Bəzən öyrəşməkdir,bəzən qəbul etmək.Bəzənsə həqiqətən bütün keçmişi silmək,bir kənara atmaqdır.Bəzən dəlicəsinə qarşımızdakı tərəfindən unudulmaqdan qorxarıq,bəzən də xatırlanmaqdan..Qəribə bir şeydir bəzən qarşımızdakına acı verərkən bizi xoşbəxt edər,bəzən can ağrıdar...
mence budu unutmaq![]()
3 sonuçtan 1 ile 3 arası
-
01-12-2010, 12:34 PM #1
Unutmaq nədir?

Yalnız unutma istəyi duyub unutduğunu sandığın hərəkət.Özü yoxdur adı və izi vardır.Virtual bir sözdür.
Unutmaq o qədər asanmı sandın
ayrılıq mənə eşqdir artıq...
Birinə vurulmaq üçün bir an kifayətdir, birindən xoşlanmaq bir saat və birini sevmək üçün də bir gün amma birini unutmaq bir ömür sürər.
Müəyyən bir dövrdə yaşanılan təcrübənin və ya öyrənilən məlumatın ağla gəlməməsi.
Zaman zaman insanların bacara bilmək üçün bol-bol səy göstərdiyi məqsəddir.
Xatırlamaq qədər təhlükəli bir vəziyyət
çünki xatırlamaq unutmağı əks edər
unutmadığın bir şey xatırlanmaz
İlk başlarda gedən anasının ardından ağlayan amma gedərək öyrəşən körpəyə bənzər.
Əsəbiliyim,incikliyim yerini aldı vaz keçmələrə,unudulmalara və unutmalara.Səni sonsuza qədər görə bilməmək unutmaq oldu mənim üçün.Məcburİ bir hərəkət oldu unutmaq.Madam ki,olmayacaqsan etməyim gərək olan tək bir şey buraxdın mənə- unutmaq.Sözdə unutmaq!"Unuttuğum" yalanlarıyla yaşadığım anlarda yumruq kimi geri gəldin mənə.Sonra təklik.Ağır murdar bir təklik...
Heçkim vecinə almırdı.İlk alındığında arxasında qaçan uşaqların əlindən buraxa bilmədiyi.. qırıldıqca yalnızlaşan,unutduqca unudulan...
İki növ nöqtə var
biri önünə və ardına baxar,
biri ardına baxmaz
ardını nöqtələr...
"Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır."
Unutmaq həyatı yaşanılır edər...Öləcəyini bilə-bilə ölümü unudan başqa neçə canlı var ki?
İbtidai məktəbdə ev tapşırığını etmədiyimiz zaman müəllimə bəhanə olaraq deyiləcək bəhanələrdən biri
-tapşırığını niyə etmədin övladım?
-unutdum...
İstənilən zaman edilə bilməyən şey.
Bəzən öyrəşməkdir,bəzən qəbul etmək.Bəzənsə həqiqətən bütün keçmişi silmək,bir kənara atmaqdır.Bəzən dəlicəsinə qarşımızdakı tərəfindən unudulmaqdan qorxarıq,bəzən də xatırlanmaqdan..Qəribə bir şeydir bəzən qarşımızdakına acı verərkən bizi xoşbəxt edər,bəzən can ağrıdar...
Çalışdıqca canı ağrıdan, xatirələri dirildən, təkliyi şiddətləndirən, keçmişi xatırladan insan hərəkəti.Unutmağa çalışdıqca bəzi kəsləri və bəzi şeyləri onları ölümsüz edirik zehnimizdə.Bəlkə də unutmaq zamanla reallaşan bir şeydir bizim idarə edə bilmədiyimiz.Axışına buraxmaq lazım duyğuları, zamanın axışına...
Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
01-12-2010, 12:39 PM #2Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Unutmaq nədir?
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
01-12-2010, 12:42 PM #3Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Re: Unutmaq nədir?
Unutmag nedir yazmayacam ama bunu deyebilerem ki,ele etmek lazımdirki her zaman unutulmayan olasan...



LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri