4 sonuçtan 1 ile 4 arası
-
02-07-2010, 11:08 PM #1
Kaş Bilsəydim
Hər kəs həyatda müəyyən həqiqətlərlə yaşayar.Bəzi insanların həqiqətləri əslində yalandır.Öz
həqiqətlərimin yalan olduğunu bilirdim.Amma qəbul etmək istəmirdim..Niyə yalan olduğunu soruşsalar deyə bilməyəcəkdim.O niyəni tapdım.İndi tam əminliklə deyirəm...Hər şey Yalan idi..."Mən yalan danışmıram" deyəndə neçənci yalanındı bilmirəm,ama ən böyük yalanını dedin...Sən məni lazımı qədər tanımadın,çünki məni heç tanımadın...Sənin tək bacardığın günahı qarşındakına atmaqdı...Günah keçisi mənəm axı,məni günahlandır..Sonra da öldür...Günahların təmizləndimi?? Yox!!
Biz...Mən və sən bir birimizə əks insanlarıq...Əks ədədlərin cəmi sıfırdı...Sıfır isə heç nədi..Reklam olmaz !!! heç nəyik...
Mənə görə hər şey heç də sözlərlə ifadə olunmur..Bəzi şeylər var ki,gözlərdən oxunur..Mehribanlıq və ya soyuqlu,sevgi və ya nifrət bunlar gözlərdən oxunur...Sənə üçün isə əksinə...
Mənə fikrimə görə "Səni sevirəm" sözü insanın bədəninə titrəyiş gətirməlidi,onu başqa aləmə aparmalıdı...Buna görə də tez-tez deyilməməlidi..Tez-tez təkrarlanarsa mənasını itirər...Amma sənə görə hər daim deyilməlidi.."Səni sevirəm"i tez-tez dəməmək sevmirəmmi deməkdi???
Məni bircə qar dənəsinə bənzətməmişdin....Ona da bənzətdin...Təki qar dənəsi olum...Qar dənəsi bəmbəyazolar,günahsız və ən əsas yalansız...Qar dənəsi şən olar,daim uçar,oynayar yorulduqda isə aşağı enər...Qar dənəsi dəar,on istədiyi yerə sovrular...Qar dənəsinin gözəlliyi adi gözlə görünməz...Nə qədər soyuq olsa da...
Mən rəssam...İşlədiyim əsər "Həyatım"...Sən o əsərdə işlədilən bir rəng...Elə bir rəng ki,hər dəfə ayrı çalar verir..Bunu gördüm,amma inanmadım...Bir dəfə diqqətlə baxdım..Sən həqiqətən iki rəngə çalırsan...Bir gün gördüm ki başqa rənglərə yayılırsan..Və səni əsərdən təmizləməyə başladım..Yayıldığın rənglərə zərər vermədən necə təmizləyəcəyimi bilmirəm..Amma təmizləyəcəm..
Düzdü itirdim səni...Amma insan bəzən itirəndə kədərlənmir..Çünki itirdiyinin dəyərsiz olduğunu anlayır..Mən də anladım sənin "dəyər"ini.O gün əsil səni gördüm..və unutmayacam...
Bəzən iki damla yaş süzülür yanaqlarımdan...Səbəb səni itirməyim,məğlubiyyətim deyil,əldə sənə nifrət etməyə bu qədər səbəb varkən edə bilməməyimdir..Niyə sənə nifrət etməyi bacarmadığımı bilmirəm...Kaş bilsəydim...
-
02-08-2010, 05:22 AM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Dec 2009
- Yer
- Türkiye
- Mesajlar
- 2.269
Re: Kaş Bilsəydim
HaKKım heLaL,Sewqim haRam oLsun
-
02-08-2010, 07:55 PM #3Senior Member
- Üyelik tarihi
- Feb 2010
- Mesajlar
- 126
Re: Kaş Bilsəydim
-
02-08-2010, 09:16 PM #4Senior Member
- Üyelik tarihi
- Feb 2010
- Mesajlar
- 126
Re: Kaş Bilsəydim
Uzaqlıqlar kiçik sevgiləri yox edir, böyüklərini isə ucaldır. Eynilə küləyin şamı söndürüb alovu alovlandırdığı kimi.


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla

Yer imleri