“Volksvagen Fayton” artıq yeni dizaynda
“Volksvagen Fayton” avtomobili Çində keçirilən avtomobil sərgisində yeni dizaynla təqdim olundu. İlk dəfə 2002-ci ildə Cenevrə avtomobil sərgisində tanıdılan “Volksvagen Fayton” keçən müddət ərzində rəqabət gücünü itirməklə yanaşı, “Volksvagen”nin Qolf, Polo və Tuareq avtomobillərində istifadə etdiyi yeni görünüşündən də uzaqda qalmışdı. Bunu nəzərə alaraq firma avtomobili yeni dizaynla istehsal etmək qərarına gəldi. “Auto China 2010” sərgisinə çıxarılan avtomobil Valter de Silva tərəfindən hazırlanmış yeni dizaynla təqdim olundu. Avtomobildə diqqətçəkən digər yenilik isə kamera dəstəkli aydınlatma (Dynamic Light Assist) və “Google” ilə uyğun işləyə bilən naviqasiya sisteminin olmasıdır. Bu sistemdə istədiyiniz zaman xəritə ekranına “Google”dan məlumat alına bilir. 2011 model ili olaraq satılacaq “Volksvagen Fayton” avtomobilinin 5,06 və 5,18 metr uzunluğunda iki kuza seçimi olacaq. Avtomobildə 240 və 450 at gücü arasında dəyişən bir turbodizel və üç benzinlə işləyən mühərrikə malik modeldən birini seçmək mümkün olacaq.
Zaman
Re: “Volksvagen Fayton” artıq yeni dizaynda
Wolksvagenlerin bir nece serialari kimi bunuda beyenirem , tesekkurler ::yerivar::