Əsas məzmuna keç
6 sonuçtan 1 ile 6 arası

Ey oğul anaları.

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Ey oğul anaları.

    Ey oğul anaları, əgər sizin qarşınızdakı gəlinləriniz naşı, anlamaz, qabiliyətsiz, tənbəl, böyüklərin məsləhətilə
    razılaşmayıb, özbaşınalıq edirsə, onda Allah(c.c)-təala ilə özünüzü düşünün ki, siz də Allah(c.c) qarşısında bu cür vəziyyətdəsiniz. Hələ bəlkə də bundan da artıq. Belə isə bəs nə üçün Allah-təala biz bəndələri öz dünyasından qovmur, dünyanı əbədi qaranlığa çevirmir, bizi həlak etmir. Hələ üstəlik qaranlıq gecələri hər gün işıqlandırıb, bizə təzə-təzə ruzular verir, yaxşılıqlar hasil edir, özümüz-özümüzü günah tilsim quyusuna salıb, çabalayıb boğulduğumuz anda təcili imdadımıza çatır, pis işlər dalınca gedən ayaqlarımızı, baxan gözlərimizi, oğurluq-haram edən əllərimizi, evlər yıxan dilimizi əlimizdən almır, şikəst edib, bizi xar etmir. Allah-təala hamının eybinin üstünü örtüb, insanlardan, mələklərdən gizlədir, çünki bəndə Allah(c.c) nəzərində ana-bala nəzərində olduğundan da artıqdır. Əgər bir ananın nankor balasını yola verib dolandırırlarsa, bütün yaramaz işlərinin üstünü açıb cari etmirlərsə, o ana nə qədər şad olub, razı qalırsa, Allah-təala da sirr açmayan, nankor, əzazil bəndələri yola verib dolandırar, səbrli bəndələrdən razı qalar, hər iki dünyada ona mükafatlar verər, qəbir əzabından, məhşər günündə amanda olar, cəhənnəm odu ona haram olar.
    Ey oğul anaları, məgər siz dini qaydalara əməl edib, Allahın(c.c) sözünə baxırsınız ki, gəlinləriniz də sizin sözünüzə baxsın?
    Öz gəlinlərinizin əməlinə baxın, özünüzdən utanıb, vicdan əzabı çəkin ki, səbr edən, rəhm edən mehriban Allahımızın(c.c)qarşısında nankorluq edirik. Allah-təala biz nankorları yola verib, dolandırdığı kimi, biz də Allahın(c.c) əziz və nankor, kobud, naşı bəndələrini və gəlinlərimizi yola verib, səbr edib, dolandırmalıyıq. Ey oğul anaları, bəgər sizin ər evində olan qızlarınızın bir qüsuru yoxdur və o da Allah(c.c) qarşısında günahkar deyil? Ey insanlar, hər günlərinizi sayın və tədarük görün ki, Allahın(c.c) yanına, aləminə gedirsiniz. Allahın(c.c) yanında başı aşağı olmayın, əlinizdə sübüt, dəlil olsun. Deyin: Allahım(c.c) Sənin xatirin üçün anlamaz, ləyaqətsiz bəndələrini səbr edib, dolandırıb, yola vermişəm, qəhr-qəzəbimi udmuşam, sirlərini, eyiblərini qəlbimdə gizlətmişəm, sənin xatirinə nigah pozulmasına yol verməmişəm.



    Ey insanlar, Nuh peyğəmbər(ə) bu dünyada 2550 il yaşadı, öləndə ondan soruşdular ki, dünyada nə qədər qaldın? Dedi:
    Bir addım kölgədən günə keçənə qədər. Ey insanlar, ölən anımızda bizim ömrümüz sanki bir andır. Belə isə bu bir anlıq çətinliyə dözün, göz yaşı axıdıb, ürəkləri sızlatmayın, balaları yetimlər cərgəsinə, anaları da pozğunlar dəstəsinə qoşmayın. Bunun üçün şərait yaratmayın. Siz öz gəlinlərinizin yaramaz işlərini, eyiblərini, çatışmamazlıqlarını, öz oğlunuzdan gizlədin, ər qarşısında onu xar etməyin, sizin də qızlarınızın başqa evlərdə olduğunu unutmayın, heç olmasa buna görə siz də özgənin qızını yola verin, dolandırın. Siz gəlininizin sirlərini, eyiblərini ərindən və hər kəsdən gizlətsəniz, Allah(c.c) da sizin böyük günahlarınızı əməl yazan mələklərdən gizlədər, əməl dəftərinə yazılmaz. Ey insanlar, xəstə narkozdan ayılan kimi, hamı qəbirdə o cür ayılacaqdır. Xoş o adamın halına ki, bu dünyada nankorlarla, anlamaz və əzazillərlə rastlaşıbdır. Hər kim bu dünyada Allahın(c.c) bu cür bəndələrini yola verib dolanıbsa, o dünyada Allahın(c.c) seçilmiş bəndələrindən olar. Allahın(c.c) yanına, aləminə getmək üçün əllərinizi səbrlə, xeyirxahlıqla, sülh etməklə, ibadət etməklə, dualar oxumaqla doldurun. Allahın(c.c) yanına əliboş getməyin, peşman olarsınız. Axirət evində(qəbirdə) arzu edərsiniz ki, kaş dünyada bu əzazil bəndə rastıma çıxaydı, mən ona səbr edib dözəydim, yola verəydim, axirət evində Allahın(c.c) əzizi olub dərəcə, mükafat alaydım. Əfsus ki, bu heyfsilənmək qəbirdə gecdir.

    Hər bəndənin qəlbində, Allahın(c.c) nur zərrəsi var. İncidəndə bəndəni, İncidirlər zərrəni..!
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Ey oğul anaları.

    Bunu gelecek qaynanama oxudacam
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Ey oğul anaları.

    yazan ellerin var olsun!!

  4. #4
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Ey oğul anaları.

    Alıntı Kralica_ Nickli Üyeden Alıntı
    Bunu gelecek qaynanama oxudacam
    mexfi sohbetlerin yeri deyil.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  5. #5
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Ey oğul anaları.

    sende yazarsanki,ne edime qaynanama gosterecem ki,menimle dalshmasinda
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  6. #6
    Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Qelbimdeki Tenhaliq
    Mesajlar
    99

    Re: Ey oğul anaları.

    ALLAH RAZI OLSUN QAYNANAMA GOSTERECEM
    Hafiften bir yagmur agliyor benimle...
    Yalnizliktan ushuyorum...
    Bulamayacagimi bile-bile..
    Yine seni ariyorum...
    .

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.