Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Səni sevdiyimi unutdum mən

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Səni sevdiyimi unutdum mən

    Unutmalarla başlayıb unutmalarla bitən sevdalara,
    məzarı qazılmış, çıxış yolu qalmamış, tükənib istehlak edən ümidlərə...
    Səni sevdiyimi unutdum mən
    Yağış damlaları birbir axıb,
    Könülümü soyuqlayarkən...
    Səni sevdiyimi unutdum mən
    Həyat fırtınası bir-bir üzümə çarparkən
    Külək olub sənsizliyə doğru əsərkən.


    Səni sevdiyimi unudub
    Yenidən həyata başlamağı istədim mən
    Daha çox xoşbəxt olub
    Yağışları
    Və fırtınanı
    Dəli dəli əsən o küləkləri buraxmaq üçün.


    Səni sevdiyimi unutdum mən
    Hanı düş olub həqiqətən uzaq olar ya hər şey
    Səni də elə etmək istədim
    Xoşbəxt olum,
    Xoşbəxtliyimə kölgə düşməsin
    Yağış olub da bir daha yağma deyə.


    Səni sevdiyimi unutdum mən
    Səbəbini belə unutmaq istədim
    Həyatda həyata səbəbim olsun deyəmi
    Ağrını sevdiyim
    Ya da səni sevmənin bir əvəz olmayacağını düşündüyüm üçünmü?


    Səbəbimin nə olduğunu indi anladım!
    Unudub da dünyaya bir xeyli gözəl baxmaq
    Yağışları məndən aparıb bir başqa günəşdə istilənmək
    Sənsizliyin səni sevməkdən daha asan olduğunu
    Və də həsrətini əzbərləməmək üçün
    Səni sevdiyimi düşünməmək üçün!
    Səni sevdiyimi çoxdan unutdum mən!


    Səni yazılmamış bir şeir
    Oxunmamış bir kitab
    Və də deyilməmiş bir söz yerinə qoydum
    Dəyəri olmayanlardan belə dəyərsiz görmək üçün etdim
    Sevsəm səni
    Sənsizliyi,
    Qəhr edən o yağışları sevsəm
    Sevdiyim;
    Hər şeyi səninlə sevsəm
    Dünya çəkilər idimi sanırsan?


    Yox idin!
    Getmişdinil!
    Ömürümün ən gözəl günləri ömüründə
    Gözyaşlarım sənin üçün axıtdığım o yağışlarda
    Həsrətin isə xəncər kimi könülümdə qalmışdı.


    Səni niyə unutmaq istədiyimi anladınmı indi?
    Sən məni heç xatırlamırkən
    Başqa gözlərin cadusu
    Başqa bir həyatın əhvalatı olmuşkən
    Başqa bir çarə yox idi
    Çarə yox idi artıq!
    Çünki sən yox idin!


    Gözlərimdə gözyaşı
    Ürəyimdə sancı idin
    Lakin yox idin!
    Səni sevməkdən yana olan birçare insanın yanında...


    Ömürümün ən gözəl təlaşı ol istəmişdim
    Sən isə ömürümün yarısını götürüb apardın
    Sənə izah edə bilməm sanırdım
    Halbuki anlamaqdan aciz belə olsansa
    Bilməlisən,
    Bilməyin çox daha yaxşı.


    Səni sevdiyimi unutdum mən
    Saniyələr daha yaxşı keçsin
    Zaman daha yaxşı əksin deyə
    Utanma, sıxılma!
    Məni nə qədər çox unutmağı istəsənsə belə
    Unuda bilməyəcəksən də mənə!


    Səni sevməyi unutdum
    Unutdum necə ağlanıyardı
    Qan ağlayan bir ürək necə əlac tapardı
    Hamısını unutdum!
    Bir daha sevə bilərəmmi
    Bir daha sevmək necə olar?
    Onu da unutdum!


    Səni çox sevdiyimi unutdum mən
    Gərəksiz cümlələr
    Gərəksiz yerə sevmələr olmasın deyə
    Hər yanam üşüyür
    Xəyalinə belə edilə bilmir vida!
    Son dəfə dinləməli,
    eşitməlisən!


    Səni sevdiyimi unutdum mən
    Ürəyim birçare yarım gəzərkən
    Divarların səsini dinlərkən
    Təkliyimlə danışarkən
    O zaman!
    İşdə o zaman!
    Səni sevdiyimi unutdum mən...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.