tşk-ler
2 sonuçtan 1 ile 2 arası
-
01-18-2010, 01:43 AM #1
İnsanı əsl insan edən imandır
Kim həyatda və öldükdən sonra özünə müsəlman kimi münasibət göstərilməsini istəyirsə, Kəlmeyi-şəhadəti, yəni "Əşhədü ən lə iləhə illəllah və əşhədü ənnə Muhammədən Rasulullah" sözlərini dili ilə söyləyib qəlbi ilə təsdiqləməlidir.
Mələklərə iman
Mələklər də Rəbbimizin yaratdığı varlıqlardandır. Mələklər yeməzlər, içməzlər, cinsləri də (erkək-dişi) olmaz. Allahın əmr və qadağalarına itaət edərlər, vəzifələrini qüsursuz şəkildə yerinə yetirərlər. Mələklərin sayı ancaq Allaha (c.c) məlumdur. Dörd böyük mələk vardır:
1. Cəbrail (ə.s) - Allahın əmrlərini Peyğəmbərlərə bildirir.
2. Mikail (ə.s) - ruziləri paylayır və təbiət hadisələrini izləyir.
3. İsrafil (ə.s) - qiyamətin qopması və insanların təkrar dirilmələri üçün sura üfləyəcək.
4. Əzrail (ə.s) - öldükləri zaman insanların ruhlarını almaq vəzifəsini yerinə yetirir.
Bunlardan başqa, insanların sağ və sol tərəflərində olan, savab və günahları yazan Kiramülkatibeyn və qəbirdə ölülərə ilk sualları verən Münkər və Nəkir mələkləri də vardır.
Həzrət Adəmdən (ə.s) peyğəmbərimizə qədər bir rəvayətə görə 124 min, digər bir rəvayətə görə isə 224 min peyğəmbər gəlmişdir. Bunlardan yalnız 28-nin adı "Qurani-Kərim"də zikr edilmişdir.
Kitablara iman
AllahTəala bəzi peyğəmbərlərə insanlara əmr və qadağalarını, hikmətlərini bildirmək üçün Cəbrail (ə.s) vasitəsilə səhifələr və kitablar endirmişdir.
"Tövrat" Musa əleyhissəlama
"Zəbur" Davud əleyhissəlama
"İncil" İsa əleyhissəlama
"QuraniKərim" Həzrət Məhəmmədə (s.ə.s)
Kitabımız "QuraniKərim" ən son kitab, Peyğəmbərimiz də ən son Peyğəmbərdir. "Qurani Kərim" endirildiyi kimi qorunubsaxlanılmış yeganə kitabdır. Onun bir tək sözü və hərfi belə sonsuzadək dəyişdirilə bilməz. Çünki onun zəmanətini Allah verib. Uca Rəbbimiz "QuraniKərim"də belə buyurur: "Onu biz endirdik və onu qiyamətə qədər də biz qoruyacağıq". (Hicr, 15/9).
Kitablara iman edən insan…
Allahın insanların dünyada rəhbərsiz qoymadığını, onlara göstərdiyini bilər. Allaha olan etimadı artar. Allahın əmrlərini anlamağa və anladıqlarını da tətbiq etməyə çalışar.
Axirətə iman
Biz öldükdən sonra yenidən diriləcəyimizə inanırıq. Bu bizi yoxdan yaradan rəbbimiz üçün heç də çətin deyildir. Ətrafımıza göz gəzdirsək, biz də şəxsən bir çox diriliş səhnələrinə şahid ola bilərik. Qışda yarpaqları tökülən, qupquru quruyan ağaclar bahar gələndə yamyaşıl olur. Axirətin olduğunu həm kitabımız "Qurani-Kərim", həm də Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s) bildirmişdir. Axirətini düşünən müsəlman etdiyi hər bir şeyin hesabını ödəyəcəyini fikirləşərək hərəkət edər. Pis əməllərdən uzaq durar və hər zaman yaxşılıq etməyə can atar.
Axirətə inanan insan…
" Yaxşı və ya pis, etdiyi heç bir şeyin qarşılıqsız qalmayacağını bilər.
" Allahın Cənnətdə onun üçün hazırladığı nemətlərə qovuşmaq üçün Onun buyurduqlarını yerinə yetirməyə çalışar.
" Dünya həyatının bir tarla, axirətin də məhsul toplama məkanı olduğunu bilər, dünyadakı həyatını ən gözəl şəkildə dəyərləndirməyə çalışar". Zəifin güclüdən haqqını alacağı bir günün mütləq gələcəyini bildiyi üçün heç kimə haqsızlıq etməz.
Qəzavü - qədərə iman
Rəbbimiz sonradan var olmuş deyildir. O, hər şeydən əvvəl vardı. Əzəlidir. Həmçinin, sonu da yoxdur, heç bir zaman yox olmaz. Əbədidir.
Qədər: Rəbbimizin əzəldən əbədiyyətə görə olmuş və olacaq, yaxşı-pis hər şeyin başvermə zamanını, yerini və hər cür xüsusiyyətlərini bilməsi və təsbit etməsidir.
Qəza: qədərdə yazılı olan şeylərin yeri və zamanı gəldiyində həyata keçməsidir.
Biz müsəlmanlar qəzavü-qədərə inanırıq. Başımıza gələnlərə səbir edir, bunların Allahın təqdiri ilə olduğunu qəbul edirik.
Qəzavü-qədərə inanan insan…
" Allahın hər şeyi bildiyinə, bir yarpağın belə onun xəbəri olmadan tərpənmədiyinə inanar.
" Allahın kainatda yaratdığı nizamı qorumağa və pozmamağa çalışar.
" Allahın hər şeyi bir nizam içində yaratdığını bilər və bu nizamın bir parçası olaraq qarşısına çıxan çətinliklərlə mübarizədə Allaha güvənər.
Peyğəmbərlərə iman
Peyğəmbərlər Allah tərəfindən xüsusi olaraq seçilmiş insanlardır. Onlar Allah ilə insanlar arasında elçilik edirlər. Onlar da bəşər olaraq bizim kimi insanlardır. Yeyirlər, içirlər, sevinirlər, kədərlənirlər. Bununla bərabər, çox yüksək fitrətdə yaradılmış və üstün xislətlərə sahibdirlər. Peyğəmbərlərin başlıca vəsfləri:
1. İsmət: Allah onları böyüklü, kiçikli hər cür günahdan qorumuşdur. Peyğəmbərlər heç günah işlətməzlər.
2. Əmanət: Onlar hər baxımdan əmin və etibarlı insanlardır.
3. Sidq: Doğrudurlar, yalandan o qədər uzaqdırlar ki, zarafatla da olsa, yalana bənzər bir söz söyləməzlər. Zarafatları da tərbiyəvi əhəmiyyət kəsb edir.
4. Fətanət: Üstün anlayışa, uzaqgörən düşüncə və zəkaya sahibdirlər. Ağıl və zəkanın ən ali mərtəbəsindədirlər.
5. Təbliğ: Allahdan aldıqları ilahi vəhyi, ilahi əmrləri dəyişmədən, olduğu kimi insanlara bildirirlər.
-
01-22-2010, 08:46 AM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: İnsanı əsl insan edən imandır


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
tşk-ler

Yer imleri