Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Mən evlənmək istəyirəm

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Mən evlənmək istəyirəm

    Oğlan atasının yanına gəldi və: “Mən evlənmək istəyirəm”, - dedi. Ancaq o hələ çox gənc idi və hələ əli çörək tutmamışdı. Ata oğlunu fikrindən daşındırmaq istəyirdi, amma bunu necə edəcəyini bilmirdi. Nəhayət ata oğluna: “Evlənmək çətin işdir. Mən sənə bir şey deyəcəm, onu edə bilsən, onda evlənə bilərsən...” – dedi.
    Oğlanın təslim olmaq fikri yox idi. Ona görə də:
    – Yaxşı de görüm, mən nə etməliyəm? – deyə soruşdu.
    Ata oğluna:
    – Get qarşıdakı dükandan bir dəftər al, – dedi.
    – Çox keçmədi ki, oğlan dəftəri gətirdi. Ata dəftəri oğluna verərək:
    İndi birinci səhifəni aç və “duz” yaz, – dedi. Oğlan yazdı. Ata ikinci səhifəyə də “duz” yaz dedi. Oğlan yenə yazdı. Ata üçüncü səhifəyə də “duz” yaz dedi. Oğlan yenə yazdı. Səhifələr qurtarır, ancaq “duzlar” qurtarmırdı. Nəhayət oğlan üzünü atasına tutdu və:
    – Ata, mən bu işdən yoruldum. Elə hey “duz” yazıram. Bəs bunun sonu nə olacaq? – dedi...
    Ata artıq istədiyinə nail olmuşdu. Ona görə də:
    – Həəə, oğlum, – dedi, – Deməli, sən evlənə bilməzsən. Çünki sən duzda yoruldun. Bunun hələ unu var, şəkəri var... Var oğul var...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.