Heç bir zaman çıxdığın qapını çırpma, günlərin birində dönmək istəyə bilərsən.
Çoxu Mənali və gözəl sözlərdi paylaşim üçün cox sagol![]()
![]()
![]()
3 sonuçtan 1 ile 3 arası
-
02-08-2010, 11:05 PM #1
Həsrət mesajları
Sevgimə layiq olmayan sən ahıma qurban olmağa alışarsan.
Xatirələr iz buraxır onu göz yaşları kimi silə bilməzsən!
Dağlara duman-duman həsrət çökər, dağlara göz yaşlarım yağmur olar, yollara könlümdə min yel əsər. Ağlama, ağlama sən göz bəbəyim, ağlama yalnız səni sevəcəyəm, unutma ölsəm belə dönəcəyəm.
Anladım ki, ağaclar torpağa acı verdikcə böyüyürlər. Sən də mənə acı verərək sevincli olacaqsan. Davam et, dəyər vermə deyilmişdi inanmamışdım. Səni vəfalı sandım əfv et.
Xəyal etməyi xəyallarda yaşamayınca, hər nəfəsdə hava kimi suyu da içmədikcə səni necə sevdiyimi bilməzsən.
Bir gün bu köşədə səssiz sədasız hönkür-hönkür ağlayıb bu lənət qədərimə qarşı çıxıb, Tanrıya son dəfə yalvaracam. Gözəl gözlərin gələcək ağlıma, solub gedəcəyəm ən gözəl çağımda, sənsizlik məni çağırdığında, boş sədalara hayqırdığında, artıq burada olmayacağam.
Nə geri dönəcək yolun olacaq nədə tutunacaq arxan qalacaq. Qorxuram peşmanlıq sonun olacaq yalnız qalacaqsan. Günlərin birində peşman olacaqsan.
Bəlkə də əbəs yerə yazıram. Bəlkə də əbəs yerə səni narahat edirəm. Məqsədim bu deyil mən sadəcə səni unutmadığımı xatırlatmaq istəyirəm.
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!
Hər xatırlayış əvvəlində unutmağı saxlar. Mən səni bir an olsun belə unutmadım.
Əlvida birdənəm səninlə öyrəndiyim və səninlə daddığım bütün gözəlliklər üçün sağol. Ağlamağı sevməyi gözləməyi həyatı sənlə tapdım, amma səni anlamımı itirdim.
Bir gün bağçana bax, islaq bir torpaq üzərində bir çiçək açacaq. Bu çiçəyin üzərində məni unutma yazacaq.
Vəfasız sanma unutdum səni. Sevən qəlbimi tərk edən sən peşmançılıq duyub, ürəyin sızlayıb yanarsa, haradasan deyə sorarsansa əgər, bil ki, həsrətin çölündə, sürgündəyəm mən!
Heç bir zaman çıxdığın qapını çırpma, günlərin birində dönmək istəyə bilərsən.
Mən səni sevməkdən deyil əfv etməkdən bezdim!
Mən, bir insanı sevmə cəsarəti göstərdim; sən isə, bir “insan olmaq” cəsarətini belə göstərə bilmədin.
Eşq üzərində edilmiş əhdlər, qum üzərində yazılmış yazılara bənzər.
Bilirəm geri dönməyəcəksən çünki sənsizlik saatı çoxdan keçdi!
Ahımın əsintisi üşüdür səni, məndən başqasına sığına bilməzsən.
Bir görüşdən sənə ümid bağladım. Bir dəfə olsun belə əhvalın necədir deyə soruşmadım. Sevdiyimi sən gedincə anladım!
Bir gün gələr keçər bunlar. Silinər bütün xatirələr. Sən unutsan da mən unutmaram çünki unudulmaz yaşananlar.
Bu gecə ay ağlayır ayrılanlar üçün. Ulduzlar nəğmə söyləyir sevib sevilməyənlər üçün. Bu gecə mən də ağlayıram gözləyib qovuşmadığım birisi üçün.
Səni heç vaxt üzmərəm ağlatmaram demişdin. Vəfasız bunu bil ki, məni ən çox sən ağlatdın. Əlini vicdanına qoy Allahından qorx, bir gün sən də sevər bir gün səndə ağlayarsan!
Sənə məni sevmədiyin üçün qızmıram, çünki sevmək ürək istər daş yığını deyil.
Tanrım sənə sənin kimi bir sevgili versin. Sən də onu mənim kimi sevərsən. O da sevər sənin kimi bir başqasını. Sən sevdiyini sevərsən, sevdiyin bir başqasını.
Hər yeni sevgilində bir az məni unudacaqsan, hər yeni günə başqa bir ümidlə başlayacaqsan. Bir gün gələcək sevgilim yenə mənim üçün ağlayacaqsan.
Sənə verdiyim dəyəri bir gülə versəydim mənim üçün hər dörd mövsümdə açardı.
Sənsizdə düşərmiş təqvimdən günlər. Ağlasan da anmaz adını dillər. Sanma ki, bu könül yenidən gözləyər. Unut deyirdin unutdum artıq!
Səni sevməyimin əvəzini sənsizliklə ödədim.
Səni hər düşündüyümdə nifrət etdim sevgiyə bütün duyğulara. Düşünürəm bir gün sən də, sənin mənə yaşatdıqlarını yaşadacaq bir vəfasıza könül verərsən.
Dilin adımı anmasa da boş ver xatırlamağa heç çalışma, necə olsa bir gecə şirin yuxunda, mən gələcəyəm ağlına ağlayacaqsan. Gün gələr oturarsan nigah masasına. Sevincli həyalınla imzanı atsan da, eşqinlə rəqs etdiyin ilk tansında mən gələcəyəm ağlına ağlayacaqsan.
Əgər bir gün evlənərsənsə sənə ağ şam göndərəcəyəm. Qaranlıq sevincini əngəlləyəndə o şamı hər yandırdığında, əriyən məni görəcəksən.
Sayəndə bir günəş kimi oldum. Hər sabahı sənin xəyalların ilə doğub, axşamları sənsiz batıram.
Əgər eşqə bir cəza verə bilsəydim onunda mənim kimi sevməsini istərdim.
Sənsizliyi göydəki ulduzlara yazmaq istərdim sübh açılınca yox olsun deyə.
Buludlu havalarda dolunayı izlədinmi. Külək öz soyuğunu içinə verdiyində küləkdən deyil yalnızlıqdan ürəyin titrədimi.
Yenə günəşin batma saatı. Kimisi ümidləri , kimisi sevdaları ilə birgə. Yenə yalnızlığa salam saatında, yox olmuş sevgilər çarəsiz hüznlərlə birgə.
İndi başqasının olsan da, boynu bükük yalnız qalsam da, əlimi tutub saçımı oxşamasan da bilirəm yenə də mənimsən.

-
02-08-2010, 11:11 PM #2
Re: Həsrət mesajları
-
02-08-2010, 11:35 PM #3
Re: Həsrət mesajları
[b]Coxx sag olll : fikirnre goreeeD



LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri