9 sonuçtan 1 ile 9 arası

Ölüm məşqi

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Ölüm məşqi

    Cömərdlik kökü cənnətdə, budaqları dünyada olan bir cənnət ağacıdır. Hz. Məhəmməd (s.ə.s.)

    Qışın çovğunu, yayın cırhacır istisi onun üçün xlor qoxusundan başqa bir anlam ifadə eləmir. Hər gün xlor dolu plastmas qabları həyətin ortasına qoyub ətrafa baxar, müştərilərini gözləyərdi. Xasiyyətindən idimi, ya yaşının bu ixtiyar çağındanmı, çığırmazdı, çağırmazdı, oturub gözləyərdi. Bəzən də həyətdəki səkinin üstündə oturub dizlərini qucaqlayar, gözlərini məchul bir nöqtəyə zilləyərdi. Elə olur ki, gün ərzində 1 litr də sata bilmir, bəzən də qablarını boşaldıb yelləyə-yelləyə gedəndə hiss edirsən ki, kefi yaxşıdır.
    Yanından keçəndə bir anlığa da olsa, üzünə baxır və hiss edirsən ki, dönüb ondan 2 litr, 3 litr xlor alsan, onun üçün dünyanın ən yaxşı adamı olarsan. Tutaq ki, aldın, neyləyəcəksən o boyda xloru? Hamama, tualetə axıt, getsin. Daha niyə malı zay edirsən ki, ürəyin belə yanırsa, pulunu ver, çıx get. Əgər birdən onun xlorunun hamısını alsan, günün bəxtəvəri olar, hər şeyi unudar, dünənki sıxıntılarını da, sabah yenə eyni əziyyətlə avtobusdan düşürdüyü bidonları güc-bəla ilə həyətə sürüyəcəyini də.
    Qışın çovğunu da, yayın cırhacır istisi də onunçün xlor qoxuyur. Əlindəkilərinin hamısını satdısa, kefi kökdür, istər yaz olsun, istər qış.
    Görəsən heç düşünürmü ki, bundan sonra qismətində neçə litr xlor satmaq var? - min litr, min beş litr... Qəribə düşüncədir, deyilmi? Əgər belə düşünürsə, yəqin hər dəfə xlor satandan sonra fikrindən keçirir ki, qaldı bu qədəri. Borclarının hesabını da xlor üzərindən sayır. Beş litr satsa, eləyir alababat bir ayaqqabı. Qonşunun borcunu da 25-30 litrlə birtəhər yola vermək olar. Uşağın pal-paltarı da eləyir uzaqbaşı 40 litr.
    Hərdən düşünür: bir araba düzəldəsən, xlor dolu bidonları üstünə yığıb dalınca sürüyəsən, nə qolların qırıla, nə də belin ağrıya. Sonra da düşünür ki, bir araba nə şeydi, amma o araba da yenə bu xlorun başında əmələ gəlir.
    Hər gün beləcə gəlir-gedir. Canını sürüyür bir yerə qədər. Bir yer də nə olacaq, ölümdən başqa? Çoxları kimi o da ürpənir, eymənir ölümdən danışanda. Elə xlor daşıya-daşıya birtəhər gün keçirmək yaxşıdır, əzab-əziyyət olsa da. Ölüm hər nədirsə, çox vahiməli, qorxulu bir şeydir.
    Bəlkə də haqsızlıq elədim, yanıldım bu düşüncələrimdə. Hər şeyin fərqindədir, hər şeyin onunçün bir sınaq olduğunu anlayır. Elə bunun üçün də hər səhər bu əziyyətə qatlanıb yetim nəvələrini saxlayır. Bir gün öləcəyini də düşünür və qəlbinin dərinliyində o günü bir sevinc, bir müjdə kimi gözləyir. Amma ruhu sağlamdır, diridir, təslim olmağı sevmir, nə qədər ki, qolunda güc, gözündə nur var, halal yolla çörək qazanmaq üçün hər çətinliyə dözür.
    İstər elə olsun, istər belə, sonu ölümdür. Kiminə qorxduğu halda üstünə sürükləndiyi bir çuxurdur məzar, kiminə də ən möhtəşəm saraylardan da gözəl bir ünvan, bir yurddur. Ölümdən danışmışkən, Mövlanaya qulaq kəsilək, görək nə deyir bu könül ərbabı:
    Bir gün varlı-karlı, heç bir dərdi-səri olmayan birisi Mövlananın yanına gəlir və ondan belə bir şey istəyir:
    - Çox istəyirəm ki, mənə asan ölməyi öyrədəsən. Yəni can verəndə ağrı çəkməyim, əzab-əziyyət görməyim.
    Mövlana da ona belə söyləyir:
    - Ölüm Xarəzm yayı kimi çox möhkəm və sərtdir. Mahir bir usta yanında xidmət etməyən, ondan öyrənməyən kimsə Xarəzm yayını qura bilmədiyi, kəndirini qulağına qədər darta bilməz. Ölüm də elə o möhkəm və sərt yayı çəkə bilmək kimidir. Ölüm yayını qura bilmək üçün ibadətlərlə, xeyirli işlərlə, malda və canda fədakarlıq göstərərək tədarük görmək lazımdır. Əgər fədakarlığa alışarsansa, bu yolu tutarsansa, can alan mələklər gəlib sənin canını istədikləri zaman heç də sıxıntı və zəhmət çəkmədən onu verir, Allahın əmanətini Allaha qaytarırsan. Çünki Allah-Təala “Əmanətləri Sahibinə verin” buyurmaqdadır. “Möminlərin ruhunu rahat alın” əmri də göstərir ki, can verən möminlər ağrı-acı hiss etməzlər. Ancaq heç bir fədakarlığa alışmayan, səxavət hissindən uzaq, xəsislərin ölüm anı yaxınlaşanda o, yenə xəsislik edir, canını könül xoşluğu ilə və zövqlə vermək istəmir. Belələri haqqında da Qurani-Kərimdə “Onun canını zorla və əziyyətlə ondan alırlar” buyrulmaqdadır.
    Hər şeyə irəlicədən alışmaq, adət etmək lazımdır. Ən sərt kamanı darta bilmək üçün gərək neçə-neçə yumşaq kaman, kiriş qırasan. Öyrənəsən, adət edəsən, vərdiş qazanasan və o cür sərt kamanla rastlaşanda çətinlik çəkmədən çəkib oxu istədiyin məsafəyə uçura biləsən.
    Ölüm kimin üçünsə məşəqqət, qorxu, kimin üçünsə qarşıdakı ən gözəl səfərdir. Onu da unutmayaq ki, dünya 2007-ni Mövlana ili kimi qeyd edir. Mövlana üçün ölüm Allaha qovuşmaqdır, Rəsulullaha qovuşmaqdır, ən gözəl səfər, ən xoş müjdədir.
    Xeyirxahlıq, Allah rizası üçün əldən tutmaq, könül almaq, üz güldürmək elə ölüm məşqidir.
    Elə bu duyğu ilə də şairimizin:
    Daha mənə bu dünyada
    Nə qaldı ölümdən əziz? - sözlərini xatırlayır və bu iki misranın haraya qədər uzandığını düşünürük. Həqiqətən də, nə qaldı ölümdən əziz?
    [
    Ya da
    [

