Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

DÜNYANIN VƏ KAİNATIN YARANMASI

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    DÜNYANIN VƏ KAİNATIN YARANMASI

    «Göyləri, yeri və onların arasındakılarıaltı
    gündə xəlq edən, sonra ərşi yaradıb,
    hökmü altına alan Allahdır.
    Sizin Ondan başqa heç bir haminiz və şəfaət edəniniz yoxdur.
    Məgər öyüd-nəsihət qəbuletməyəcəksiniz?»
    [Qur’an XXXII-4]

    İlk insanın yarandığı gündən cavabı mə’lum olan və sonra illər, qərinələr, əsrlər və eralar keç¬di¬kcə unudulan sual: «Dünya (Yer planeti və onun üzərindəkilər nəzərdə tutulur) nə vaxt yara¬nıb? Onu kim yaradıb? İnsan nə vaxt yaranıb? Nə üçün yaranıb?» – həmişə insanları düşün¬dü¬rüb. Əlbəttə, bu sual mən özümü dərk etməyə başladığım anlardan məni də düşündürməyə başladı.

    Çox qəribə və eyni zamanda maraqlı bir məqamı burada qeyd etmək istəyirəm. Həmin suallara məktəbdə müəllimlərimin cavablarını eşidəndə mən çaş-baş qalırdım. Onlar çalışırdılar məni inandırsınlar ki, dünya özü-özünə, öz başına yaranıb və bitkilər də, canlılar da, o cümlədən, in¬san da təsadüf nəticəsində yaranıblar. Bu cavabları mən hələ uşaq olarkən bir zarafat kimi qəbul edirdim. Həmin cavabları sonralar mən universitet müəllim¬lə¬ri¬m¬dən də eşitdim. Əlbəttə, Sovet məktəblərində, institutlarında, universitetlərində ma¬terialist ideyaları ilə aşılanmış və Darvinin təkamül nəzəriyyəsi ilə silahlanmış ziyalılardan başqa bir cavab gözləmək ən azı sadəlöhvlük olardı.

    Maraqlı burasıdır ki, oxuduğum bədii, elmi kitablarda da həmin cavablardan başqa bir şey tapa bilmirdim. Amma buna baxmayaraq, atamın mənə verdiyi cavabı mən həmişə , hətta kommunist partiyasının üzvü olduğum (1974-cü ildən 1990-cı il yanvarın 20-dək) illərdə də, daha doğru və daha düzgün saymışam. Bu fikrin üzərində belə möhkəm dayanmağımın səbəbi nə idi? Məntiqə əsaslanıb bu suala cavab vermək istəsəm onda bunu deyə bilərəm: uşaq həmişə atasını ən güclü, ən ağıllı, ən savadlı saydığı üçün ən çox inandığı insan da onu hesab edir, ona görə də onun dediyinə inanır və itaət edir. Əlbəttə, söhbət əsl, normal atadan gedir. Övlad böyüdükcə onun təmas dairəsi genişlənir, dünya görüşü artır və inancları, bilikləri həyatın sınaqlarına düçar olur. Bu sınaqlar nəticəsində biliklərin hansılarının doğru, düzgün, hansılarının isə səhv, yalan olduğu hər bir insan üçün müəyyənləşir. İnsan həyatında əldə etdiyi nəzəri biliklərin ən etibarlı sınağı təcrübədir.

    Bizi maraqlandıran suala cavab tapmaq üçün insan təcrübə qoymaq iqtidarında deyil, yə’ni dünya yaratmaq mümkün deyil. Bəs onda bu məsələdə nəyə inanmalıyıq, nəyə inanmamalıyıq?

    XIX və XX əsrlərdə kainatın (o cümlədən dünyanın) yaranmasının bir-birinə əks olan iki modeli formalaşıb: Dünyəvi elmlərə əsaslanan «evolüsion» (təkamül) modeli və ona alternativ olan «kreasion» (yaranma) modeli, yə’ni kainatın Allah-təala tərəfindən yaradılması.

    Biz dilemma qarşısındayıq: ya dünyanı Allah-təala yaradıb – kreasion model; ya da ki, dünya təsadüf nəticəsində öz-özünə yaranıb və təkamül nəticəsində bu gün gördüyümüz şəklini alıb - evolüsion model. Təcrübə qoymaq mümkün olmadıqda, seçimdə yanılmamaq üçün nə etməli?

    Elmdə bu cür hallarda belə bir fənd işlədilir. İki şeydən hansısa birinin mümkün olduğunu isbat etmək üçün o birisinin mümkün olmadığını isbat etmək kifayət edir.İndi biz deyilən fənddən istifadə edib çalışaq ki, evolüsion modelin cəfən¬giyyat olduğunu isbat edək . Onda biz bununla kreasion modelin düzgün olduğunu təsdiq etmiş olarıq.

    EVOLÜSİON MODEL

    Evolüsion model Kainatın və onda olan bütün varlıqların təsadüf nəticəsində öz-özünə əmələ gəlməsini qəbul edir və «Böyük partlayış» nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyəyə görə, materiya ilk öncə bir nöqtədə cəm olubmuş, sonra nəhəng partlayış baş verib materiyanı fəzaya səpələnmişdir və bu materiya parçalarından saysız-hesabsız ulduzlar və qalaktikalar yaranıb.

    Buna alternativ olan «steady state» nəzəriyyəyəsi də mövcud idi. Bu nəzəriyyəyə görə, mə¬kan əb¬ə¬didir, materiya isə kainatın hüdudlarında öz-özünə yox olub, onun mərkəzində ye¬nid¬ən pe¬y¬da olur. Əslində düzgün olan bu nəzəriyyənin müəllifi Fred Hoyl sonralar özünün de¬d¬i¬klərinin cə¬fən¬g¬i¬y¬yat olduğunu başa düşüb, ondan imtina etdi. Nəzərə alaq ki, bu nəzəriyyələr b¬i¬r başa mü¬şa¬h¬idə və təcrübə nəticəsində yaranmayıb. Ona görə də onların sözün əsl mə¬na¬sı¬nda ciddi elmi nəzəriyyə adlandırmaq olmaz. Onların yalnız fərziyyə kimi qiymətləndirmək olar.

    Dünyəvi elmlər müşahidə və eksperimentə əsaslanıb mövcud obyektlərdə və onların arasında baş verən hadisələrin səbəb-nəticə əlaqəsini aşkar etməklə məşğuldur. İndiyədək heç kəs nə dünyanın yaranmasını müşahidə edib, nə də ki, dünyanı yaratmaq eksperimentini qoymaq iqtidarında olub və yəqin ki, bundan sonra da olmayacaq. Ona görə də dünyəvi elmlər dünyanın yaranışı haqqında, yəni dünyanın yaranmasının məqsədi və səbəbi haqqında səhih nəticələr əldə etməyə qadir deyil.

    Belə olduqda biz nə etməliyik? Bizim bir çıxış yolumuz qalır ki, o da elm aləmində qəbul olu¬n¬¬¬¬muş fərziyyələri nəzərdən keçirib, onların həqiqətə nə dərəcədə uyğun olub-olmadığını müəy¬yə¬n¬l¬əşdirməkdir. Burada ulduzların qalaktikaların müasir nəzəriyyələrə görə necə yaranmasının tə¬f¬silatını açmaq fikrində deyilik. Çünki onlarda çoxlu sayda mübahisəli müddəalar mövcuddur. Hə¬min nəzəriyyələr haqqında (o cümlədən «Böyük partlayış» nəzəriyyəsi haqqında da) məşhur fra¬nsız fiziki L. Brillüen belə demişdir : «Bunlar həddindən artıq gözəl olduğu üçün, onlar ina¬n¬dı¬rıcı deyil». Amma nə etməli? Müasir elmdə bu qədər sirrlə dolu kainatdakı hadisələri izah ed¬ən başqa bir nəzəriyyə yoxdur. Ona görə də biz ən geniş yayılmış nəzəriyyələrdən bəzilərini nəzərdən keçirib, onlarda olan mübahisəli və ziddiyyətli məqamlara öz münasibətimizi bildirməklə kifayyətlənəcəyik. Bunlardan ən məşhuru «Böyük partlayış»dır fərziyyəsidir.

