın təsiri altına düşmüş gənc Tərlanın dramatik taleyi təşkil edir.
[
Məzmun
Burada cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin mürəkkəb və çətin işlərindən danışılır. Süjetin əsasını qatı cinayətkarın təsiri altına düşmüş gənc Tərlanın dramatik taleyi təşkil edir.
__________________________________________________ __________________________________________________ __
Film Haqqında
Film aktrisa Əminə Yusifqızının səsləndirdiyi ilk filmdir.
Film aktyor Muxtar Maniyevin kinoda ilk işidir.
Film Məmmədhüseyn Təhmasibin "Bahar" pyesi əsasında ekranlaşdırılmışdır.
Filmdə hadisələr yay aylarında cərəyan etsə də çəkilişlər qışda həyat keçirilmişdir.
__________________________________________________ __________________________________________________ __
Filmin üzərində İşləyənlər
Ssenari Müəllifi : Məmmədhüseyn Təhmasib
Quruluşçu Rejissor : Rza Təhmasib
Quruluşçu Operator : Teyyub Axundov
Quruluşçu Rəssam : Nadir Zeynalov
Bəstəkar : Tofiq Quliyev
Rejissor : A. Şuşkin
Səs Operatoru : Sabir İsgəndərov
Geyim Rəssamı : Cəbrayıl Əzimov
Montaj edən : V. Mironova
Rejissor Assistenti : L. Berladir, R. Sarabski
Məsləhətçi : M. Əliyev (milis polkovniki)
Filmin Direktoru : Bəşir Quliyev
Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor : Tofiq Quliyev
Mahnı İfa edən : Şövkət Ələkbərova, Mirzə Babayev
__________________________________________________ __________________________________________________ __
Rollarda
Mehdi Məmmədov-Mayor Qaya Mürşüdov
Manana Abuyeva-Sevda
İsmayıl Talıblı-Veysəl Mirzə
Qriqori Tonuns-Tərlan
Hökümə Qurbanova-Kəmalə xanım
Veriko Ancaparidze-ana
Məmmədrza Şeyxzamanov-Polkovnik Qurbanov
Həsənağa Salayev-Kapitan Qüdrət
Müxlis Cənizadə-Baş leytenant İbrahimov
Bürcəli Əsgərov-Leytenant Rəsulov
Ətayə Əliyeva-Sara xala
Məleykə Ağazadə-Qumru
Əli Xəlilov-Şahmar
Muxtar Maniyev-Milis serjantı
L. Əliyeva
Çingiz Sadıqov-Pianoçu (titrlərdə yoxdur)
__________________________________________________ __________________________________________________ __
Filmi Səsləndirənlər
Əminə Yusifqızı-Sevda (Manana Abuyeva) (titrlərdə yoxdur)
Həsənağa Salayev-Tərlan (Qriqori Tonuns) (titrlərdə yoxdur)
Sadıq Hüseynov-Qüdrət (Həsənağa Salayev) (titrlərdə yoxdur)
Bahadur Əliyev-Rəsulov (Bürcəli Əsgərov) (titrlərdə yoxdur) -
12-13-2009, 12:33 PMzeynalov_Re: Azərbaycan ART
! Uzaq Sahillərdə (1958) !
"Uzaq Sahillərdə" filmi Azərbaycan xalqının mərd oğlu, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edir.
[
Məzmun
Kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin II Dünya Müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmişdir.
__________________________________________________ __________________________________________________ __
Festivallar və Mükafatlar
1)1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalı
Filmə Diplom verilmişdir.
Bəstəkar Qara Qarayevə filmin musiqisinə görə II Mükafat verilmişdir.
__________________________________________________ __________________________________________________ __
Film Haqqında
Film aktyor Nodar Şaşıqoğlunun kinoda ilk işidir.
Film aktyor Hacımurad Yegizarovun kinoda ilk işidir.
Film İmran Qasımov və Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Mehdi Hüseynzadə ilə eyni partizan dəstəsində vuruşan Cavad Həkimli də bu filmdə çəkilmişdir.
__________________________________________________ __________________________________________________ __
Filmin üzərində İşləyənlər
Ssenari Müəllifi : İmran Qasımov, Həsən Seyidbəyli
Quruluşçu Rejissor : Tofiq Tağızadə
Quruluşçu Operator : Əlisəttar Atakişiyev
Quruluşçu Rəssam : Cəbrayıl Əzimov, Kamil Nəcəfzadə
Bəstəkar : Qara Qarayev
Səs Operatoru : Ağahüseyn Kərimov
Mahnıların Mətni : Y. Dolmatovski
Rejissor : Rüfət Şabanov
Operator : Rasim Ocaqov
Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev
Quraşdırılmış Səhnələrin Operator : S. Klyuçevski
Filmin Direktor : Teymur Hüseynov
Operator Assistenti : Tofiq Sultanov
Dirijor : Niyazi
__________________________________________________ __________________________________________________ __
Rollarda
Nodar Şaşıqoğlu- Mehdi (Mixaylo)
Yuri Boqolyubov- Veselin
A. Yelikoyeva- Anjelika
Ələsgər Ələkbərov- Ferrero
Lev Bordukov- Karranti
Andrey Fayt- Mazelli
Qriqori Şpigel- Şults
Nikolay Boqolyubov- Tinti
Adil İsgəndərov- Rosselini
Mariya Fiqner- Pepitta
Konstantin Adamov
L. Qruber-Mehdinin oxşarı
Salman Dadaşov- Agent
Lidiya Dranovskaya
Tələt Rəhmanov-Xidmətçi
Konstantin Myakişev-Partizan
Voldemar Zandberq
Anatoli Falkoviç
Boris Çinkin
Sergey Yurtaykin
Yan Yanakiyev
Hacımurad Yegizarov- Partizan
Cavad Həkimli-Partizan (titrlərdə yoxdur)
__________________________________________________ __________________________________________________ __
Filmi Səsləndirənlər
Hökümə Qurbanova-Anjelika (A. Yelikoyeva) (titrlərdə yoxdur)
Yusif Vəliyev-Veselinin atası (titrlərdə yoxdur)
Ağasadıq Gəraybəyli-Alman zabiti (titrlərdə yoxdur)
Əli Zeynalov-Mehdi (Mixaylo) (Nodar Şaşıqoğlu) (titrlərdə yoxdur) -
12-13-2009, 12:35 PMzeynalov_Re: Azərbaycan ART
! Arşın Mal Alan (1945) !
"Arşın mal alan" filmi-böyük Azərbaycan bəstəkarı və dramaturqu Üzeyir Hacıbəyovun məhşur musiqili komediyasının əsasında ekranlaşdırılmışdır.
[
Məzmun
Bakı, XX əsrin əvvəli. Gənc tacir Əsgər(Rəşid Behbudov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman(İsmayıl Əfəndiyev) onun köməyinə gəlir...
__________________________________________________ __________________________________________________ __
Film Haqqında
Film aktyor-müğənni Rəşid Behbudovun kinoda ilk işidir.
Film aktyor Lütfəli Abdullayevin kinoda ilk işidir.
Musiqili film dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.
Təkcə 1945-ci ildə bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27 milyon tamaşaçı baxmışdır. 8-ci yeri tutmaqla prokat lideri olmuşdur. ("Domaşnaya Sinematika" bədii filmlərinin kataloqu. Moskva, 1966).
Film nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti qazandırmışdır.
Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından "100 Sevimli film" seçilmişdir. Həmin filmlər üç hissəyə-Qızıl, Gümüş və Bürünc siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş "Arşın Mal Alan" kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə "Qızıl Siyahı" ya daxil edilmişdir. ("Oqonyok" jurnalı, № 2, Yanvar, 1996).
Film 136 ölkədə nümayiş etdirilmiş, 86 dilə tərcümə edilmişdir.
Soltan bəy obrazını oynayan Ələkbər Hüseynzadə filmdən əvvəl 600 dəfə səhnədə bu obraza həyat vermişdir.
Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Bankın maliyyə dəstəyilə "Arşın mal alan" filminin Moskva Film Fondundakı nüsxəsinin ölkəmizə gətirilərək, Azərbaycan dilində yenidən bərpa olunmasını təşkil edib. 16 May, 2006-cı ildə film 60 illiyində ilk dəfə nümayiş etdirilib.
Filmin çəkilməsi Stalinin göstərişi ilə həyata keçirildiyindən Mir Cəfər Bağırov çəkilişlərə xüsusi nəzarət etmişdir.
Filmdə gözə dəyən nə varsa hamısı təbiidir. Bu filmdə ümumiyyətlə butafordan istifadə edilməyib. Qızıl, bəzək əşyalarından tutmuş bütün ev əşyalarına qədər hər şey təbii və həqiqətən qiymətli əşyalardır. Rəşid Behbudov xatırlayırdı ki, çəkilişlərdə istifadə olunan qiymətli əşyalar muzeydən və xüsusi elanlarla əhalidən çəkiliş müddətinə götürülmüşdü.
Leyla Bədirbəyli Gülçöhrə roluna 50 qızın içərisindən seçilmişdi.
__________________________________________________ __________________________________________________ __
Festivallar və Mükafatlar
1)1946-cı ildə
Bəstəkar Üzeyir Hacıbəyova (ölümündən sonra), rejissor Rza Təhmasibə, aktrisa Leyla Bədirbəyliyə, aktrisa Münəvvər Kələntərliyə, aktyor Rəşid Behbudova, aktyor Lütfəli Abdullayevə və aktyor Ələkbər Hüseynzadəyə SSRİ Dövlət Mükafatı verilmişdir.
__________________________________________________ __________________________________________________ __
Filmin üzərində İşləyənlər
Əsərin Müəllifi : Üzeyir Hacıbəyov(titrlərdə yoxdur)
Ssenari Müəllifi : Sabit Rəhman
Quruluşçu Rejissor : Rza Təhmasib, Nikolay Leşşenko
Rejissor : İsmayıl Əfəndiyev
Quruluşçu Operator : Əlisəttar Atakişiyev, Muxtar Dadaşov
Bəstəkar : Üzeyir Hacıbəyov(titrlərdə yoxdur)
Musiqi Redaktoru : Niyazi
Səs Operatoru : Ağahüseyn Kərimov
Quruluşçu Rəssam : Yuri Şvets
Rəssam : Ağamehdi Qumriyev
Geyim Rəssamı : İsmayıl Axundov
Mahnıları Rus Dilinə Tərcümə edən : Tatyana Streşneva
Rejissor Assistenti : Zeynəb Kazımova, Əlisəttar Məlikov, N. Rusanova
Montaj üzrə Assistent : A. Strijova
Operator Assistenti : Kazım Həsənov
Filmin Direktoru : Daniil Yevdayev, Teymur Hüseynov
Xoreoqrafiya Müəllifi : Əlibaba Abdullayev(titrlərdə yoxdur)
__________________________________________________ __________________________________________________ __
Rollarda
Rəşid Behbudov-Əsgər
Leyla Bədirbəyli(Leyla Cavanşirova kimi)-Gülçöhrə
Ələkbər Hüseynzadə-Soltan bəy
İsmayıl Əfəndiyev-Süleyman
Münəvvər Kələntərli-Cahan xala
Lütfəli Abdullayev-Vəli
Fatma Mehrəliyeva-Telli
Rəhilə Mustafayeva-Asya
Mirzəağa Əliyev-Məşədi İbad
__________________________________________________ __________________________________________________ __
Əsərin Müəllifi-------Üzeyir Hacıbəyov
Ssenari Müəllifi------Sabit Rəhman
Rejissor ----------- Rza Təhmasib, Nikolay Leşşenko
Operator ------- Əlisəttar Atakişiyev, Muxtar Dadaşov
Rəssam- - - - - - Yuri Şvets
Bəstəkar --- - - - - -Üzeyir Hacıbəyov
Səs Operatoru --- Ağahüseyn Kərimov
Janr
1.Komediya
2.Məhəbbət
3.Musiqili
İlk Baxış Tarixi- - - 21 Yanvar, 1949, Finlandiya
29 İyul, 1950, ABŞ
16 May, 2006, Bakı(bərpa edilmiş versiyası-azəricə)
Dil- - - - Azərbaycan dili
Ölkə - - - Azərbaycan
İstehsalçı Kompaniya- - -Bakı Kinostudiyası
Filmin Növü- - - Tammetrajlı Bədii Film
Rəng - - -Ağ-Qara
Vaxt- - -99 dəq.
İl - - -1945
Film Çəkilən Yerlər- - --Bakı -
12-13-2009, 12:37 PMzeynalov_Re: Azərbaycan ART
! Bizim Cəbiş Müəllim (1969) !
Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir.
[
Məzmun
Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.
__________________________________________________ __________________________________________________ __
Film Haqqında
Böyük Vətən müharibəsində Azərbaycan neftinin nə dərəcədə böyük rol oynaması haqqında fikirlər ilk dəfə olaraq “Bizim Cəbiş Müəllim” filmində Nəcəfov obrazının dili ilə söylənilib: “Doğrudan da, bu filmdə Həsən Seyidbəyli, təbii ki, filmin ssenari müəllifi Maqsud İbrahimbəyovla birgə çox cəsarətli addım atmışdır. Belə ki, o, mənim yaratdığım Nəcəfov obrazının dili ilə rusların xoşuna gəlməyən, daima nəzəratlərində saxladığı faktları aşkara çıxarmışdır. Həmin fakt ondan ibarət idi ki, Böyük Vətən müharibəsində Sovetlər Birliyi tərəfindən iştirak edən hər 1000 tankdan 700-nü, hər 1000 təyyarədən 700-nü yanacaqla Azərbaycan təmin edib. Bu fakt ilk dəfə “Bizim Cəbiş Müəllim” filmində aşkara çıxarıldı… Filmin çəkilişi başa çatdıqdan sonra Moskvaya göndərdilər. Həmişə olduğu kimi bu dəfə də Moskva filmin bir neçə epizodu ilə yanaşı, Nəcəfov obrazının dili ilə deyilən faktların çıxarılmasına göstəriş verir. Həsən Seyidbəyli gərgin mübahisədən sonra istədiyinə nail olur”… (“Bizim Cəbiş Müəllim: Həsən Seyidbəyli Makedonu təsadüfən tapmışdı”, Ekspress qəzeti, 10.04.2004, Ulduzə Qaraqızı). *
Film Maqsud İbrahimbəyovun “Müharibənin 1001-ci Gecəsi” ssenarisi əsasında çəkilib.
Rejissor Makedon roluna Aqil Ağacanovu təsadüfən çəkmişdi. Aktyorla nərd atan rejissor nərddə uduzduqdan sonra sözünü tutaraq onu Makedon roluna sınağa çağırdı. Lakin burada professional rejissorun belə bir bəsit hadisədən sonra filmin ən əhəmiyyətli rollarından birinə Ağacanovu çəkməsi qərarı real görünmür. Hər halda rejissor Ağacanovu qıraqdan müşahidə etmiş və onu Makedon roluna uyğun görmüşdü.
__________________________________________________ __________________________________________________ __
Festivallar və Mükafatlar
[b]1)1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalı
Aktyor Süleyman Ələsgərov (II)a yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilmişdir.
__________________________________________________ __________________________________________________ __
Filmin üzərində İşləyənlər
Ssenari Müəllifi : Maqsud İbrahimbəyov
Quruluşçu Rejissor : Həsən Seyidbəyli
Quruluşçu Operator : Arif Nərimanbəyov
Quruluşçu Rəssam : Məmməd Hüseynov
Bəstəkar : Emin Sabitoğlu
Səs Operatoru : Ağahüseyn Kərimov
Geyim Rəssamı : Kazım Kazımzadə
Rejissor : Əbdül Mahmudov
Quraşdırılmış Səhnələrin Operatoru : N. Xarbikov
Quraşdırılmış Səhnələrin Rəssamı : Eduard Abdullayev
Rejissor Assistenti : Elmira Əliyeva, M. Məlikov, Cəfər Əsədov
Operator Assistenti : Valeri Kərimov, Elxan Əliyev
Rəssam Assistenti : Ə. Musayev, Tatyana Əmirova
Qrim Rəssamı : V. Bereznyakov
Montaj edən : Nelli Mahmudova
Redaktor : N. İbrahimova, Ədhəm Qulubəyov
Mahnıların Mətni : Zeynal Cabbarzadə, Teymur Elçin
Çalır : Azərbaycan Radio və Televiziyasının Kamera Orkestri
Dirijor : N. Rzayev
Filmin Direktoru : Nazim Ələkbərov
Meyxananın Müəllifi : Molla Məhəmməd (titrlərdə yoxdur)
__________________________________________________ __________________________________________________ __
Rollarda
Süleyman Ələsgərov (II)-Cəbiş
Şəfiqə Məmmədova-Cəbişin arvadı
Muxtar Maniyev-Nəcəfov
Səfurə İbrahimova-Nəcəfovun arvadı
Ziya Seyidbəyli-Namiq
Nəsibə Zeynalova-Suğra xala
Əliağa Ağayev-Əbülfəz
Aqil Ağacanov-Makedon
Svetlana Morşinina-Tanya
Cahangir Novruzov-Rəsulov
Fazil Salayev-Mıqqı
Məryəm Seyidbəyli-Şəfiqə
Hamlet Xanızadə-Kapitan
Kamil Qubuşov-Müəllim
Cabbar Əliyev-Müəllim
Məmmədrza Şeyxzamanov-Poçtalyon
Sona Aslanova-Ana
Ş. Bağırova
Süsən Məcidova-Makedonun anası
Məmməd Sadıqov-Səngər qazan
Tələt Rəhmanov
Eldəniz Zeynalov-Qulam
Sofa Bəsirzadə-Həkim
V. Otradinski-Qaçqın
N. Sorin
A. Yakovlev
Nina Sarnatskaya-Qaçqın qadın
Vera Şirye-Həkim
Ağahüseyn Cavadov-Neft satan
Əliheydər Həsənzadə-Tanyanı gətirən
İ. Şaqulina
Mehdi Seyidbəyli-Cəbişin oğlu
Sədaqət Zülfüqarova
Əli Xəlilov-Məhəllə sakini
Bahadur Əliyev-Alverçi
__________________________________________________ __________________________________________________ __
Filmi Səsləndirənlər
Həsənağa Turabov-əsgər (titrlərdə yoxdur)
Məmmədsadıq Nuriyev-Qaçqın (titrlərdə yoxdur)
Dadaş Kazımov-Qaçqın (titrlərdə yoxdur)
Amaliya Pənahova-Tanya (Svetlana Morşinina) (titrlərdə yoxdur)
Bahadur Əliyev-əsgər (titrlərdə yoxdur) -
12-13-2009, 12:40 PMzeynalov_Re: Azərbaycan ART
! Görüş (1955) !
"Görüş" filmi- Azərbaycan və özbək pambıqçılarının əmək yarışından bəhs edir. Bu yarışma iki gənc əməkçinin tanışlığına və sevgisinə səbəb olur. Film Azərbaycana gələn özbək pambıqçısı Lala və Kamilin sevgisində bəhs edir.
[
Məzmun
Film bir-birilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmişdir. Filmin mərkəzində iki gəncin-özbək qızı Lala(Nelli Ataullayeva) ilə azərbaycanlı Kamilin(Arif Mirzəquliyev) saf məhəbbəti durur. Əmək qəhrəmanı, məşhur pambıqçı Lalaya olan saf məhəbbəti tənbəl və qayğısız Kamili kənd təsərrüfatı qabaqcılları sırasına gətirib çıxarır. Filmdə belə bir fikir irəli sürülür: Əmək insanı zinətləndirir, onu camaatın gözündə qaldırır və ona xoşbəxtlik gətirir.
__________________________________________________ __________________________________________________ __
Film Haqqında
Film quruluşçu rejissor Tofiq Tağızadə kinoda ilk müstəqil işidir.
Film aktyor Əliağa Ağayevin kinoda ilk işidir.
Film aktrisa Barat Şəkinskayanın kinoda ilk işidir.
Film aktyor Ceyhun Mirzəyevin kinoda ilk işidir.
__________________________________________________ __________________________________________________ __
Səhvlər
Davamlılıq : Meşədə Musa Lalanı Bilqeyis zənn edib ona yaxınlaşanda Lalanın yaylığı başındadır. Bir kadr sonra yaylıq onun çiyinlərindədir.
__________________________________________________ __________________________________________________ __
Filmin üzərində İşləyənlər
Ssenari Müəllifi : Ədhəm Qulubəyov, Nina Pozina
Quruluşçu Rejissor : Tofiq Tağızadə
Quruluşçu Operator : Teyyub Axundov, Cavanşir Məmmədov
Quruluşçu Rəssam : Cəbrayıl Əzimov, Elbəy Rzaquliyev
Bəstəkar : Tofiq Quliyev
Səs Operatoru : İlya Ozerski
Rejissor : Əjdər İbrahimov
Mahnıların Mətni : Zeynal Cabbarzadə
Rejissor Assistenti : L. Berladir
Rəssam Assistenti : Məmməd Hüseynov
Qrim Rəssamı : M. Petrova, S. Pozdeyeva
Filmin Direktoru : V. Dudiyev
Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor : Tofiq Quliyev
Mahnıları İfa edir : Şövkət Ələkbərova, Lütfiyar İmanov, Ş. Mustafayeva (titrlərdə yoxdur)
Operator Assistenti : Əlihüseyn Hüseynov (titrlərdə yoxdur)
__________________________________________________ __________________________________________________ __
Rollarda
Arif Mirzəquliyev-Kamil
Nelli Ataullayeva-Lala
Leyla Bədirbəyli-Bilqeyis
Həsənağa Salayev-Musa
Münəvvər Kələntərli-Münəvvər
Əliağa Ağayev-Şıxəli
Ağahüseyn Cavadov-Əbülfəz
Barat Şəkinskaya-Şövkət
Sona Aslanova-Firəngiz
Əzizə Məmmədova-Əzizə
Məmmədəli Vəlixanlı-Çayçı
A. Norbayev-Niyaz
Fateh Fətullayev-Quluzadə
Süsən Məcidova-Səlminaz
Mustafa Mərdanov-Əsgər
Müxlis Cənizadə-Ənvər
R. Mirzəyeva-Almaz
Cabbar Əliyev-Şarip
H. İsmayılova
Sədaqət Zülfüqarova-Pambıqçı
K. Yusipova
B. Şirəlibəyov
Ceyhun Mirzəyev-Şıxəlinin oğlu (titrlərdə yoxdur)
Tələt Rəhmanov-Kolxoz işçisi (titrlərdə yoxdur)
Şəfiqə Qasımova-Pambıqçı (titrlərdə yoxdur)
__________________________________________________ __________________________________________________ __
Filmi Səsləndirənlər
Əli Zeynalov-Kamil (Arif Mirzəquliyev) (titrlərdə yoxdur)
Sofa Bəsirzadə-Lala (Nelli Ataullayeva) (titrlərdə yoxdur)
__________________________________________________ __________________________________________________ __
Sitatlar
Bilqeyis (Leyla Bədirbəyli) : Həmən qız bax budur, görürsünüzmü?
