Əsas məzmuna keç
7 sonuçtan 1 ile 7 arası

Cabir Novruz - Kaş Millətdə Ruh Yaşasın

  1. #1
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Cabir Novruz - Kaş Millətdə Ruh Yaşasın

    Cabir Novruz - Kaş Millətdə Ruh Yaşasın

    [youtube1wkjjr8]http://www.youtube.com/watch?v=yrfWvt1T9dU[/youtube1wkjjr8]
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  2. #2
    Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    89

    Re: Cabir Novruz - Kaş Millətdə Ruh Yaşasın

    Milletde ruh yasayir! Ona göre ki, Cabir Novruz var, Sizler varsiniz, men varam, men Aserbaycanli xanim dünyanin bu biri basinda Berlin seherinde oturub her gün seve-seve hemyerlilerimin yazilarini oxuyur, maraqli meslehetlerinizle faydalaniram.
    Ve her defesinde de bir az düsünürem ki, gör ne qeder men bexteverem ki, menim Aserbaycan dünya göseli vetenim var. O, o qeder göseldir ki, basina bu qeder belalar gelir. Men Avropada bütün imkanlara baxmayaraq, yasaya bilmedim burada, insallah 2010-cu ilin ortalarinda Vetenime olan hedsis derecede esqim, sevgim, ruhum, ailem, torpaqim, suyum meni böyük bir qüvve ile geriye getirir. Size minnetdaram! 5 deqiqe bundan qabaq Cabir Novruzun ,,Kas milletde ruh yasasin,, serini dinledim.
    Neler hiss etdiyimi bir Allah bilir.

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Cabir Novruz - Kaş Millətdə Ruh Yaşasın

    Cabir Novruz

    Gündə bu saqqallı qağa,
    Qazdı-qazdı şer deyir.
    Başında bir lotu papaq,
    Qumarbazdı şer deyir.
    ***
    Ağzına nə gəlir yazır,
    Yoxdu bir fərli misrası.
    Şikayət, donos ustası,
    Ərzəbazdı, şer deyir.
    ***
    Sənət yaranır qüdrətdən,
    Bu sözü salıb hörmtdən.
    Tamada olur sünnətdə,
    Toyda, yasda şer deyir.
    ***
    Bir hektarlıq qulağı var,
    Yekə, qalın dodağı var.
    Qaytağı oynamağı var,
    Kəndirbazdı, şer deyir.
    ***
    Qafiyələr köhnə, cındır,
    Məna yoxdur, ha baş sındır.
    İy də qanmır, zalım-sındıq,
    İyli, paslı şer deyir.
    ***
    Başına salan yox nota,
    Gəl, indi ağzını axtar,
    Coşur hər bir yığıncaqda,
    Hər iclasda şer deyir.
    ***
    Ayağın altın görməyir,
    Əriyib, itib ölməyir,
    Üç kəlmə rusca bilməyir,
    Hətta rusca şer deyir.
    ***
    Adı əyil oğlu əyil,
    Rütbəli gördü, baş əyir.
    Hər qulluğa, vəzifəyə,
    Hər cür posta şer deyir.
    ***
    Heç lazım olmayan yerdə,
    Ağzın açır hərzə-hərzə.
    Məsciddə, minbərdə, pirdə,
    Qüsl-namazda şer deyir.
    ***
    Adam baxır, od götürür,
    Kütlə ağlını itirib,
    Füzuli, Sabir yetirən,
    Xalq da ona şair deyir.
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Cabir Novruz - Kaş Millətdə Ruh Yaşasın

    Əlac gərək, bu millətə əlac, əlac – “Cabir Novruz”


