Avtomobil alarkən satıcıya hansı suallar verilməlidir?
Görəsən, avtomobilin satılma səbəbi iqtisadi problemdən, yenilenmə istəyindən, yoxsa texniki problemindən qaynaqlanır? Məhz bütün bunları müəyyənləşdirmək üçün satıcıya birinci sualınız avtomobili hansı səbəbdən satması ilə bağlı olmalıdır. Bu sual qarşısında satıcının reaksiyası avtomobil haqqında gizləyəcəyi hər hansı vacib məlumatın olub-olmadığını aşkarlamaq baxımından çox önəmlidir. s Avtomobilin ümumi vəziyyəti necədir? Siz satıcının keçmişdə yaşadığı problemləri öyrənməklə gələcəkdə nə kimi problemlərlə qarşılaşacağınızı təxmin edə bilərsiniz.
Avtomobilin elanda göstərilənlərdən başqa, daha hansı göstəriciləri var? Nəzərə almaq lazımdır ki avtomobilin bütün xüsusiyyətlərinin elanda göstərilməsi mümkün deyil.
Avtomobil ağır qəzalar keçiribmi ? Bu çox önəmli bir sualdır. Məlum olduğu kimi, hazırda avtomobillərin qəza keçirmə riskləri çoxalıb. Bu mənada kiçik qəzalar artıq normal sayılır. Çünki belə qəzalarda avtomobillər ciddi zədə almır. Ağır qəza keçirən avtomobillər isə, adətən, problemli sayılır.
Zaman
Re: Avtomobil alarkən satıcıya hansı suallar verilməlidir?
tesekkur cox aqilli bir yanasma , beyendim , gelecekde yararlanacam