Əsas məzmuna keç
5 sonuçtan 1 ile 5 arası

Həmişə gecə olsa?!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Həmişə gecə olsa?!

    Hava qaralır, yenə qədəm qoyur, insanda yuxuya meyil yaranır. Allah yenəmi, gündüzü nə üçün yaradıb? Ola bilməzdimi ki, həmişə gündüz və ya həmişə yenə olardı? Sən demə, olmazmış! Uca Rəbbimiz hər şeyi qayda-qanunla yaradıb. Hər şeyin öz məntiqi açıqlaması var. Məsələn, gece nə üçün lazımdır? Allah-Taala gecə barədə Quranda belə buyurur:

    «gecəni bir istirahət vaxtı... edən də Odur (Allahdır). (Bütün) bunlar yenilməz qüvvət sahibi, (hər şeyi) bilən Allahın təqdiridir». («Ənam» surəsi, ayə 96).

    Ayədən göründüyü kimi, Allah gecəni bir istirahət vaxtı təyin edib. Gecə insan orqanizmində ifraz olunan melatonin hormonu bizi yuxuya hazırlaşdırır. Nəticədə hərəkətlərimizin sürəti azalır, yorğunluq hiss edirik. Yuxu zamanı melatonin ürək döyüntülərini, təziqi azaldır. Səhər melatoninin ifraz olunması dayanır və orqanizm beyindən xəbərdarlıq siqnalları alır ki, artıq oyanmaq zamanıdır.

    Yuxu zamanı orqanizmdə enerjinin sərf olunması azaldığı üçün gecə bədəndə enerji toplanır. Bu zaman insanın immun sisteminə çox faydalı olan kimyəvi maddələr ifraz olunur. Buna görə xroniki yuxu çatışmazlığından əziyyət çəkən insanın müxtəlif xəstəliklərə qarşı müqaviməti zəifləyir. 2 yuxusuz gecə - fikri cəmləşdirməyə mane olur, yaddaşı zəiflədir. 3 yuxusuz gecə - bir çox problemlər yaratmaqla insanın məntiqi düşünmək qabiliyyətini məhv edə bilər.

    Gecə - bütün canlıların istirahət vaxtıdır. Allahın gecəni bir istirahət vaxtı təyin etməsi mühüm bir məsələyə işarə edir. Belə ki, yaşadığımız dünyada həyata keçirilən bütün fəaliyyətlər gecə zəifləyir, hər şey istirahət edir. Məsələn, Günəşin doğması ilə bitkilərin yarpaqlarında şeh əmələ gəlir və nətiñədə fotosintez prosesi güclənir. Günortadan sonra fotosintez zəifləyir, gecə isə şehin ifraz olunması azalır və bitki istirahət edir. Əgər heç olmasa, bir dəfə Günəş batmasaydı və qaranlıq düşməsəydi, sərinlik olmasaydı, onda bir çox bitkilər məhv olardı.

    Beləliklə də gecə həm insan, həm də digər canlılar üçün istirahət vaxtıdır. Quranda «gecəni bir istirahət vaxtı... edən Allahdır» ayəsini sadaladığımız elmi faktlara işarə etdiyini güman etmək olar. Bu, Quran kitabının bir çox möcüzələrindən biridir.
    [

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Həmişə gecə olsa?!

    Qurban olum Allaha yaxshi ki,geceni yaradib.Yoxsa adam deli olar.

    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Həmişə gecə olsa?!

    ooooooooooooooooooo
    bir siqaret cekim gelirem
    bax gunduz du diye cekirem gece yaxwi ki var

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Həmişə gecə olsa?!

    [

  5. #5
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Həmişə gecə olsa?!

    yaxshi ki,geceler var.beynimiz dincelir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.