Melumatlandirdigin ucun tessekur
3 sonuçtan 1 ile 3 arası
-
12-31-2009, 01:28 AM #1
Ermənistan millisi Bakıya gəlir
Ermənistan Boks Federasiyası (EBF) Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vuya rəsmi məktub ünvanlayıb. Qabrielyan deyib ki, Çinq-Kuo Vudan 2010-cu ildə Bakıda keçiriləcək gənclər arasında dünya çempionatında erməni nümayəndə heyətinin təhlükəsizliyini təmin etməyi xahiş ediblər. EBF rəsmisi bu il yeniyetmələr arasında dünya çempionatının İrəvanda keçirildiyini və AİBA prezidenti tərəfindən yüksək qiymət aldığını vurğulayıb.
Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev isə Lent.az-a açıqlamasında Ermənistan tərəfinə təhlükəsizlik təminatının veriləcəyini bildirib: “Başa düşə bilmirəm, EBF niyə bizə yox, AİBA-ya müraciət edib. Hər halda, ermənilər dünya çempionatında iştirak etmək istəyirlərsə, yəqin ki, onlara təhlükəsizlik təminatı veriləcək. Çünki bu, 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışdır. Onlar Bakıdakı dünya birinciliyində çıxış etməsələr, olimpiadaya yollana bilməzlər”.
23-30 mayda İrəvanda keçirilmiş yeniyetmələrin dünya birinciliyində Azərbaycan yığması iştirak etməyib. Abiyev bunu komandamızı yarışa göndərmək istəməmələri ilə izah edib.
Bakıda keçiriləcək gənclər arasında dünya çempionatı 2010-cu il 20 - 30 apreldə baş tutacaq.
Qeyd edək ki, 2007-ci ildə Bakıda keçirilmiş güləş üzrə dünya çempionatında da Ermənistan yığması mübarizə aparıb.
[
-
12-31-2009, 01:59 AM #2
Re: Ermənistan millisi Bakıya gəlir
[
-
12-31-2009, 02:00 AM #3
Re: Ermənistan millisi Bakıya gəlir
borcumuzdu.
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
[


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla

Yer imleri