Milli Məclis Əzizbəyov rayonunun adının dəyişdirilməsinə razılıq verib
“Parlamentin qərarına əsasən, Əzizbəyov rayonu bundan sonra Xəzər adlandırılacaq”. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib. Onun sözlərinə görə, Əzizbəyov rayonunun adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi Milli Məclis yanında Toponimiya komissiyasının aprelin 26-da keçirilən iclasında müzakirə olunub: “Adın dəyişdirilməsi üçünü Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısı rayon ictimaiyyəti adından komissiyaya müraciət edib. Həmin müraciətdə Əzizbəyov rayonunun adının dəyişdirilərək, Xəzər adlandırılması təklif olunur. Toponimiya komissiyası bu təklifi diqqətlə araşdırıb və Əzizbəyov rayonunun adının Xəzər rayonu adlandırılmasını məqsədəuyğun hesab edib”.
Arif Rəhimzadə deyib ki, Regional məsələlər komitəsinin aprelin 27-də keçirilən iclasında Əzizbəyov rayonunun adının dəyişdirilməsi ilə bağlı Toponimiya komissiyasının qərarını dəstəkləyərək, qanun layihəsinin Parlamentin müzakirəsinə çıxarılmasını tövsiyə edib.
Parlamentin iclasında Salyan rayonunun Yenikənd kəndinin Aşağı Xələc adlandırılması haqqında qanun layihəsi də qəbul olunub.
Əzizbəyov rayonunun adı dəyişdirildi
Printable View
-
05-12-2010, 12:49 AMAgLaYaN_BuLuDƏzizbəyov rayonunun adı dəyişdirildi
-
05-12-2010, 10:33 AMcanbellRe: Əzizbəyov rayonunun adı dəyişdirildi
Axir ki dəyişdirdilər... Ancaq mən yenə də Əzizbəyov deyəcəm! :D Hələki uyğunlaşmamişam o ada, km nə istəyir desin, ad bir dənə olar daa, indi lap çətinləşdirdilər.Xəzər dedikdə nə bilək nə nəzərdə tutulacaq universitet, rayon,kafe, restoran, sağlamliğ mərkəzi ?Elə yaxşisi budur Əzizbəyov deyim. Görəsən dəyişikliyə ehtiyac var idi?Vətənə hər il gedəndə bir dəyişikliklə üzləşməli oluram. :( Köhnədən əsər əlamət qalmayib.Ehh nəysə... Bircə milliyətimizi dəyişməsinlər. ::aze::
-
05-12-2010, 02:14 PMAgLaYaN_BuLuDRe: Əzizbəyov rayonunun adı dəyişdirildi
səhv etmirəmsı ezizbeyov Vətən xaini cixdi ona görə metronunda adını deyişəcəklər Rayonunda
-
05-12-2010, 08:18 PMMuLaTkARe: Əzizbəyov rayonunun adı dəyişdirildi
He lap yaxwi olar deyiwdirilmesi...Men Ezizbeyovu tarixi wexs kimi tanimamiwam...tanimayacamda...Xezer hamisindan yaxwidi...Hele Nerman Nermanov Stansiyasininda adinin deyiwilmesi gozlenilir....