Pambıqçı (Sədaqət Zülfüqarova) : Nə qəşəng qızdır.
Pambıqçı (Şəfiqə Qasımova) : Çox gözəl gözləri var.
Pambıqçı (Sədaqət Zülfüqarova) : Gözlərindən görünür ki, xoşxasiyyət və mehribandır.
Bilqeyis (Leyla Bədirbəyli) : Mehribandır? Bir dayanın, görərsiniz necə mehribandır. Qızlar, bu yoxlama yaman olacaq haa. Bununla yarışmaq asan iş deyil.
Pambıqçı (Sədaqət Zülfüqarova) : Ay qızlar, mənim elə indidən ürəyim döyünür.
Pambıqçı (Şəfiqə Qasımova) : Çox nahaq yerə.
Firəngiz (Sona Aslanova) : Mənimki heç bir damcı da döyünmür. Nədən qorxuruq ki? Bizim sahəni kimə istəsən göstərmək olar.
Pambıqçı (Şəfiqə Qasımova) : Əlbəttə.
Firəngiz (Sona Aslanova) : İşdir, əyir-əskikimiz olsa, nə olar ki, o ki sənin dostundur.
Pambıqçı (Şəfiqə Qasımova) : Həə.
Bilqeyis (Leyla Bədirbəyli) : Biz elə dostlardan deyilik. Bir də bizim sahə ilə onu mat qoymaq olmaz. O, bizdən yenilik gözləyir.
Firəngiz (Sona Aslanova) : Bizdə yenilik də tapılar.
Bilqeyis (Leyla Bədirbəyli) : Hə tapılar. Burnumuza kağız yapışdırırıq, gözəllik hayına düşmüşük. Məhsul artırırıq.
Firəngiz (Sona Aslanova) : Mənim burnumun heç kəsə dəxli yoxdur. Gözəlliyin də məhsula zərəri dəyməz. Bura bax, sən özün də təzə yaylıq bağlayıbsan. Deyillər Musa gəlir. Həə?
Bilqeyis (Leyla Bədirbəyli) : Musanın bura nə dəxli var? Bir də bu nə olan işdir ee? Xalq bizi yoxlamağa gəlir, biz də burada durub söz güləşdiririk.
Firəngiz (Sona Aslanova) : Bu qıza heç bir kəlimə söz demək olmur
Pambıqçı (Şəfiqə Qasımova) : Söz var, söz var də. Bəs sən onun qardaşı Kamilin dalınca düşürsən, o sənə heç bir söz demir.
Firəngiz (Sona Aslanova) : Kim? Mən?
Pambıqçı (Şəfiqə Qasımova) : Yox, mən.
(Musanın maşını görünür)
Firəngiz (Sona Aslanova) : Ora bax. Özü gör, necə qaçacaq.
Pambıqçı (Şəfiqə Qasımova) : Necə bəyəm? Musa gəlib?
Firəngiz (Sona Aslanova) : Hə.
Bilqeyis (Leyla Bədirbəyli) : Bura baxın, ay qızlar. Mən kəndə getməliyəm. Vacib işim var.
Firəngiz (Sona Aslanova) : Var, var, əlbəttə var.
Bilqeyis (Leyla Bədirbəyli) : Axı, Lalə bizdə qalacaq. Mən gərək tədarük görəm. Başa düşürsünüz.
Firəngiz (Sona Aslanova) : Lap yaxşı başa düşürük.
Pambıqçı (Sədaqət Zülfüqarova) : Yeri,onun sözlərinə qulaq asma.
Pambıqçı : Yeri, tez ol. Axı, sən gərək tədarük görəsən.
Pambıqçı (Şəfiqə Qasımova) : Yubanma qonaqlar səni gözləyir.
Firəngiz (Sona Aslanova) : Mən sizə demədim qaçacaq.
Musa (Həsənağa Salayev) : Mən dünən şəhərdə onların hamısını gördüm
Bilqeyis (Leyla Bədirbəyli) : Sən orada bir gözəl görmədin?
Musa (Həsənağa Salayev) : Mən ömrümdə ancaq bir gözələ rast gəlmişəm və ona demək istəyirdim ki.. (bu zaman maşının yanından Kamil motosikletlə keçir). Axx, lənətə gələsən.
Bilqeyis (Leyla Bədirbəyli) : Necə?
Musa (Həsənağa Salayev) : Yox.
Bilqeyis (Leyla Bədirbəyli) : Lənətə?
Musa (Həsənağa Salayev) : Mən o motosikletdəki axmağı deyirəm.
Bilqeyis (Leyla Bədirbəyli) : O mənim qardaşımdır.
Musa (Həsənağa Salayev) : Kamil? O motosikleti haradan alıb?
Bilqeyis (Leyla Bədirbəyli) : Anam alıb.
Musa (Həsənağa Salayev) : Əcəb sürür.
Bilqeyis (Leyla Bədirbəyli) : Yaxşı sürür? Hay-küyü var. Əlindən bir şey gələn deyil.
Musa (Həsənağa Salayev) : Ay qız, cavandır da.
Bilqeyis (Leyla Bədirbəyli) : Cavanlıq deyil, axmaqlıqdır. Ali məktəbə girdi, kəsildi. Xor dərnəyindən yapışdı, atdı. Oxumur, işləmir. Lap avaradır
Musa (Həsənağa Salayev) : O ki elektrostansiyaya girmək istəyirdi.
Bilqeyis (Leyla Bədirbəyli) : Götürmədilər. Adamı qara gözlərinə görə işə götürmürlər ki.
Musa (Həsənağa Salayev) : Ehh. Qara gözlərə can qurban vermək olar
Bilqeyis (Leyla Bədirbəyli) : Mən zarafat eləmirəm.
Musa (Həsənağa Salayev) : Mən də ciddi deyirəm.
Bilqeyis (Leyla Bədirbəyli) : Sənə nə var ki. Amma mənim qardaşım qoşulub kəndimizin tənbəllərinə. Səhərdən axşamacan çayxanada itib batır. Mənə qulaq asmır. Anam da ki, onun nazını çəkir.
Musa (Həsənağa Salayev) : Əziz xələfdir də.
Bilqeyis (Leyla Bədirbəyli) : Evdə də bir kişi yoxdur ki, heç olmasa ona nəsihət eləsin.
Musa (Həsənağa Salayev) : Bax, burada Kamilin heç bir günahı yoxdur.
Bilqeyis (Leyla Bədirbəyli) : Bura bax, bəlkə sən onunla danışasan, ona bir nəsihət eləyəsən.
Musa (Həsənağa Salayev) : Mən? Mənim nə haqqım var ki? Mən ki onun qohumu deyiləm.
Bilqeyis (Leyla Bədirbəyli) : O sənə çox hörmət eləyir. Bir də ki, o, yad sözünə daha tez baxar.
Musa (Həsənağa Salayev) : Yad sözünə? (Musa maşını saxlayır) Çatdıq.
Bilqeyis (Leyla Bədirbəyli) : Belə öküz arabasında ancaq kələm daşımaq olar. Sağ ol.
Musa (Həsənağa Salayev) : Ehh.
1-ci Pambıqçı : Uşaqlar, Əbülfəzə bir baxın. Görəsən indi haradan atırlar bayıra.
2-ci Pambıqçı : Bilmirsən? .......çılıq briqadasından.
1-ci kəndli oğlan : Sən hələ Şıxəliyə bax, Şıxəliyə.
2-ci kəndli oğlan : Arvadının qoltuğunun altına girib.
Ənvər (Müxlis Cənizadə) : Kamilə bax, Kamilə. Həmişə o motosikletin belində idi. İndi motosiklet onun boynuna minib.
Pambıqçı : İndi qəzet onları düzəldər.
Əsgər (Mustafa Mərdanov) : Arxayın ol. Onları elə düzəltsinlər ki, özün də afərin deyəsən. Kolxozumuzda bir nəfər tənbəl qalmayacaq.
Şıxəli (Əliağa Ağayev) : Necə yanı tənbəl? Hm, tənbəl. Kadrlardan düzgün istifadə eləmək lazımdır. Hər adamın öz yeri var. Şeş-beş. Birinin yeri tarladır, o birinin yeri..
Əsgər (Mustafa Mərdanov) : Toyxana.
Şıxəli (Əliağa Ağayev) : Nə?
Çayçı (Məmmədəli Vəlixanlı) : Rəhbərlik.
Şıxəli (Əliağa Ağayev) : Əhsən. Qədir bilən yoxdur də.
Əbülfəz (Ağahüseyn Cavadov) Gözləri götürmür də. Biri elə mən özüm. Briqadaya qədəm qoyan kimi, o saat...
Çayçı (Məmmədəli Vəlixanlı) : O saat mitilivi atırlar bayıra.
Şıxəli (Əliağa Ağayev) : Şeş-sə.
Çayçı (Məmmədəli Vəlixanlı) : Əşi belə də ədalətsizlik əlar.
Əbülfəz (Ağahüseyn Cavadov) Ədalət yoxdur də. İndi mən pambıq suvarıram, yenə də hər tərəfdən qəmiş qoyurlar.
Əsgər (Mustafa Mərdanov) : Canın çıxsın, pambığa həddindən artıq su buraxma, qəmiş qoymasınlar.
Əbülfəz (Ağahüseyn Cavadov) Çahar-yek. Əşi mən tarla üçün su əsirgəmirəm. Axşamdan suyu açıb buraxıram pambığa nə qədər içir içsin də. Çahar-du.
Əsgər (Mustafa Mərdanov) : Sən heç özünə də əsirgəmirsən.Gecə-gündüz hey qarnını doldurursan.
Çayçı (Məmmədəli Vəlixanlı) : Heç dəxli var? A balam, kişi öz qarnına doldurur də. Sənin ki, qarnıva doldurmur.
Əbülfəz (Ağahüseyn Cavadov) Öz puluma içirəm də.
Şıxəli (Əliağa Ağayev) : Əh.
Əbülfəz (Ağahüseyn Cavadov) Paxıllığa bax aa. Çahar yek.
Şıxəli (Əliağa Ağayev) : Əşi, sənə nə? Öz zəhmətimizlə qazanmışıq, xərcləyirik.
Əsgər (Mustafa Mərdanov) : Bura bax! A bala, zəhmət haqqı sənin niyə olur? O ki arvadın Şövkətin pullarıdır.
Şıxəli (Əliağa Ağayev) : Bəs, arvadım Şövkət kimindir? Düldülü.
Əbülfəz (Ağahüseyn Cavadov) Sən öləsən Şıxəli gözləri götürmür.
Əsgər (Mustafa Mərdanov) : Tfu.
Əbülfəz (Ağahüseyn Cavadov) Sə-bir.
(Kamil çayxanaya daxil olur)
Şıxəli (Əliağa Ağayev) : Pahoo, Kamil, xoş gördük.
Kamil (Arif Mirzəquliyev) : Şıxəli, Əbülfəz, xəbəriniz var?
Şıxəli (Əliağa Ağayev) : Yox.
Əbülfəz (Ağahüseyn Cavadov) Yox.
Kamil (Arif Mirzəquliyev) : Bizə qonaq gəlir.
Şıxəli (Əliağa Ağayev) : Nə?
Əbülfəz (Ağahüseyn Cavadov) Qonaqlar kimdir?
Kamil (Arif Mirzəquliyev) : Özbək pambıqçılarının nümayəndələri.
Şıxəli (Əliağa Ağayev) : Həə.
Əbülfəz (Ağahüseyn Cavadov) Bəs, bu kimdir?
Kamil (Arif Mirzəquliyev) : Məşhur özbək pambıqçısı, sosialist əməyi qəhrəmanı Lala İzmailova
Şıxəli (Əliağa Ağayev) : Bəh,bəh,bəh,bəh.
Çayçı (Məmmədəli Vəlixanlı) : Aaaaa.
Şıxəli (Əliağa Ağayev) : Bax, bolluca əmək günü bundadıdr haa.
Əbülfəz (Ağahüseyn Cavadov) Nə qəşəng qızdır.
Çayçı (Məmmədəli Vəlixanlı) : Öz aramızıdır, Əbülfəz, nə sənə yaraşan qızdır.
Əbülfəz (Ağahüseyn Cavadov) Həə?
Çayçı (Məmmədəli Vəlixanlı) : Həəə. Belə bir nişanlın olsa lap Şıxəlidən də artıq dolanarsan. Ye, iç, yat. Hehehehe.
Əbülfəz (Ağahüseyn Cavadov) Rişxənd eləmə bala, rişxənd eləmə. Dünyadır də. Qoy, bir tanış olaq. Bəlkə elə bir-birimizi sevdik, adaxlandıq.
Kamil (Arif Mirzəquliyev) : Bura ver. Adaxlıya bax.
Şıxəli (Əliağa Ağayev) : Şişşş sakit, sakit. Görəsən qonaqlarımız nə vaxt gələcək?
Çayçı (Məmmədəli Vəlixanlı) : Əgər, aeroplanla gəlsələr, gərək indi göydə olsunlar.
Şıxəli (Əliağa Ağayev) : Eh eh.
Kamil (Arif Mirzəquliyev) : Sabah buradadırlar.
Şıxəli (Əliağa Ağayev) : Həə? -
12-13-2009, 01:44 PMzeynalov_Re: Azərbaycan ART
! Mir Mövsüm Ağa !
Mir Mövsüm Ağa imam Əli (ə) nin nəslindəndir.
[
Seyidlər, ocaq sahibləri isə ALLAH istənilən diləklərin ünvanına çatdırılmasında binəgüzarlıq edir. Xalq arasında Mir Mövsüm Ağa kimi tanınan Ağa Seyid Əli də Yaradana yaxın sayılan simalardan olub. Tanrı ilə bizə məlum olmayan yollarda bələdçilik edib, biçarələrə çarə qılmaq, xəstələrə şəfa vermək kimi fövqəladə qabiliyyəti Yaradandan alıb. Ağa Seyid Əlinin (Mir Mövsüm Ağa) valideynləri haqda nə respublikanın tarix arxivində, nə də Bakı məscidlərinin qeydiyyat kitablarında məlumat yoxdur. Lakin müasirlərinin dediklərinə görə, atası Mirabutalıb Mövsümzadə və anası Xədicə Mirqasımova Kərbəlada torpağa tapşırılıb. Nəsil haqqında araşdırma aparanlar Ağa Seyid Əli Mirmövsümzadələrin Məhəmməd peyğəmbər (s) nın nəslinə mənsub olduğu iddiasındadırlar. Ağanın soy kökü üçüncü imam Hüseyn (ə) nin atası Xəlifə Əli İbn Abu Talıbın nəsli ilə bağlıdır. VI-VII əsrlərdə Məhəmməd peyğəmbər (s) nın əleydarları tərəfindən təqib olunan imam Həsən (ə) və imam Hüseyn (ə) nin törəmələri Yaxın Şərq ölkələrinə köçüblər. Sonradan isə Ağa Seyid Əli Mir Mövsümzadənin nəsli Azərbaycana köç edib. Mir Mövsümzadələr nəsli İmam Hüseyn (ə) soyunun bir qolu olaraq seyid sayılıblar (belə ki, İmam Hüseyn (ə) nin şəcərəsi seyid, İmam Həsən (ə) nin şəcərəsindən gələnlər isə “şərif” sayılırlar). Tədqiqatlarda göstərilir ki, peyğəmbər nəslindən olan Mir Mövsüm Ağaya həm də, ALLAH-təalanın vergisi qismət olub.
Seyid uzun illər İçərişəhər Firdovsi küçəsi 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi pənah yeri olub. Ağa Seyid Əli 67 yaşında vəfat edib. Hazırda uyuduğu və ruhunun dolaşdığı qəbirstanlıq da ziyarətgaha çevrilib. Həmin məzarıstanda Ağa ilə yanaşı böyük qardaşının həyat yoldaşı Sara Seyid Musa qızı, onun övladları Hökumə, Gülsüm, Tahirə, Xədicə, kiçik qardaşı Mirkazım Ağa, onun həyat yoldaşı Sitarə xanım, övladları Seyid Əkrəm uyuyur. Əvvəllər qəbrinin üstündə yalnız adı həkk olunmuş başdaşı olub. 1992-ci ildə isə Şüvəlan sakinləri Hacı Nizam, Hacı Şərif və Tahir Quliyevin təşəbbüsü ilə Mir Mövsüm Ağanın uyuduğu torpağın ziyarətgaha çevrilməsi üçün təşəbbüs qrupu yaradılıb. Ziyarətgah əməkdaşının dediyinə görə, tikinti zamanı xüsusi layihə, plan hazırlanmayıb. Qəsəbə sakinləri tərəfindən Almaniyadan qiymətli rəngarəng ayna növləri alınıb. Gümbəz və divarlar üzərində “Allah”, “Mühəmməd”, “Əli” və “Allahu Əkbər” sözləri həkk olunub. Gümbəzin zirvəsində isə “Allahu Əkbər” əks olunmuş qızıl medalyon asılıb. Kişilərin namaz qılmaları üçün məscid tikilib. Həmçinin 8 güşəli, divarları maili hövuz inşa olunub. Ziyarətgahda “Qurbangah” adlanan xüsusi yer var. Ramazan ayı ərzində hər gün iftar süfrəsi açılır. Məhərrəm ayı daxil olmaqla hər gün Ağanın ehsanı olaraq çay verilir. Hər şənbə günü bir internat məktəbinin şagirdləri üçün nahar süfrəsi açılır, nəzirlər hesabına bir neçə internat məktəbinə, qocalar evinə ərzaq yardımı edilir. Ağanın payı kimi 5-dən çox qaçqın və məcburi köçkün ailəsinə hər ay yardım olunur. Təxmini hesablamalara görə, ziyarətgaha hər gün 100-150 zəvvar gəlir. Məhərrəm ayında isə bu rəqəm 500-ü ötür. Bura hətta Rusiya, Almaniya, Türkiyə, ABŞ, Fransadan ziyarətə gəlirlər. Rayonlardan və xarici ölkələrdən gələnlər üçün gecələməyə otaqlar var.
Ziyarətə gələn İçərişəhər sakini 78 yaşlı Hacı Əzizin dedikləri: “Ağır xəstəliyə tutulmuşdum. Anam məni Ağanın yanına apardı. Əlini başımdan üzümə qədər çəkdi. Sonra təbəssümlə bacısının üzünə baxdı. Bacısı Ağanın yarımçıq qalmış çayını mənə içirtdi. Anam dedi ki, Ağanın əlindən öp. İki gün içərisində sağaldım. Sonralar hər ay Ağanın ziyarətinə getmişəm. Noyabrın 17-də torpağa tapşırıldı. Yas mərasimində 50-60 min adam iştirak edirdi. Hamı Ağaya son borcunu vermək istəyirdi”. Ağanın möcüzələrinin şahidi olan Hacının sözlərinə görə, ateizmin hökm sürdüyü dövrdə Mərkəzi İcraiyyə Komitəsinin sədri Mir Bəşir Qasımovun başına gələnləri və Ağaya pənah gətirdiyini hamı bilirmiş: “Belə nəql edirdilər ki, iclasların birində Mir Mövsüm Ağa haqqında nalayiq sözlər danışan Mir Bəşirin qəfildən səsi tutulub. Bayaqdan gur-gur guruldayan Qasımov xırıldayaraq yerə yıxılıb. Həkimlər əlac edə bilməyəndən sonra Ağanın yanına aparıblar. Ağanın işarəsi ilə bacısı bir tikə çörəyi seyidin yeməyinə batıraraq Mir Bəşirə verib. Həyacandan titrəyən sədr tikəni yeyəndən sonra sakitləşib və səsi açılıb. Amma Stalin Ağanı bütün bəlalardan qoruyub. O boyda rəhbər Mir Mövsüm Ağaya çox inanırmış”. Daha bir hadisə isə Ağa haqqında yazılmış xatirələrdədir: “Seyidin evinə gələrək əşyaları siyahıya alınıb. Baxmayaraq ki, bütün nəzirlərdən vergi ödənilirmiş. Sovetlərin fikrincə, Ağa insanlara hökumətə deyil, Allaha tabe olmağı təbliğ edib. Əmlakı “ZİS-5” markalı maşına yükləyiblər. Lakin maşının motoru qəfildən sönüb. Təmir işləri aparılsa da, maşın yola düşməyib. Əşyalar geri qaytarılmayanadək heç kim maşını sürməyə cəsarət etməyib”. “1943-cü ildə Ağanın yanına üç rus gəlib və müsəlmanlığı qəbul edib. Məlum olub ki, bütün ekipaj məhv olub. Lakin Ağaya nəzir demiş bu üç nəfərdən başqa. Sürünə-sürünə seyidin hüzuruna gələn ruslar sağ qaldıqları üçün Ağaya nəzir gətiriblər”. Uşaqlıqdan dili tutulmuş yeddi yaşlı oğlanın Ağanın yanında dili açılıb və həmin uşaq dünyasını dəyişənənədək hər həftənin cümə günü Mir Mövsüm Ağanın ziyarətinə gəlib.
Ağanın şəfa verən möcüzələri yüzlərlə olub. 115 ildən artıqdır davam edən nur yəqin ki, hələ neçə əsrlər ziyarətgahı tərk etməyəcək.
1883-cü ildə dünyaya gələn Seyid Mir Talib Ağanın oğlu Seyidəli fiziki cəhətdən zəif olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik hiss edirdilər. O, hamıdan fərqlənirdi. Yaşına uyğun olmayan bacarıqların Seyidəlidə müşahidə edilməsi ailə üzvlərini təəccübləndirirdi. O, başı ağrıyan adama əlini çəkən kimi, həmin şəxsin bütün ağrıları keçirmiş. Seyidəlinin cəddinin gücünə, qüdrətinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər.
Mir Mövsüm Ağa nə danışa, nə də gəzə bilirdi. Amma qohumları bunun əksini deyərək onun hər iki qabiliyyətinin olduğunu ərz edirlər. Lakin Ağanın dediklərini yalnız əzizləri başa düşdüyündən el içərisində belə şayiələr gəzir. Ağanın bacısı nəvəsi 10 il onunla bir evdə yaşayan Hacı Rüfət Mahmudovun bildirdiyinə görə, Ağa təhsil ala bilməmişdi, yazıb-oxumağı da bacarmırdı. “Qurani-Kərim”i və duaları da öyrənməmişdi. Bununla belə, o, üzünü göyə tutar, əllərini bacardığı qədər qaldıraraq güclə eşidiləcək səslə deyərdi: “Allah, sənə qurban olum”.
O, həqiqətən də Tanrı tərəfindən seçilən və sevilən insanlardan idi. Qapısına gələn və ondan kömək diləyənləri heç vaxt ümidsiz qaytarmırdı. Ağanın adına deyilən nəzirləri də, özünün ehtiyacı olduğu qədər saxlayar, qalanlarını isə yoxsullara paylayardı.
Mir Mövsüm Ağanın sağlığında olduğu kimi, vəfat etdikdən sonra da min bir diləklə onun ocağına üz tutanların ardı-arası kəsilmir. Onun gücünə, qüdrətinə inam, ürəklərində tutduqları hər bir niyyətin yerinə yetməsi o ocağa pənah gətirənlərin sayını gündən-günə artırır. Millətindən, dinindən asılı olmayaraq, Ağanın cəddinə inanan hər kəs onun ruhunu əziz tutur. Belə şəxslərdən biri də məşhur rəssam Nikolay Safranovdur. 2002-ci ildə Nikolay Safranov Moskvadan Ağanın qardaşı və bacısı uşaqlarına zəng edir. Ağanın cəddinə xoş sözləri deyərək, onlara minnətdarlığını bildirir. Ağanın qohumları bu telefon zənginin nəyə borclu olduğunu öyrənmək istəyəndə Nikolay Safranov başına gələn əhvalatı danışır. Deyir ki, çox dəhşətli maşın qəzasına düşüb. Qəza zamanı ölənlər və ağır yaralananlar olub. Amma Safranov bu faciədən sağ-salamat qurtulub. Möcüzəyə səbəb isə Mir Mövsüm Ağanın gücü olub. Qəza zamanı Nikolay Safranovun cibində Ağanın şəkli olub və rəssamın bildirdiyi kimi: “Məni müqəddəs insanın əksi xilas edib”.
Mir Mövsüm Ağa uşaqları çox sevər və həmişə onlara gülümsəyərdi. Uşaqlara olan sevginin nə dərəcədə böyük olmasını bir jurnalistin evində baş verən hadisə də sübut edir. Hadisə baş verən gün ev sahibi Bakıda yox, rayonda olur. Evdə onun həyat yoldaşı və uşaqları qalır. Gecə hamının şirin yuxuda ikən elektrik qızdırıcısında boşluq olduğundan qısaqapanma baş verir, ev yanmağa başlayır. Tüstü iyinə yuxudan ayılan ana görür ki, döşəmədəki xalça, linolium yansa da, alov öz-özünə sönüb. Ən qəribəsi isə yanğın uşaqlar yatan otaqda olub. Orada divardan asılan bir neçə şəkil içərisində olan Mir Mövsüm Ağanın qəbrinin şəklində təsvir itir, heç nə görünmür. Amma şəkil qıpqırmızı olur. Heç kəs bunu anlaya bilmir. Ertəsi gün evdə olanlar axşam saatlarında şəkildə dəyişikliklər müşahidə edirlər. Şəkil əvvəlki vəziyyətinə dönür. Bu hadisəni qonşu qadın belə izah edir: “Qurban olduğumun ruhu görüb ki, uşaqlar yanacaq, odu özünə çəkib. Şəklin qırmızı olması da buna dəlalət edir”.
Mir Mövsüm Ağanın cəddinin, gücünün böyüklüyünə nümunə kimi digər hadisəni də misal göstərmək olar. Böyük Vətən müharibəsi illərində bir bakılının idarə etdiyi təyyarə düşmən tərəfindən vurulur və yerə doğru yuvarlanır. Təyyarəçi ölümlə üz-üzə dayandığını görüb Ağanın adını, ruhunu köməyə çağırır, ondan imdad diləyir. Təyyarə yerə dəyib parçalansa da, təyyarəçi sağ qalır və müharibəni xəta-balasız başa vurur. Həmin şəxs Bakıya qayıdır. Ölümlə pəncələşdiyi bir vaxtda Mir Mövsüm Ağanın adına dediyi nəziri gətirib onun ocağına verir. Aradan neçə illər keçir. İş elə gətirir ki, təyyarəçinin oğlu da təyyarəçiliyi özünə peşə seçir. Taleyinin qəribəliyindən atasının başına gələn hadisə eynilə təkrarlanır. Təyyarəçi rəhmətlik atasının dediklərini xatırlayıb Mir Mövsüm Ağanın ruhunu çağıraraq onu xilas etməsini diləyir. Nəticədə təyyarə heyəti sağ qalır. Hospitala yerləşdirilən zərərçəkən iki pilot yüngül xəsarətlər alır. Həmkarının “təyyarə yerə düşəndə sən kimin adını çəkirdin” sualına cavabda “Mir Mövsüm Ağanın cəddinə qurban olum” deyərək ona hər şeyi başa salır. Bu hadisəni təxminən 15 il öncə Mir Mövsüm Ağanın ziyarətgahına Moskvadan gələn təyyarəçi oğlanın anası axundlara danışıb.
Deyirlər, ALLAH yalnız onu çağıranların səsini eşidir. Mirmövsüm Ağa da Tanrının insanlara kömək üçün göndərdiyi şəxsiyyətlərdəndir. Sağlığında cismi, haqq dünyasına qovuşandan sonra isə ruhu insanların dadına çatır.
İnam möcüzələr yaradır və hər çətin məqamda o, ən sonda ölür. İnanın və bu dünyada inamla da yaşayın. Qoy Mirmövsüm Ağanın cəddi hamıya kömək olsun. -
12-13-2009, 01:46 PMzeynalov_Re: Azərbaycan ART
! Vaqif Mustafazadə !
Ömrün son akkordları. Onun qeyri-adiliyi fonunda zaman geriyə işlədi.
[
Doğumu
16 mart-1940
Bakı, Azərbaycan
Vəfatı
17 dekabr-1979
Özbəkistan, Daşkənd
[
Ömrün son akkordları. Onun qeyri-adiliyi fonunda zaman geriyə işlədi. O isə milyonlarla insanın içindən gələn azadlıq yanğısını hamıdan tez duydu, hamıdan qabaq üsyan elədi. Onun bu qeyri-adiliyi nədə idi? Hər şeydən öncə o doğulduğu İçərişəhərə hamı kimi baxmadı. Keçmişin qaranlıq tarixini, sirlərini, şirin nağıllarını əsrlərlə özündə gizləyib saxlayan bu qədim qara daşları oxuya bildi. Vaqif üçün İçərişhərin özünəməxsus həniri, minbərlərdən ucalan dua səsləri, dənizin bəzən pıçıltıya dönən, bəzənsə guruldayan ləpələri, daha nələr adi səslər olmadı. Və Vaqif İçərişəhərin qərinələrdən süzülüb gələn yeknəsək səslərini əsrin ən müasir musiqisinin ilk akkordlarına çevirdi. Təbii ki, İçərişəhərin bütün səsləri ilə yanaşı bu akkordlar sovet məhbəsi adlana bilən bir məmləkətdə azadlığa təşnə insanın arzularının, istəklərinin, üsyanının sədası idi. Beləcə məkanın mühafizəkar səsləri ilə zamanın azad çğırışının, keçmişlə gələcəyin, Şərqlə Qərbin harmoniyasından yeni bir simfoniya, muğamla cazın sintezi yarandı. Vaqif Mustafazadə bir çox ansambl yaratmışdır."Qafqaz", "Sevil" (1971) və "Leyli" (1979) Vaqif sözün əsl mənasında musiqiçi ailəsində dünyaya göz açıb. Atası Əziz hərbçi olsa da, musiqi ilə son dərəcə bağlı bir insan idi, gözəl tar çalmağı bacarırdı. Anası Zivər xanım isə ilk azərbaycanlı pianoçu qadınlardan biri olub. Üzeyir bəy Hacıbəyov məktəbinin yetirməsi olan Zivər xanım gözəl pianist olmaqla yanaşı, muğamı bütün incəliyi ilə bilirdi. Belə bir ailədə böyüyən Vaqifin talantı, musiqiyə olan qeyri-adi bağlılığı qətiyyən təəccüblü deyildi. Bu fərqi hamıdan tez anası Zivər xanım duyur. Bu haqda Zivər xanım xatirələrində belə yazırdı: "Hələ Vaqfin beş yaşı olanda bir dəfə ona Səməd Vurğunun "Vaqif" poemasından bir parça oxudum. Üstündən bir qədər keçməmiş balaca Vaqif həmin parçanı olduğu kimi əzbərdən dedi. O zaman hiss etdim ki, Vaqif böyüyəndə qeyri-adi bir insan olacaq. Sonralar onun piano arxasında saatlarla çalışması mənim ümidlərimi doğrultdu".
Uşaq yaşlarından oğlunu musiqiçi görmək istəyən ananın ümidlərini doğruldan Vaqif az keçməmiş onu heyrətləndirir. Özü də pianoçu olan, saatlarla çalmaqdan yorulmayan Zivər xanım Vaqifin az qala bütün gün ərzində pianonun arxasından bir dəfə də qalxmamasına təəccübünü, heyrətini, eyni zamanda sevincini gizlədə bilmir. Həqiqətən də Vaqif görünməyən bir inadkarlıqla işləyirdi. Bəzən barmaqları keyləşib işləməyənə qədər pianonun şirmayı dillərindən əl çəkmirdi. Onun bu inadkarlığı, yorulmadan işləmək əzmi sonralar onun dadına çatır. Azadlığın ilk akkordlarını səsləndirən Vaqif qarşısında bilə-bilə yaradılan çoxlu maneələri məhz bu keyfiyyəti sayəsində arxada qoya bilir. Onun yolunu kəsən maneələrin sayı çoxaldıqca, o, daha böyük əzmlə, inadkarlıqla yazıb yaradır. Vaqif Mustafazadənin yaradıcılıq yoluna nəzər salanda istər-istəməz öncə səfərlər diqqət çəkir. Vaqif ilk dəfə yolunu Tbilisidən salıb. Gürcü caz həvəskarlarının böyük maraqla və heyranlıqla qarşıladıqları Vaqif bir müddət Tbilisidə qalıb işləməyi qərara alır. Əslində, Vaqifin bu qərarını şərtləndirən bir çox amillər var idi. Başlıca məsələ orada onun musiqisinin başa düşülməsiydi. 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında onun yaradıcılığında böyük rol oynayan "Qafqaz" caz triosunu yaradır. Bu ansambl son dərəcə çətin, məsuliyyətli bir dövrdə fəaliyyət göstərir. Çünki o illərdə Q. Lukyanov, N. Qromin, A. Kozlov və başqa sənətkarlar kvintet, trio və duetlərini musiqinin ən müxtəlif formalarında, məsələn xalq ahəngindən tutmuş sonorlu səslərin effektinə qədər sınayırdılar. Breqvadze, Kikabidze kimi solistlərlə çalışan Vaqif bu illərdə "Orera" ansamblına da dəvət alır. Yeri gəlmişkən, Vaqif Mustafazadə "Orera" ansamblında Elza Bandzeladze ilə tanış olur və onunla ailə quruq. Bu nikahdan Vaqifin ikinci övladı Əzizə dünyaya gəlir.1967-ci ildə Tallində ümumdünya caz festivalı keçirilir. Bu festivala dünyanın 3 mindən çox musiqiçisi qatılır. Onların arasında olan Vaqif Mustafazadə Gürcüstanı təmsil edir...
Tallinin "Kalev" idman zalında bir-birinin ardınca səhnəyə çıxan məşhur caz ustalarının çıxışlarını böyük caz mütəxəssisi Velis Konoverin başçılıq etdiyi münsiflər heyəti qiymətləndirir. Dörd gün davam edən festivalın sonlarına yaxın heç kimin yaxşı tanımadığı cazmen səhnəyə çıxır. Və... "O insanı ki, mən sevirəm" əsərini ifa edən bu ifaçı tamaşaçıları sanki əfsunlayır. Əfsunlaşmış tamaşaçılar arasında birinci ayağa qalxan Yohanson olur. Heyrətindən təmkinini itirən Yohanson "öncə o, sonra mən qalib olacağam" deyə var səsi ilə qışqırır. V.Konover sonradan Vaqif Mustafazadənin çıxışının onda oyatdığı təəssüratı belə bölüşür: "Vaqif qeyri-adi pianoçudur. Dünya cazında ona bərabər musiqiçi tapmaq çətindir". Konover ömrü boyu onu tərk etməyəcək təəssüratın nəticəsi olaraq, Vaqif Mustafazadəni Tallində keçirilən növbəti caz festivalının da şəriksiz qalibi elan etmişdi. Tallində qazandığı böyük uğurdan sonra Vaqif Gürcüstana deyil, Azərbaycana döndü. Bu, qəribə bir dönüş idi. Vaqif Mustafazadə uğur qazandıqdan, dünayanın ən məşhur musiqiçiləri arasında fərqlənəndən sonra onu qiymətləndirməyən, ecazkar musiqisini eşitməzliyə vuran həmvətənləri arasına dönür. İlk vaxtlar Vaqifin uğuru anılsa da, az keçməmiş hər şey əvvəlki yerini alır: laqeydlik, biganəlik, soyuqluq... Vaqifsə bütün bunlara əhəmiyyət verməyərək, 1969-cu ildə Bakıda keçirilən caz festivalında nəyə qadir olduğunu bir daha sübut edir. Gerçəkliyi qəbul etmək istəməyənlər daha canfəşanlıqla onun əleyhinə təbliğat aparırlar. Vaqifin yaradıcılığını milli musiqimizə, muğama xəyanət kimi qiymətləndirənlər bununla da kifayətlənmirlər. Vaqifin televiziyada solo konsert vermək cəhdi dəfələrlə boşa çıxır. Vaqif bu ədalətsizliyin, haqsızlığın fövqündə dayansa da, gündən-günə gərilən əsəblər bir gün özünü büruzə verir. 29 yaşlı sənətkar ölümlə üz-üzə gəlir. Ancaq bu dəfə xəta sovuşur. Deyilənə görə, yatağa düşən Vaqif Mustafazadə hər gün anasından xahiş edir ki, "Bayatı-Şiraz" çalsın. "Anamın ifasında eşitdiyim "Bayatı-Şiraz" dünyanın ən gözəl melodiyasıdır" deyən Vaqif çətin günlərində də musiqiyə üz tutur.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçrilir. Festivalın şərtlərinə görə, əsərin müəllifi, ifaçısı hətta onun hansı ölkəni təmsil etməsi gizli saxlanılmalı idi. Münsiflər heyəti bu lentləri bir-bir dinləyib, qalibi müəyyənləşdirdikdən sonra, əsərin müəllifi, ifaçısı o cümlədən ölkənin adı elan olunacaqdı. Yüzlərlə naməlum ad içərisindən yenə də bizə doğma ad çəkilir: "Azərbaycan, Vaqif Mustafazadə, "Əzizəni gözləyərkən". Vaqif Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdır. Monako festivalına qatılan minlərlə insan ecazkar musiqinin sədalarına heyran kəsilir. Azərbaycanda isə hələ də Vaqif Mustafazadənin adının belə çəkilməsini istəmirlər. Deyilənlərə görə, Vaqif növbəti konsertlərindən birini (bu, tarixə son konsert kimi düşəcək) Bakıda verməyi planlaşdırırmış. Ancaq bədxahlar onun bu istəyini gerçəkləşdirməyə qoymurlar. Və Vaqif faciəvi sonluqla bitən son konsertini Daşkənddə verəsi olur. Vaqif Mustafazadə Daşkənd konsertində səhnəyə son dərəcə əsəbi, incimiş, bütün bu haqsızlıqlardan boğaza yığılmış halda çıxıb. Çünki Daşkənddə konserti təşkil eləməyi öz boynuna götürənlər onu aldatmışdılar. Bakıda hazırlanan afişalar Daşkəndin küçə və meydanlarında asılıb" desələr də, əslində konsertlə bağlı adi bir elan da verilməmişdi. Bütün bunlar konsert günü məlum olur. Dünya şöhrətli sənətkarın Daşkəndə gəlişindən hətta musiqi aləminin də xəbəri yox imiş. Pərəstişkarlarının xəbər tutmadığı bu konsertə barmaqla sayılacaq qədər tamaşaçı yığılır. Onlar isə təsadüfən bu konsertdən xəbər tutanlar idi. Vaqif konserti onlara görə təxirə salmaqdan daşınır. Piano arxasına keçir. Çalır. Aram-aram, sonra isə getdikcə şiddətlənən ürək sancılarına baxmayaraq çalır, çalır... Ancaq Vaqif Mustafazadəyə bu konsertin son akkordlarını vurmaq nəsib olmur. Vaqifin ürəyi səhnədə dayanır... "Dünyada ən çox anamı, böyüyüb boya-başa çatdığım İçərişəhəri, bir də dənizi sevirəm" deyən Vaqif sənəti kimi, ömrüylə də bədxahlarına meydan oxuyur... -
12-13-2009, 01:49 PMzeynalov_Re: Azərbaycan ART
! Əhməd Haradadır? :)))) (1963) !
Gənclərin köhnə adət-ənnələrlə barışmaması, həyatlarını öz istədikləri kimi qurmaq arzusundan bəhs edir.
[
Məzmun
Film müasir həyatımızdan, gənclərin köhnəlmiş adət-ənənələrə qarşı etirazlarından, həyatlarını öz istədikləri kimi qurmalarıından bəhs edir.
Filmdə hadisələr kənddə və şəhərdə cərəyan edir.Əhməd(Səyavuş Şəfiyev) şəhərdən kəndə ailəsini görməyə gəlir. Lakin Əhmədin valideynləri onu sevmədiyi bir qızla-Leylayla(Töhfə Əzimova) evləndirmək istəyir. Əhməd bunu xəbər alan kimi dərhal yenidən şəhərə qaçır. Məhz bundan sonra hadisələrin axarı şəhərdə davam edir.
__________________________________________________ __________________________________________________ __
Film Haqqında
Film aktyor Elxan Qasımovun kinoda ilk işidir
Film aktyor Eldəniz Zeynalovun kinoda ilk işidir.
Film aktyor Novruz Axundovun kinoda ilk işidir.
Film aktrisa Amaliya Pənahovanın kinoda ilk işidir.
Film aktyor Səyavuş Şəfiyevin kinoda ilk işidir.
Filmdə sürücü Əhməd roluna operator Yuli Fogelman rus aktyor İqor Kvaşanı çəkmək istəyirdi.
Filmdə sürücü Əhmədin Ceyrandan razılıq cavabı alaraq üç metr hündürlüyü olan tikinti çuxuruna yıxılır. Bu trükü aktyorun özü etmişdir.
__________________________________________________ __________________________________________________ __
Səhvlər
Orfoqrafik : Titrlərdə filmin adı "Əhməd Hardadır" yazılır. Doğrusu "Əhməd Haradadır" olmalıdır.
__________________________________________________ __________________________________________________ __
Filmin üzərində İşləyənlər
Ssenari Müəllifi : Sabit Rəhman
Quruluşçu Rejissor : Adil İsgəndərov
Quruluşçu Operator : Yuli Fogelman
Quruluşçu Rəssam : Məmməd Hüseynov
Bəstəkar : Rauf Hacıyev
Səs Operatoru : Əziz Şeyxov
Rejissor : Yusif Bağırov
Operator : B. Vlasov
Montaj edən : L. Klyakşt, Tahirə Babayeva
Baletmeyster : Əlibaba Abdullayev
Geyim Rəssamı : Kazım Kazımzadə
Mahnıların Mətni : Tələt Əyyubov
Quraşdırılmış Səhnələrin Operatoru : Mirzə Mustafayev
Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev
Redaktor : M. Qurbanov
Filmin Direktoru : S. Bəyazov
__________________________________________________ __________________________________________________ __
Rollarda
Məmmədrza Şeyxzamanov-Şirin
Nəcibə Məlikova-Nərgiz
Elxan Qasımov-Sürücü Əhməd
Nonna Paçuaşvili-Ceyran
Mustafa Mərdanov-Məmməd kişi
Ağahüseyn Cavadov-Usta Əhməd
Lütfəli Abdullayev-Zülümov
Eldəniz Zeynalov-Rəngsaz Əhməd
Lena Tolstova-Ağbəniz
Səyavuş Aslan-Ramiz
Novruz Axundov-Oqtay
Töhfə Əzimova-Leyla
Səyavuş Şəfiyev-Əhməd
Yusif Yulduz-Yusif
Tələt Rəhmanov-Kənd sakini
Əbdül Mahmudov-Kənd sakini
Bəşir Səfəroğlu-Sərxoş Əhməd
Məmmədsadıq Nuriyev-Fəhlə Əhməd
Əliağa Ağayev-Xəzinədar
Amaliya Pənahova-Məsmə
Dadaş Kazımov-Komissiya üzvü
Əliheydər Həsənzadə-Vağzal işçisi
Mənsur Məmmədov-Rəqqas (titrlərdə yoxdur)
Arif Mədətov-Rəqqas (titrlərdə yoxdur)
Kamil Dadaşov-Rəqqas (titrlərdə yoxdur)
__________________________________________________ __________________________________________________ __
Filmi Səsləndirənlər
Yusif Vəliyev-Şirin (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur)
Həsənağa Turabov-Əhməd (Səyavuş Şəfiyev) (titrlərdə yoxdur)
Müxlis Cənizadə-Sürücü Əhməd (Elxan Qasımov) (titrlərdə yoxdur)
Sofa Bəsirzadə-Ofeliya (titrlərdə yoxdur)
Hökümə Qurbanova-Leyla (Töhfə Əzimova) (titrlərdə yoxdur)
Ağasadıq Gəraybəyli-Komendant (titrlərdə yoxdur)
Hüseynağa Sadıqov-Ramiz (Səyavuş Aslan) (titrlərdə yoxdur)
Mirvari Novruzova-Nərgiz (Nəcibə Məlikova) (titrlərdə yoxdur) -
12-13-2009, 01:51 PMzeynalov_Re: Azərbaycan ART
! Flora Kərimova !
Müğənni. Aktrisa. Filmlərdə mahnı ifa edən və iştirak edən.
[
Həyatı
Kərimova Flora Ələkbər qızı (23.07. 1941) - müğənni, Azərbaycanın Xalq Artisti (1992). A.Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb Unuversitetini (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirmişdir. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filormoniyasında çıxış etmişdir. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, E.İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli və b.) mahnıları başlıca yer tutur. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli) partiyasında çıxış etmiş (1966), "Qanun naminə" (1969) bədii filmində çəkilmişdir.
Filmoqrafiya
Ağ Atlı Oğlan (1995)
Alma Almaya Bənzər (1975)
Bağışla (1983)
Evləri Köndələn Yar (1982)
Əzablı Yollar (1982)
Göylər Sonsuz Bir Dənizdir. II Film. Züleyxa (1995)
Gün Keçdi (1971)
Həyat Bizi Sınayır (1972)
Humayın Yuxusu (1985)
Xüsusi Vəziyyət (1986)
Konsert Proqramı (1971)(I)
Qanun Naminə (1968)
Qayınana (1978)
Qız, Oğlan və Şir (1974)
Nəğməkar Torpaq (1981)
O Qızı Tapın (1970)
Onun Bəlalı Sevgisi (1980)
Payız Melodiyaları (1974)
Səndən Xəbərsiz (1985)
Sonrakı Peşmançılıq (1978)
Şahzadə-Qara Qızıl (1974)
Toplan və Kölgəsi (1977)
Yollar Görüşəndə... (1979) -
12-13-2009, 01:54 PMzeynalov_Re: Azərbaycan ART
! Şövkət Ələkbərova !
