13 sonuçtan 1 ile 10 arası
-
11-19-2009, 02:29 AM #1
Maraqlı məlumatlar
Ilk öpüş səhnəsi 1886 – cı ildə filmə çəkilmişdir. 30 saniyəlik səhnə Tomas Edisonun filmində olmuşdur və kino özü də “Öpüş” adlandırılmışdır.
Hər il Tokio zooparkları 2 ay bağlı elan edilir, çünki heyvanların gələn ziyarətçilərdən istirahət etməsi lazım görülür.
Yay olimpiya oyunlarında qadınlar üçün iştirak etmənin orta yaş həddi 20 yaş hesab olunur.
Pişiklərin hər birinin burunu bir – birindən tamamilə fərqlənir.
Orta vəziyyətdə olan şəxsin başında olan saçların uzanması bütün həyatı boyu 725 km hesablanmışdır.
İnsanın beynində bir saniyədə 100 000 kimyəvi reaksiyanın getdiyi məlumdur.
Yahoo – adlı sözü Conatan Svift (Jonathan Swift) kəşf etmişdir. O, “Quliverin səyahəti” kitabını oxuyarkən bu sözü düşünmüşdür. Bu adla murdarları adlandırırdılar. Yahoo! – nun yaradıcıları olan Ceri Yanq (Jerry Yang) və Devid Filo (David Filo) bu adı seçdilər, çünki özlərini yahoo adlandırırdılar. Lakin indi bu ad Yet Another Hierarchical Officious Oracle bu cür mənalandırılır.
Amerikan Minneston sakini A. E. Volfram dünyada eyni zamanda müxtəlif insanlarla öpüşərək rekorda imza atdı. Festival zamanı onun ştatında bu şəxs 8 saat ərzində 8001 şəxslə öpüşmüşdür.
Kofe beynəlxalq ölkələrin iqtisadi ticarət əlaqələrində mühüm yer tutan ikinci maldır. Birinci yeri benzin tutur.
İnsan orqanizmində leykositlər 2 – 4 gün yaşayır, eritrositlər isə 3 – 4 ay.
4000 il ərzində heç bir heyvan insan tərəfindən əhəlləşdirilməmişdir.
İnsan orqanizmində yaşayan bakteriyaların ümumi çəkisi 2 kq – dır.
1966 – cı ildə siqaret qutularının üzərində səhiyyə nazirliyinin siqaret əlehinə olan sözləri yer almışdır.
İnsan yarandığı gündən onun beynində 14 milyard hüceyrə olur və onlar ölənə qədər genişlənmir. Lakin 25 yaşından sonra onlar azalmağa başlayır və gün ərzində 100 000 ölür. Sizin bir səhifə yazını oxumaq üçün ayırdığınız vaxt ərzində 70 hüceyrənin ölümü baş verir. 40 il sonra beyindəki deqradasiya prosesi qəflətən güclənir, 50 yaşdan sonra isə neyronlar yəni əsəb hüceyrələri quruyub kiçilir və beynin ölçüsü azalır.
Son 100 ildə dəniz səviyyəsi bütün dünyada il ərzində 1mm qalxmağa başlamışdır.
Kişilər 130, qadınlar isə 120 sm – dən kiçik olarasa cırtdan sayılır.
İnsan qanının tərkibində 80 000 gen var.
AİDS - ə qarşı mübarizə beynəlxalq səviyyədə hər il 1 dekabr qeyd olunur.
“Coca Cola” kompaniyasının binası Amerikanın Atlanta şəhərində yerləşir
İnsanın hər barmağı həyatı boyunca təxminən 25 milyon dəfə hərəkət edir.
Diş fırçası ilk dəfə 1938 – ci ildə meydana gəlmişdir. Lakin bizim dövrümüzdə istifadə olunan formaya düşməsi üçün uzun illər vaxt sərf olunmuşdur. Çünki Çində ilk bu formada olan fırçalar 1498 – ci ildə yaranmışdır.
Başın divara vurulması nəticəsində saatda 150 kalori itkisi baş verir.
Hər bir insana 1/20 saniyə vaxt lazımdır ki, o gördüyü hər hansı predmeti tezliklə ayırd edə bilsin.
Sarışınların saqqalları qarayanız insanlara nisbətən tez uzanır.
Nəticələr göstərir ki, hər gün evdən çıxıb işə gedərkən öz həyat yoldaşlarını öpən kişilərin işləri, öpməyənlərə nisbətən çox zəif inkişaf edir.
Güclü işıq düşməsindən insanlar görmə qabiliyyətini itirir və buna da “qar korluğu” deyilir.
Barmaqlarda olan dırnaqlar ayaqlardakına nisbətən 4 dəfə sürətlə böyüyür.
