Azərbaycan dilinə böyük hörmətsizlik
Reklam lövhələrinin 37%-nin ingilis, 11%-nin türk dillərində yazıldığı, 18%-də isə rus sözlərinin latın qrafikası ilə yazıldığı aşkarlanıb
Söz Azadlığını Müdafiə Fondu (SAMF) reklamlarda, xidmət obyektlərində, o cümlədən media qurumlarında Azərbaycan dilinin qorunması ilə bağlı monitorinqlərə start verib.ilk tədbir kimi reklam lövhələrinin yazılışı zamanı 30 sentyabr 2002-ci il tarixli “Dövlət dili haqqında” qanununun tələblərinə necə əməl olunmasını aydınlaşdırmaq istiqamətində monitorinqlərə başlanılıb.
İlk monitorinq Bakı şəhərinin 10 mərkəzi küçə və prospektində mövcud olan 442 xidmət sahəsindəki reklam xarakterli lövhələri əhatə edib. Reklam xarakterli lövhələrin 52%-də Azərbaycan dili, 37%-də ingilis dili, 11%-də isə turk dilində olan sözlərdən istifadə olunub. Bununla yanaşı müşahidə aparılan lövhələrin yazılışının 23% -də qrammatik səhvlərə rast gəlinib. Lövhələrin 18% də isə rus mənşəli sözlərin latin qrafikası ilə verildiyi aşkarlanıb.
Qeyd edək ki, reklamların yazılışı zamanı “Dövlət dili haqqında” qanunun 7.1.-ci maddəsinin nəzərdə tutduğu “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər, lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir” kimi çox vacib prinsipin tələbləri bir çox parametrlərinə görə pozulub. Azadlıq prospekti boyu sıralanan “Boçka”, “Başmaçok”, “Çudo Peçka”, İstiqlaliyyət küçəsində “Tetradka”, R.Behbudov küçəsində “Bon Apetit” şirniyyat mağazası, S.Vurğun küçəsində “Merkez Lahmacun”, “İnce Göl” və s. bu tipli adlar Azərbaycan dilində heç bir qarşılığı olmadan paytaxtın küçələrini “bəzəyir”. Bir çox qadın salonlarının üzərində yalnız ingilis dilində “Beaty salon” ifadələri həkk olunub.
Re: Azərbaycan dilinə böyük hörmətsizlik
Azərbaycanin nəyinə hörmət qalibki. iranda AZERBAYCAN BAYRAGİ yandirilir hec kimden ses cixmir 35 milyonl Azerbaycanli susub sakit durur !!!!!!!!!! Milli Meclisin sedri Millet Vekilleri ile gedir iranda mahmuddu lilpuddu nedi onunla gorusur AZERBAYCAN in BAYRAGİ stolun ustunde ve arxada iran bayragi ile yanasi qoyulmur !!! ermenistan olsa qoyardilar.. bunu TURKİYE etse bize butun kanallar indi dovletin teziqi ile bagirirdiki TURKLER xain xeyanet etdiler sattilar bizi.
Re: Azərbaycan dilinə böyük hörmətsizlik
MOVZUYA GORE COX SAG OL :alqis:
TAM RAZIYAM SENLE DUZDU TURK SERIALLARINI COX SEVIREMM NEYLEYIM ELA CEKIRLERDE AMMA BAYRAG MESELESINDE RAZIYAM ::aze:: BU YERE ATMAGA HEC ADAMIN ELE GELER :yox:
Re: Azərbaycan dilinə böyük hörmətsizlik
Biz öz özümüze hörmət etməyi bacarsaq hami bizə hörmət edəcək. Günah bizdədi.Hec kəsdə deyil.Götürək ele torpaqlarimizı.Kim gəlib alacaq olari ermənilərdən bizə????? Oturub gözləyirik...Hər şey beledi.... :meyus: Farslar bizim ermenilerden geri qalmayan düşmənlərimizdi.... Qaldi reklamlarin yazilişina... Bəziləri azerbaycanca danişmağa utanir...olar azəri yox MANQURT dular.....