Bu səsin qüdrəti milyonların ürəyində Şövkət Ələkbərova ünvanlı bir məhəbbət ocağı qalayıb.
[
Həyatı
Bu səsin qüdrəti milyonların ürəyində Şövkət Ələkbərova ünvanlı bir məhəbbət ocağı qalayıb. Səs ruh kimi ölməzdir. Bircə fərqi var ki, hər ruh yalnız bir bədəndə qərar tutur. Bir ruhla, bir ömürlə dünyamıza gələn səs isə milyon-milyon qəlblərə bir anda yol tapa bilən, könülləri ovudub, ağladan möcüzədir. Bu, hər kəsə qismət olmayan və həm də hər kəsin olan bir gözəllikdir. Musiqimizin "Qarabağ şikəstəsi"nə köçən, "Ağ çiçəy"inə hopan, "Sevgi nəğməsi"ndə, "Məhəbbət"ində qərar tapan bir səs də var musiqi dünyamızda. Şövkət Ələkbərova səsi. Bir zamanlar xanım-xatın bir müğənninin ecazkar nəfəsi ilə dilə gələn bu səs indi musiqi xəzinəmizin incilərinə dönən lent yazılarında ölümsüzləşib, zamanın hüdudlarını aşıb Anasının fikrinə uyğun olaraq, Şövkəti əvvəlcə musiqi məktəbinin kamança sinfinə qoyublar. Amma ona başqa bir sənət yolu seçmək artıq gec idi. Çünki Şövkətin qəlbi oxumaq arzusu ilə döyünürdü. Müğənnilik onun tale yazısıydı, bir gün "təsadüf" kimi qarşısına çıxaraq Şövkəti səhnəyə aparıb. Həmişə anasının çalışdığı orkestrə gələn balaca Şövkət kollektivin rəhbərinin təkidi ilə səhnəyə çıxıb. Sonra o, "Kəndlilər evi"ndəki özfəaliyyət kolektivinə yazılıb. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib. Müsabiqənin məsuliyyətli tərəfi həm də onda olub ki, iştirakçıların çıxışını Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi görkəmli sənətkarlar qiymətləndirib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxuyub. Həmin gün səsi, ifası bəyənilən üç istedadlı gəncdən biri idi Şövkət Ələkbərova. Sonradan həmin gənclərlə - Fatma Mehrəliyeva və Gülağa Məmmədovla sənət dostu, yaxın yoldaş olub. O müsabiqə həm də Şövkət Ələkbərovanın professional musiqi sənətinə birdəfəlik gəlişiydi. Çünki onu Üzeyir bəy özünün yaratdığı Azərbaycan Dövlət Xoruna işləməyə dəvət edirdi.
[
Həyat kiçik yaşlarında qəlbini nisgillə, üzüntü ilə doldurub, sonra sevinc verib Şövkət xanıma. Böyük səhnəyə gələndə də ürəyində övladlarını erkən yaşlarında kimsəsiz, köməksiz qoyub bu dünyadan köçən atası Feyzulla kişinin onu müğənni kimi görə bilməməsinin dərdini daşıyıb. Ancaq tezliklə bu kədərə taleyin amansızlıqla ona bəxş etdiyi neçə-neçə dərdi qoşulub. Şövkət xanımın 19 yaşı olanda Böyük Vətən Müharibəsi başlayıb. Geniş, işıqlı konsert salonlarını soyuq, ölüm dolu səngərlər əvəz edib. O vaxt təhlükədən qorxub müxtəlif bəhanələrlə müharibəyə getməkdən boyun qaçıranlar da olub. Ancaq Şövkət bu barədə düşünmək belə istəməyib. Çünki ölüm-itim ünvanlı o səngərlərdə onun canından artıq sevdiyi doğmaları vuruşub. Şövkət Ələkbərova səsini qələbə ümidinə, təsəlliyə çevirərək odun-alovun içərisində, öz ağrılarını da nəğmələrinə qataraq oxuyub. Çox keçməyib ki, böyük qardaşı Ələkbərin itkin düşməsi xəbərini eşidib. Bir tərəfdən onun, bir yandan da müharibənin qanlı döyüşlərində vuruşan qardaşlarının fikri ilə üzülən Şövkət xanım nəğmələri ilə cəbhədə döyüşən oğulları mübarizəyə, qələbəyə səsləyib. Heç kim bilməyib ki, uşaqlıqdan qardaşı Ələkbərin tarının səsinə sığınaraq onun musiqisi ilə pərvazlanan Şövkət xanım özgə tarzənin müşayiətilə oxuduqca qəlbi qan ağlayıb.
1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanı oba-oba dolaşıb. Bu səs yurdumuzun sərhədlərini aşaraq dünyaya yayılıb. Onun xarici ölkələrə hər qastrol səfərindən sonra Şövkət səsinin, ifasının heyranlarının sayı artıb. İfa edəcəyi mahnıların seçimilə bağlı çox tələbkar olub Şövkət Ələkbərova.
Daha çox istedadına inandığı bəstəkarların əsərlərinə müraciət edib. Cahangir Cahangirov, Səid Rüstəmov, Tofiq Quliyev, Emin Sabitoğlu və başqaları belə bəstəkarlardandır. Ona görə də onun oxuduğu mahnıların hər biri təkcə bənzərsiz ifaya görə deyil, həm də sözlərinə və musiqilərinin mətninə görə misilsiz sənət nümunəsi sayıla bilər. O, dövrünün artıq adları tarixiləşən bəstəkarlarının bir çoxu ilə yaxından dost olub. İndi heyrətlə, məftunluqla dinlədiyimiz mahnıların bir çoxu elə Şövkət Ələkbərovanın səsi, ifası üçün yazılıb. Müğənninin bir böyüklüyü də onda olub ki, səsi ilə istənilən nəğməni şöhrətləndirə bilib. Gülnarə xanım xatırlayır: "Bir gün bəstəkarlardan biri ona mahnı gətirmişdi. Bir söz deməsə də, hiss etdim ki, musiqini nəzərdən keçirən Şövkət xanımın əhvalı pozuldu: "Yaxşı, baxaram" - deyərək bəstəkarı yola saldıqdan sonra məni yanına çağırdı: "İndi mən bu mahnını necə oxuyum, axı, çox zəifdir" - deyə gileyləndi. Dedim ki, Şövkət xanım, xoşunuza gəlmirsə, qəbul etməyin. "Yox -dedi - o, mənim yanıma ümidlə gəlib. Necə geri qaytara bilərəm? Gəl, görək neynirik". Mən pianinoda müşayiət elədim. O, dönə-dönə mahnını oxudu. Hər ifadan sonra hiss edirdim ki, mahnı başqa ahəngə düşür, getdikcə onun musiqi dəyişir, sanki özgə, bitkin bir əsərə çevrilir. Səhəri gün bəstəkar gəldi. Şövkət xanım mahnını ona oxuyanda bəstəkar heyrət içərisində donub qaldı. Sonra gözlərini yerə dikib: "Bu mənim mahnım deyil" - dedi. Şövkət xanım xasiyyətinə uyğun yumşaqlıqla, məlahətlə dedi: "Elə sənin mahnındır". Sonra Şövkət xanımın ifasında səslənən o mahnı sevilən nəğmələrdən biri oldu". Qəlbi mahnıları kimi kövrək olub Şövkət xanımın. Yumşaq, həlim təbiətli, mehriban, təvazökar bir insan olub. Kimsənin ürəyinə toxunmağı, qəlbini sındırmağı özünə rəva görməyib. Hər kəsə əlindən gələn köməyi göstərib. Səhnəyə üz tutanda ona böyük sənətkarlar yol vermişdilər. O da bunu bir mənəvi borc kimi gənclərə qaytarıb.
Asəf Zeynallı adına, Bülbül adına orta ixtisas musiqi məktəblərində dərs deyən sənətkar yetirmələrinə musiqi sənətində yalnız peşəkarların, fədakarların keçə biləcəyi yolu tanıdıb. Onlara yalnız bu yolla getməyi tövsiyə edib. Şövkət Ələkbərova tələbələri üçün təkcə sənət yox, həm də insanlıq məktəbi olub. Onların hər birinə ana qayğısı ilə yanaşıb. Gülnarə xanım onu zarafatcıl bir insan kimi xatırlayır: "O qədər sadə idi ki, evdə onun hərəkətlərini, davranışlarını seyr edəndə inana bilmirdim bu, şöhrəti dillərdə dolaşan Şövkət Ələkbərovadır". Ürəyi isə dərd yığnağı idi...
Ancaq Şövkət xanım bunlara heç kimi şərik eləməyib, kədərini kimsə ilə bölməyib. Heç vaxt da nə qismətindən, nə də insanlardan gileylənib, şikayətlənib. Bəlkə də ona görə ki, Şövkət xanıma dərd verməklə kifayətlənməyən taleyi həmişə onu kədəri, əzabları ilə yalnız qoyaraq onlara təkbaşına tablaşmağı öyrədib. Ömrünün sonlarında arabir ahəstə-ahəstə: "Yazıq canım, elə mənə də həmişə yetim himayədarı olmaq düşdü - deyərmiş - Atam gənc yaşlarında vəfat etdi. Ondan sonra böyük bir ailənin dolandırmaq lazım idi. Mən də qardaşlarıma qoşulub çalışdım ki, evə kömək olum. Sonra Ələkbər itkin düşdü, ailəsi qaldı. Çox keçmədi, həyat yoldaşı da vəfat etdi. Körpə qızını mən böyütməli oldum. Elə o biri qardaşlarım, bacım, onların balaları da həmişə mənim əlimə baxdılar. Bir yandan da öz balalarım... Yetim saxlamaq elə bil alın yazım oldu". Ona vurulan tale zərbələrinin ən ağrılısı idi bu... Övladlarını təkbaşına böyütmək asan deyildi. Ancaq Şövkət xanımı daha çox üzən həyat yoldaşı istedadlı rejissor Lətif Səfərovun faciəli ölümüydü. Onları hər ikisinin vurğunu olduğu sənət qarşılaşdırıb. Ekranlaşdırdığı "Bəxtiyar" filmindəki baş qəhrəmanın uşaqlıq mahnılarını səsləndirən Şövkətlə Lətif Səfərovun tanışlığı bir müddət sonra cəmi 8 il sürəcək evliliyə çevrilib. Şövkət xanım oğlu Bəşiri 6 yaşında atasız qoyub dünyadan gedən Lətifi ömrünün sonuna qədər hörmətlə anıb.
Gülnarə xanım danışır: "Şövkət xanım ona "Lətif Bəşiroviç" deyərdi. Lətif müəllimi çox savadlı adam kimi xatırlayar, tez-tez "Lətif Bəşiroviç belə deyərdi", "Lətif Bəşiroviç çox bilikli adamdı, bilirsən, nə qədər kitabları vardı" - deyərdi". Qızı Natellanı, oğlu Bəşiri çətinliklərlə böyütsə də, onlara kimsəyə ağız açmamağı, xahiş etməməyi öyrədib. Sonralar özünü qınayırmış da: "Bəlkə də uşaqlarımı başqa ruhda tərbiyə etməliydim. Onlar bu xasiyyətlə heç zaman həyatda özlərinə yer tapa bilməyəcəklər". Ömrünün qüruba üz tutan çağlarında taleyi onunla daha amansız davranıb. 48 yaşlı qızı Natella çarəsiz xəstəlikdən vəfat edib: "Daha mən də öldüm, yoxam bundan sonra" - deyib və doğrudan da bu ağrıya tablaşa bilməyib Şövkət xanım. Həmin günlərdə əlini Allahın dərgahına iki istəklə açıb: "Məni bu dünyadan nigaran aparma, İlahi" - deyərək, neçə illərdir ailə qursa da, övlad sevinci dada bilməyən oğlu Bəşirə övlad, bir də nakam qızı Natellanın ilini görməyi arzulayıb. Onun son istəkləri yerinə yetib. Böyük sevinclə bağıra basdığı nəvəsinə öz adını verib. Gülnarə xanım danışır ki, Şövkət xanımın bu gün artıq təkcə adını deyil, sənətini də yaşatmaqda olan körpəyə baxıb deyib: "Bu uşaq, gör, necə mənim ömrümün pis çağına düşdü. Onun üçün heç bir şey edə bilmədim". Mən: - "Siz ona öz adınızı vermisiniz. Şövkət üçün bundan artıq nə etmək olardı ki?" deyəndə elə sevinirdi..." Tanrıdan umduğu ikinci istəyinə də çatıb Şövkət xanım. Ölüm ağrılar içində yaşayan müğənninin qapısını Natellanın ilindən iki həftə sonra döyüb. Yəqin ki, ölüm də bu ölməz sənətkarın qapısına naəlac, ilahi bir əmrə boyun əyərək gəlib. Heç şübhəsiz, Şövkət xanımı dünyamızdan apararkən, bu gözəl sənətkara bir vaxtlar "Oxu, gözəl"i ünvanlayan Səməd Vurğunun təbirincə desək, ölüm sevinməyib... Şövkət səsinin qulaqlardan çəkilməsinə ölüm də sevinə bilməzdi. Amma o səs qeybə çəkilməyib, əbədi bir ömür qazanıb: Oxu, Şövkət, oxu, Şövkət, qoy səsin, Ürəklərdə kaman kimi titrəsin. -
12-13-2009, 01:57 PMzeynalov_Re: Azərbaycan ART
! Mirzə Babayev !
Müğənni. Aktyor. Filmlərdə mahnı ifa edən. Filmlərdə və arxiv kadrlarda iştirak edən.
[
Yaşı 90-ı haqlasa da, gənclik hərarəti var idi Mirzə müəllimin qəlbində. Oxuyurdu, rəqs edirdi, sifətindəki təbəssüm tamaşaçını ovsunlayırdı. Mirzə Babayev 2003- ci il yanvarın 13-də, ömrünün 90-cı ilində dünyasını dəyişdi. 1913-cü ildə də dünyaya gəlmişdi. Bu istedadlı sənətkarın ömür kitabını vərəqlədikcə Azərbaycanımızın musiqi tarixinin böyük bir dövrü gözlərimiz qarşısında canlanır. Bu tarixin Mirzə Babayevlə bağlı səhifələri daha maraqlı, daha zəngindir. Mirzə Babayevin tərcümeyi-halı bir əsrə yaxın bütöv bir dövrü əhatə edir.
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, Bülbülün sinfinə daxil olur. Müəllimi hələ o zaman hiss etmişdi ki, Mirzə Babayevin həm də aktyorluq istedadı var. Elə bu istedaddan irəli gəlirdi ki, o, 20-dən artıq filmdə obraz yaratmışdı. Bu gün onun çəkildiyi filmlərə, televiziya verilişlərinə baxdıqca bu böyük sənətkara xalq məhəbbətinin, onun musiqimizin inkişafındakı xidmətlərinin canlı şahidinə çevrilirsən. Bu mötəbər musiqi ocağında dünya və milli musiqimizin elmi əsaslarına yiyələnən Mirzə Babayev tezliklə Azərbaycan estradasının ulduzlarından birinə çevrilmişdi. Harda işləməsindən asılı olmayaraq, M. Babayev milli musiqimizin təbliğatçısı idi. Onu yaxşı tanıyır və sevirdilər.
[
Tamaşaçılarla hər görüşü böyük bir bayram olardı. Müğənninin oxuduğu elə mahnılar var idi ki, ancaq onun adı ilə bağlı idi. “Mirzə müəllimin mahnıları” ifadəsi xalq dilində artıq məxsusi deyimə çevrilmişdi. Mirzə müəllim aktyor-müğənni idi. O, ifa etdiyi mahnının bütöv obrazını yaradırdı. Mahnıları oynaq və şirin idi. Tamaşaçı bu nəğmələri dinləyəndə qəlbini nikbin bir ruh bürüyərdi. “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada” mahnılarını onun ifasında dinləmisinizsə, yəqin ki, ruhunuz, qəlbiniz təmizlənib, nəğməli bir dünya yaşamısınız. Doğrusu, bu gün adam Mirzə müəllimin yoxluğuna inana bilmir. Elə hiss edirsən ki, yenə də hansısa konsertdə səhnəyə çıxıb gənclik həvəsiylə öz nəğmələrini oxuyacaq. Yaxşı ki, bu nəğmələrin yazıldığı lentlər, kassetlər saxlanılır və onlar kifayət qədərdir.
M. Babayev Azərbaycan estrada musiqisini çox-çox yüksəklərə qaldırıb, onu sevdirib, səsi və ifaçılıq məharəti ilə öz orijinal üslubunu yaradıb. Oxuduğu mahnıların hər birində nikbin, həyatsevər bir ovqat yaradıb. Yaşının ahıl dövründə belə qəlbində gənclik hərarəti var idi. Tofiq Quliyev, Emin Sabitoğlu kimi bəstəkarların mahnıları onun ifasında ədəbilik qazanmışdı. Mirzə müəllim Azərbaycan musiqi tarixində nadir ifaçılardandır ki, mahnıları uzun illər repertuarında yaşamışdır.
Mirzə müəllim həm də gözəl kino aktyoru idi. Azərbaycan kinosunda onun yaratdığı rolların özünəməxsus gözəlliyi var. Bu rolların epizodik və yaxud böyük həcmi olmasının o qədər də fərqi yoxdur. Mirzə Babayev yaratdığı obrazı duyur, öz içindən keçirir və tamaşaçıya onu bütöv xarakter kimi təqdim edir. Müsahibələrinin birində demişdi ki, mən 100-dən artıq filmdə çəkilmişəm. Ancaq filmlərdə ifa etdiyi mahnıların sayı, bəlkə də, iki o qədərdir.
“Dərviş Parisi partladır”da Məstəli şahı oynayır. Kamil Rüstəmbəyovun bu filmində aktyor çox orijinal bir obraz yaradıb. Hətta bu vaxta kimi Məstəli şahın teatrdakı ifaçılarından da çox-çox irəli gedə bilib. Ümumiyyətlə, Mirzə Babayevin kino qəhrəmanları, əsasən, kübar insanlardır. “26-lar”, “Sevil”, “Yenilməz batalyon” və onlarca digər filmlərdə aktyor yaddaqalan, gözəl obrazlara ekran həyatı vermişdir. Mirzə Babayevin artistizminə nikbin bir ruh hakim idi. O çox vaxt, hətta yaşlı dövründə də gənclərlə səhnəyə çıxmağı xoşlayır, şux zarafatları ilə zaldakı tamaşaçıları ələ ala bilirdi. Elə bil kinodakı rollarına da hopmuşdu bu əhval-ruhiyyə. Onunla işləyən rejissorlar deyirdilər ki, Mirzə müəllimlə işləyəndə heç yorulmaq bilmirdik. Çəkiliş meydançasında elə əhval-ruhiyyə yaradırdı ki, hamı məmnun qalırdı. Ekranda görünməsi ilə tamaşaçının ovqatına tamam yeni bir ruh gətirirdi. Bir sözlə, o yaratdığı obrazın əsl memarına çevrilirdi. Hərdən isə obrazlarına şirin, məlahətli mahnıları ilə özgə bir ovqat verirdi. Bizim kinoda Mirzə müəllim qədər mahnı ifa edən ikinci bir müğənni, demək olar ki, yoxdur. “Onu bağışlamaq olarmı?” filmində Tərlanın mahnılarını xatırlayın. “O olmasın, bu olsun” filmində Məşədi İbadın bütün mahnılarını o ifa etmişdir. Mirzə Babayevin müğənni kimi ifaçılığı ilə aktyorluğu ahəngdarlıq təşkil edirdi. “Dəli Kür” filmində Molla Sadığın qurduğu kef məclisini xatırlayın.
Hamının tanıdığı və sevdiyi Mirzə müəllim haqqında danışmaq o qədər də asan deyil. Ona görə ki, Mirzə müəllim hər gün, hər an tamaşaçıların arasında idi. Onların alqışları altında mahnıları ifa edərdi. Mirzə müəllim milli musiqimizi xarici ölkələrdə çox məharətlə təmsil edirdi. Dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanımızın musiqi sənətinin təbliğatçısı kimi çıxış etmişdir.
Mirzə Babayevin yaradıcılığından cild-cild kitablar yazmaq olar. Çünki onun həyat yolu mədəniyyət və incəsənətimizin zəngin bir dövründən keçir. Bu gözəl sənətkar haqqında, yəqin ki, çox dəyərli filmlər çəkiləcək, geniş həcmli monoqrafiyalar yazılacaq. Onun mahnıları, filmləri uzun illər bu xalqın mənəvi yaddaşında ən həzin duyğular kimi yaşayacaq.
Bəli, zaman keçəcək, nəsillər dəyişəcək, amma mənəvi dəyərlərimiz arasında milli musiqimizin əvəzsiz xadimlərindən biri, “Şöhrət” ordenli Mirzə Əbdülcabbar oğlu Babayevin yaratdığı qənirsiz mahnılar, nəğmələr öz gözəlliyini itirməyəcək. Çünki bu mahnılar bu xalq üçün yaranmışdı və xalq da onların ifaçısını sonsuz məhəbbətlə sevirdi. -
12-13-2009, 01:59 PMzeynalov_Re: Azərbaycan ART
! Rəşid Behbudov !
Rəşid Behbudov - Azərbaycan müğənnisi, SSRİ xalq artisti.
