Allah nesip edibse yegin "xoshbextlik"ozu gelib meni tapacaq.
2 sonuçtan 1 ile 2 arası
-
01-15-2010, 06:09 PM #1Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
O hardadır?
Nə yerdə nə göydə, nə quruda nə dənizdədir!
Bəlkə bir körpənin xoş ətir verən bədənində,
Bəlkə bir uşağın isti təbəssümündədir.
Bəzilərinə görə yerlə göy qədər uzaq,
Bəzilərinə görə isə bir addım yaxındadır.
Kimi ona baxar ancaq görə bilməz , kimi də, görüb anlaya bilməz!
Kasıba soruşsan pulda,
Varlıdan soruşsan, əyləncədədir deyər.
Sevən sevdiyinin gözlərində, sözlərində axtarar onu,
Tapa bilmədiyi zaman kədərlənər.
Ana ata üçün övladlarının xoşbəxtliyidir o,
Uşaqlar üçün isə imtahandan alınan yüksək qiymət, valideynlərini sevindirə bilməkdir.
Bəzən çox yaxında kəşf edilməyini səbrsizliklə gözləyər,
Bəzən də o qədər göz önündədir ki, görə bilməyənlərdən küsər.
Aşıq sazın telində, şair şeirin sətirlərində,
Dərdli içki qədəhində, peşmanlar dua üçün açılan əllərdə axtarar onu.
Gecənin qaranlığı, gündüz işığında axtarar onu,
Ona yaxın olmasada varlığına inanar, ümidlə gəlişini gözləyər.
Hər kəs özündə olmayanda axtarır onu,
Buna görə də, çoxları onun yoxluğundan şikayyət edər...
Onu bir insanla, bir hadisəylə bağlamamaq düzgün deyil,
Onu özündə axtar, onuözündə gör!
O dinc, ən sakit və heç kəsin görmədiyi yerdədir.
Heç kəsin görmədiyi yer əslində o qədər yaxındadır ki...
Ürəyimizin içindədir XOŞBƏXTLİK!Görmək, əldə etmək istəməyin ilk əvvəl hiss etmək istəyin!
XOŞBƏXTLİK-Hər gülən üzdə,parlayan gözlərdə deyil!
Bax yaxşıca onun gözlərinə, gir ürəyinin dərinliyinə, öyrən onun içindəkiləri!
Hər gülən üzü, parlayan gözləri,
Xoşbəxtlik sanıb aldanma!
Bəs siz xoşbəxtliyi harda axtarırsınız?

-
01-15-2010, 07:04 PM #2
Re: O hardadır?
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?



LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri