tez-tez kederlenirem tessuf ki bunuda sebeb meni sevmeyenlerdi
3 sonuçtan 1 ile 3 arası
-
02-03-2010, 11:59 AM #1Junior Member
- Üyelik tarihi
- Jan 2010
- Mesajlar
- 20
Ey insan,kədərlənmə
Kədərlənmə! Çünki qəm-kədər şiddətli bir külək kimidir. Belə külək havanı korlayar, təmiz suları bulandırar və bol məhsullu bağları yerlə yeksan edər.
Kədərlənmə! Sanki sən qüssələnməklə zamanın axarını dayandıra, itirdiyin vaxtı, qədir-qiymətini bilmədiyin anları geri qaytara biləcəyini zənn edirsən. Əbəs yerə…
Kədərlənmə! Çünki qəmli insan məcrasından çıxan çaya bənzəyər. Gah dənizdən ayrılar, gah da dənizə yol alar.
Kədərlənmə! Çünki xoşbəxtlik və rahatlıq həyatı mənasıdır. Günlərini qəm-qüssə ilə keçirmə. Sakit gecələrini qəm dəryasına qərq etmə. Qoy, həyatın belə şeylərin güdazına getməsin, israf olmasın! Unutma, Allah israf edənləri sevməz.
Kədərlənmə! Nə qədər ki, qəmi-kədəri qəlbinin sirdaşı, gözünün nuru etmişsən, təbiblərin verdiyi dava-dərman sənə əlacı olmayacaq.
Kədərlənmə! Dua edəcəyin, dərgahına əl uzadacağın, qapısında aram tapacağın, gecəyarı qalxıb ürəyini boşaldacağın bir rəbbin var.
Kədərlənmə! Çünki sən hər gün sənin içməyə suyun, almağa havan var. Sərbəst gəzmək, gecələri rahat uyumaq nemətinə sahibsən.
Kədərlənmə! Məgər qara buludların tez keçib getdiyini görmürsənmi? Gələn gecənin nurlu sabahla əvəzləndiyini müşahidə etmirsənmi? Qorxulu və təlatümlü küləklərin xoş və xəfif yellə əvəz olunduğunu bilmirsənmi?
Kədərlənmə! Unutma ki, günəşin qızmar istisi gecənin qaranlığı ilə soyuyur. Şiddətli suszluq soyuq su ilə yatırılır, aclıq isti çorəklə dəf edilir. Gündüzün yorğunluğu gecənin yuxusuna təslim olur. Sənə isə yalnız və yalnız azacıq səbr etmək və bir müddət gözləmək düşür.
Tez-tezmi kədərlənirsən və ya kimlərinsə kədərlənməsinə səbəb olursan?
-
02-03-2010, 12:02 PM #2
Re: Ey insan,kədərlənmə
[
-
02-03-2010, 12:20 PM #3Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Ey insan,kədərlənmə
Kədərlənmə! Çünki xoşbəxtlik və rahatlıq həyatı mənasıdır. Günlərini qəm-qüssə ilə keçirmə. Sakit gecələrini qəm dəryasına qərq etmə. Qoy, həyatın belə şeylərin güdazına getməsin, israf olmasın! Unutma, Allah israf edənləri sevməz.
TeşükürlerYaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri