1 sonuçtan 1 ile 1 arası
-
12-23-2009, 11:14 PM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
"Hanımın çiftliyi"ndə pərdəarxası baş verənlər
“Hanımın çiftliyi” serialının qəhrəmanları Məhmət Aslantuğ, Özgü Namal, Caner Cindoruk ilə çəkiliş meydançasında müsahibə verib.
- Çəkilişlər necə gedir?
Məhmet Aslantuğ: Hər şey yaxşıdır. Yalnız bir problem var: İsti və rütubət. Çukurovanın təbiəti belədir.
Caner Cindoruk: Özümü serial mühitindən çox, kinofilm mühitində hiss etdiyim üçün hər şey əladır.
Özgü Namal: müəyyən çətinliklər olsa da, hər şey yaxşıdır.
- 1950-ci illərdə yaşamaq necə bir duyğudur?
Özgü Namal: Həqiqətən yuxuya bənzəyir. Mən o illərdə yaşamaq istərdim.
Məhmət Aslantuğ: Avtomobillər, kostyumlar, saçımız o illərin dəbinə uyğundur.
Caner Cindoruk: Adana çox dəyişilmiş bir şəhər deyil. Məsələn, burada hələ də 50-ci illərdəki insani dəyərləri
tapmaq mümkündür.
- Bir az obrazlarınızdan bəhs edərdiniz:
Məhmət Aslantuğ: Əslində, bir neçə Müzəffər var demək olar. Bir tərəfdən imkanlı feodal ailədə böyümüş, sərt, toxunulmaz Müzəffər ağa, digər tərəfdən, təhsilli, dünyagörüşlü, zarafatı xoşlayan bir Müzəffər, üçüncü tərəfdən isə, uzunmüddətli səyahəti xoşlamayan, qadınlarla qısamüddətli macəraları xoşlayan Müzəffər. Son olaraq isə gizli duyğuları olan bir adam.
Caner Cindoruk: Mən fəhləyəm. Müzəffər bəyin fabrikində işləyirəm. Qovuşa bilmədiyim bir sevgim var.
Özgü Namal: Güllü 19 yaşında eyni fabrikdə işləyən, əməyinə sahib çıxan, qadınların bir əşya kimi alınıb satıldığı dövrdə aşiq olduğu Kamal ilə evlənmək üçün hər şeyi gözə alan bir qızdır.
-Obrazlarınıza hazırlanmaq üçün hansı çalışmaları həyata keçirdiniz?
Məhmət Aslantuğ: Çox xüsusi bir hazırlıq etməmişəm.
Caner Cindoruk: Mən əslən adanalıyam. Bu səbəbdən də bölgə mənə yad deyil. Bir də mənim babam əvvəllər belə bir fabrikdə yağçı işləyib. Mən babamın, əmilərimin şəkillərindən, məhəllədəki yaşlıların arxivlərindən istifadə etdim. Hər nə qədər adanalı olsam da, o illərə aid hər şeyə, danışıq tərzi, oturuş-duruşa ciddi hazırlaşdım.
Özgü Namal: Təbii ki, əvvəlcə bütün aktyor dostlarımla Orxan Kamalın "Vukuat var", "Hanımın çiftliyi", "Kaçak" romanlarını oxuyub araşdırdıq. Sonra obrazlarla əlaqədar rejissorumuz Faruk Teber və ssenari müəllifi Zülküf Yücel ilə müəyyən çalışmalar etdik. Ən axırda isə kostyum və saç düzümləri ilə birlikdə obrazları yaratmağa başladıq.
- İstanbuldan, ailələrinizdən uzaq qalmaq çətin deyil ki?
Məhmət Aslantuğ: Mən vərdişəm. Beş illik fasilədən sonra başladığım ilk televiziya layihəsidir. İstanbulda evimə yaxın bir yerdə təklif edilən layihələr əvəzinə bu rütubətdə istidə burda olmağımın bir səbəbi var, o da inamdır. Daha yaxşı bir işə, daha yaxşı nəticə əldə etmək üçün əmək sərf edənlərə inanmaq. Könüldən işinə bağlanan, riskə gedən, tər tökən hər bir kəsin işinə, əməyinə, zəhmətinə hörmət edirəm.
Caner Cindoruk: Mən Adanada anadan olub böyümüşəm. Teatra da burada başladım. Amma iki il öncə 4 dost bir-birimizə qoşularaq İstanbula getdik. Bəxt üzümüzə güldüyü üçün üçümüz bir serialda çəkildik. Burada da bir yerdəyik.
-Bu aralar İstanbuldan kənarda çəkilən seriallar çox populyarlaşdı?
Məhmət Aslantuğ: Bu aralar İstanbul yoruldu. Həm məkan olaraq, həm istanbullu olaraq.
- Fabrik çəkilişləri çox çətin idi?
Caner Cindoruk: Bu çəkilişlər üçün ayrıca bir bina inşa edildi. O vaxtın dəzgahlarını tapdılar. İçəri girəndə havada pambıqlar uçur və boynunuza yapışır. İki günə güclə təmizlədik. Onsuz da atam "diqqətli ol, baban astma xəstəliyinə tutulmuşdu. Çox nəfəs alma" demişdi.
Çəkiliş vaxtı tez-tez su və ayran içirdik.
-Serialda sizi ən çox nə həyəcanlandırdı?
Caner Cindoruk: Aktyor seçimi çox əladır. Ən böyük roldan ən kiçik epizodik rola qədər ustalıqla seçilib.
Özgü Namal: Romana çox əla şəkildə uyğunlaşdırılıb. Dialoq və hekayələrin təbiiliyi. Uzun müddətdir ki, heç bir ssenari məni bu qədər təsirləndirməmişdi.
Məhmət Aslantuğ: Mən bir şeyi də əlavə etmək istəyirəm. Kino və televiziyada yenidən ekranlaşdırılan işləri müqayisə edərkən uzun polemikalardan uzaq durmaq, səviyyəli olmağı bilmək lazımdır.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri