Amin ins canım
6 sonuçtan 1 ile 6 arası
-
01-12-2010, 01:23 PM #1Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Mədinə Gülgün -Yer üzünde bir evim var
YER ÜZÜNDE BİR EVİM VAR
Yer üzündə bir evim var,
Pəncərəsi günəşə.
Nəğmə deyib, quşlar qonar,
Pəncərəmə həmişə.
Yer üzündə bir evim var,
Min zəhmətlə qurmuşam.
Ordan iki körpə qartal
Böyüdüb uçurmuşam.
Yer üzündə bir evim var,
Ocağı daim yanar.
Onun sönməz şöləsindən
Ürəyim işıqlanar.
Yer üzündə bir evim var,
Xatirələr məskənim.
İlqarında düz olana
Açıqdır qapım mənim.
Yer üzündə bir evim var,
Orda neçə illərdir,
Taleyi bir, arzusu bir
İki şair ömr edir.
Yer üzündə bir evim var,
Orda qəmim, sevincim,
Ordan gedər əlçatmayan
İllərə ömür köçüm.
Yer üzündə bir evim var,
Sanki xəyala dalmış.
O, mənimçün ən müqəddəs,
İsti aşiyan olmuş.
Yer üzündə bir evim var,
Batmaz tufanlar ona.
Bünövrədən bağlıdır o,
Bu Vətən torpağına,
Bu Vətən torpağına.
Hər kəsin bir evi olsun sevgi dolu....inşallah
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
01-12-2010, 01:39 PM #2Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Re: Mədinə Gülgün -Yer üzünde bir evim var

-
01-29-2010, 04:09 PM #3
Re: Mədinə Gülgün -Yer üzünde bir evim var
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
01-29-2010, 04:14 PM #4Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Mədinə Gülgün -Yer üzünde bir evim var
seninde olsun bakida villan ici sevgi dolu inşallah
GLAMOURKA Nickli Üyeden Alıntı
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
01-29-2010, 04:16 PM #5
Re: Mədinə Gülgün -Yer üzünde bir evim var
komada olsa olar,lijbi kamfortnu olsun.birde sevgi dolu.
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
01-29-2010, 04:25 PM #6Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Mədinə Gülgün -Yer üzünde bir evim var
villa istedim ki allahdan sene hec olmasa 4 otaqli ev versin. koma nedi?
GLAMOURKA Nickli Üyeden Alıntı
Sevgi dolu olsun amin
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri