Çəkdiyim şəkilləri sizlərlə paylaşmaq istərdim :)
[
[
[
[
[
[
Lənkəran çayı :P
[
[
[
[
[
[
[
[
::aze::
Azərbaycan - (Yardımlı, Masallı)
Printable View
-
11-02-2007, 03:03 PMfidan494Azərbaycan - (Yardımlı, Masallı)
-
11-02-2007, 03:17 PMcimbom
şekiller çok güzel fidan ellerine sağlık :alqis: :alqis: :alqis:
-
11-02-2007, 03:26 PMceng
::aze:: sağol fidan
-
11-02-2007, 03:42 PMfidan494
Deymez :oops: sizler sağolun :canim:
-
11-02-2007, 04:07 PMyeshu
Fidan bu yerler AZ-nın harasında? Çox gözel şekiller!
-
11-02-2007, 04:08 PMElif
Çox sağol fidan ::aze::
-
11-02-2007, 04:11 PMfidan494Teşekkür ederim yeshu :), resimlerdeki yerler Azərbaycanın cenub (güney) bölgesidir Yardımlı - Masallı rayonlarıAlıntı:
yeshu Nickli Üyeden Alıntı
-
11-16-2007, 02:43 AMfidan494
Bunlar da sahhat25 in çəkdiyi gözəl mənzərələr :D Çoxsağolun sahhat.
Masallı şəlaləsi
[
[ -
01-30-2010, 10:01 PMAzerbaycanliYardımlı haqqında nə bilirik?
Yardımlı haqqında bildiklərimizi yazaq. İqtisadiyyatı, turizm imkanları, gözəlliyi və.s. Nə biliriksə :)
-
01-30-2010, 11:09 PMRuzgar_GuluRe: Yardımlı haqqında nə bilirik?
Inzibati ərazi kimi yaranması 08.08.1930
Ərazisi - 0,67 min km2
Əhalinin sayı - 56,2 min nəfər
(1 yanvar 2007-ci il)
Əhalinin sıxlığı - 1 km2 84 nəfər
(1 yanvar 2007-ci il)
Yardımlı rayonu ilə Bakı arasında olan məsafə - 286 km
Telefon kodu: 0175
Dəniz səviyyəsindən 1000-1800 metr yüksəklikdə yerləşən indiki Yardımlı rayonunun tarixi çox qədimdir. Bu rayonun keçmişi Ərdəbil vilayəti ilə bağlı olsa da 1827-ci ildən sonra Çar Rusiyasının əsarətinə düşərək Talış xanlıgının tərkibinə qatılmışdır.
Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra indiki Yardımlının ərazisi onun qeyrətli oğulları tərəfindən mühafizə olunduğu üçün Şura hökumətinin orada bərqərar olması digər ərazilərə nisbətən bir müddət yubadılmışdır.
İlk dəfə 1929-cu il avqust ayında inzibati ərazi kimi təşkil olunmuş indiki Yardımlı rayonu 1938-ci ilədək Vərgədüz rayonu adı ilə tanınmışdır. Təsadüfi deyil ki, eramızdan əvvəl(e. ə) dördüncü əsrdən başlayaraq İslamın tətbiq olunduğu vaxtlara qədərki dövrlərə aid olunan küp qəbirlərə bu rayonun ərazisində tez-tez rast gəlmək olar.
1962-ci ildə rayonun Dəlləkli kəndində tapılmış nəhəng küp bənzərsizliyinə görə ölkəmizdə hələ də yeganə hesab olunur.
Yolocaq kəndinin yaxınlığından çıxarılmış küp qəbir e. ə dördüncü əsrə aid edilir. Küp qəbirlərinin içindən aşkar olunmuş əşyaların üzərində müxtəlif fəza cisimləri təsvir edilmişdir ki, bu da eramızdan əvvəlki minilliklərdə insanların oda, günəşə sitayiş etdiklərini bir daha sübut edir.
Eyni oxşarlıqda olan küp qəbirlərindən əldə edilmiş döyüş, məişət və əmək alətləri indiki Yardımlının əvvəlki sakinlərinin də çox yüksək mədəniyyətə malik olduqlarından xəbər verir. Qədim və indiki əhalisi sırf Oğuz türklərindən ibarət olan bu rayonun ərazisi həm də yeraltı sərvətlərin poliqonudur. Burada qızıl, platin, mis, dəmir, torf, neft yataqları mövcuddur. Yardımlı ərazisindəki qayalardan süzülüb gələn bulaqlar əsasən hidrogen-sulfidli, natrium-sulfatlı. sulfatlı-karbonatlı mineral sulardan ibarətdir.