    Bu millətin böyüyü ac, uşağı ac,
    Ceyranı ac, cüyürü ac, ulağı ac.
    Balıqları sahillərdən uzaq düşüb,
    Zəmisinə sovka dolub, alaq düşüb.
    Şairləri dərd əlindən taxta olub,
    Bu millətin bəs haçan tox vaxtı olub?!
    Varlısının cibi dolu, mürvəti ac,
    Kim saxlayır bəs bu boyda milləti ac.
    Böyükləri mənsəb acı, rütbə acı,
    Kiçikləri saqqız satır, dükan açıb.
    Mollaları ehsan yeyib dönür paza,
    Alimləri çöpə dönüb yaza-yaza.
    Kasıblıqdır yar-yoldaşı, can-ciyəri,
    Kəmərini hər gün sıxır rəncibəri.
    Fəhlələri söz yeyirlər yağ yerinə,
    Ac oğrular darışıblar bağ yerinə.
    Bu millətin acı da ac, toxu da ac,
    Həyatda ac, qəbrdə ac, yuxuda ac.
    Bəs bu boyda sərvətləri hara axır?!
    Bu millətin başçıları hara baxır?!
    Oğulları neçin belə zavallıdır,
    Gələcəyi qorxuludur, suallıdır.
    O taydakı qardaşları, bacıları,
    Dözür hər cür təhqirlərə, acılara,
    Qədim Bakı Təbrizə ac, ulu Gəncə
    Dərbəndə ac.
    Həm ağa, şah, həm bəndə ac.
    Cərrah qardaş, bıçaq götür
    qarnını aç.
    Falçı bacı sən də onun falını aç,
    Görək haçan tox olacaq qarnı onun,
    Bəlkə elə qarğıyıbdır Tanrı onu,
    Bəlkə elə fələk özü can evini
    bərbad edib.
    Hadilər millət deyə, çörək deyə
    fəryad edib.
    Bu millətin sərvəti çox, ruzusu az,
    Ölüsü çox, dirisi az…
    Çobanı ac, inəyi ac, sürüsü ac,
    Torpaqları para-para, oyuq-oyuq.
    Vətəni var, vətəndaşlıq qeyrəti yox,
    vətəndaşlıq sərvəti yox.
    Məscidi ac, türbəsi ac, mehrabı ac,
    Allah, özün üzümüzə bir qapı aç…
    Cənnət-cənnət yerləri var, iqlimi var,
    Belə yerdə ac qalanın ağlımı var?!
    Minlər ilə yurd-yuvasız qaçqını ac,
    Gör nə sayda vətən-torpaq məcnunu ac…
    Otuz milyon o sahildə ruh acıdır,
    dil acıdır,
    Bu millətin təkcə birlik əlacıdır.
    Birləşməsə ac qalacaq ömrü boyu,
    Birləşməsə rəzil olub alçalacaq ömrü boyu.

    1993
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  5. #5
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Cabir Novruz - Kaş Millətdə Ruh Yaşasın

    Yaxşılıqla məhv edirəm pislikləri… – “Cabir Novruz”

    Yaxşılıqla məhv edirəm pislikləri,
    Yaxşılıqla çox dərdləri sağaldıram.
    Mənə durub bir yamandıq edən kəsin,
    Qabağına yüz yaxşılıq çıxardıram.
    Çıxardıram o qanmazı qandırmağa,
    Xeyirxahlıq işığında mənliyini yandırmağa…
    Tuşlayıram yaxşılığı sinəsinə, kürəyinə,
    Ovçu kimi tuşlayıram…
    Yaxşılığın xeyirxahlıq işığında,
    Varlığını göstərməyə başlayıram…
    Söyləyirəm şax üzünə,
    Nə durmusan, bax özünə…
    Bəlkə elə deyirsiniz bu xasiyyət günahımdır,
    Yox, yox mənim yaxşılığım ən xilaskar silahımdır.
    Ən xeyirxah pisliyimdir,
    İlk baxışda düz omayan düzlüyümdür…
    Bəlkə elə deyirsiniz, axı belə olmaz balam,
    Bəlkə elə deyirsiniz, qorxacağam, liberalam,
    Yox, yox mənim yaxşılığım,
    Mənim nizəm, mənim oxum,
    Raketlərim, bombalarım,
    Axı yaşamışlar babalarım…
    Dünya qəlbli o kişilər,
    Yamanlığa yaxşılıq et, söyləyiblər…
    Əsillidir, nəsillidir – yaxşılığım,
    Qılıncdan da kəsərlidir – yaxşılığım…
    Alçaqların qənimidir – yaxşılığım,Düşmənə də səmimidir – yaxşılığım…
    Yer üzündə xeyirxahlıq toxumu tək əsəcəyəm,
    Yaxşılıqla pisliklərin mən kökünü kəsəcəyəm…
    Yaxşılığım yaxşılara sədaqətim,
    Yaxşılığım insanların pisinə də
    Mənim insan məhəbbətim,
    Mənim insan küdurətim…
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  6. #6
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Cabir Novruz - Kaş Millətdə Ruh Yaşasın

    Sizler sagolun ki Vetene bele hormetiniz var. Mende her seferinde tez tez dinleyirem bu seeri!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  7. #7
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika United States
    Mesajlar
    2.811

    Re: Cabir Novruz - Kaş Millətdə Ruh Yaşasın

    Tsk sağol

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.