[
Doğum Tarixi - - - - 14 dekabr 1915
Doğum Yeri - - - - Tbilisi
Ölüm Tarixi - - - - 19 iyun 1988
Ölüm Yeri - - - - Bakı
[
Həyatı
Rəşid Məcid oğlu Behbudov- Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRI xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları Laureatı, 2 Lenin Ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuşdur, bir sıra xarici ölkələrin mükafatlarına layiq qörülmüşdur. R.Behbudova Dağıstan xalq artisti, Gürcustan əməkdar incəsənət xadimi fəxri adı verilmişdir. Görkəmli sənətkar və ictimai xadim, müstəsna dərəcədə səmimi, mehriban insan, böyük istedad sahibi Rəşid Behbudov özunun var qüvvəsini və biliyini Vətənə, incəsənətə xidmət işinə həsr etmişdir. Onun adı Vətən və dünya musiqi-ifaçılıq mədəniyyətinin tarixinə yazılmışdır. Görkəmli müğənni, ictimai xadim, vətənpərvər Rəşid Behbudovun əziz xatirəsi xalqın qəlbində həmişə yaşayacaqdır. O özünün bütün qüdrətli istedadını, tükənməz qüvvəsini, böyük təcrubəsini və biliyini Azərbaycan mədəniyyətinin inkişafına və tərəqqisinə vermiş, öz yaradıcılığı ilə vətəndaşlıq, xəlqilik ideyalarına bərqərar etmişdir. Böyük sənətkar, alovlu vətənpərvər olan Rəşid Behbudov öz qudrətli istedadını, çox böyük təcrübəsini və biliyini Azərbaycan musiqi sənətinin inkişafına və çiçəklənməsinə, onun sosial fəallığının və beynəlmiləl əhəmiyyətinin artmasına sərf edirdi. O ömrü boyu öz yaradıcılığında bir vətənpərvər sənətkar qarşısında duran vəzifələri dərindən başa düşür, vətənə, xalqa xidmət etməyin ən parlaq nümunəsini göstərirdi. Onun mahnıları planetin bir çox güşələrində səslənmişdir. Bu gözəl melodiyaları hər yerdə, müxtəlif qitələrdə fərəh və minnətdarlıq hissi ilə dinləyirdilər. Doğma diyarın bütün gözəlliyini, onun adamlarının mehribanlığını, səmimiliyini, qayğıkeşliyini özünün ecazkar səsi, özünün təkrarsız gözəlliyi ilə tərənnüm etməkdə, böyük, gözəl vətənimizdən, hər bir adam üçün əziz olan sülh, dostluq və əmin-amanlıq şəraitində xoşbəxt həyat haqqında mahnı dili ilə söhbət açmaqda onun tayı-bərabəri yox idi. Yalnız gözəl torpaq, yalnız namuslu xalq belə bir oğul böyudə bilərdi.
Maestro Behbudovun mahnılari biz cavan nəslin atalarının gənclik vaxtlarının mahnısı olmuşdur. O vaxtdan 30-40 il keçməsinə baxmayaraq hələ də biz gənclər tərəfindən sevilir. Bu mahnılar Azərbaycanı dünyaya tanıtdı, onlara bu diyarın gözəl musiqisi ilə ilk dəfə tanış olmaq imkanı verdi. Səməd Vurğunun "Azərbaycan" şeri, bu müqəddəs misraları Rəşid Behbudov öz əfsanəvi səsinin qanadlarında bütün dünyaya, bütün xalqlara çatdırdı. KQB-nin bütün təzyiqlərinə baxmayaraq, Rəşid Behbudov bütün konsertlərini "Azərbaycan" mahnısı ilə başlayırdı. Azərbaycan sözü onun vizit vərəqəsi idi. Rəşid cismən aramızda yoxsa da, səsi əbədi yaşayacaqdır. Müdrik xalqımız öz şair-bəstəkar qəlbi ilə eşqə "ölməz" deyib. Rəşid Behbudov sənəti ilə ölməzdir. Azərbaycan əzəldən şer, musiqi, gözəl səslər beşiyi sayılmışdır. Rəşid Behbudov bu müqəddəs beşikdə püxtələşmiş, nəhayətdə özü bir ifaçılıq məktəbinə çevrilmişdir. Nəinki Azərbaycanda, hətta başqa respublikalarda da onlarca müğənni onun yolunu seçmiş, hətta Rəşid manerasını təqlid də etmişdilər, ancaq heç biri Rəşid Behbudov zirvəsinə yüksələ bilməmişdilər. Rəşid elə tək-vahid Rəşid olaraq qalmışdır. Azərbaycan ifaçılıq həyatının bütöv bir dövrünü onsuz təsəvvür etmək olmur. Nəvvabi, Üzeyiri, Bülbülü, Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Xan Şuşinskini, Fikrət Əmirovu, Niyazini yetişdirən musiqi beşiyi Qarabağda uşaqlıq və gənclik illərini keçirən, Nizami, Füzuli, Səməd Vurğun dühasından ilham alan Rəşid Behbudov öz sənəti ilə bizdə işıqlı bir ümid doğururdu, bizə dünyanın fəlsəfəsini açırdı, daha xoşbəxt çağların gələcəyinə inanmağa çagırırdı. Rəşidin səsindəki həzin lirizm bizə ana məhəbbətini, körpə pıçıltısını, gəlin həyasını-bir sözlə vətənin, insan ürəyinin qüdrətini və genişliyini təlqin edirdi. Bu səs bizi sevgiyə, şəfqətə, doğruluğa, düzgünlüyə, saflığa, təmizliyə çagırırdı. Azərbaycanın elə bir şəhəri və rayonu, qəsəbəsi və kəndi yoxdur ki, sənətkarımızın ayaği oraya dəyməmiş olsun. Dünyanın hər yerində, bütün keçmiş SSRİ və respublikalarında yüz minlərlə adam onun ecazkar səsinə valeh olmuşdur. Böyük mügənni Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi olmuşdur. Beynəlmiləlçi ustad dünyanın bir çox ölkələrini gəzmiş, qastrol səfərlərinə çıxmış, dinləyicilərinə həmişə Azərbaycan mahnılarının təkrarsız təravətini çatdırmışdır. Azərbaycan Rəşid Behbudoun vətəni kimi də tanınmışdir.
Onun atası, Məcid Behbud Alı oğlu Behbudov məşhur xanəndə, Azərbaycan muğamatlarının parlaq ifaçısı olmuşdur. O, Azərbaycanın xalq-musiqi incəsənətinin beşiyi olan Şuşadandır. Anası, Firuzə Abbasqulu qızı Vəkilova əslən Qazaxlı olmuşdur. Ömrünün sonlarına kimi Tbilisidə olan Azərbaycan məktəblərində rus dilini keçmişdir. 1933-cü ildə Rəşid məktəbi bitirir. Rəşidi Tbilisi parkında olan "Müstaid" yay konsertinə iştirak etməyə dəvət edirlər .O, böyük müvəffəqiyyətlə instrumental ansamblın müşaiəti ilə Azərbaycan xalq mahnılarını ifa edir. Sonra Rəşid dəmiryolu texnikumuna daxil olur. Və orada müstəqil tələbə orkestri yaradır. Behbudov solist kimi estrada ansamblında fəaliyyətə başlayır. Onlar Gürcüstanın bir sıra rayonlarında qastrol səfərlərində olurlar. Qəflətən Behbudov yerevan konsert kollektivinin birindən dəvət alır. Behbudov Bakıda qastrol səfərində olarkən qurulusçu rejissorlar onun Ü.Hacibəyovun operettasında ifa etdiyi parçaları dinləyirlər, eləce ona "Arşın mal alan" filmində Əsgər obrazı verilir. Arşın mal alan filminin şöhreti artır. Az sonra bu film Sovet İttifaqinin bütün şəhərlərində, xarici ölkələrdə göstərilir. 1946-ci ildə filmə Dövlət Mükafatı verilir."Arşın mal alan" filmi Behbudova dünya söhrəti gətirir, ona yeni yaradıcılıq yolları açır. Onun yaratdığı lirik obraz-Əsgər obrazı, mügənninin şirin və könül oxşayan səsi həm tamasaçılarını, həm də xarici ölkə tamaşaçılarını valeh etmişdir. Sovet kinosunun qızıl fonduna daxil olmuş həmin film 50 ildən çoxdur ki, müvəffəqiyyətlə göstərilir. 1946-ci ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artır. T.Quliyevlə sənət əlaqələri bərkiyir. Behbudovun repertuarında Azərbaycan, Neftçi mahnısı, Züleyxa-xanım və b. mahnılar yer alır. R.Behbudovun əlaqələri F.Əmirovla yaxşılaşır. Maestro bəstəkarın Gülüş, Ulduz romanslarını, Sevdiyim yardır və b. mahnılarının ifa edir.
R.Behbudov özünün parlaq yaradıcılıq və ictimai fəaliyyəti ilə xarici ölkələrlə mədəni əlaqələrini daha da möhkəmlənməsinə kömək edirdi. O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Belçika, Avstriya, Portuqaliya, Efqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Kosta-Rika, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olmuşdur. Bir çox görkəmli bəstəkarlarının mahnıları R.Behbudovun ifasında planet xalqlarının 50-dən çox dilində səslənmişdir. Daha sonralar Behbudovu qastrol səfərlərinə dəvət edirlər.O səfərlərində incəsənət ustası xadimi kimi Azərbaycanı təmsil edir. 1952-ci ildə sovet incəsənət xadimləri Hindistana dəvət alırlar. R.Behbudov Hindistanda Azərbaycan bəstəkarları- Ü.Hacəbəyov, S.Rüstəmov, F.Əmirov, T.Quliyev, C.Cahangirovun mahnılarını ifa edir. Behbudov Hindistanda özünə yeni dostlar tapır, onların arasında Baliqa-həkim və tanınmış kinoaktyorlar Nərgiz Xumara və Rac Kapur olur. 1957-ci ildə Hindistandan Azərbaycana hind musiqi instrumentləri kolleksiyasını Rəşid Behbudova hədiyyə yollayırlar. R.Behbudov bu ölkəyə səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazır. Daha sonralar Behbudov Neft Daşları, Gəncə, Daşkəsən ,Zaqatala, Turut-Saradjin təpəsində, Alagöz yaylaqlarında olmuşdur. Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına sanballı töhfə vermişdir. Premyerası 25 dekabr 1953-cü ildə olmuş "Sevil" operasında əsas qəhrəman Balaş rolu Behbudova tapşırılır. F.Əmirovun "Sevil" operasında onun yaratdığı Balaş obrazı-dərin dramatizmlə aşılanmış bu obraz sanballı opera-səhnə uğurlarından biri kimi, geniş miqyasda təqdir olunmuş, respublikanın ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Bu vaxta qədər o lirik, xarakter-janr əsərlərinin və əsasəndə xalq mahnı yaradıcılıığı ifaçısı kimi tanınmışdır.Yeni spektaklda o özündə vokal-dramatik texnikasını hiss etdi. 1954-cü ildə Behbudov yenə ekranda göründü, bu dəfə "Doğma Xalqıma" sənədli filmində, hansı ki, Azərbaycan incəsənətinin nailiyyətləri haqqında kinopoema olmuşdur.
Behbudovu 1954-ci ildə Hindistana qastrol səfərlərinə çağırırlar. Hindistanda Behbudovu köhnə tanış kimi qarşılayırlar. Onun mahnılarını bilir və onunla bərabər ifa edirlər. Daha çox Behbudovun ifasında populyar hind bəstəkarı Robi Şankarın, sözləri tanınmış hind şairi Alama İqbalın "Bütün ölkələrdən ən yaxşısı mənim Hindistanım" (Sare çaxasa açça Xindustan xumara) mahnısı səsləndirilir. Sonra Behbudovu "Sevimli Mahnı" filmində Bəxtiyar rolu həvalə olunur. Aktyor öz rolu ilə həyata atılmış gənc obrazı yaradır. R.Behbudov Azərbaycanda estrada janrının banilərindən biridir. Nəhayət 1957-ci ilin fevral ayında Azərbaycan Dövlət filarmoniyasının nəzdində Azərbaycan Dövlət Konsert Ansamblı yaranır. Həmin kollektivlərin fəaliyyəti estrada janrının inkişafına,onun geniş kütlələr arasında şöhrətlənməsinə kömək etdi. 1961-ci il Behbudov Xaçmaz, Kirovabad, Daşkəsən, Əli-Bayramlı, Mingəçevir, Ağdaş, Göyçay, və Naxçıvanda konsertlər verir. Geniş dinləyici auditoriyasına musiqili tamaşaların yeni təsir vasitələri üçün yaradıcılıq axtarışları aparan R.Behbudov 1965-ci ildə ölkədə ilk mahnı teatrı yaratdı, ömrünün axırınadək həmin teatrda solist və bədii rəhbər oldu. 70-ci illərdə Rəşid Behbudov yenə ekranlarda "1001-ci qastrol" filmində gorünür. Görkəmli müğənni, ictimai xadim, vətənpərvər Rəşid Behbudovun əziz xatirəsi xalqın qəlbində həmişə yaşayacaqdır. -
12-13-2009, 02:02 PMzeynalov_Re: Azərbaycan ART
! Əlağa Ağayev !
Azərbaycan.SSR xalq artisti (1954).Əlağa Ağayev ilk növbədə teatr aktyoru idi.
[
Azərbaycan.SSR xalq artisti (1954).Əlağa Ağayev ilk növbədə teatr aktyoru idi. Ömrünün ən məhsuldar dövrünü Milli Teatrımıza həsr etmişdi. Klassik aktyor ənənələrindən bəhrələnərək orijinal üslub yaradan aktyor hansı rolda çıxış etməsindən asılı olmayaraq, ona özünəməxsus şirinlik gətirərdi.
Teatra 30-cu illərdə gəlmişdi. 25 il Gənc Tamaşaçılar Teatrında işləmişdi. Gənclik enerjisi ilə teatrın əksər tamaşalarında oynayırdı. Onlarca tamaşada öz bənzərsiz rolları ilə yaddaşlara hakim olmuşdu. Əlağa Ağayev hansı rolda oynayırdısa, orada gülüş var idi. Komediya aktyorluğunun yeni nümunəsini gətirmişdi teatrımıza. İşləməyi çox sevirdi. Onunla tərəf-müqabil olanlar söyləyirdilər ki, heç vaxt məşqlərdən yorulmazdı. 1961-ci ildə Əlağa müəllim öz yaradıcı taleyini Akademik Milli Teatra bağladı.
Kinematoqrafçılarımız da bu möhtəşəm sənətkarı unutmadılar. İlk dəfə T.Tağızadə 1955-ci ildə Əlağa Ağayevi “Görüş” filminə dəvət etdi. İlk rolu olsa da, aktyor ekranda o qədər sərbəst hərəkət edib ki, heç tamaşaçı bu rolun debüt olduğunu hiss etmir. Əlağa Ağayev bu obrazı çox məharətlə yaradıb. Komediya janrının zəngin ənənələrindən məharətlə bəhrələnən aktyor obrazı özününküləşdirə bilib.
Sonra isə məşhur “O olmasın, bu olsun” filmi gəlir. Buradakı rolu ilə Əlağa müəllim Azərbaycan kinoaktyorluğu aləmində özünə əbədi bir “heykəl” ucaldıb. — Günlərin birində bu filmin baş operatoru Ə.Atakişiyev işlədiyim Gənc Tamaşaçılar Teatrına gəldi, — deyə, Əlağa müəllim xatırlayırdı. — Həmin axşam “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasında Hacı Qəmbər rolunda çıxış edirdim, nökəri isə Əhməd Əhmədov oynayırdı. Elə həmin gün Əhməd Əhmədovu hambal roluna dəvət etdilər, məni isə bir neçə gün sonra studiyaya çağırdılar. Əlağa müəllim xatırlayırdı ki, bir gün rejissor mənə dedi: — Əlağa, filmin taleyindən çox narahatam, ağlınca, film necə çıxacaq? Dedim ki, bu aktyorlar ki var, onlar sənin filminin müvəffəqiyyətinin 50 faizini təmin ediblər. Qaldı qalan 50 faizə, onu da zaman göstərər. Bəli, zaman göstərdi ki, film dünyanın 50-dən artıq ölkəsini gəzib, kinomuza şöhrət qazandırdı. Söz yox ki, filmin belə canlı alınmasında Məşədi İbadın əvəzsiz ifaçısı Əlağa Ağayevin xidmətləri böyük olmuşdu.
“Sehirli xalat” filmindəki Xan obrazı da Əlağa Ağayevin yaradıcılığında özünəməxsus yeri olan qəhrəmanlardandır. Xanın başına açılan oyunları elə gözəl yumorla tamaşaçıya çatdırır ki, onun komik rolların ən mahir ifaçısı olduğuna inanırsan.
Əlağa müəllimin ən dəyərli kino qəhrəmanlarından biri də “Bizim Cəbiş müəllim” filmindəki roludur. “Evlənmək istəyirəm” filmində polis işçisinin rolu da maraqlı və yaddaqalandır. Kinematoqrafda onun rollarının özünəməxsus xüsusiyyətləri var. Bu, hər şeydən əvvəl, aktyorun ciddi obrazlara komik əhval gətirmək bacarığı ilə xarakterizə olunur. Bəzən lap kiçik epizodları belə filmin əsas qəhrəmanları səviyyəsinə qaldıra bilir. Elə, “Əhməd haradadır” filmindəki kassiri xatırlayın. Ekranda görünməsi ani bir məqamı əhatə etsə də, tamaşaçının yadından çıxmır. “Qanun naminə” filmindəki Məmmədxan rolu isə daha çox aktyor oyunundakı cizgilərlə yadda qalır.
Əlağa Ağayevin televiziya tamaşalarındakı rolları da öz komik cizgiləri ilə tamaşaçıların yaddaşına əbədi həkk olunmuşdur. Hansı tamaşada oynamasından asılı olmayaraq, tamaşaçı bilirdi ki, aktyor ona bir xoş ovqat bəxş edəcək. Onunla çəkilişlərdə iştirak edənlər o qədər gözəl xatirələr danışırlar, hiss edirsən ki, Əlağa müəllim elə həyatda da insanlara sevinc bəxş etməkdən həzz alırmış.
Əlağa Ağayevin milli aktyor sənətimizin inkişafında çox layiqli yeri vardır. Hər dəfə bu filmlər, tamaşalar ekranda görünəndə tamaşaçı çöhrəsinə xəfif bir təbəssüm qonacaq və istər-istəməz onların yaradıcısı, böyük sənət fədaisi Əlağa Ağayevi bir anlıq da olsa yad edəcəyik.
Teatr sahəsində rolları:
Kərəmov (Toy, S.Rəhman)
Xəlil (Əliqulu evlənir, S.Rəhman)
Abış (Əcəb işə düşdük, Ş.Qurbanov)
Martin (Dəlilər, Lope de Veqa)
Nağı (Yaxşı adam, M.İbrahimov)
Dadaş (Qəribə oğlan, İ.Əfəndiyev)
Kino sahəsində rolları:
Bir məhəlləli iki oğlan
O olmasın bu olsun
Əhməd Hardadır
Sehirli xalat
Görüş
Yeni Horizont -
12-13-2009, 02:04 PMzeynalov_Re: Azərbaycan ART
! Ağasadıq Gəraybəyli !
Milli teatrımızın inkişafı yolunda sənət fədailərindən biri də teatrı varlığından artıq sevən, obrazlar qalereyası yaradan, tamaşaçı alqışı qazanan, dövlət mükafatlarına, fəxri adlara layiq görülən Ağasadıq Gəraybəyli olmuşdur.
[
Adlar və Mükafatlar
Azərbaycan Xalq Artisti (1940)
"Lenin Ordeni"
"Qırmızı Əmək Bayrağı" Ordeni
"Oktyabr İnqilabı" Ordeni
"Şərəf Nişanı" Ordeni
Həyatı
Ağasadıq Gəraybəyli ömrünün ixtiyar çağında da ötən günlərini tez-tez xatırlayar və deyərdi: "1897-ci ildə, Novruz bayramı qabağı
Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Yetimə "gəl-gəl" deyən çox olar, əsl qayğı göstərən isə az. Ən çətin anlarımda Yaradanımz imdadıma yetişdi. İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin dedikləri hələ də qulaqlarımda səslənir: "Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən". Sahibsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. "Gəl görüm, nə istəyirsən?" Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: "Ay qız, Heyran, haradasan? Tanrı bizə züriyyət göndərib". Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Ən çətin günlərim 1905-1907-ci illərdə oldu. Ermənilər Bakıda, bakılılara divan tuturdular. Yaxşı ki, niyyətlərinə çatmadılar. Haqq qalib gəldi. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə getdim. İlk dəfə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevi 1913-cü il martın 15-də gördüm. Sərt xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə üz-gözündən nur yağardı. İlk oxucularından biri də mən olmuşam".
Ağasadıq Gəraybəyli dahi Üzeyir Hacıbəyovun adı çəkiləndə ehtiramla ayaq üstə durar, müqəddəs ruhuna dualar oxuyardı. Deyərdi: "Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət, düha sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı, musiqisi, teatrı ilə dünyada tanınsın. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndərin monoluqunu söyləyib səhnədən düşəndə məni yanına çağırdı. Əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. "Sənin kimi azərbaycanlılarla fəxr etmək lazımdır" - dedi. Üzeyir bəyin qayğısı sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım, mənə birotaqlı mənzil verdilər. Ailə qurdum. Toy günü xeyirxahımın dediyi kəlamı dönə-dönə xatırlayıram: "Ailə qurmaq asandır, ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir".
Milli teatrımızın klassiklərindən, fədailərindən biri olan Ağasadıq Gəraybəylinin səhnə fəaliyyətinə aid faktları xatırlayanda heyrətlənməyə bilmirik. O, 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın Mal Alan", Cəfər Cabbarlının "Sevil", "Od Gəlini", "1905-ci İldə", sonralar "Vaqif", "Həyat", "On İkinci Gecə", "Xanlar"... Yaratdığı obrazların hər birinin adı teatr tarixinə qızıl hərflərlə yazılıb. Ona görə ki, aktyor təkcə müəllif fikirlərinə, rejissor quruluşlarına, mizanlarına görə səhnəyə çıxmayıb, oynamayıb. Həm də əsərin mahiyyətini anlayıb, etibar edilmiş rolların milli dəyərlərini dərk edib. Hər bir obrazın amalını, məqsədini tamaşaçılara çatdırmağa çalışıb. Bu cəhətlərinə görə də sevilib, hörmət qazanıb. Xalq şairi Səməd Vurğun yazıb: "Hər dəfə Ağasadığı səhnədə görəndə həyatın özü, yaratdığı obrazın canlı təsvirləri gözlərim önündən keçir. Onun timsalında həyatla səhnə arasında sıx əlaqə görürəm". Görkəmli teatr xadimi Mehdi Məmmədov isə deyərdi: "Aktyorluq onun alın yazısıydı. 1940-cı ildə respublikanın xalq artisti fəxri adına layiq görülmüşdü. Onu bir dəfə də olsun özündən razı görmədim. Məşqlərə həmkarlarından tez gələrdi. Hər jestinə, mimikasına fikir verərdi. Kollektivdə nüfuz qazanmışdı. Can deyib, can eşidərdi". Xalq artisti, ömrünün 60-cı baharında dünyasını dəyişmiş Əliabbas Qədirov danışardı: "İnstitut bitirmək, ali təhsil almaq azdır. Həyat təcrübəsinin yerini heç bir diplom, kitab verməz. Ağasadıq Gəraybəyli bizim mənəvi müəllimimiz idi. Onun qədrini bildikcə özümüz də şöhrət zirvəsinə ucalırdıq".
Unudulmaz sənətkar, sevilən aktyor haqqında xoş xatirələr çoxdur. Dünya şöhrətli ifaçı Rəşid Behbudov deyərdi: "Bəxtiyar" filmində çəkiliş meydançasında Ağasadığı klub müdiri Ağabala rolunda görəndə sevindim. Çünki o, insan kimi də, aktyor kimi də əsl xarakter nümayiş etdirirdi. Bilirdim ki, o, bir neçə filmdə çəkilib. Ancaq Ağabalanı elə həvəslə oynayırdı ki, sanki kamera qarşısında deyildi, ekranda görünənlər real təsvirlər təki baxılırdı".