    «Böyük partlayış» nəzəriyyəsi bir neçə fundamental problemlərlə qarşılaşıb və onların həllində aciz qaldığı üçün bunun cəfəngiyyat olduğunu sübut edir. Bunlardan birincisi odur ki, bir nöqtədə cəmləşib və sonra partlayışı törədən materiya haradan yarandı? İkincisi odur ki, «Böyük partlayış» nəzəriyyəsinə görə, bizim kainatın ölçüləri indi 1 sm olmalı idi. Halbuki, müasir astronomik müşahidələrin nəticələri göstərir ki, kainatın radiusu 1028 sm-ə bərabərdir. Üçüncüsü odur ki, «Böyük partlayış»ı törədən ağılasığmaz dərəcədə böyük temperatur 1013K haradan yaranmışdır? Dördüncüsü odur ki, nəyə görə kainat təəccüb doğuran dərəcədə bircinsdir? Halbuki, partlayış nəticəsində yaranan kütlə kainatda qeyri-bərabər şəkildə paylanmalı idi. Beşincisi odur ki, materiyanın sıxlığının fluktuasiyası nəticəsində Kainatda əmələ gələn sistemlərdə onları təşkil edən elementlər (ulduzlar, planetlər, peyklər və s.) nə üçün çox nizami şəkildə hərəkət edir? Partlayış nəticəsində kainatda belə nizami hərəkət edən qalaktikalar, ulduzlar sistemi və onlara daxil olan obyektlərin əmələ gəlməsi nüvə bombasının partlayışı nəticəsində əmələ gələn daş-kəsəkdən çox mərtəbəli evlərin tikilib, prospektlər və küçələr boyunca düzülüb, böyük bir şəhərin əmələ gəlməsinə bənzəyir. Belə bir şey mümkündürmü? Sağlam düşüncəyə malik olan hər bir kəs bu suala «yox» cavabını verər.

    Yuxarıda qoyulan sualları «Böyük partlayış» nəzəriyyəsi uzun müddət cavabsız qoymuşdur. Nəhayət, keçən əsrin sonunda rus fizikləri E.Qliner, S.Starobinski və Amerika fiziki A.Qus tərəfindən irəli sürülmüş kainatın inflasion nəzəriyyəsi (ifrat tez genişlənmə) bu sualları cavablandırmağa cəhd etmişdir. Bu nəzəriyyə fizikanın etibarlı sahələri olan Eynşteynin «Ümumi nisbilik nəzəriyyəsi»nə və sahənin «Kvant nəzəriyyəsi»nə əsaslanıb, kainatın başlanğıcdan bu günə qədər genişlənmə mənzərəsinin təsvirini yaradır. Bu nəzə¬riy¬yənin əsasını təşkil edən fərziyyəyə görə, hər şeydən əvvəl, bütün fəzanı dolduran «inflaton» ad¬lanan sahə var imiş, təsadüf (fluktuasiya) nəticəsində həmin sahənin daxilində 10-33 sm öl¬çüdə olan onun xüsusi konfiqurasiyası yaranıb. Bundan sonra kainatın yaranması sahənin məhz bu konfiqurasiyanın kəskin genişlənməsindən (inflyasiyasından) başlayıb. Qeyd edək ki, müasir elmi nəticələrə əsaslanan hesablamalara görə, kainatın ilkin ölçüsü 10-27 sm olmuşdur. Zənn edilir ki, məhz bu miqyasdan başlayaraq bizə məlum olan fizikanın əsas qanunları işə düşür və həmin qanunlara əsasən, kainatın bundan sonra yaranma prosesi təsvir edilir. Belə güman edilir ki, fluktuasiya nəticəsində yaranan inflaton sahənin həmin xüsusi konfiqurasiyasının ölçüləri 10-35 saniyə ərzində 1027 dəfə böyüyüb, 1 sm-ə çatır. Qeyd edək ki, buradan materiyanın genişlənmə sürəti işıq sürətindən 1052 dəfə çox olub. Görəsən bu nə dərəcədə həqiqətə uyğundur? Bu absurdu əsaslandırmaq üçün inflasion genişlənmə nəzəriyyəsinin müəllifləri belə zənn edirlər ki, ilkin materiya- inflaton sahənin (sahənin xüsusi konfiqurasiyası) daxilində yerləşir və onun xəyali sərhədi qeyri-material olduğu üçün sahədə (mühitdə) genişlənərək heç bir müqavimətə rast gəlmir və buna görə də genişlənmə işıq sürətindən böyük olub. Əvvəla, materiyanın sərhədi necə qeyri-material ola bilər? Əgər «ilkin konfiqurasiya» materiyadırsa, onda materiya işıq sürətindən böyük sürətlə necə hərəkət edə bilər? Materiyanın işıq sürətindən böyük sürətlə hərəkət edə bilməyəcəyini «İnflaton nəzəriyyəsi»nin müəllifləri özləri də etiraf edirlər. Əgər inflaton sahə qeyri-materiyadırsa, yəni fəzanı yaradan səbəb yoxdursa (nəzərə alaq ki, müasir elmin və fəlsəfənin qanunlarına görə, fəzanı yaradan materiyadır), onda genişlənmə hansı fəzada baş verir? Yəni materiyasız «fəza» haqqında danışmağa bizim əsasımız varmı?

    Kainatın ölçüsü 1 sm olduqda inflasiya başa çatır və inflaton sahəsinin enerjisi minimuma enir. Nəticədə yığılan kinetik enerji yaranıb səpələnən zərrəciklərin enerjisinə çevrilir. Başqa sözlə desək, kainatın qızması başlayır. Elə həmin məqam bu gün «Böyük partlayış» adlanır.

    «İnflasion genişlənmə nəzəriyyəsi»nin əsasını təşkil edən «inflaton sahə» görəsən haradan yaranmışdır? Bu sahədə yaranan zərrəciklər necə yarandı?

    Onlar da «təsadüf» nəticəsindəmi yaranıbmış?! Kainatın yaranmasına səbəb olan inflaton sa¬h¬ə¬nin xüsusi konfiqurasiya da təsadüf nəticəsindəmi əmələ gəlibmiş?! Sahənin müasir kvant nəzəriyyəsi təsdiq edir ki, vakuumda güclü və yaxud ifrat dəyişən sahə yaratdıqda ondan zərrəciklər əmələ gəlir. Belə olduqda məsələnin bütöv həlli bu sualın cavabında cəmləşir: məkanda ilk sahə (enerji) təsadüf nəticəsində yaranmışdır, yoxsa onu Yaradan var? Ateistlər onun təsadüf nəticəsində yaranmasına inanırlar, möminlər isə onu Allah-təala yaratdığına inanırlar.

    Görəsən kainatda, mikro¬a¬l¬¬əm¬dən tutmuş makroaləmədək cismlərin bu qədər nizami və çox dəqiq qa¬n¬u¬nauyğunluqla hər¬ə¬kəti və onların ölçülərinin bir-birinə nisbətində olan qanunauyğunluqlar da «təsadüfdürmü?»

    Ateistlərin də inandığı termodinamikanın ikinci qanununa görə, sərbəst (öz başına) sistemlərdə, entropiya (nizamsızlığın göstəricisi) daima artır. Belə olduqda, «öz başına» kainatın daxilində nizamsızlıq getdikcə artmalı idi və 10 milyard il (müasir elmdə kainatın mövcud olduğu müddət) ərzində o dağılmalı idi. Müşahidələr isə bunun əksini göstərir, yəni kainatın tövrü heç də pozulmur. Bu da ona dəlalət edir ki, kainat özbaşına deyil. Onun quruluşu da, ondakı hadisələr də bir-birilə qırılmaz səbəb-nəticə zəncirinin həlqələrilə bağlıdır. Həmin zəncir isə öz-özünə yarana bilməz. Deməli, onu Yaradan var!

    Qeyd edək ki, protonun (hidrogen atomunun nüvəsi) ölçüsü 10-13 sm-dir. Kainatın isə müasir ölçüsü 1028 sm-ə bərabərdir. Maraqlıdır ki, kainatın ilkin ölçüsü (10-33 sm) protonun ölçüsündən neçə dəfə kiçik idisə, proton da o qədər Aydan kiçikdir. Ayın ölçüsü müasir kainatın ölçüsünə hansı nisbətdədirsə, kainatın da ilkin ölçüsü protonun ölçüsünə həmin nisbətdə olub. Görəsən cismlərin ölçülərindəki bu nisbətlər də təsadüfdürmü? Bu sualın cavabı Quranda [XIII- 8] belə açıqlanır: «Hər şey Onun(Allahın) yanında bir ölçü ilədir.»

    Diqqəti çəkən odur ki, yuxarıda sadalanan bütün təkamül proseslərinin, inflaton sahənin xüsusi konfiqurasiyasından tutmuş ta kainatın bugünkü mənzərəsinədək hamısı təsadüf nəticəsində baş vermişdir. Saysız-hesabsız təsadüflər nəticəsində kainatda bu qədər maddə əmələ gələrkən nəyə görə həmin təsadüflər nəticəsində o qədər də antimaddə əmələ gəlmədi? Halbuki onların hər ikisinin yaranma ehtimalı eynidir. Antimaddələrin yaranmasının qarşısını alan hansı qüvvə idi? Yoxsa kainatın inkişafını müşaiyət edən materiyanın artması antimateriyanın isə yaranmaması da təsadüfdür?

    Biz hətta sadalanan faktların hamısının təsadüf olduğuna inansaq da, həm idealist, həm də ma¬¬terialistlərin qəbul etdiyi fəlsəfənin qanun və qaydalarına görə, bu qədər təsadüflərin zə¬ru¬ri¬y¬y¬ə¬tdən irəli gəlməsini qəbul etməliyik. Həmin «təsadüflərin» ardıcıl və çox nizami qaydada bir-bi¬rinin ardınca baş verməsi onları törədən və nizamlayan şüura əsaslanan hansısa proqramın ol¬m¬asına dəlalət edir. Şüur varsa, deməli, onun sahibi də olmalıdır. Deyilmi? Yəni bu «təsa¬dü¬flərin» səbəbləri olduğunu və bu səbəbləri törədənin, Yaradanın varlığını qəbul etməliyik.

    Kainatın müxtəlif nəzəri modellərinin, o cümlədən «Böyük partlayış» modelinin də, səhv olduğunu Nobel mükafatı laureatı, dünya şöhrətli fizik P.A.M. Dirakın söylədiyi fikir təsdiq edir. O, 1968-ci ildə Beynəlxalq nəzəri fizika mərkəzində (Triyest, İtaliya) müasir fizikanın problemləri simpoziumundakı məruzəsində deyir: «Kosmologiya fizikanın həddindən artıq spekulyativ fikirlər dolaşan sahəsidir. Burada əsaslanmaq üçün dəqiq müəyyənləşmiş faktların çox az olduğuna baxmayaraq, nəzəriyyəçilər kainatın müxtəlif modellərini qururlar. Bunun üçün onlar öz fantaziyalarının yaratdığı fərziyyələrdən bəhrələnirlər. Yəqin ki, bu modellərin hamısı səhvdir. Adətən, fərz olunur ki, təbiətin qanunları keçmişdən bu günə qədər dəyişməz qalıb. Belə fərziyyələrin irəli sürülməsi üçün heç bir əsas yoxdur. Qanunlar dəyişə bilər. Hətta dünya sabitləri kimi qəbul olunan kəmiyyətlər də kosmoloji zamandan asılı olaraq dəyişə bilər. Həmin asılılıq qurulan modellərin müəlliflərini bağışlanmaz səhvə düçar edə bilər».

    Beləliklə, aparılan elmi araşdırmaların, tədqiqatların əhatəsindən və dərinliyindən asılı olm¬ayaraq, həmişə bir nəticə hasil olur: bütün varlıqları Yaradan var, Yaradanın olması isə «təsadüfün» olmaması deməkdir. Bununla da təsadüflərə əsaslanan evolüsion modelin cəfəngiyyat olduğunu təsdiqləmiş oluruq.

    «Böyük partlayış» nəticəsində kainatdakı mövcud ulduz sistemlərinin,o cümlədən Günəş sis¬t¬eminin də əmələ gəlməsi üçün bir neçə milyard il keçməli idi. İndi baxaq görək kainatın yaşı do¬ğrudanmı dünyəvi elmlərin təsdiq etdiyi kimi 4,5 milyard ildir, yoxsa cavandır? Bizə ən yaxın ol¬an Günəş sisteminə nəzər salıb, onun yaranması haqqında düşünsək, əldə etdiyimiz nəticələrə əs¬aslanıb Kainatın yaranma tarixinə aid söylədiyimiz fikir və mülahizələr həqiqətə daha yaxın ol¬ar. Əgər biz Günəş sisteminin cavanlığını isbat edə bilsək, onda Kainatın da cavanlığını təsdiq et¬miş olarıq və bununla ulduz sistemlərinin yaranması üçün tələb olunan bir neçə milyard illərə eh¬tiyac olmadığını təsbit etmiş olarıq. Bununla da evolüsion modelinin əsassız olduğunun təsdiqləmiş olarıq.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.