Əsas məzmuna keç
5 sonuçtan 1 ile 5 arası

Ərə getdin soyadını dəyişməlisən...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Ərə getdin soyadını dəyişməlisən...

    Bu yaxınlarda bir hadisənin şahidi oldum. Demək qız ailə qurduqdan sonra soyadını dəyişmək istəmir. Bunu isə qarşı tərəf, yəni gələcək həyat yoldaşı isə qəbul etmir. Sadəcə qızın qarşısına şərt qoyub ki, ya soyadını dəyişəcəksən ailə quracağıq, ya da ki, indidən ayrılaq.
    Düzü bu əhvalatı eşidəndə bilmədim necə reaksiya göstərim. Həm gülməyim gəldi, həm də düşündüm ki, yəni indiki müasir dövrdə bunu qlobal problemə çevirən insanlarda, ailələrdə var?! Məgər soyada görə də ayrılmaq olar?! Məgər kiçik anlaşılmazlığa görə gələcək ailəni dağıtmaq olar?! Bu nə vaxtdan qayda olub?!

    Düzü mən bilmirəm soyadın dəyişməsini bizim mentalitetimiz kimi qəbul etmək olar, ya yox. Hər halda bu kimi problem çox təəssüf ki, yaşanırmış.
    Bizim nikah qanunumuzda da var ki, soyadı dəyişmək məcbur deyil. Yəni istəsən dəyişə də bilərsən, istəsən də dəyişməyə bilərsən.
    Mənim aləmimdə bunu böyük faciəyə çevirmək lazım deyil. Ancaq oturub dərindən fikirləşəndə, məntiqlə buna baxsaq soyadı dəyişmək olar. Çünki gələcək uşaqların sözsüz ki, atanın soyadını daşıyacaq. Ana isə öz qızlıq soyadında olacaq. Belə çıxır bir ailədə iki soyad olur. Bu isə heç də xogəlməzdir.

    Məni maraqlandıran isə bəzi ərköyün qızlar niyə bunu şişirdirlər. Məgər soyadını dəyişəndə atanın qızı olmursan ki?! Məgər soyadını dəyişən kimi övladlıqdan çıxırsan ki?! Əlbəttə ki, yox. Bu sadəcə sənəddir. Odur ki, kiçik söz – söhbətlərə görə gələcək ailənizi dağıtmaq lazım deyil. Onsuz da bundan da böyük, əhəmiyyətli problemlərimiz var....


    Xanımlara sualım : Ailə quranda soyadını dəyişəcəksiniz?

    Bəylərə sualım : Ailə qurarkən həyat yoldaşınız soyadını dəyişməsə reaksiyanız necə olar? Məcbur edərsiniz?


    şexsen eyer menim seçdiyim heyat yoldaşı bunu qebul etmesse men 1 defe tekid ederem ve sebebin öyrenmeye çalışaram,yox eyer o soyadın onun üçün menevi deyeri olduğunu mene dese men başqa söz demerem ele öz soyadında qalar bir sözle ona nece xoşdusa elede olsun ama öz aramızdı menimde soyadım pis deyil ha

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Ərə getdin soyadını dəyişməlisən...

    Men deyişmek istemerem.Səbəbidə yoxdur
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Ərə getdin soyadını dəyişməlisən...

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    Men deyişmek istemerem.Səbəbidə yoxdur
    ele deyişessenki özde qaça qaça ya tebya skazal sora demedi deme

  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Ərə getdin soyadını dəyişməlisən...

    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  5. #5
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Ərə getdin soyadını dəyişməlisən...

    mence burda problem yoxdur.deyishmek lazimdirsa deyisherik de.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.