Ukraynalı mütəxəssisdən super avtomobil
Ukraynalı dizayner Taras Beretsovun ideyası avtomobil dünyasının diqqətini çəkib.
Beretsov hazırladığı “Bertar 5” modelində idman stili ilə yüksək sürət texnologiyasını birləşdirməyə nail olub.
Karbon liflərdən hazırlanan kuza sayəsində prototipin kütləsi 1 tondan azdır. Avtomobildə elektromaqnit asqının tətbiqi nəticəsində vibrasiya sıfıra endirilib. Avtomobil 400 km/saat sürət üçün nəzərdə tutulub.
Avtomobilin dizayneri aerodinamika məsələsinə ciddi fikir verib. Təyyarədə olduğu kimi burada da tormozlama və sürətlənmə zamanı spoylerlərdən istifadə olunur. Nəticədə avtomobilin çevikliyi və yol tutumu artır, tormoz məsafəsi qısalır.
Mühəndis öz modelini qaz turbin mühərriki ilə təchiz etmək niyyətindədir. Bu tip mühərriklər 60-70-ci illərdə avtosənayedə tətbiqini tapsa da, sonradan unuduldu. Ola bilsin ki, Tarasovun modeli avtomobil istehsalçılarını qaz turbin mühərriklərinə yenidən baxmasına səbəb olacaq.
[
[
Re: Ukraynalı mütəxəssisdən super avtomobil
Re: Ukraynalı mütəxəssisdən super avtomobil