Yeni «Peugeot 208» barədə ilkin məlumatlar
[
Fransa istehsalı olan və 207 indeksini əvəz edəcək yeni «Peugeot 208» modeli avtomobil bazarına yalnız 2012-ci ildə çıxarılacaq.
208 indeksli model yeni platforma üzərində qurulacaq ki, bunun sayəsində avtomobilin təkər bazası təxminən 40 mm artacaq. Bununla yanaşı, «Peugeot 208»in uzunluğu, eyni zamanda arxa oturacaqlar sahəsi də genişlənəcək.
Bu model həm yeni, həm də köhnə tipli mühərriklərlə təchiz olunacaq. Əsasən isə yeni «Peugeot 208»ə 3-silindirli, 1 litr həcmli mühhərikin quraşdırılacağı gözlənilir.
Re: Yeni «Peugeot 208» barədə ilkin məlumatlar
Melumatin ucun sag ol ::yerivar:: super idi :D