91 il yaşayan, unudulmaz iz qoyan Ağasadıq Gəraybəyli çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülmüşdü. Ən böyük sevinci "O Olmasın, Bu Olsun" filmində Rüstəm bəy rolunu oynamaq idi.
Aktyor Rüstəm bəy obrazının taleyini - həm keçmişini, həm də mövcud vəziyyətini olduqca inandırıcı yaradıb. Tanınmış teatr-kino xadimi Adil İsgəndərov dəfələrlə qeyd etmişdi: "Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı".
Ağasadıq Gəraybəyli təvazökar insan, nümunəvi ailə başçısı idi. 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışmış, alqışlarla qarşılanan səhnə xadimlərindən biri olmuşdu. O, şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayırdı. Məşhur müğənni Bülbüllə, xalq yazıçısı Mirzə İbrahimovla, xalq şairi Süleyman Rüstəmlə qonşu idi. Bir gün Süleyman müəllim ona deyib: "Ay qardaş, ay qonşu, ay oynadığın rollara can, nəfəs verən aktyor, niyə iş yerinə piyada gedib-gəlirsən? Sabahdan mənim xidməti maşınım səni teatra aparıb gətirəcək". Onun cavabı isə qısa oldu: "Yox, Süleyman, hələ ki, ayaqlarım sözümə baxır. Bir də qardaş, mənim doğma xalqımdan nə gizlinim? Teatrın binasından evimə gələnəcən yüzlərlə adam mənə salam verir, əhvalımı soruşur. Bundan da böyük şərəf, şöhrət olar?!"
Həyatın, zamanın bütün sınaqlarından üzü ağ çıxmış insan, dönə-dönə xatırlanan sənətkar, örnək olası ailə başçısı, sadiq, sədaqətli dost-sirdaş Ağasadıq Gəraybəyli xarakterik rolların bənzərsiz ifaçısı kimi daim yad olunur.
2007-ci il aktyorun anadan olmasının 110 illiyi və səhnə fəaliyyətini 80 illiyidir. -
12-13-2009, 02:05 PMzeynalov_Re: Azərbaycan ART
! Ağahüseyn Cavadov !
Aktyorluq onun varlığında idi.
[
Tam Adı - - - - Ağahüseyn Xəlil oğlu Cavadov
Doğum Tarixi - - - - 22 Aprel 1894 (yaş 114)
Doğum Yeri - - - - Abşeron, Xırdalan qəsəbəsi
Ölüm Tarixi - - - - 20 iyul, 1981
Ölüm Yeri - - - - Bakı
130 yaşı tamamlanmış milli peşəkər teatrımızın inkişaf etməsində misilsiz xidmətləri ilə seçilən sənətkarlardan biri də Ağahüseyn Cavadovdur. Uzun illərdən bəri mahir bir komediya ustası kimi tanınan Azərbaycan.SSR xalq artisti Ağahüseyn Cavadov ən çox müasir dövrün tamaşaçılarına "Bəxtiyar", "Görüş", "Sehrli xalat", "Bir qalanın sirri", "Qızmar günəş altında", "O olmasın, bu olsun", "İstintaq davam edir", "Şərikli çörək", "Əhməd haradadır?" və s. filmlərdən tanışdır. Yəqin ki, bir çoxlarımız bu filmlərdə Ağahüseyn Cavadovun özünəməxsus ustalıqla yaratdığı istər baş rol, istərsə də epizodik rollarda ifa etdiyi məzəli, eyni zamanda təkrarsız ifasını xatırlayırıq. Hətta bəzi filmlərdə aktyorun dediyi bir çox ifadələri hərdən öz aramızda səsləndiririk.
İndi aktyor olmağa nə var ki... Dekorasiya da var, hər cür şərait də var, üstəlik aktyorluq sənətinə yiyələnmək üçün təhsil almaq imkanı da. Eyni zamanda Azərbaycan teatrının təməlini qoyan məşhur sənətkarların zəngin yaradıcılıq irsi də var. Amma o vaxtlar çox çətin idi bu sənətlə məşğul olmaq. Aldığın cüzi maaşla ev-eşik saxlamaq. Bəzən elə olurdu ki, bu sənət fədailəri açıq havada, tarlalarda, kolxozlarda tamaşalar verirdilər.
Arabaların üstündə dekorasiya qururdular. Gecəli-gündüzlü çalışırdılar. Çünki sənətlərini sevirdilər. Azərbaycan mədəniyyətinin təməl daşını qoymaqları ilə fəxr edirdilər. Milli teatrımızın təşəkkülü, inkişafı üçün münbit zəmin yaradırdılar. Ona zəngin həyat materialı, real məişət mənzərələri, canlı insan nəfəsi verməklə, aktyor sənətini formalaşdırırdılar. Ağahüseyn Cavadov da məhz belə aktyorlardan biri idi.
Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü ildə Bakıda anadan olmuşdur. Ömrünün 60 ilini səhnəyə həsr edən Ağahüseyn Cavadov da öz sələfləri kimi ilk təhsilini mollaxanada almışdır. Anası Hürmət xanım isə oğlunun oxumuş, savadlı olmasını çox istəyirdi. Lakin o dövrün ab-havası bir çoxları kimi Ağahüseyn Cavadovun da əl-qolunu bağlayırdı. A. Cavadov harda olursa-olsun teatr sənəti ilə maraqlanır, o dövrün görkəmli aktyorlarının, xüsusilə Sidqi Ruhullanın, Mirzəağa Əliyevin, Cahangir Zeynalovun, Hacıağa Abbasovun ifalarına tamaşa edir, onlarla bir sırada olmağı arzulayırdı. İlk addımlarını Tənqid-təbliğ teatrında atan Ağahüseyn Cavadovun sənət taleyi çox uğurlu olmuşdur. 1920-ci ildən səhnə fəaliyyətinə başlayan aktyor "Çin tanrısı", "Fırtına", "Ovod", "Anamın kitabı", "Qanlı səhra", "Bəxtsiz cavan", "Paris Noterdam kilsəsi", "Romanovların son günləri", "Namus" tamaşalarında yaratdığı obrazlarla tamaşaçıların geniş rəğbətini qazanır. Bu obrazların hərəsi ayrı-ayrılıqda süjet xəttinə görə bir-birindən kəskin surətdə fərqlənsə də, onun ifasının təkrarsızlığını sələfləri dönə-dönə qeyd edirdilər.
Zəngin yaradıcılıq imkanlarına malik olan Ağahüseyn Cavadov xarakterik və dramatik rolların da ustad ifaçılarından olub. Yumşaq, sakit təbiətə malik olan bu aktyorun yaratdığı obrazlar həmişə təbii, canlı və inandırıcı olub. Çünki aktyorluq bu insanın varlığında idi. Onun rəng və boyalarının zənginliyi və əlvanlığı, sənətinə ciddi münasibəti həm dramlarda, həm komediyalarda, həm də operettalarda bir-birindən fərqlənən orijinal obrazlar yaratmağa imkan vermişdir.
Musiqili Komediya Teatrının repertuarının zənginləşməsində Ağahüseyn müəllimin böyük rolu olmuşdur. 1938-ci ildə o, yenicə təşkil edilmiş Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunmuşdur. Burada o, "Ər və arvad", "Əlli yaşında cavan", "Beş manatlıq gəlin", "Arşın mal alan", "Toy kimindir", "Evli ikən subay" və sair əsərlərin səhnə həyatının uğurlu alınmasından ötrü böyük yaradıcılıq zəhmətinə qatlaşmışdır. Yaratdığı komik obrazlarla yadda qalan, sevilən, istər kiçik, istərsə də böyük rollarında həmişə gülüş doğuran satira və yumora imkan verən epizodların, səhnələrin daha canlı, daha parlaq olması üçün öz aktyorluq məharətindən istifadə edən sənətkar Mirzəağa Əliyev, Kazım Ziya, Fatma Qədri, Mustafa Mərdanov, Möhsün Sənani, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Hökumə Qurbanova, Ağasadıq Gəraybəyli kimi sənətkarlarla yanaşı çalışmışdır. Əsl sənət fədaisi olan bu insan həmişə, istər səhnədə, istərsə də həyatda təbiiliyi, səmimiliyi ilə hamıdan seçilmişdir. Ekranda yaratdığı obrazlar ciddi sənət axtarışları, dəqiq və zəngin həyat müşahidəsi sayəsində maraqlı ekran həyatı kəsb etmişdir. Ədəbi əsərlərimizin bir çoxunun efirdə və mavi ekranda səslənməsində Ağahüseyn Cavadovun xidməti böyük olmuşdur. O, ömrünün 60 ildən çoxunu səhnəyə vermiş və 200-dən artıq səhnə obrazı yaratmışdır. İstər klassik dramaturgiyanın nümunələrində, istərsə də müasir əsərlərimizdə eyni hərarət və səmimiyyətlə çıxış etmişdir. Yaratdığı obrazlar uzun müddət hafizələrdə yaşamışdır.
Ağahüseyn Cavadov Azərbaycan.SSR xalq artisti (1938) kimi fəxri ada layiq görülmüş, 2 dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Cavadov sənəti, Cavadov komizmi isə neçə-neçə sənətkar üçün əvəzsiz bir örnək olaraq Azərbaycan teatrının ayrılmaz tərkib hissəsi kimi bu gün də öyrənilir.
Teatr sahəsində rolları:
Dəmirçi Musa (Toy, S.Rəhman)
Bərbərzadə (Xoşbəxtlər, S.Rəhman)
Məmişov (Məhəbbət, M.Ibrahimov)
Luka Lukiç (Müfəttiş, N.Qoqol)
Brabansio (Otello, V.Şekspir)
İmran (Əcəb işə düşdük, S.Qurbanov)
Kino sahəsində rolları:
Sevimli mahnı
O olmasın bu olsun
Görüs
Şərikli Çörək
Əhməd Hardadır -
12-13-2009, 02:07 PMzeynalov_Re: Azərbaycan ART
! Adil İsgəndərov !
Doğrudan da, Adil müəllim işıqlı insan idi.
[
Doğum Tarixi - - - 1910
Doğum Yeri - - - Gəncə
Ölüm Tarixi - - - 18 sentyabr, 1978
Onunla bir yerdə çalışanlar, dostları, tələbələri, bir sözlə, bu nəhəng sənət fədaisi ilə təmasda olan bütün insanlar Adil İsgəndərov haqqında xoş xatirələr danışırlar. Doğrudan da, Adil müəllim işıqlı insan idi. Özü işıqlı olduğu kimi, uzun illər teatr, kino sənətimizin də yoluna işıq saçmış, respublikamızda bu incəsənət sahələrinin inkişafı üçün böyük məktəb yaratmışdı. Bu gün həmin sahələrin yükü də elə onun məktəbinin yetirmələrinin çiyinlərində qərar tutub. 40 ilə yaxın teatrımızın, ekran sənətimizin inkişafına xidmət etmiş bu fenominal şəxsiyyət bütün yaradıcı fəaliyyətini milli-mənəvi dəyərlərimizin qorunmasına yönəldib. Adil müəllim bütün ruhu ilə azərbaycanlı idi, o, bu xalqı sevirdi və yaratdıqları da xalqın ruhundan güc alırdı.
Adil İsgəndərov 95 il əvvəl, 1910-cu il baharın təravətli günlərindən birində — mayın 5-də Gəncədə dünyaya göz açmışdı. Bəlkə ona görə idi ki, ruhunda, qəlbində bir bahar ovqatı var idi. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Sənət adamları ona “Ədil müəllim” deyə müraciət edirdilər. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. “Köhnə kişilər”in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı.
Adil müəllim Teatr Texnikumunu bitirmişdi, sonra isə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı. Ustəlik Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi. Buna baxmayaraq, bütün yaradıcı ruhuna milli klassik teatr ənənələri hakim idi.
1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını “Adil İsgəndərov teatrı” adlandırırdılar. Rejissor debütü olan “Polad qartal” (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsil heyrət doğurmuşdu. Aydın hiss olunurdu ki, teatra əsil sənətkar gəlib. Ona görə də bir-birinin ardınca Adil İsgəndərov “Platon Kreçet”, “Həyat”, “Vaqif” tamaşalarına quruluş verdi. “Vaqif” milli teatr tariximizdə ən uğurlu tamaşalardan idi. Bu tamaşa bizim teatr tarixində əlamətdar hadisəyə çevrildi. Tamaşa Bakının mədəni mühitində yeni bir oyanış yaratmışdı. O dövrü xatırlayanlar deyirlər ki, bu tamaşaya düşmək əslində qəhrəmanlıq idi. Teatr aylarla anşlaq tamaşalar göstərirdi. Bəlkə də, bu möhtəşəm sənət ocağı öz tarixində bu qədər qələbəlik görməmişdi.
Beləcə, Adil İsgəndərovun sənətə gəlişi ilə ölkəmizin teatr həyatında yeni coşğun bir mühit formalaşmağa başladı. Bu, ənənəvi teatr deyildi. Hər şeydə yenilik var idi. Dekorasiyalar da, aktyor oyunu da, ümumi kompozisiya quruluşu da klassik ənənələrin yeni formada təqdimatı kimi çox maraqlı bir mənzərə yaratmışdı. Ələsgər Ələkbərovun şaqraq səsi bu quruluşa özünəməxsus bir ovqat gətirirdi. Sonralar Adil müəllim bu tamaşanı ekranlaşdırmaq da istəmişdi. Hətta kinossenari də hazırlanmış, lakin bəzi səbəblər ucbatından əsər ekranlaşdırılmamışdı.
Adil İsgəndərovun tamaşaları öz orijinallığı, monumentallığı ilə fərqlənirdi. “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “1905-ci ildə”, “Dumanlı Təbriz”, “Şərqim səhəri”, “Otello”, “Türkiyədə” və s. əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirirdi. Adil müəlliminin tamaşaları həmişə teatrsevərlərin ürəyincə olardı. Adil İsgəndərovun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti idi. Adicə görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirdi. Aktyorların yaradıcılıq potensialına çox yaxşı bələd idi.
Bu böyük sənətkar həm də güclü təşkilatçı idi. İnsanlarla dil tapmağı bacarırdı. Teatrda direktor işlədiyi illərdə tamaşaların keyfiyyəti yüksəldi, repertuarı zənginləşdi. O dövrün aktyorları xatırlayırdılar ki, Adil İsgəndərovun direktor olduğu illərdə Akademik Dram Teatrdı saat mexanizmi kimi işləyirdi. Və yəqin ki, onun bu qabiliyyətini nəzərə alıb C. Cabbarlı adına “Azərbaycanfilm” kinostuduyasına direktor (1966–1974) təyin etdilər.
1966-cı ilə qədər Adil müəllim kinoda aktyor kimi işləmişdi. İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova “O olmasın, bu olsun” filmində qoçu rolunu vermişdi. Əslində bu çox kiçik, epizodik bir roldur və filmdə biz onu bircə dəfə görürük. Bazar səhnəsində onun görünməsi ilə filmə xüsusi bir ovqat gəlir. Onun aktyor ifaçılığında bir bütövlük var. Oynadığı rollar həmişə öz koloriti ilə diqqəti çəkir.
1958-ci ildə “Uzaq sahillərdə” (Rej. Tofiq Tağızadə) filmində sahibkar Rosselininin rolunu necə böyük istedadla yaradıb. Bu obraz da o qədər böyük deyil, ancaq nədənsə tamaşaçı bu epizodu həmişə səbirsizliklə gözləyir. “Qara daşlar”, “Məhəbbət dastanı” filmlərində də onun ifa etdiyi qəhrəmanlar öz milli koloriti ilə tamaşaçı diqqətindən yayınmır. Kinostudiyaya rəhbər təyin edildiyi ilk ildə Ə. İbrahimovun “26 Bakı komissarı” filmndə çəkildi. Ancaq kinoda aktyor kimi onun ən uğurlu işi “Axırıncı aşırım” filmində yavratdığı Kərbalayı İsmayıl idi. Bu obraz mürəkkəb tarixi dövrün qəhrəmanı idi. Sovet hakimiyyətinin qələbəsindən sonra Azərbaycanın ucqar əyalətlərində baş verən dəhşətli hadisələrin mərkəzində dayanan Kərbalayı hər şeyini itirmək təhlükəsi ilə üzləşib. Torpaqları, var-dövləti ilə yanaşı, ləyaqətinə, şəxsiyyətinə də təcavüz edilən Kərbalayı yeni cəmiyyətə müharibə elan edir. Abbasqulu bəyin “elçi” kimi onu barışığa çağırması belə, Kərbalayı İsmayılı bu yoldan döndərə bilmir. O, yeni cəmiyyətlə barışmaq istəmir. Nəticə isə çox acınacaqlı olur. Nə qədər insanlar tələf olur, evlər, ailələr dağılır. Bu rolda da, o, bütövdür, obrazın bütün çalarlarını tamaşaçıya ustalıqla çatdırır və əsil azərbaycanlı kişi obrazı yaradır. Bu obrazı bütün film boyu tamaşaçının gözündə ucaldır. O əyilmir, hətta, ən ağır anlarda belə öz kişilik qürurunu saxlamağı bacarır. Kərbalayı haqq-salamı itirən adam da deyil. Qəmlonun şıltaqlıqları belə onu öz yolundan döndərə bilmir.
Adil İsgəndərov bu roluna görə Ümummitifaq festivalının “kişi rolunun ən yaxşı ifasına görə” nominasiyasının qalibi olmuşdu. Bu aktyorun yaratdığı obrazlar içərisində “Qanun naminə” filmindəki Kamilov xüsusi qeyd edilməlidir. Kamilov rayonda İcraiyyə Komitəsinin sədridir. Əslində mənfi tipdir. Adil İsgəndərov bu rolu o qədər təbii, o qədər səmimi ifa edir ki, tamaşaçı onun istedadına valeh olur. “Arxadan vurulan zərbə” filmindəki prokuror Dadaşlı rolu bu aktyorun böyük istedad sahibi olduğunu bir daha təsdiqlədi. Bu, onun kinoda son aktyor işi idi.
Adil İsgəndərovun kino aktyorluğunda çox aydın sezilən bir səmimiyyət var. Onu tamaşaçıya sevdirən də elə istedadla səmimiyyətin vəhdətidir.
Adil İsgəndərovun portretində bir mühüm ştrix də unudulmamalıdır. Bu da onun kinorejissor kimi fəaliyyətidir. “Əhməd haradadır?” bu böyük sənətkarın quruluş verdiyi yeganə filmdir. Bu filmdə isə o, rejissor kimi səmimidir. Tamaşaçı onun səmimiyyətini hər kadrda duyur. O istəyirdi ki, azərbaycanlılar öz obrazlarını kinoda da olduğu kimi görsünlər. O, təbiətcə kosmopolitlikdən çox-çox uzaq idi. Film boyu tamaşaçını xoş bir ovqat müşayiət edir. Onun qəhrəmanları əsil azərbaycanlılardır. Hadisələr çox məzəli bir süjet üzərində qurulmuşdur və tamaşaçı film boyu bu insanların taleyini maraqla izləyir. Adil müəllim burada da çox maraqlı aktyor ansamblı seçə bilib. Azərbaycan aktyorluq sənətinin Mustafa Mərdanov, Nəcibə Məlikova, Lütfəli Abdullayev, Məmmədrza Şeyxzamanov, Bəşir Səfəroğlu kimi korifeyləri filmdə maraqlı rollarda çəkilmiş və ona xüsusi təravət gətirmişlər.
Adil İsgəndərovun yaradıcı irsi doğrudan da əsil məktəbdir. Və bu məktəbin yetirmələri hələ neçə-neçə illər kinomuzu, teatrımızı yaşatmaq qüdrətinə malikdirlər.
68 il ömürlüyünün 42 ilini sənətə həsr etmiş bu qüdrətli sənətkarın xatirəsi bizim üçün həmişə əziz və doğmadır. -
12-13-2009, 02:08 PMzeynalov_Re: Azərbaycan ART
! Ögey Ana (1958) !
Azərbaycan filmi. Uşağın məhəbbətini qazanmaqdan ötrü əlindən gələni edən ögey ananın əsl ana kimi təsdiqlənməsi hər ikisinin çətin sınaqdan keçməsindən sonra mümkün olur.
[
Məzmun
Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın(Nəcibə Məlikova) doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın(Ceyhun Mirzəyev) kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır. Filmdəki hadisələr Azərbaycanın mənzərəli dağ kəndlərindən birində cərəyan edir.
__________________________________________________ __________________________________________________ __
Festivallar və Mükafatlar
1)1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalı
Film Üçüncü Mükafat almışdır.
__________________________________________________ __________________________________________________ __
Film Haqqında
Film aktrisa Nəsibə Zeynalovanın kinoda ilk böyük işidir.
Filmdə Cəmilə ilə İsmayıl çayı keçərkən ikisi də suya düşürlər. Bu səhnə oktyabr ayında çəkildiyindən hər iki aktyor soyuqlayıb qızdırmışdı.
Cəmilənin otağına yarasa girməsi səhnəsinin çəkilişlərində həm oyuncaq, həm də həqiqi yarasadan istifadə etmişdilər.
__________________________________________________ __________________________________________________ __
Filmin üzərində İşləyənlər
Ssenari Müəllifi : Həbib İsmayılov, Anna Yan
Quruluşçu Rejissor : Həbib İsmayılov
Quruluşçu Operator : Xan Babayev
Quruluşçu Rəssam : Elbəy Rzaquliyev, Məmməd Hüseynov
Bəstəkar : Tofiq Quliyev
Səs Operatoru : İlya Ozerski
Mahnıların Mətni : Zeynal Cabbarzadə
Rejissor : Məmməd Əlili
Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev
Quraşdırılmış Səhnələrin Operatoru : Sergey Klyuçevski
Çalır : Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor : Tofiq Quliyev
Filmin Direktoru : V. Krutikov
Mahnı İfa edən : Şövkət Ələkbərova
Rejissor Assistenti : Ramiz Əliyev
__________________________________________________ __________________________________________________ __
Rollarda
Nəcibə Məlikova-Dilarə
Fateh Fətullayev-Arif
Həqiqət Rzayeva-Qəmər
Ceyhun Şərifov-Dadaş
Əzizə Məmmədova-Solmaz
Hacımurad Yegizarov-Ayaz
Ələsgər Ələkbərov-Hüseyn dayı
Nəsibə Zeynalova-Fatmanisə
Şəfiqə Qasımova-Zeynəb
Ceyhun Mirzəyev-İsmayıl
S. Axundova-Cəmilə
Fərhad Bakıxanov-Səməd
Əli Qurbanov-Qurbanəli
A. Əzimova
S. Mirsadıqova
Ələkbər Hüseynzadə-Ayazın atası
Ə. Fərzəliyev-Fəhlə
A. Hüseynov
Fazil Salayev-Kənd sakini (titrlərdə yoxdur)
Dadaş Kazımov-Rəngsaz (titrlərdə yoxdur)
__________________________________________________ __________________________________________________ __
Filmi Səsləndirənlər
Hökümə Qurbanova-Dilarə (Nəcibə Məlikova) (titrlərdə yoxdur)
Məmmədrza Şeyxzamanov-Hüseyn dayı (Ələsgər Ələkbərov) (titrlərdə yoxdur) -
12-13-2009, 02:10 PMzeynalov_Re: Azərbaycan ART
! Nəriman Nərimanov !
Dövlət xadimi, yazıçı və publisist, həkim.
[
Dövlət xadimi, yazıçı və publisist, həkim. 1882 ildə Qori seminariyasına daxil olmuş, oranı bitirərək Tiflis quberniyasının Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim tə'yin olunmuşdur. Nərimanov 1891 ildə Bakıya gələrək fəaliyyətə başlamışdır. O, 1894 ildə Bakıda müsəlman kütlələri üçün ilk xalq qiraətxana-kitabxanası təşkil etmişdir. Bu zaman Nərimanov ictimai problemlərə toxunduğu "Nadanlıq" (1894), "Şamdan bəy" (1895), "Nadir Şah" (1899), "Bahadır və Sona" (1896-1908) kimi ədəbi əsərlər yazmış, N.V.Qoqolun "Müfəttiş" komediyasını Azərbaycan dilinə tərcümə etmişdir (1829), Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər tərtib etmişdir. 1908 ildə Nərimanov Odessadakı Novorossiya Universitetinin tibb fakültəsinə daxil olur. Universiteti bitirib Bakıya gəlmiş və şəhər xəstəxanasında işləməyə başlamışdır. Sonra Nərimanov bolşevik "Hümmət" təşkilatının sədri seçilir(1917). 1919 ildə Nərimanov Moskvaya çagırılır, RSFSR xalq milli işlər komissarının müavini işləyir. 1920 il aprelin 27-də, Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Nərimanov Azərbaycan SSR XKS-nin sədri seçilir. Nərimanov Azərbaycanda XKS-nin sədri kimi özünün bütün qüvvəsini fəhlə sinfi ilə kəndlilərin ittifaqını möhkəmlətməyə, respublikada sosializm quruculuğuna sərf edirdi. Nərimanov SSRİ-nin 1-ci Sovetlər Qurultayında (1922, dekabr) yaradılmış MİK-in ilk sessiyasında ZSFSR-dən SSRİ MİK sədri seçilmişdir. Nərimanov ən mühüm dekret, qərar və müraciətnamələrin hazırlanmasında, xarici siyasət tədbirlərində, onların həyata keçirilməsində fəal çalışmışdır. -
12-13-2009, 02:12 PMzeynalov_Re: Azərbaycan ART
! Zeynəb Xanlarova !
Azərbaycan müğənnisi (lirik soprano). SSRİ xalq artisti(1980). Azərb.SSR xalq artisti(1975). Azərb. SSR əməkdar artisti (1967).
[
Doğum Tarixi - - - - 28 Dekabr 1936
Doğum Yeri - - - - Bakı, Azərbaycan
Azərbaycan müğənnisi (lirik soprano). SSRİ xalq artisti(1980). Azərb.SSR xalq artisti(1975). Azərb. SSR əməkdar artisti (1967).
Zeynəb Yahya qizi Xanlarova 28 Dekabr 1936-ci ildə Bakıda anadan olub. 1961-ci ildə A.Zeynallı adına Bakı musiqi məktəbinin S.Şuşinski sinifini bitirmişdir. Zeynəb Xanlarova Opera və Balet Teatrına Şəmsi Bədəlbəylinin dəvəti ilə gəlir. 1961-ci ildə ilk dəfə "Leyli və Məcnun" operasında "Leyli" rolunda çıxış etdi. Tamaşanın uğurla keçməsi gənc Zeynəbin parlaq gələcəyindən xəbər verirdi. 1961 ildən başlayaraq Opera və Balet Teatrının solistidir. Ü.Hacibeyovun "Leyli və Məcnun" və "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaratmışdır.
Zeynəb Xanlarovanın repertuarında muğamlardan (Şahnaz, Qatar, Bayatı-Şiraz, Mahur və s. təsniflərdən (Şur, Çahargah, Dilkəş) və s. Azərbaycan xalq mahnıları, bəstəkarlardan (Q.Qarayev, F.Əmirov, T.Quliyev. C.Cahangirov, A.Məlikov, E.Sabitoğlu, A.Tağıyev və b.) mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycan mügənni qadınlari içərisində "Çahargah" muğamının ilk ifaçılarındandır.
Zeynəb Xanlarova SSRİ, Çexoslavakiya, Bolqarıstan, Macarıstan, Fransa, İspaniya, İsveç, İsveçre, Danimarka, Kipr ,Türkiyə, İraq, Əfqanıstan, Yaponiya və s. ölkələrdə qastrol səfərlərində olmuşdur. Zeynəb Xanlarova haqqında "Salam Zeynəb" adlı sənədli film çəkilmişdir. 1986-cı ildə Melodiya musiqi şirkəti ona Qızıl Valı təqdim etmişdir. Azərb.SSR Ali Sovetinin (11- ci çağırış) deputatıdır. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir. -
12-13-2009, 02:15 PMzeynalov_Re: Azərbaycan ART
! Həzi Aslanov !
Həzi Əhəd oğlu Aslanov (1910 - 1945) - Azərbaycanın qəhrəman oğlu, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor.
[
Həyatı
Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22- də Lənkəran şəhərində anadan olub. Ibtidai təhsilini şəhər 1 saylı orta məktabində alıb. 13 yaşında atasını itirən həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb, Sonra o komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktabinə göndərilib. 1924-1930 illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxumuşdur. 1929–cu ildə oranı bitirdikdən sonra Leningrad suvari məktabinə daxil oldu. Iki illik təhsildən sora o Kotovsk adına III Bessarabiya süvari diviziyasında bzvod komandiri kimi fəaliyyətə başlayır. Hərb sənətinə möhkəm bağlanan həzi döyüş texnikası ilə yaxından maraqlanır, həm öyrəir həm də öyrədirdi.
Ikinci dünya müharibəsi
Ikinci dünya müharibəsi başlananda o Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə həzi özünü bacarıqli sərkərdə kimi göstərdi. O öz döyüşçüləri ilə Donbass ətrafında düşmənin şiddətli hücümlarünü düz beş ay dəf etdi, onu ağır tələfata uğratdı. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmənlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardılar.
Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumu dəf etdilər, bir batalyon piyada qoşunu , 30 tankı 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda Sovet Ittifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943 cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belorusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumarı davam etdirdilər. Aslanovun briqadası iyunun24-dən iyulun 13-dək düşmənə ağür zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə , general özü isə ikinci dərəcəli suvorov ordeninə layiq görüldü.
1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə , fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. Iki dəfə Qırmızı Ulduz, 3 dəfə Qırmızı bayraq , Aleksandr Nevski, Ikinci dərəcəli Suvorov Ordeni, 1 –ci dərəcəli Vətən Müharbəsi ordeni və saysız medallarla təltif edilmişdir.
Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən kapitan Aslanov Moskva ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə görə və komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə Həzi Aslanov Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. Aslanovun 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharet göstərmişdir.
Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığının nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilsin. Aslanovun polkuna isə qvardiya adı verilmişdir. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak etmişdir. 1944 ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov Mitava şəhəri yaxınlığındakı vuruşmada qəhrəmancasına həlak olmuşdur.
Vətənə sadiq əsgər
24 yanvar 1945–ci ildə Həzi məlum quvvəlar tərəfindən qətlə yətirilənədək o vətənə sadig bir əsgər kimi xidmət göstərmişdir. Ölümündən 47 il sonra ikinci Sovet Ittifaqı Qəhrəmanı adı ona verilmişdir.
Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır. Burada qəhrəmanın abidəsi ucaldılmışdır. 1969 –cu ildə Həzinin vətəni Lənkəranda onun ev-muzeyi açılmış. 1983–cü il 8 mayda Lənkəran şəhərinin mərkəzində onun boyük heykəli ucaldılmışdır.
Həzi Aslanov, Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur. -
12-13-2009, 02:17 PMzeynalov_Re: Azərbaycan ART
! Səməd Vurğun !
Azərbaycanın xalq şairi (1956). Azərb.SSR EA akademiki (1945), Azərb.SSR əməkdar incəsənət xadimi.
[
Tam Adı - - - Səməd Yusif oğlu Vəkilov
Doğum Tarixi- - - 21 mart, 1906
Doğum Yeri- - - - Yuxarı Salahlı, Qazax
Ölüm Tarixi - - - 27 may, 1956
Ölüm Yeri - - - - Bakı
Həyatı
Səməd Yusif oğlu Vəkilov (Səməd Vurğun) (21 mart) 1906, Qazax — 27 may 1956, Bakı) - görkəmli Azərbaycan şairi, xalq şairi (1956), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), SSRİ Dövlət Mükafatı Laureatı (1941,1942). Səməd Vurğun Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1934-1937), sədri (1941-1948), Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA vitse-prezidenti (1954-56) olmuşdur. 1918 ildə Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. Seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə müəllimik etmişdir. Ədəbi fəaliyyətə 1926-cı ildə başlamışdır. İlk dəfə mətbuatda Mavi göl şeri ilə Gənc isçi qəzetində çıxış etmişdir. 1920-1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb etdir. Yevgeni Onegin (Puşkin), Qız və Ölüm (M. Qorki), Pələng gönündə vityaz (Şota Rustaveli), Leyli və Məcnun (Nizami Gəncəvi) əsərlərini Azərbaycan dilinə tərcümə edir.
Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub bir ailədə anadan olmuşdur. Vəkilağalılar, sonralar isə Vəkilovlar adlanan nəslin 300 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Vəkilağalılardan çox cürətli hərbiçilər, maarifçilər, həkimlər, şairlər yetişmişdir. Onlar çar Rusiyası dövründə Qazaxda, Tiflisdə, başqa yerlərdə yaşamış və işləmişlər. Şairin atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazaxda yaşamışdır. O, çox səxavətli olduğundan öz var-dövlətini əlində saxlaya bilməmiş, yoxsullaşmışdır.
Balaca Səmədin uşaqlığı çox acınacaqlı olmuşdur. 6 yaşı olanda anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində yaşayır. Aişə xanımın əri-şairin babası Mehdixan ağa öz dövründə elində, obasında Kuhənsal ləqəbi ilə tanınan şair idi. Görkəmli Azərbaycan şairi, Qarabağ xanı İbrahim xanın vəziri Molla Pənah Vaqif (1719-1797) də bu nəslə mənsub olmuşdur.
Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ilk təhsilini kənd məktəbində almışdır.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax müəllimlər seminariyasını təşkil edir. Seminariya mütərəqqi bir maarif ocağı idi. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilova (Köçərli) şairin yaxın qohumu idi.
Səməd Vəkilov gəncliyində o hər şeylə maraqlanan, həssas, şıltaq, bədəncə zəif, bununla yanaşı çox cürətli, möhkəm iradəli, hazırcavab idi. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərməyə başlamışdı. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, A.S.Puşkinin, Y.M.Lermontovun və türk yazıçılarından Tofiq Fikrətin, Namiq Kamalın, Məhməd Əminin əsərləri ilə də tanış olur. Səsi olduğundan gözəl oxuyur, məharətlə şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi. 1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı Xanqızı Vəkilova qayğı göstərir.
Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qazetində çıxırdı.
Şairin ilk çap əsəri olan «Cavanlara xitab» şeiri 1925-ci ildə Tiflisdə çıxan «Yeni fikir» qazetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı.
Seminariyanı bitirdikdən sonra Səməd Vəkilov Azərbaycanın bir sıra kənd və rayonlarında, o cümlədən Qazaxda, Qubada və dahi Nizaminin vətəni Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.
Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün «Vürğün» təxəllüsünü götürür. O, özü sonralar belə yazırdı:
Aşiqəm insana və təbiətə,
Əlim qələm tutub yazandan bəri…
1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fəkültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur.
Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş «Şairin andı» adlı ilk kitabında toplanmışdır. 1930-1940-cı illər-Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin «Könül dəftəri» və 1935-ci ildə «Şeirlər» adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, poeziyamızın dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, ədəbiyyatımızı, dramaturgiyamızı yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış «Azərbaycan» şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə doğma Azərbaycanın qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqımızın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyi öz əksini tapmışdır:
Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş vermişdir. O, Abdulla Şaiqin baldızı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurmuşdur.
O, çox qayğıkeş və mehriban ata idi. Həyat yoldaşı Xavər xanım uşaqların şıltaqlığından şikayətlənəndə, Səməd Vurğun demişdi ki, mən özüm ana, ata qayğısından məhrum olmuşam, qoy uşaqlarım sərbəst böyüsünlər. Şairin Xavər xanıma və uşaqlarına həsr etdiyi şeirlər bu münasibətin gözəl ifadəsidir:
Yusifin, Vaqifin görüm var olsun,
Aybəniz hamıdan bəxtiyar olsun.
Yüz il də Vurğuna Xavər yar olsun,
Ən əziz sirdaşım, köməyim sənsən.
Səməd Vurğun 1936-37-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, A. S. Puşkinin «Yevgeni Onegin» mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir:
Axıtdım alnımın inci tərini,
Yanmadım ömrümün iki ilinə.
Rusiya şeirinin şah əsərini
Çevirdim ilk dəfə türkün dilinə.
Bu mənzum romanın tərcüməsinə görə şairə Puşkin komitəsinin «A. S. Puşkin medalı» təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin «Pələng dərisi geymiş pəhvəlan» əsərinin bir hissəsisini böyük ustalıqla tərcümə etmiş, bunun üçün Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonun, İlya Çavçavadzenin, Cambulun bir çox şeirlərini dilimizə tərcümə etmişdir.
1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – «Vaqif»i yazır. «Vaqif» dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etmişdir. «Vaqif» dramına görə Səməd Vurğun 1941-ci ildə «Stalin mükafatı laureatı» adına layiq görülmüşdü.
1937-1938-ci illərin məlum hadisələri - qanlı represiyalar Səməd Vurğunu da «unutmamışdı». Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə «onun məsələsinə» baxılmış, böyük şair «olum və ya ölüm» dilemması qarşısında qalmalı olmuşdur. Şairi «lazımi idarələrə» tez-tez çağırırdılar. Lakin Səməd Vurğun mənəvi iztirab keçirsə də, əyilməz iradəsi, cürəti, məntiqi və təsirli danışıqları ilə əleyhdarlarının planlarını pozmuşdu.
Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun «Leyli və Məcnun» poemasını məharətlə dilimizə çevirmişdir. 1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan «Xanlar»ı yazmışdır. Həmin il onun «Azad ilham» kitabı nəşr edilir.
1941-ci ildə Səməd Vurğun Nizaminin «Xosrov və Şirin» poemasının motivləri əsasında «Fərhad və Şirin» mənzum dramını yazır. Muharibə dövründə yazılmış bu dramda böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə «Stalin mükafatı layuratı» adına layiq görülür. Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tütür. Müharibənin başlandığı gün Səməd Vurğunun yazdığı:
Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən.
- misraları şairin Xalq və Vətən qarşısında andı idi. Bu misralar təkcə şairin deyil, bütün Azərbaycan poeziyasının müharibə dövründəki yaradıcılıq proqramına, yaradıcılıq devizinə çevrilmişdi.
Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən «Bakının dastanı»nı yazmışdı. Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı «Ukrayna partizanlarına» şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdır.
1943-cü ildə Amerikada keçirdiyi müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı «Ananın öyüdü» şeiri çox yüksək qiymətləndirilmiş və bütün dünya ədəbiyyatında bu mövzüda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbiçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşin səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Fizuli adına Ziyalılar evi yaranmışdır. 1945-ci ildə yazdığı fəlsəfi dram olan «İnsan»da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Səməd Vurğun məqalələrinin birində yazırdı: «Mən «İnsan» adlı beş pərdəli mənzum dram üzərində işləyirəm. «İnsan» mənim dördüncü mənzum dramımdır. Əsər üzərində böyük bir zövqlə işləyirəm, çünki tarixi mövzuda yazılmış əvvəlki üç pyesimdən fərqli olaraq mən birinci dəfə öz müasirlərimin surətinə müraciət etmişəm, onların gələcək nəslini təsvir etmək əzmindəyəm.»
Şairin «İnsan» əsərində yaratdığı «Qardaşlıq şəhəri»ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır. Müəllifin həmin pyesdə qoyduğu «Qalib gələcəkmi cahanda kamal?» dərin bəşəri, fəlsəfi, ritorik sual bu gün də və gələcək zamanlar üçün də aktual olaraq qalır.
Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin başçısı Səməd Vurğun təyin edilir. İlk günnən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR-i arasında mədəni körpü yaradılması işində fəal iştirak edir. Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun «Vaqif» dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Qacarın obrazında Hitlerə məxsus cizgilər vermişdir.
1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra şair «Zəncinin arzuları» poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur «Avropa xatirələri» adı ilə çap etdirmişdir.
1951-ci ildə şair «Bolqar-sovet dostluğu cəmiyyəti»nin xəttilə Bolqarıstanda olmuşdur.
O dövrün xarici mətbuatında Səməd Vurğunun xaricdə çıxışları, keçirilən görüşlərdə məzmunlu, məntiqli söhbətləri haqqında yazılar dərc edilmiş, yaradıcılığından nümunələr çap edilmişdir. Böyük rus yazıçısı və şairi Konstantin Simonovun yazdığı «Dostum Səməd Vurğunun Londonda ziyafətdə nitqi» şeiri çox yayılmış, ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdi. Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca «Muğan» (1948), «Aygün» (1950-51) və «Zamanın bayraqdarı» (1952) poemalarını qələmə almışdır.
Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.
Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, yenə 1953-cü illərdə haqsız hücumlara, təziqlərə məruz qalır. «Aygün» poeması tənqid edilir şairin Moskvada çap edilmiş «Şairin hüquqları» məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Söz yayılır ki, Vurğun tutulub. Bu düz olmasa da, 1953-cü ilin sentyabr ayında həbs edilməsi üçün order yazılması həqiqət idi. Lakin 1953-cü ilin yayında SSRİ və Respublika rəhbərliyində edilən dəyişikliklər nəticəsində bu tədbir baş tutmur… (1956-cı ilin yanvar ayında o zamanki, respublika rəhbəri M.C.Bağırovun və dəstəsinin məhkəməsində, onların «Azərbaycanın sevıimli şairi görkəmli sovet yazıçılarından biri Səməd Vurğunu aradan götürmək cəhdləri» ifşa edilmiş, bu məqsədlə topladıqları böhtan dolu iki qovluq material, o cümlədən həbsi üçün order əşyayi-dəlil gətirilmişdir.) 1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. Səməd Vurğunu Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edirlər. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmdov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi. O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu. 1954-cü ildə Sovet yazıçıların ikinci ümumittifaq qurultayında «Sovet poeziyası haqqında» məruzə ona tapşırılmışdı. Bu, o dövrdə xalqımız üçün olduqca iftixaredici bir hadisə idi.
1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanasında müayinə edirlər. Şair xəstəxanada olduğu müddətdə tezliklə sağalmaq və fəal həyata qayıdmaq arzusu ilə yaşayır. Yataqda yazdığı kiçik şeir onun böyük iradəsini və mətanətini göstərir:
Vaxtsız əcəl, məndən uzaq dolan, dur
Qürbət eldə can vermərəm ölümə!
Qılıncını məndən uzaq dolandır
Onu bil ki, qələm aldım əlimə,
Qürbət eldə can vermərəm ölümə.
Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir…
1956-cı ilin mart ayında Səməd Vurğunun 50 yaşı tamam olur. Xalqımız şairin yubileyinin keçirilməsinə hazırlaşır. Azərbaycanın rəhbərliyi tərəfindən «Azərbaycanın xalq şairi» adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-də opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. Amansız ölüm şairin həyat eşqilə çırpınan ürəyini, yaradıcılıq atəşi ilə odlanan qəlbini əbədi susdurur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. O günlər bütün Azərbaycan matəm içərisində idi. Üç gün xalqımız şairlə vidalaşmağa gəlir, izdihamlı insan axının arda-arası kəsilmirdi. Şair may ayının 30-da Bakıda Fəxri xiyabanda dəfn edilir. Matəm günlərində şairin ailəsinin adına ölkəmizin bütün guşələrindən baş sağlığı teleqramları gəlirdi. Ürək ağrısı ilə yazılmış belə teleqramların birində: «Təsəlliniz o olmalıdır ki, Səməd Vurğunun öldüyü gündən onun yeni həyatı – şair ölümsüzlüyü başlanır» – sözləri yazılmışdı. Bu həqiqət idi…
Şairin adı ölümündən sonra müxtəlif yerlərdə əbədiləşmişdir. Bakıda şairin möhtəşəm heykəli ucaldılmış, meydana və mərkəzi küçələrdən birinə şairin adı verilmişdir. Bundan başqa Azərbaycan Rus Dram Teatrı, Dənizkənarı parkdakı yay kino-teatrı, neft tankeri də Səməd Vurğunun adını daşıyır. Mossovetin qərarı ilə Moskva küçələrindən biri, Kiyev şəhərində kitabxana, Düşənbə şəhərində 57 saylı məktəb və Bolqarıstanda texnikum şairin adını daşıyır.
Respublikamızın bütün rayonlarında Səməd Vurğun adına onlarla məktəb, mədəniyyət evi, küçə, park vardır. Vaxtilə respublikada bir çox kolxoz və sovxozlar da şairin adını daşıyırdılar. Şəhər və kəndlərdə şairin heykəlləri, büstləri qoyulmuşdur. Müxtəlif yerlərdə şairə həsr olunmuş güşələr və kiçik muzeylər yaranmışdır. Bunların içərisində Qax şəhərində müəllim Məmməd Aşurovun öz həyətində inşa etdiyi evdə yaratdığı «Səməd Vurğun muzeyi» xüsusi yer tutur.
1975-ci ildə Bakıda «Sovet ədəbiyyatı günləri»ndə ölkənin ədəbi ictimayətinin iştirakı ilə «Səməd Vurğunun ev-muzeyi»nin təntənəli açılışı olmuş və bir il sonra, 1976-cı ildə şairin doğma kəndi Yuxarı Salahlıda ev-muzeyinin filialı – «Səməd Vurğunun poeziya evi» yaradılmışdır.
Şerləri:
Azərbaycan
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan!;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı...
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmta, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamısan ellər məni.
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır,
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə,
Nəs aylara, nəs illərə.
Nəsillərdən nəsillərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır...
Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə;
Qara xallı ağ üzlərə
Könül istər şe'r yaza;
Gəncləşirəm yaza-yaza...
Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər
Əlin qələm, sinəm dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.
Şair, nə tez qocaldın sən...!
Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!
Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!
Ovçuluğa meyil saldım,
Gecə – gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə – süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?
Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!
Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
-Şair, nə tez qocaldın sən!
(1953)
Ala Gözlər
Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə;
Qələm qaş altında piyalə gözlər!
Başımdan getmişdi sevdanın qəmi,
Xəyalım gəzirdi, bütün aləmi.
Bu dustaq könlümü deyin yenəmi
Çəkdiniz sorğuya, suala gözlər?
Sevda yolçusuyam əzəl yaşımdan,
Könlüm ayrı gəzir, can sirdaşımdan.
Dağıdır huşumu, alır başımdan
Süzülüb gedəndə xəyala gözlər!
Gərdənin minadır, boyun tamaşa,
Ay da həsəd çəkir o qələm qaşa!
Bir cüt ulduz kimi verib baş-başa
Yanıb şölə salır, camala gözlər! -
12-13-2009, 02:20 PMzeynalov_Re: Azərbaycan ART
! Heydər Əliyev !
Heydər Əlirza oğlu Əliyev (10 may 1923, Naxçıvan, Azərbaycan — 12 dekabr 2003, Klivlend, Ohayo, Amerika Birləşmiş Ştatları) — Azərbaycan Respublikasının 3-cü prezidenti.
[
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Bakı Dövlət Universiteti-nin tarix fakültəsini bitirmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı ilin 20 Yanvar-ında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakı-da , sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991 - 1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə o zamankı rəhbərlərlik Heydər Əliyevi rəsmən Bakıya dəvət etmişdir. Heydər Əliyev 1993-cü il 15 İyun-da Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
1993-cü il oktyabrın 3-də ümumxalq referendumu nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il 15 Oktyabr-da keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.
Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur. -
12-16-2009, 08:09 PMzeynalov_Re: Azərbaycan ART
Yaşar Nuri
Azərbaycanın Kino Ulduzlarindan Biri ! Yaşar Nuri !
[
Yaşar Məmmədsadıq oğlu Nuri (d. 3 sentyabr, 1951, Bakı). Görkəmli komediya aktyorudur, lakin psixoloji və dramatik rolları da məharətlə oynayır. "Nuri" təxəllüsü ilə də çixış edir. Azərbaycan Respublikasının Xalq Artisti, Prezident təqaüdçüsüdür. Aktyor Məmmədsadıq Nuriyevin oğludur.
Həyatı
Yaşar Məmmədsadıq oğlu Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış və unudulmaz aktyorumuz Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir. Elə bu fakt kifayət edərdi ki, o, gələcəkdə ciddi və tragikomik obrazlar yaratsın, bu obrazların, demək olar, hər biri sənət tarixində yüksək qiymət ala bilsin.
Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə, bəstəkar Ağası Məşədibəyov) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Bundan başqa o "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına məddəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir.
Şagird Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld idi, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi. Uşaq Yaşar rol apararkən gözləri gülürdü. O özü də öz oyunundan zövq (bəlkə də ləzzət daha dəqiq olardı) alırdı.
Yaşar Nuri uşaqlıqda
10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil oldu. Kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir.
...İnstitutda, fakültədə, kursda Yaşar qeyri-formal lider idi. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyirdi, hamı onu "hazır aktyor" sayırdı. Yaşarın istedadı yaşından yaşlı idi. İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaratmışdır.
1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləmişdir. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Yaşar Nuri Milli Dram Teatrında işlədiyi gündən indiyədək repertuarda olan bir çox tamaşalarda iştirak etmişdir.
Yaşar Nuri 1975-ci il noyabr ayının 28-də Rəhimə xanımla ailə həyatı qurmuşdur. Rəhimə xanım müəllimədir. İki qız övladı var: Ülviyyə və Ülkər.
Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur.
Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar Görüşəndə...", "Ömrün Yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri Köndələn Yar", Mövlud Süleymanlının "Kökdən Düşmüş Piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Taryle Vəliyevin lentə aldığı "Səni Axtarıram", "Bağışla", "Səndən Xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz Həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac Həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.
"Yol Əhvalatı" filmindən kadr. Yaşar Nuri Makintoş rolunda
Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız Xeyir", "Gülüş Axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. "Azərbaycanfilm" kinostudiyasında isə saysız hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj etmişdir.
Yaşar Nuriyev səhnədə yöndaşları ilə çox səmimidir, səsi, görünüşü ürəyəyatımlıdır. Onun səmimiyyəti ifa etdiyi səhnə surətlərinin qavranılmasına təkan verir. Əzəmətli aktyordur və bu əzəmətin mayasında yaradıcı istedad, axtarışlarının təkamülü durduğuna görə o, səhnə boşluqlarını təkbaşına məharətlə doldura bilir. Yaşar Nuriyev cəsarətli aktyordur. Qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, Komik, qroteskli, Karnaval estetikasına uyğun obrazların ifasında qətiyyətlə uğur qazana bilir. Səhnədə həmişə canlıdır, təravətlidir, dadlı-tamlıdır, ürəklərə yol tapandır.
Aktyorun yubileyləri hər dəfə təntənəli şəkildə keçirilir. 1981-ci ildə 30 illik yubileyində o ilk fəxri adını-əməkdar artist adını almışdır. 1991-ci ildə 40 illik yubileyində ona "Yaramaz" filmindəki roluna görə Dövlət Mükafatı verilmişdi. 1996-cı ildə 45 illiyinə həsr olunmuş "Səhnəmizin Yaşarı", 2001-ci ildə isə 50 illiyi ilə əlaqədar "Yaşar Olduğu kimi" sənədli filmləri çəkilmişdir.
Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınamışdır. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan Görəsiniz" əsərinə quruluş vermiş, kinoda isə "Spasibo" filmini çəkmişdir.
2008-ci ildə aktyor hamını sarsıdaraq, taleyinin ən çətin filmində aldığı baş rolu da adlayıb ötüşdürdü. Bu qorxulu rolda Yaşarı yaşadan və yaşamaq eşqini artıran yenə xalq məhəbbəti, tamaşaçı sevgisi oldu. Çətin və ağır əməliyyatdan sonra ilk dəfə böyük sənət yoldaşı, unudulmaz Həsənağa Turabovun 70 illik yubileyində səhnəyə çıxan Yaşar Nuri yenə də uzun-uzadı alqışlarla qarşılandı. Akademik Milli Dram Teatrının tamaşaçı zalına H.Turabov sənətini sevənlər və mədəni ictimaiyyətin elitası toplanmışdı. Xalqın öz sənətkarına verdiyi qiymətə heç kəsin şübhəsi yoxdur, amma əksər hissəsi sənətkarlardan, incəsənətimizin elitasını təşkil edənlərdən ibarət bu auditoriya da Yaşarın qorxunc xəstəliyə qalib gəlib yenidən səhnədə görünməsinə böyük səmimiyyətlə sevindiyini göstərdi. Bəzi məqamlarda elitanın içində yaşayan eqoizm də sənətkarın ayaq üstə dura bilməsindən doğan sevincə güc gələ bilmədi
Səhnə fəaliyyəti
Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən Yaşara bir qayda olaraq xarakter rollar tapşırılırdı. Səhnədə ilk rolu Aleksandr Vampilovun "Övlad" ("Böyük oğul")(28 dekabr, 1974) komediyasının tamaşasında Silva rolu olub. Bundan başqa o İlyas Əfəndiyevin "Bağlardan Gələn Səs" dramında Pərviz (1 oktyabr, 1975), Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı "Bəşərin Komediyası və yaxud Don Juan"da Sqanarel(6 mart, 1977), Əkrəm Əylislinin "Quşu Uçan Budaqlar" pyesində Qasım (29 oktyabr, 1978), Mehdi Məmmədovun təfsirindəki "Dəli Yığıncağı" faciəsində Sərsəm Salman (6 may, 1978), Fuad və Zəminə Hacıyevlərin hazırladığı "Sevil"də Əbdüləli bəy(18 noyabr, 1978) obrazlarını yaratmışdır.Bu rollardan bəzilərinə aşağıda daha geniş nəzər salınacaq.
"Səndən Xəbərsiz" film-tamaşasından kadr. Yaşar Nuri Elçin rolunda
Yaşarın istər teatrda, istərsə də kino və telekrandakı rolları həcmindən asılı olmayaraq tamaşanın "ağırlıq nöqtəsi"nə dönür. Həmin tamaşalarda aktyorun yanında layiqli yöndaşı olmayanda səhnə əsəri müvazinətini itirir.
İlk tamaşası 1988-ci il sentyabr ayının 24-də göstərilən "Qanlı Nigar" tamaşasında sözün əsl mənasında iki qütb var: birisi Abdi, digəri Nigar. Məhz bu iki personajin ətrafında gedən mürəkkəb, çalpaşıq, təzadlı, yumorlu hadisələr-ümumbəşər məna kəsb edir, düşündürür, güldürür, həyəcanlandırır, ağladır.
Vaqif İbrahimoğlunun yüksək məharətlə, milli teatr poetikası əsasında orijinal quruluş verdiyi bu folklor mənşəli pyes Yaşar Nuri(Abdi) və Amaliya Pənahovanın(Qanlı Nigar) benefisinə, sənət bayramına çevrildi.
Rejissor Vaqif İbrahimoğlu sürət-ritmi yüksək olan "Qanlı Nigar"ın kompozisiyasını bütovlükdə Abdinin üzərində qurmuşdur. Abdi tamaşa ilə tamaşaçılar, Qanlı Nigarla əleyhdarları, reallıqla şərtilik, hətta hər bir obrazın zahiri ilə əsl mahiyyəti arasında əlaqəçidir. Onsuz heç bir əhvalat mövcud deyildir. Aktyor epizoda azacıq yubansa tamaşanın poetikasına, ideyasına, etik-estetik təsirinə xələl gələr. Ana xəttin inkişafı, ali məqsədin "təntənəsi" məhz Y. Nurinin aktyorluq istedadından, peşəkarlıq səviyyəsindən, lap elə şəxsi ovqatından asılıdır. Aktyor tamaşadakı "vəzifəsinin", məsuliyyətini gözəl anlayır, bütün imkanlarını səfərbərliyə alaraq, rolun öhdəsindən məharətlə gəlir. Hər epizodda gülüşlə qarşılanır, alqışlarla yola salınır.
"Bəyin Oğurlanması" filmindən kadr. Yaşar Nuri İsrafil rolunda
Cəmil Əlibəyovun "Gülüstanda Qətl" pyesi əssında Azərbaycanın əməkdar incəsənət xadimi Ağakişi Kazımovun hazırladığı eyni adlı tamaşada mənfidən də mənfi personaj, son dərəcə qılaflı, mafiya başçılarından biri Şahməmməd İsmiyeviçdir. O zaman belə bir rolun Yaşara tapşırılmasının düzgün olub olmadığı barədə uzun mübahisələr düşmüşdü. Lakin müəllif Cəmil Əlibəyov teatrla birgə işin başlanğıcından çox mübahisə etdi, dəlillər gətirdi. Budəfəki müəllif "inadkarlığı" özünü tam doğrultdu. Tamaşa gözəl aktyor rolu ilə zənginləşdi, bədii publisistikamızda yeni bir baxım bucağı həyat hüququnu tapdı.
Oynadığı bir çox rolların təbiətində ampluanın sərt çərçivələrini pozmaq meyli Yaşar Nuridə aşkar görünür. Bəzən rejissorun quruluşu ilə razılaşmayan aktyor tamaşa zamanı öz improvizəsi ilə gedişatı tamam darmadağın etmiş olur və bu da tamaşaya daha da bəzək və kolorit gətirir. Ona görə demək olar ki, bir çox teatr və kino rejissorlarımız Yaşar Nuriyə sərbəstlik verməli olurlar və aktyorun peşəkarlığı, fitri itedadı burada öz sözünü demiş olur.
Ümumi və fərdi aktyor priyomları
1. Səhnəyə gəlişini əvvəlcədən-səhnə arxasından tamaşaçılara xəbər vermək.
Bu, milli dramaturgiyamızda ən məşhur fənddir. Azərbaycan milli teatrı peşəkarlaşandan sonra aktyor teatrı olub. Seyrçi teatra ilk növbədə aktyora baxmağa gəlir. Bunu yaxşı bilən, bütün hüceyrələri ilə hiss edən aktyor da oynadığı epizodun səhnəyə çıxma vaxtı yetişəndə qabaqcadan seyrçilərini xəbərdar eləyir ki, bəs, arxayın olun, bu gün mən sizinləyəm. Aktyor tam əmin olmalıdır ki, tamaşaçı səsini eşitcək məhz onu-sevimli və istəkli sənətçisini anların intizarıyla gözləyir.
"Hər Şey Yaxşılığa Doğru" filmindən kadr. Yaşar Nuri Əbdülqəni rolunda
Və ona olan sevgisini, rəğbətini sürəkli alqışlarla izhar edəcək. Əks təqdirdə... Yox, hər özündən məmnun və müştəbeh artist cəsarət edib bu fəndə əl atmaz.
Yaşar Nuri bu fənddən 25 ildən çoxdur ki, istifadə edir. Epizodun vaxtı yetişəndə aktyor həməncə səhnəyə çıxmır, bir-iki saniyə ləngiyir(pauza verir). Elə həmin məqamda isə səhnə arxasından həssaslıqla salonu dinləyir. Yalnız özünə bəlli olan hüdudacan gözləyir. Sonra ilk replikasını(sözünü) uca deyir və yenə bir neçə saniyə salonu dinləyir. Həm də salonun psixoloji reaksiyasını bütün oynaqları il duyur. Tamaşaçılar arasındakı canlanma qulağına, hisslərinə çatar-çatmaz sözün əsl mənasında səhnəyə şığıyıb yerində "donur". Sürəkli alqışlar! Seyrçilər rəğbətlə, sevimli aktyorunu salamlayır. O isə "obrazdan çıxmadan" donmağıyla pərəstişkarlarının salamlarını alır.
2. Alqış "qoparıb" sonra səhnədən getmək.
Açığını desək, bu, ən çətin fəndlərdən biridir. İlkin səbəbinə varaq. Bir çox pyeslərdə, ələlxüsus çağdaş komediya və dramlarda
müəlliflər daha çox ansamblın hərəkət quruluşuna fikir yönəldirlər. Səhnədən gediş üçün öncədən personaja vurğulu, nidalı, mənalı, partlayıcı qüvvəyə malik kəlmə(yaxud ifadə, cümlə) vermirlər. Daha doğrusu, heç bu təmənnada olmurlar da. Yaşar bu "əngəl"i asanlıqla aşır, bu "maneə"ni ustalıqla adlayır. Həmin işdə onun dadına parlaq improvizə qabiliyyəti yetişir.
Yaşarın rol üzərindəki iş prosesi məşqlərdə bitmir. Bəzi "bombalar" tamaşa zamanı bədahətən partlayır, bəziləri isə vəziyyətə cavab olaraq.
3. Pauzanı saxlamaq.
lk baxışdan bu fənd son dərəcə asan görünə bilər. Axı susmaqdan rahat nə ola bilər?
Yaşar pauzadan(mənalı gərgin sükutdan) bir tamaşada çox istifadə etmir, onun dəyərini qoruyur. Çünki bir dəfə, özü də obrazın hadisələrlə bağlı ən gərgin epizod yerində istifadə edilən sükut tamaşaçıya uzun-uzadı monoloqlardan daha çox şey "deyir". Yaşarın ustadı Tofiq Kazımov tamaşalarını(illah da ki, İlyas Əfəndiyevin lirik-psixoloji dramları əsasında qoyulanları...) bu cür "çoxdanışan sükutlarla" özünəməxsus ifadəliklə zənginləşdirirdi. Məncə Yaşar da ustadının həmin fəndini məharətlə mənimsəyib, bundan səmərəlicəsinə faydalanıb və ona öz şəxsi "rəngini" verib.
Seyrçilərlə ünsiyyətə arxalanaraq Yaşar Nuri bu fəndi("mənalı sükutu") qarşılıqlı dialoqun əməli vasitəsinə çevirir. Bu, vasitəyə xüsusi ilıqlıq, istilik verən həmsöhbətlərinin zövqünə inam və birgə yaradıcılığına çağırışdır.
Tamaşanın ilk anlarından qəhrəmanını birmənalı təqdim eləyən Yaşar xüsusi dəqiqliklə onun(personajının) xasiyyətnaməsini səhnəyə hər yeni gəlişində təsdiqləyir, rəngarəngləşdirir və tamaşanın təxminən ortasında obrazı seyrçilərin "köhnə tanışına" çevirir.
"Nə Gözəldir Bu Dünya..." filmindən kadr. Yaşar Nuri Asim Əliyeviç rolunda
Bildiyimiz kimi, hər bir səhnə əsərində həmin tamaşanın, həm də ayrı-ayrı personajın kulminasiya(ən yüksək gərginlik) nöqtəsi olur. Yaşar personajın seyrçiyə tanış(doğma, yaxın, anlamlı...) etdikdən sonra bir növ onu da, özünü də tamaşanın "əsas sualına", kulminasiya sualına hazırlaşdırmağa başlayır. Onun məqamı yetişəndə isə pauzaya, gərgin mənalı sükuta əl atır.
Hər hansı tamaşanın hər hansı epizodunda səhnədə Yaşarın oynadığı obraza sual veriləndə Yaşar bir anlığa donur. İlkin məqsədi budur ki, qoy seyrçi də sualı tam dərk eləsin... Sonra sanki özünə varır, susur. Bununla seyrçiyə cavabı "proqnozlaşdırmağa" imkan verir. Cavabı "tapır"(hərçənd bir aktyor kimi onu öncədən rolunun mətnində bilirdi!..), yöndaşına cavab verməyə hazırlaşır. Hətta deməyə də başlayır, amma... Amma birdən sözünü kəsir. Bu yerdə salona dönür, sanki camaatı özünə şahid tutur. Nəfəsini saxlayan seyrçinin "səbri tükənməyə" bir an qalanda xüsusi vurğuyla cavabını deyir.
Bundan sonra bir neçə dəqiqə səhnədə heç nə baş vermir, yöndaşları yerlərindəcə donub gülüş(və ya alqış) tufanının səngiməsini gözləyirlər. Yaşarın özü isə bu zaman ifadəli pozada "donub" bic-bic nəzərlərlə seyrçisinə baxır ki, bəs, gördünüz də, biz sizinlə eyni "dalğada" düşünüb eyni qənaətə gəlirik. "Pauzanı saxlamaq" fəndinin konkret zaman ölçüsünü bir kimsə təyin edə bilməz. Yalnız və yalnız aktyorun özü fitri duyğusuna arxalanıb sükutun uzunluğunu təyin, təmin və davam etdirə bilir
[
Kino fəaliyyəti
Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı "Dörd Bazar Günü" filmində yaratdığı Seyran obrazı Yaşarın kinoda ilk işi oldu. Bunun ardınca isə o, irili-xırdalı onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, nakəslərin, yaramazların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşatdı. Yaşarın maraqlı rollarından biri də "Əzablı Yollar" nağıl-filmindəki kiçik div obrazıdır. Müasirləşdirilmiş və bir qədər də sosiallaşdırılmış filmdə mifik obraz yaradan aktyor oynadığı divin faciəsini, onun gücünün tükənməsini, insan ağlı qarşısındakı acizliyini son dərəcə məharətlə və maraqlı yarada bilib. Bu film ekranlarda az-az göstərilməsinə baxmayaraq, Yaşar Nurini bu mifik amplualı obrazda görən tamaşaçı, yəqin ki, onu heç vaxt unutmaz.
Aktyorun maraqlı və yaddaqalan obrazlarından biri də "Yol Əhvalatı" filmindəki Makintoş roludur. Bu film tamaşaçılar tərəfindən o qədər sevilib ki, ekranda hər nümayişi böyük rəğbətlə qarşılanır. Filmdəki maraqlı aktyor ansamblını tamamlayan Makintoş obrazının yaradıcısı Yaşar Nuri hər bir hərəkəti, mimikası, yalnız onun özünəməxsus danışıq tərzi, ciddiliklə qeyri-ciddiliyin arasında olan anlaşılmaz xarakteri ilə 30 ilə yaxın bir zaman kəsiyində hər kəsin sevimli obrazlarından birinə çevrilib.
[
"Yoxlama" serialından kadr. Yaşar Nuri zavod direktoru rolunda
Yaşar Nuri müxtəlif kinorejissorlarla işləyib və təbii ki, bu təcrübə ilə də onun yaradıcılığında böyük sənət məktəbinin bütün çalarları cəmləşib. Lakin, aktyorun son illər ərzində (son illərin də artıq iyirmi yaşı var), yəni 1988-ci ildən üzübəri kinorejissor Vaqif Mustafayevlə birgə işlədiyi rollar xüsusilə diqqəti çəkir. Bu filmlər və Yaşarın yaratdığı obrazlar ayrı-ayrılıqda dünya sürrealist kinosunun ən dəyərli nümunələrindəndir. Əsasən tragikomik janrda işlənən filmlərdə aktyor bir-birindən fərqli, lakin daxili pafosu ilə sanki bir-birini tamamlayan xarakterləri, özü də milli xarakterləri yaratmaqla özünün aktyorluq imkanlarını, peşəkarlığını və təbii ki, Allah tərəfindən verilən istedadını ortaya qoya bilib.
Vaqif Mustafayevin müştərək işlərindən olan "Musiqili Xaş" və "Bəyin Oğurlanması"(rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil ("Bəyin Oğurlanması") obrazının xüsusi yeri var. Evə girərkən hər dəfə təkrarlanan ayaqqabının kənara atılması, özünəməxsus yeriş və davranış, ölümünə fərman verilmiş sevginin əzabları və bir çox başqa çalarlar İsrafil obrazının əsl dəyərini açır və Yaşar Nuri bu maraqlı obrazı yenə də baxımlı edə bilir.
Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz"dakı Maşallahını, "Lətifə"dəki Məmmədini, "Qətl Günü"ndəki Mahmud doktorunu, "Nə Gözəldir Bu Dünya..."dakı Asim Əliyeviçi, "Hər Şey Yaxşılığa doğru", "Nakəs", ""Fransız"", "Yoxlama" filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.
Aldığı adlar və mükafatlar
1)1981-ci ildə
Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
2)1984-cü ildə
Azərbaycan Respublikasının Lenin Komsomolu mükafatını almışdır.
3)1989-cu ildə (1 mart)
Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülmüşdür.
4)1991-ci ildə
"Yaramaz" filmindəki Maşallah roluna görə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.
5)1992-ci ildə
«Qızıl dərviş» Mükafatına layiq görülmüşdür.
6)1996-cı ildə
«Qızıl dərviş» Mükafatını almışdır.