Mövcud on bir iqlim qurşağından dördünü özündə birləşdirən bu rayona mülayim yarımsəhra, mülayim isti, soyuq yarımsəhra və quru çöl iqlimləri xasdır. İlin 230-235 günü şaxtasız keçən Yardımlıda illik yağıntının miqdarı 300-700mm olur. Yay aylarında havanın ən yüksək temperaturu 30-40 dərəcə selsiyə qalxsa da qış aylarında mənfi 20-25 dərəcəyə qədər düşə bilir. Havasının rütubəti aşağı olduğundan ərazisində vərəm xəstəliyinə tutulmaq təhlükəsi çox aşağıdır.
Hal-hazırda Yardımlıda yüksək yaş həddi 80-90 yaş arasındadır.
Yardımlı ərazisi əsasən dörd növ müxtəlif tipli və yarım tipli torpaq örtüyünə:tipik və yuyulmuş qəhvəyi dağ-meşə torpaqlar, qonur dağ-meşə torpaqlar, çimli dağ-çəmən torpaqlar, tipik və karbonatlı qəhvəyi dağ-meşə torpaqlar örtüyünə malikdir. Yardımlı ərazisi buzlaşmaya məruz qalmadığı üçün üçüncü dövrün relikt və endemik ağac cinsləri-azat(nil ağacı), dəmirağac, şabalıdyarpaqlı palıd və birgöz, zərgin kolları ilə zəngindir.
Əhalisi sırf Oğuz türklərindən ibarət olan bu rayonun 91 kəndi(85-də yaşayış var)və Yardımlı adlanan qəsəbəsi vardır. Ərazisi 667kv. km dağlıq və dağətəyi sahələrdən ibarətdir. Qeydiyyatda olan əhalisinin sayı altmış minə yaxındır.
1947-1953-cü illərdə 32 kəndi deportasiyaya məruz qaldığı üçün indi yardımlılıların böyük bir hissəsi Cəlilabad, Masallı, Lənkəran, Şirvan(Əli-Bayramlı), Salyan, Nefçala, Sabirabad, Göyçay, Quba, Bakı, Sumqayıt və digər bölgələrdə yaşayırlar. Ümumiyyətlə Ölkəmizdə Yardımlı əsilli insanların sayı 200 mindən yuxarıdır. İkiyə bölünmüş Azərbaycanımızın mərkəzlərindən biri olmuş ƏRDƏBİL vilayətinin varisi sayılan indiki Yardımlı ucqar bir dağ rayonu kimi tanıtdırılsa da əslində ölkəmizin ən dilbər guşələrindən biri olaraq gözəlliyə meydan oxuyur. . . -
01-30-2010, 11:17 PMRuzgar_GuluRe: Yardımlı haqqında nə bilirik?
MƏN YARDIMLI BALASIYAM!
Görüşünə gedirəm mən,
Hərdənbirdən,yol düşəndə.
Diz çökürəm qarşısında,
Hər onunla görüşəndə.
Gen düşmədim ondan bir an,
Yaşayası olsam harda.
Ruhum onun yanındadır,
Gəzdirdiyim vicud burda.
Əzəlim ondan başlayıb,
Sonda onun olasıyam.
İlahi!Sənə çox şükür
Mən Yardımlı balasıyam,
Yardımlılı balasıyam
Nədənsə taleyinə
Əzəl gündən çən düşüb.
Cücərməyib istəyin
Uğur səndən gen düçüb.
Ey mənim ata yurdum!
Sən hələ də ölkəmin
Sirlə dolu üzüsən.
Tarixləşmiş tarixin
Yazılmamış sözüsən.
Sənsən ulu babamdan
Mənə yetişən miras.
Sənsən ruhuma qida,
Sənsən dərdimə əlac. . .
Ey mənim ata yurdum!
Yoxdursa Səni duyan
Ya silkələ tarixi,
Ya da tarixdən oyan!. . -
01-30-2010, 11:30 PMRuzgar_GuluRe: Yardımlı haqqında nə bilirik?
[
[ -
01-30-2010, 11:33 PMAgLaYaN_BuLuDRe: Yardımlı haqqında nə bilirik?
[[[[[ [[[[[[[[[[[[[[[
[ -
01-30-2010, 11:34 PMRuzgar_GuluRe: Yardımlı haqqında nə bilirik?
:lol: :lol: aynı yerden bakmısız ama cok guzel bir yermis :D
-
01-30-2010, 11:35 PMfidan494Re: Yardımlı haqqında nə bilirik?
Bu movzu forumda artiq var ona gore de bunu kohne movzuya birleshdirirem :)
-
01-30-2010, 11:35 PMAgLaYaN_BuLuDRe: Yardımlı haqqında nə bilirik?
