1 sonuçtan 1 ile 1 arası
-
01-15-2010, 11:11 AM #1
Necə gözəl nəticə...(həyatın içindən)

Əbdülqədir həzrətlərinə biri bir kölə hədiyyə etmiş və demiş:
- Bu köləni alın sizə xidmətçi olsun.
Kölə- heç bir haqqı olmayan, sahibinin arzusuna tabe insan deməkdir. Daha doğrusu bəşəri haqlarının yarısı sahibinin əlində olan insandır.
Əbdülqədir həzrətləri köləni alır, evinə gətirir. "Övladım bax" deyir, "Bu otaqlar yatmaq yerindir, bu geyimləri geyinə bilərsən, yemək yemək istəsən bax bu yeməklər var" deyir.
Ondan sonra soruşur:
- Bax gördün bunları, indi hara yatmaq istəyirsən?
Kölənin cavabı:
- Haranı münasib görsəniz orda.
-Bəs hansı geyimi geyinmək istəyirsən?
- Hansını uyğun görsəniz onu.
- Hansı yeməyi sevirsən?
- Hansını versəniz.
Kölə belə cavablar verəndə, Əbdülqədir həzrətləri göz yaşı tökməyə başlamış. Kölə bu dəfə tərəddüd edir, üzülür, görəsən xətalı bir cavabmı verdim-deyə düşünür. Əbdülqədir həzrətlərinin göz yaşları sel kimi axarkən, kölə ona yaxınlaşır.
-Əfəndi Həzrətləri qüsur etdimsə, bağışlayın məni. Xətamı etdim?
- Yox, övladım, xəta etmədin.
- Niyə ağlayırsınız bəs? deyincə,
- Söylədiklərini dinlədim, ona görə- cavabını alır.
-Mən yalnış bir şeymi söylədim?
- Yox, hər şeyi doğru söylədin. Kaşki sənin mənə etdiyin bu itaət kimi, mən də Rəbbimə belə bir itaətdə, qulluqda dursam, Ömrümdə bircə dəfə də olsun-"Ya Rəbbim, səndən heç bir şey istəmirəm. Haranı münasib görsən, o evdə yataram, hansı geyimi münasib görsən, onu geyinərəm, hansı ruzini versən, onu yeyərəm. Başqa bir tələbim yox səndən" deyə bilsəydim. Bax onun üçün ağlayıram- deyir.
Eslində söyləyəndən çox, dinləyən arif olmalıdır. Kölə əslində nə söylədi? Ancaq görün dinləyən necə gözəl məna çıxardı...
Biz də Əbdülqədir həzrətləri kimi deyə bilərikmi? Ya da deyirikmi?Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?



LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri