Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Nazpəri Dostəliyeva aparıcılıq edəcək

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Nazpəri Dostəliyeva aparıcılıq edəcək

    Xalq artisti qala-konsertdə pirat diskləri məhv edəcək

    Xalq artisti Nazpəri Dostəliyeva yanvarın 15-də Bakı Dövlət Sirkində keçiriləcək “Nazpəri Dostəliyeva ilə ulduzlar piratlara yox deyir” başlıqlı konsertdə aparıcılıq edəcək.
    Konsertdə xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, Flora Kərimova, əməkdar artistlər Tünzalə Ağayeva, Ədalət Şükürov, Sevda Ələkbərzadə, eləcə də Elnarə, Röya, Zamiq, Elnur, Natəvan Həbibi, Namiq Qaraçuxurlu, Nura, İradə İbrahimova, Nadir Qafarzadə, “Next” qrupu, Samira, Rəhim Rəhimli, Xəyyam Nisanov, Könül Kərimova, Nüşabə Ələsgərli, Baloğlan Əşrəfov və digərləri iştirak edəcəklər.

    Mətbuat katibi KİV-ə verilən məlumatlarda bəzi müğənnilərin adlarının bildirilməməsi ilə bağlı xəbərə də aydınlıq gətirib: “Həqiqətən də elə müğənnilər var ki, onların adları nə məlumatlarda, nə də ki, şəhərdə yerləşdirilən təqdimat lövhələrində yoxdu. Çünki bəziləri piar kampaniyaya start verildikdən sonra aksiyaya qoşulub. O zaman təbii ki, artıq gec idi. Ancaq konsertdə hər kəs o müğənniləri görəcək və əsas olanı budur. Konsertə hamı dəvətlidir. Nazpəri xanım piratlara yox deyən bütün ulduzları orada görməkdən məmnundur”

    Xalq artisti konsertdə pirat diskləri məhv edəcək. Nazpəri Dostəliyeva elə xalqın gözü önündə onların gərəksiz əməyini yerə vuracaq. “Bu günə kimi onlar müğənnilərin əziyyətini heç ediblər. İndi onlar müğənnilər piratların xalq üçün heç bir əhəmiyyət kəsb etməyən əməyini yerə vuracaq. Konsertdə heç bir vəd yoxdur. Ulduzların hədəfində daim yaradıcılıqlarına mane olan piratlar olacaq”.

    Müəllif Hüquqları agentliyinin dəstək verdiyi aksiya “STS” musiqi şirkəti ilə birlikdə həyata keçirilir.

    Lalə Yusifqızı

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.