İnsanın həyatı boyu onun bədənindəki dərisi 1000 dəfə dəyişikliyə uğrayır.
İnsanın gülməsi nəticəsində 17 əzələsi işləyir.
İnsan beyni gün ərzində işıq impulslarından çox rəqs edir, bu da bütün dünya telefonlarının birlikdə etdiyi hərəkətdən çoxdur.
Mavi gözlərə sahib olan şəxslər ağrını digərlərinə nisbətən daha tez hiss edirlər.
İlk dəfə olaraq reklam 1477 – ci ildə İngiltərədə çap edilmişdir.
Bir damla neft 25 litr suyu yararsız vəziyyətə sala bilir.
İnsan gözü 10 000 000 rəngi seçmək qabiliyyətinə malikdir.
Nil iki dəfə - IX və XI əsrlərdə donmuşdur.
Açıq gözlərlə asqırmaq mümkün deyil.
Napalyon 2000 sözü bir dəqiqəyə oxuya bilirdi, bu da təxminən 12 000 hərfi özündə birləşdirir. Balzak isə 200 səhifədən ibarət olan romanı yarım saata bitirə bilirdi.
Qadınlar kişilərlə müqayisədə 2 dəfə artıq gözlərini qırpırlar.
Yaşa dolmuş şəxsin bədənində 75 km sinir vardır.
İnsanın ağzında 40 000 artıq bakteriya vardır.
Böyük Britaniya adalarında əvvəllər insanların toy mərasiminə diş protezləri hədiyyə olunurdu. Hətta gənc yaşlarından insanlar dişlərini çıxardaraq onlardan istifadə etməyə üstünlük verirdilər.[
-
11-19-2009, 02:31 AM #2
-
11-19-2009, 02:52 AM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 1.955
Re: Maraqlı məlumatlar


-
11-19-2009, 10:35 AM #4
Re: Maraqlı məlumatlar
İnsanlar nə üçün içki qədəhlərini toqquşdurarlar?
Bu mövzuda iki ayrı şərh vardır. 1) İnsanların beş duyğusunu təmin məqsədiylə şərab qədəhini süfrədə çın səsiyə toqquşdurmaq. Şərabın rəngini görmə; diliylə dad bilmə; burunla iyləmə; əliylə toxunma, və çınk səsiylə eşitmə. Şərab bütün duyğuları təmin edər mənasını daşıyır. 2)Antik çağlarda bir insanın düşmənini yeməyə dəvət edib, ona zəhərli içki təqdim etməsi təbii sayılırdı. Ev sahibi içkinin zəhərsiz olduğunu sübut etmək üçün öz içkisini havaya qaldırar və qonağın içkisindən bir qurtumun öz qədəhinə tökülməsini istəyərdi. Sonra eyni anda içkilərini içərdilər. Qonaq belə vəziyyətdə ev sahibinə etibarını göstərmək üçün qədəhini ev sahibinin yuxarı qaldırdığı qədəhə yüngülcə vurar, çınk səsiylə içkini sınağa gərək olmadığını göstərərdi.
Çinlilər yeməklərini nə üçün çubuqla yeyərlər?
Çinlilərin yemək yemə vərdişlərinin yeməklərini çox kiçik parçalar halında yemələrindən çubuq istifadə etdikləri aydın olur. Çində köhnədən yalnız zənginlər masada oturardılar. Xalqın əksəriyyəti qabları əllərində yemək yeyərdilər. Bir əlləriylə qablarını tutar, o biri əlləriylə çubuq istifadə edərək yeyərdilər. Sürətlə artan əhali üzündən yemək çətinliyi çəkən çinlilər önlərindəki yeməyi kiçik parçalar halında çoxaldaraq yeyirdilər. O zamanlar ağac çətinliyi səbəbiylə də taxta istifadəsi məhdud idi. Masa istifadəsi buna görə çox çətin idi. Çubuqlar fil dişindən və sümükdən hazirlanırdı.
Məzara nə üçün çiçək qoyular?
İlk olaraq Misir Fironu Tutamkamonun miladdan əvvəl 1346 da öldüyündə məzarının çiçəkdən taclarla örtüldüyü müəyyən olunmuşdur. O zamanlarda bu çiçəklərin məqsədi yaxşı ruhları çəkmə, pis ruhları qovma məqsədiylə idi. Sonradan isə cəsədlər çürüyərkən çıxan qoxunu dəf etmə məqsədini daşıdı. Sərv ağacı da bu səbəblə qəbirstanlıqlarda istifadə edilər. Ağacın yarpaqlarının özunə məxsus bir qoxusu vardır.Və külək həmən qoxunu ətrafa ayayaraq pis qoxunun qarşısını alır.
Nə üçün gözyaşı tökərik?
Dünyadakı canlılardan yalnız insan ruhi səbəblərlə ağlar. İnsanı fərqli edən bu vəziyyət şübhəsiz həyat tarixindəki təkamülün bir nəticəsidir. Əslində gözlərimizə davamlı gözyaşı qoruma məqsədli olaraq ifraz olunmaqdadır. Lakin ağlama ruhi bir boşalmadır. Bu mövzunu ilk inceleyen Darvindir. Daha sonra edilən təcrübələr nəticəsi görüldü ki soğan doğrayarkən axan gözyaşlarının kimyəvi strukturları fərqlidir. Ruhi gözyaşları daha çox protein ifraz etməkdədir. Lakin hələ bu fərqin səbəbi açıqlana bilməmişdir.[
-
11-19-2009, 12:34 PM #5Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Maraqlı məlumatlar
Nəticələr göstərir ki, hər gün evdən çıxıb işə gedərkən öz həyat yoldaşlarını öpən kişilərin işləri, öpməyənlərə nisbətən çox zəif inkişaf edir.
bax bu xoşuma gelmedi
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
11-19-2009, 11:22 PM #6
Re: Maraqlı məlumatlar
Ailə həyat şedevrlərindən biridir.(Santayerin)
Ailə cəmiyyət özəyidir.(Onere de Balzak)
Mehriban ailə - vaxtından əvvəl cənnətə girişin açarıdır.(Baurinq)
Mehriban ər-arvadda – 2 ürək 1 iradə olur.(Servantes)
İstisiz ev- dağıdılmış qəbirdir və istisiz evdə mənə işıq verən lazım deyil.(M.Tursuqzadə)
Hər şey ağıl ilə qazanılır-hətta qələbə də
Heç nə özü-özündən yaranmır-gücsüz,iradəsiz,qurbansız,əməksiz...(A.İ.Ge rzek)
Bizim bildiyimiz məhduddur,amma bilmədiyimiz sərhədsizdir.(S.Apuley)
Ağıl-ürəyin işığıdır və ürəyi kədərlərdən azad edir(N.N)
Daha geniş mənada demək olar ki,həyatımızın əvvəlki 40 ili onun mətnini,sonrakı 30 ili isə həmin mətnin şərhini təşkil edir.(A.Şopenhaur)
Nəyimiz varsa özgənindir ,bircə zaman bizimdir.(Seneka)
Biz niyəsə ancaq zamanımız az qalanda onun dəyərini anlayırıq.(L.Tolstoy)
Sən özün dəqiqəyə etibar edə bilmirsən-bəs onda niye saatını boşa keçirisən?.(L.Feyxtvanger)
Əgər dünyada ağıllıar hökmranlıq etsəydi,onda heçnə baş verməzdi.(A.İ.Gerzek)
Güclü olmaq yaxşıdır , amma ağıllı olmaq iki qat yaxşıdır.(İ.A.Krilov)
Ağıllılara yol verin,qaranlığın qapısını örtsünlər.(A.S.Puşkin)
İnsan ömrü boyu öyrənməlidir.(S.V.Rəhməninov)
Qeyri adi insanlar bir işi başlaya bilər,amma işi qurtarmaq üçün səbirli əmək lazımdır.(Xoras Mann)
İnsan varlı və kasıbdır maliyyətinə görə deyil, mənəviyyatına görə (Genri Biçer)
Şirin dil-əla silahdır.(Tomas Fuller)
İnsan yaddaşı-möhtəşəm kəşfdir.(Arnold Şveyq)
Həyat –insanların ən çox əldə saxlamaq istədiyi , amma ən az qoruduğudur.(J.Labryuyer)[
-
12-17-2009, 12:48 AM #7Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Maraqlı məlumatlar
umumilikde hamisinin
-
12-17-2009, 10:44 AM #8
Re: Maraqlı məlumatlar
Damla1 Nickli Üyeden Alıntı
-
12-17-2009, 10:49 AM #9
Re: Maraqlı məlumatlar
Ağıllılara yol verin,qaranlığın qapısını örtsünlər.(A.S.Puşkin)
İnsan ömrü boyu öyrənməlidir.(S.V.Rəhməninov)
Qeyri adi insanlar bir işi başlaya bilər,amma işi qurtarmaq üçün səbirli əmək lazımdır.(Xoras Mann)
İnsan varlı və kasıbdır maliyyətinə görə deyil, mənəviyyatına görə (Genri Biçer)
Şirin dil-əla silahdır.(Tomas Fuller)
İnsan yaddaşı-möhtəşəm kəşfdir.(Arnold Şveyq)
Həyat –insanların ən çox əldə saxlamaq istədiyi , amma ən az qoruduğudur.(J.Labryuyer)
tsk
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
12-17-2009, 10:51 AM #10Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Maraqlı məlumatlar
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla

Yer imleri