Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Məscid Söküləndə...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Məscid Söküləndə...

    Yer-göy gələcək dəhşətə məscid söküləndə,
    Susmaq yaramaz millətə, məscid söküləndə.
    Məscid haradır?-Allah evi, sev bu məkanı,
    Qiymətlidi məsciddə keçən ömrün hər anı,
    Mömin qoruyar məscidi təhlükə zamanı,
    Yer yoxdu sözə-söhbətə məscid söküləndə.


    Məscid sökülür, dözmək olarmı bu cəfaya,
    Fəryad qoparıb gəldi ürək ahu-nəvaya,
    Məhşərdə tapılmaz yetişən dadə-haraya,
    Kim düşsə əgər qəflətə məscid söküləndə.


    Səbr et, buna da döz, bu da axır tutacaq köz.
    Tərk et bu cəfəng söhbəti ki, olmayaq üz-göz,
    Qanun adına çıxmamalı hər deyilən söz,
    Qanun çəkilir xəlvətə məscid söküləndə.


    Aləmdə baxıb gördüm iki ayəti oxşar;
    Yer əhli üçün hər gecə ulduz olur aşkar,
    Göy əhlinə məscid elə ulduz kimi parlar,
    Yer qərq olacaq zülmətə məscid söküləndə.


    Bülbül qəfəsində, həvəsi bir gülə düşdü,
    Həsrət dilə gəldi, araya fasilə düşdü,
    Ey Allahım, işlər yenə də müşkülə düşdü,
    Son ver bu uzun həsrətə məscid söküləndə.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.