“Dünya malını sevən və mövqe axtarmağa çalışan adam dostluğa yaramaz!” cok yaxsi bır söz![]()
Pis günün dostu.
Yaxşı günün dostu.
gercek yasamda cok sukur hic pis gun dostlarıyla karsılasmadım sagolsunlar hepside hakiki dostlarım onları cok seviyorum
ama sanal alemde dost dedıgim, sırrımı paylastıgım,inandıgım ve guvendigim ne kadar insan tanıdıysam hepside ya cıkarları icin dost olmuslar ya da para icin sözde dost dıyorum men bunlara![]()
2 sonuçtan 1 ile 2 arası
-
01-18-2010, 10:24 AM #1
Dostluq
Dostluq elə bir mövzudur ki, hər bir uşağın və yeniyetmənin istənilən yaş dövrünü əhatə edir. Dostluğu gücləndirən, zəiflədən səbəblər olur.
Dostlar 2 cür olur:
Pis günün dostu.
Yaxşı günün dostu.
Dostluğun formaları:
Yaxın dost
tez-tez görüşdüyün, ən çox etibar etdiyin, inandığın və eyni ondan gözlədiyin adam.
Başqa dost
xoşladığın, tez-tez görüşdüyün, tanışdan yaxın, amma dost saymadığın bir adam.
Yoldaş
görüşmək üçün o qədər də can yandırmadığın adam.
Gündəlik həyatda da,dar gündə də dost dosta kömək edir,arxa olur.”Dostunu dar gündə sına”deyirlər.Ən ağır dəqiqələrdə dostunu yanında görmək istəyirsən.Onun sənə arxa olduğunu duymaq istəyirsən.Kədər yükünü çəkərkən dostunun da səninlə birgə kədərləndiyini görəndə o qədər də ağırlıq hiss eləmirsən.Odur ki,dostuna fəlakət üz verəndə sən də onun yanında olmağa çalışırsan.Bu özü onu göstərir ki,sən özünü onun yerinə qoymağı bacarırsan.Əsl dost belə gündə başqaları kimi təsəlliverivi sözlər deyib getmir.Dostu olan ən çətin,çıxılmaz vəziyyətə düşəndə dostuna və ya dostlarına güvənir.
Dostluq təkcə dar gündə sınanmır,gündəlik xırda işlərdə də dostluğu sınamaq mümkündür.Dostun dosta münasibəti məhz bu xırda işlərdə üzə çıxır.
Hərdən dostunun sənə qarşı diqqətsizliyinin şahidi olursan,dostlar əhatəsində onun sənə qarşı laqeydliyi üzərində düşünməli olursan.Belə məclislərdə dostun kobud hərəkəti və başqa bu kimi “xırda”işlər isə səni çaşdırır.Bu dostluğu davam etdirib-etdirməmək üzərində əzablı düşüncələrə qapılırsan.Dostunun “xırda”hərəkətlərinə haqq qazandıra bilməyəndə əzablı-üzücü”o,heç mənə gərək deyil”qərarını qəbul etməli olursan.
Olduqca möhkəm hesab edilən nə qədər dostluq əlaqəsi bu cür”xırdalıqlar”ucbatından qırılmışdır!
“Dünya malını sevən və mövqe axtarmağa çalışan adam dostluğa yaramaz!”A.Bakıxanov
BƏS SİZCƏ ƏZİZ USERLƏRİMİZ,DOST DEDİYİNİZ İNSAN NECƏ OLMALIDIR?
Sizin qarşınıza hansı tip dostlar çıxıb?
-
01-28-2010, 06:59 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Dec 2009
- Yer
- Türkiye
- Mesajlar
- 2.269
Re: Dostluq
HaKKım heLaL,Sewqim haRam oLsun


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla

Yer imleri