Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Feminizm

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Feminizm

    Feminizmə qadınların hüquqları uğrunda baş qaldıran ictimai-siyasi cərəyan demək olar. Bu bir həqiqətdir ki, patriarxal cəmiyyətdə qadınlar onlara ikinci cins deyilməsi bunu təsdiqlərcəsinə həmişə arxa planda olmuşdur.
    Modernləşmə ilə birlikdə başqa hərəkatlar kimi müasirləşən feminizm məncə artıq əsl funksiyasını itirməkdədir. İlk əvvəllər feminizm dominant olan kişi hökmdarlığına qarsı təqdirəlayiq mübarizə etdi. Amma indi hazırkı vəziyyətdə bu cərəyan feminizmin məqsədi olan bu hökmdarlığı yıxmaq yerinə hökmdarlıq taxtına oturmaq istəyən qadınların yeni ideologiyası oldu.

    Emma Goldman belə demişdi: "Qadının inkişafı, azadlığı özündən gəlməlidir. İlk olaraq özünü bir seks obyekti deyil, bir şəxsiyyət olaraq tanıtmalıdır. İkincisi, həyatını sadə amma zəngin və mənalı yaşayaraq; bədəni üzərində başqalarının iddia etdiyi bütün haqqlara qarşı çıxmalı, istəmədiyi müddətdə uşaq doğurmamalı, tanrının, dövlətin, həyat yoldaşının, ailəsinin qulu olmağı qəbul etməməlidir. Bu da həyatın mənasını dərk edərək, yəni özünü cəmiyyətin fikirlərindən və önyarğılarından azadlaşdıraraq olur."
    İndiki dövrdə feministlər cəmiyyətin fikirlərindən və önyarğılarından azad olmaq yerinə bu düşüncəni mənimsəyərək gücü əlinə keçirmək istəyən qadınlardan ibarətdir. Bir şəxs belə demişdi: "Condoleezza Rice zənci qadın deyil, ağ bir kişidir."
    Qadınlar feminist bir hərəkat meydana gətirmək istəyirlərsə bunu kişilərə qarşı deyil, sistemə qarşı olmalıdır ya da olmalı idi Artıq 8 Mart gününə faşizm günü deyənlər də az deyil...
    Problemi aradan qaldırmaq üçün hakimiyyəti dəyişməsi deyil, mütləqiyyətin yıxılması lazımdır (əgər problem varsa...)

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.