Əsas məzmuna keç
4 sonuçtan 1 ile 4 arası

Allahım Səni Çox Sevirəm

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Allahım Səni Çox Sevirəm

    Dedim:Çox tənhayam.
    Dedin: Mən ki sənə çox yaxınam. (Bəqərə,186)
    Dedim:Bəli bilirəm SƏN mənə yaxınsan, amma mən SƏNDƏN uzağam, kaş ki mən də SƏNƏ yaxın ola bilsə idim.
    Dedin: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. (Əraf, 205)
    Dedim: Bu da SƏNİN köməyini istəyər.
    Dedin:ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? (Nur, 22)
    Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.
    DedinElə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin. Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! (Hud, 90)
    Dedim:Çox günahkaram, bu qədər günahla mən nə edim?
    Dedin:Məgər onlar bilmirlər ki, ALLAH qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə, 104)

    Dediməfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.
    Dedin: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (ALLAHDANDIR)! Ondan başqa heç bir tanrı yoxdur. (Ğafir, 3)
    Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!
    Dedin:ALLAH bütün günahları bağışlayandır. (Zumər, 53)
    Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?
    Dedin: Axı günahları ALLAHDAN başqa kim bağışlaya bilər? (Ali-İmran, 135)

    Dedim: Nə qədər gözəlsən ALLAHIM! Bilmirəm bu sözlərin qarşısında nə üçün içim-içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.
    Dedin: Şübhəsiz ki, ALLAH tövbə edənləri və təmizlənənləri sevir.
    Birdən:“İLAHIM və RƏBBİM, mənim SƏNDƏN başqa kimim var”, -dedim.
    Sən də: “ALLAH ÖZ bəndəsinə kifayət deyilmi?” (Zumər, 36) dedin.

    Dedim: SƏN ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?
    Dedin:Ey iman gətirənlər! ALLAHI çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!). Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). ALLAH möminlərə rəhm edəndir! (Əhzab, 41-43)
    Öz-özümə dedim: ALLAHIM, SƏNİ çox sevirəm

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Allahım Səni Çox Sevirəm

    tesekur
    [

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Allahım Səni Çox Sevirəm

    teşekkürler
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Allahım Səni Çox Sevirəm

    TƏŞƏKKÜR.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.