Babək Rayonu
Ərazisi - 126 km2
Əhalisinin sayı - 71165
İnzibati mərkəzi - Babək
Qəsəbələr / Kəndlər

Babək qəsəbəsi, Nehrəm, Çeşməbasar, Güznüt, Qoşadizə, Tumbul, Şəkərabad, Hacıvar, Badaşqan, Yarımca, Qahab, N.Dizə, Zeynəddin, Kərimbəyli, Kültəpə, Sirab, Qara-qala, K.O.Dizə, Yeniyol, Məzrə, Xal-xal, Vayxır, Aşağı Buzqov, Y.Buzqov, Kərməçataq, Payız, Gülşəna-bad, Cəhri, Nəzərabad, Didivar, Yuxarı Uzunoba, Aşağı Uzunoba, Xəlilli, Şıx-mahmud, Əliabad, Xətai, Cavidabad, Qa-raxanbəyli, Böyükdüz, Xıncab, Təzəkənd, Çalxanqala, Hacıniyyət

Babəkin bərəkətli torpaqları var; Bu yerlərdə Dədə Qorqud əfsanələri dolaşır, î Dədə Qorqud ki deyirdi: Torpağı qorumasan əkməyə dəyməz, əkməsən qorumağa."
Naxçıvan Respublikasının digər rayonları kimi Babəkdə də təbiət bənzərsizdir; boz dağlar da var, meşə bürüncəkli ucalıqlar da, yaşıl vadilər də var, gur meyvə bağları da. Babəkin Nehrəm adlı koloritli oymağı dillərdə əzbərdir. Mineral Vayxır suları can dərmanıdır. Adınla yaşa, qəhrəman Babəkin adına layiq olan Babək!..




Coğrafi mövqeyi
Babək ölkəmizin mineral sərvətləri ilə zəngin olan rayonlarından biridir. Dünya şöhrətli Duzdağ, Daşduz yataqları, Sirab, Vayxır mineral mənbələri burada yerləşir.


İqtisadi xarakteristikası
Babək rayonunun iqtisadiyyatında kənd təsərrüfatı mühüm rol oynayır. Kənd təsərrüfatının əsasını quru subtropik meyvəçilik, tərəvəzçilik və taxılçılıq təşkil edir. Rayonda daş emalı zavodu, üzüm emal zavodu, diqər istehsalat müəssisələri fəaliyyət göstərir.