Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Xanımlar və bəylər üçün Givency'dən ətirlər...

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Xanımlar və bəylər üçün Givency'dən ətirlər...

    Givenchy - Ange Ou Demon Femme - Xanımlar üçün

    Saf və idealistliyi ilə göz qamaşdıran,ətrafına işıq saçan qadının imtina edilməz qoxusu.
    Baş notasında ağ kəklik özü, calabria naringisi;
    Orta notasında orkide , zanbaq, ylang;
    Dib notasında isə tonka paxlası , vanil, palıd ağacı cövhərlərini birləşdirir.
    Saf bir kristal damlası şəklində hazırlanan şüşə aşağıdan yuxarıya doğru tündləşərək artan rəngiylə qoxunun sirrini qoruyur.



    Givency - Ange ou Demon Le Secret

    Givenchy'dən ən yeni qadın ətiri...Sonsuz cazibədarlığın sirri… Yalnız "o" bilir...Bu gün, işıqların altında, onun şəxsiyyətini bütün səmimiyyətiylə amma eyni zamanda ovsunlayıcılığıyla kəşf etməkdəyik...
    Sirrli bir cazibədarlıq... Mələk kimi bir üz və şeytani baxışlar...
    Tərkibi: Yaşıl çay, İtalyan Qış Limonu, Şakayık, Jasmin, Su zanbağı, Paçuli, Sarı Odun, Ağ Müşk..



    Givenchy - Ange Ou Demon Diamantissime

    Bir müəmma..Bir əfsanədir. Saf və idealistliyilə göz qamaşdıran,ətrafına işıq saçan bir qadının sevəcəyi ətirdir. Hərəkətləriylə sizi başdan çıxarar, yolunuzu azdırar,sirrinə boyun əydirər.
    Oryantal ,çiçəksi qoxu ailəsindən gəlir.Saf və soylu zanbaq & dərin və sıx palıd ağacı…
    Bu kölgə və işıq oyunu qoxunun məzmununda görünən şəkildə ziddiyyətləri qarşımıza çıxarar.
    Baş nota: Ağ kəklik özü, calabria naringisi, zəfəran cövhəri.
    Orta Nota : orkide, zanbaq, Ylang Ylang.
    Dib notasında isə tonka paxlası, vanil və palıd ağacı var.
    Swarovski daşları ilə bəzənmiş məhdud saydakı bu ətirdən imtina edə bilməyəcəksiniz.



    Givenchy - Amarige

    Sitrus bitkilərilə başlayıb gardenya və ylang ylang diqqət cəkən, boz müşk əmbər və vanil ilə qalıcılaşan bənzərsiz bir qadın ətiri.



    Givenchy - Amarige Mariage

    Gəlin bu xüsusi günü ölümsüzləşdirmək üçün toyun olduğu məclis yerindən bir müddət uzaqlaşar. Yaşıllıqlara doğru irəliləyər və bağçada çəmənlərin üzərinə gəlinliyiylə oturar. Sanki bu dünyanın ən təbii şeyiymiş kimi… Güclü şəxsiyyətə sahib olan gəlin, qırmızı saçları və başdan çıxarıcı dodaqlarıyla ətrafına işıq saçar. Amarige Mariage Chypre ailəsinin oryantal məzmunlarla birləşməsindən meydana gəlir.
    Bergamut, palıd ağacı yosunu və paçulinin jasmin və gül ilə qarışığını eyni anda təqdim edir.




    Givenchy - Very Irresistable Fresh Attitude - Bəylər üçün

    Cəsur, optimist və həyatdan zövq alan… Fresh Attitude daha əvvəl bəylər üçün təqdim edilən Very Irresistible Givenchy daha fərah,aydın və yeni bir versiyası.
    İlk notaları ferahlatılaraq yaradılan ətirdə nanə yarpağı və greyfurt qabığı yerini daha enerjili və daha fərah olan təzə nanə və greyfurt suyuna buraxır.
    Bu başlanğıc notaları orta notalarda lavanta və fesleğenle birləşərək qoxunu dahada gücləndirir.
    Ən alt notalarda isə klassikə bənzər şəkildə moka və sidr ağacı Fresh Attitude`un fərqli şəxsiyyətini ortaya çıxarır.



    Givenchy - Very Irresistible Homme

    Bəylərlər üçün hazırlanan qarşı qoyulmaz cazibədarlıqdakı bu qoxu onu daşıyanlar üçün gizli bir silah vəzifəsini görür. Şüşəsi sanki bir dərzidən çıxmış kimi kişi əlinə uyğun olaraq dizayn edilmişdir.Hər kişiyə fərqli təsirlər buraxan bu qoxu greyfurt qabığı, susam toxumu, fındıq və sidr ağacı cövhərlərini özündə birləşdirir.




    Givenchy - Play

    Romantik, interaktiv bir ölçü təqdim edir. Optimist və mükəmməl bir dünyaya dəvət edir. Çağa uyğunlaşaraq yaşamaq istəyən və hisslərini izləyən kişilər üçün hazırlanan ətir yumşaq və cazibədardır. Müasirliyi və zərifliyi xatırladan odunsu bir qoxu.
    Üst nota:Bergamut naringi ağacı,acı portağal və greyfurt;
    Orta nota:Haiti amirisi ağacı,qara bibər və cafeier çiçəyi;
    Alt nota isə Vetiver və Paçuli...



    Givenchy - Play Intense

    Üst nota: Bergamut və naringi ikilisi,
    Orta nota: Amiris çiçəyi qırmızı bibər və cafeier ağacı.
    Alt notada isə kişmiş,tonka paxlası, vetiver və paçuli
    ...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.