Bir Gun forum ehlini ora gezmeye aparam teskilatci olaram her bir yeirni gezersiz..Azerbaycanin her bir diyari cox gozeldir ..
-
01-30-2010, 11:36 PMAgLaYaN_BuLuDRe: Yardımlı haqqında nə bilirik?Bizim koydur gelersen gorersen:)Alıntı:
Ruzgar_Gulu Nickli Üyeden Alıntı
-
01-30-2010, 11:39 PMAgLaYaN_BuLuDRe: Azərbaycan - (Yardımlı, Masallı)
Fidan olmusan orda bizim kendinde plakatini cekmisen Porsava ama selalenin ustude bizim kend sayilir qonagimiz olun bir gun
-
01-30-2010, 11:41 PMAgLaYaN_BuLuDRe: Azərbaycan - (Yardımlı, Masallı)
Turizm imkanları
Azərbaycaının cənubunda, Burovar və Moran sıra dağları arasında çay vadisi boyunca yerləşən Yardımlı rayonu qərbdən İranla həmsərhəddir.
Rayon ərazisinin 21.000 hektar sahəsi meşələrlə örtülmüşdür. Bu yerlərin gözəl təbiəti, çayları, bulaqları və çoxsaylı tarixi abidələri Yardımlıya xüsusi bir gözəllik bəxş edir. Qışda burada torpaq başdan-başa qar ötrüyü altında olur. Yardımlıda istirahət üçün ən münasib vaxt bahar və yay fəslilləridir.
Rayonun zəngin faunası var. Burada canavar, çaqqal, qaban, ayı və bir sıra başqa heyvan növləri yaşayır.
Masallı – Yardımlı avtomagistralının 25-ci km-də «Şəlalə» adı ilə məşhur olan gözəl bir guşə var. Bura rayon sakinlərinin sevimli istirahət yeridir.
Dağların ətəyində yerləşən, hər tərəfdən meşələrlə, çoxsaylı çeşmələrlə əhatə olunmuş Perimbel kəndi də çox gözəl və populyar yeridir. «Göz narı» adlanan çeşmə tarixi abidə hesab edilir.
Peştəsər kəndində, Ostayır kəndinində çox gözəl şəlalələr var. Sineyir adlanan dağ massivində isə göz oxşayan bulaqlar, nadir bitkilər mövcuddur. Burada yaşı bilinməyən Çobançağıran adlan daş təbiətin bəxş etdiyi gözəllikdir..
Lakin təəssüf ki, bu cür zəngin təbiətə, faunaya və floraya malik olan Yardımlı rayonunda turizm infrastrukturu lazımınca inkişaf etməmişdir.
Bu rayonda qədim xalq sənəti – xalçaçılığın ənələrəi qorunub saxlanmışdır. İxtisaslaşdırılmış xalçaçılıq sexləri yoxdur. Xalça ustaları öz evlərində xalça toxuyurlar. Rayonun inzibati mərkəzi – Yardımlı şəhərində daş döşənmiş küçələr, arxitekturası ilə maraq doğuran binalar, tarix muzeyi, kiçik bir məscid və müharibələrdə həlak olanların xatirə memorialı var.
Yerli əhalinin icarəyə verdiyi hər cür şəraitli və rahat evlərdə qalmaq mümkündür.
-
01-30-2010, 11:43 PMAgLaYaN_BuLuDRe: Azərbaycan - (Yardımlı, Masallı)
Rayonda olan problemlər
Yardımlının uğurlarından söhbət açarkən mövcud problemlərindən danışmasaq ədalətsizlik olardı. Rayon mərkəzində bir sıra işlər görülsə də kənd yolları hələ də bərbad vəziyyətdədir. Rayonun Sırıq, Yolocaq, Vərov, Horovar kəndlərində isə içməli su problemi öz həllini tapa bilmirki-bilmir. Kosmos əsri olmasına baxmayaraq sakinlər içməli suyu xeyli uzaqdan, ulaqlarla daşıyır.
Kənd klublarında heç bir mədəni kütləvi tədbirlərdən söhbət gedə bilməz. Kitabxanalar oxucu üzünə həsrət qalıb. Məktəblərin böyük əksəriyyətində dərsə davamiyyət minimum səviyyədədir. 6-7 sinif təhsildən sonra qız uşaqlarını məktəbə buraxmayan valideynlər, özlərinə bəraət qazandıraraq bu addımlarını haqlı sayırlar...
İşsizlik problemindən qurtulmaq istəyən gənclərin böyük əksəriyyəti Bakıya, Sumqayıta, Rusiyanın müxtəlif şəhərlərinə üz tutaraq rayondan uzaqlaşırlar. Əhalisinin rəsmi sayı 60 minə yaxın olsa da rayonda heç 25 min sakin qalmayıb.
Bütün bunlara baxmayaraq Yardımlı ölkəmizin dilbər guşələrindən biri kimi hələ də gözəlliklərə meydan oxuyur. -
01-30-2010, 11:45 PMfidan494Re: Azərbaycan - (Yardımlı, Masallı)çox sagol, inshallah bir gun sayti yigib qonaq gelerik siz tereflere :)Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
-
01-30-2010, 11:48 PMAgLaYaN_BuLuDRe: Azərbaycan - (Yardımlı, Masallı)
bizim kendin bir mesesi var gel goresen gerek orda olasna goresen demekle olmur:)Insallah men hazir ne zaman deseniz ozunuzu orda bilin.butun Forum userlerinede aiddir
-
01-30-2010, 11:51 PMAgLaYaN_BuLuDRe: Azərbaycan - (Yardımlı, Masallı)
Abasallı
Abbasabad
Abdinli
Alcabulaq
Allar
Anzov
Arus
Arvana
Astanlı
Avaş
Avun
Avur
Bərcan
Bilnə
Bozayran
Bürzünbül
Cerimbel
Çanaxbulaq
Çay Üzü
Dağ Üzü
Daşkənd
Dəlləkli
Deman
Dəryavar
Eçara
Əfçədulan
Əngöül
Ərsilə
Ərvərəz
Əsədabad
Gavran
Gendərə
Gərsəva
Gilar
Gölyeri
Gügavar
Hamarkənd
Honuba
Horavar
Horonu
Jiy
Keçələkaran
Köhnə Qışlaq
Köryədi
Kürəkçi
Ləzir
Ləzran
Mamılğan
Məceyir
Məlikli
Mirimli
Mişkireyin
Nisəkələ
Odurağaran
Osnagaran
Ostayır
Ökü
Perimbel
Peştəsər
Porsova
Qabaqdibi
Qaraqaya
Separadi
Sırıq
Solgart
Şəfəqli
Şıxhseyinli
Şıxlar
Şilavangə
Şovut
Tairli
Telavar
Teşkan
Tiləkənd
Uragaran
Ünəç
Vəlişli
Vəlixanlı
Vərgədüz
Vərov
Xanbulağı
Yardımlı qəsəbəsi
Yolocaq
Zəngələ
Zenqaran
Zeynalazir
Zovin -
01-30-2010, 11:52 PMAgLaYaN_BuLuDRe: Azərbaycan - (Yardımlı, Masallı)
Buda Kendleri:)
-
01-30-2010, 11:58 PMAgLaYaN_BuLuDRe: Azərbaycan - (Yardımlı, Masallı)
İdarə və təşkilat Rəhbəri
1.Yardımlı rayon İcra Hakimiyyəti Başçı Xəzər Aslanov
2.Yardımlı rayon Təhsil Şöbəsi Müdir Aşurov Kamal
3.Yardımlı rayon Mərkəzi Xəstəxanası Baş həkim Fəxrəddin Əkbərov
4.Yardımlı rayon Maliyyə Şöbəsi Müdir Abışov Malik
5.Yardımlı rayon Bankı Müdir Abdulov Araz
6.Yardımlı rayon ATS Müdir İqbal Ağayev
7.Yardımlı rayon Polis Şöbəsi Rəis Şamil Seyidli
8.Yardımlı rayon Statistika İdarəsi Müdir Cavanşir Babayev
9.Yardımlı rayon Prokurorluğu Natiq Abdullayev
10.Elektrik İdarəsi Rəis İlqar Quliyev
11.Sosial Təminat Şöbəsi Müdir Cavanşir Rzayev
12. Su İdarəsi Müdir Füzuli Babayev
13.Qaz İdarəsi Müdir Hüseyn Alışov
14.Yanğından mühafizə İdarəsi Rəis Həsənbala Ağayev
15.Meşə Təsərrüfatı İdarəsi Müdir Füzuli Bağışov
16.Yol-Tikinti İdarəsi Müdir Yaqub Əliyev
17.Kommunal Xidmət İdarəsi Müdir Cavid Rufullayev
18.Mədəniyyət Şöbəsi Müdir Ayaz Əliyev
19.Poçt İdarəsi Müdir Cahid Zairov
20.Dovlet Sosial Mudafiə fondu Direktor Mirzağa Mirzəyev
21. 72 saylı DSK Sədr Tərxan Əsgərov
