-
Avtomobil elanları saytı
Azərbaycanda avtomobil bazarı günü-gündən inkişaf edir. Hal-hazırda avtomobilsiz bir dünya təsəvvür etmək mümkün deyil. Biz bu avtomobil dünyasında hər kəsin öz avtomobilini tapmasına və ya satmasına kömək vəzifəsini boynumuza götürmüşük. Bu məqsədlə 2013-cü ildə avtolent.com saytını qurmuş və öz fəaliyyətimizə başlamışıq.
Sayt avtomobil elanları mərkəzli qurulmuşdur və qurulduğu ilk andan etibarən keyfiyyət və funksionallığa əhəmiyyət verir.
Sayta daxil olduqdan sonra bir neçə addımla çox rahat pulsuz elan yerləşdirə bilərsiniz. Sizin elanınız ən gec 1 gün içində yoxlanıldıqdan sonra sayta əlavə olunacaq. Təyin etdiyiniz şifrə vasitəsilə istədiyiniz vaxt elanı silə biləcəksiniz.
Avtosalonlar və dilerlər üçün subdomain açırıq. Məsələn, mercedes.avtolent.com. Bu sayədə müştəriləri cəlb etmək üçün xüsusi sayt açmağa ehtiyac qalmır. Avtosalon və ya diler öz elanlarını bir adres altında yığaraq bütün müştərilərini bu adresə yönləndirə bilər. Bunun üçün yazının altında yazılmış email vasitəsilə əlaqə saxlaya bilərsiniz. Qeyd edək ki, xidmət tam pulsuzdur.
Saytın dəyişməz xüsusiyyətləri daim keyfiyyət, xidmət və sadəlik olmuşdur və olacaq.
Müvəffəqiyyətin açarı xidmətdə dürüstlük və keyfiyyətdir prinsipiylə çalışan avtolent.com göstərdiyiniz yaxın maraq və dəstəyinizə görə təşəkkür edərək sizlərə bu gün və gələcəkdə xidmət verməyə davam edəcək.
Şahin Mürsəlov
-
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.