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Apr 2007
    Mesajlar
    22
    elif paylasımın için tesekkür.ama inan bişey anlayamdım .ama öğrenecem inşallah.
    YAŞANABİLİR BİR TÜRKİYE İÇİN
    YENİDEN BÜYÜK BİR TÜRKİYE İÇİN
    YENİ BİR DÜNYA DÜZENİ KURMAK İÇİN
    *******************************
    M.G
    *********************************

  3. #3
    Junior Member
    Üyelik tarihi
    May 2007
    Yer
    kayıp şehir tr
    Mesajlar
    11
    EVET BENDE ANLAMADIM ama inşallah azerice yazmasınıda öğrenecem.
    bir kayboluş hikayesi.

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Jan 2007
    Mesajlar
    2.201

    Re: Ölüm məşqi

    Yazıda 2 küçük kıssa anlatılmış zor zahmet geçinen bir klor satıcısının çok zorluklar çekmesine karşılık Allaha teslimiyeti anlatılıyor.

    2i kıssada Mevlananın yanına giden bir kişi ona sorar ''bana ölümü anlatırmısın''der.mevlana da''ölüm sert bir yayı çekebiilmek gibidir,ölüm yayını kurabilmek için ibadetlerle ,hayırlı işlerle,malda ve canda fedakarlık göstererek,tedarik göstermek lazımdır.Eger fadakarlıga alışırsan,bu yolu tutarsan ölüm melekleri canını almaya geldiğinde hiç sıkıntı çekmeden onu verir,Allahın emanetini Allaha teslim edersin.Çünki Allah ''emanetleri sahibine verin''diye buyurmaktadır.

    Ölüm kimi için meşakkat,korku,kimi içinse en güzel seferdir.Onun için bu sene Mevlana yılı kabul edilmiştir.Mevlana için ölüm Allaha kavuşmaktır.Resurullaha kavuşmaktır

    Allah rızası için elden tutmak,gönül almakyüz güldürmek öyle ölüm aşkıdır.

    Bu duygu ile şaiirimiz:

    Daha bana bu dünyada
    Ne kaldı ölümden aziz?
    sözünü hatırlatır ve bu 2 mısranın nereye kadar uzadıgını düşünürüz.Hakikaten ne kaldı ölümden aziz

    yazıda anlatılanlar kısaca böyle arkadaşlar çeviride hatam varsa düzeltir artık arkadaşlar ben çok detaya girmedim

  5. #5
    Junior Member
    Üyelik tarihi
    May 2007
    Yer
    kayıp şehir tr
    Mesajlar
    11
    şimdi anlamışam teşekkürler çok yahşi bir yazı imiş.
    bir kayboluş hikayesi.

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Jan 2007
    Mesajlar
    2.201
    Alıntı minik_serce Nickli Üyeden Alıntı
    şimdi anlamışam teşekkürler çok yahşi bir yazı imiş.
    Ben teşekkürederim okudugun için

  7. #7
    Member
    Üyelik tarihi
    Jan 2007
    Yer
    Bursa
    Mesajlar
    33

    ölüm Maşgi

    Elif -elif sana çok teşekkürler edirem çok güzel konular seçirsen bunlarda birez senin içinde ruhunda var bü güzel konular site içinde çok yararlı oluyor oğuyanlar heç olmasa bir şeyler öğrenirler site şun anda çok yağçı gedir bu gedişle bu site dahada güğzelleşecek men buna inanıram senin konuna mende deyinecem ÖLÜM MEŞGİ ölüm diye birşey yoktu ölüm sadece bedene gelir ruha hiçbirşey yapanmır ruha sadece deyirki gizdendiğin yerden çık artık başka alemde yaşıyacaksan ölümle ruh mekan deyiştirir yoksda ölmez ölümü allah özü öldürüptü yüce mevla bizlere deyirki men ölümü öldürmüşem ölümden kork mayın şairlerden birisi deyirki

    Ölüm ölene bayram
    Bayramda sevinmekte var
    O h negüzel bayramda
    Tahta ata binmmekte var

    Öleceğiz öleceğiz
    Müjdeler olsun
    Ölümüde öldüren
    Rabbe secdeler olsun bak ne güzel ölüm anlatılmış hani bazı atababa sözlerinde deyellerki dünya bir pencere baktım ve keçtim işte bize asıl düşen görev pencereden bakarken doğruyu dürüstlüğü adeleti yetim hakkını yememmeyi mazlumun yanında yer almayı haksızı tutmamayı çok iyi bilirsek bu dünya hayatındaki imtihamı iyi vermiş oluruz bele şeydede şeytan çatlıyar be biz şeytanı çatlatacağızki ALLAHIN çok çok ğoşuna gedek buda doğru dürürüst ve adeletten geçer hoşca kalın
    kahraman balaman

  8. #8
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Teşekkürler
    [
    Ya da
    [

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Mar 2007
    Yer
    Berlin
    Mesajlar
    654
    cox sag ol Elif baji

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.