cox gozel cox deyerli sozlerdi .cox saq ol yazdiqlarin ucun ,mene sus demeyibler ,men sus ozum ozume defelernen deyirem , can ,seni yandiran ne varsa bir gun gelecek onun da ureyini yandiracaqlar .
,sən onun üçün özündən dəyərli olmadığın halda sən nəinki özünü hətta xəyallarını da ona qurban verirsən...
Yalana,xəyanətə,insafsızlığa, dinsizliyə bəlkə də dözmək olar...Amma yalan “ağ” olanda,xəyanət “şəffaf” olanda,insafsızlıq “qırmızı”olanda,dinsizlik “yaşıl”olanda...Bax onda həyat “qara” olmur...”Qapqara”olur....Bu anda rənglərin dərəcəsi “adi” olmur.”Üstünlük” olur....
![]()
![]()
4 sonuçtan 1 ile 4 arası
-
11-06-2009, 06:43 PM #1Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Düşünərək ki,düşünməmək daha gərəklidir düşündüklərinin yanı

Susduq...
Danışacağımız zaman itirməkdən qorxduq....Çünki hər fikir bizdən nələrisə aldı.Hər dilə gətirdiyimiz xəyal var olan nəyisə söküb aldı həyatımızdan.Bu çoxumuzda olub.İtirməmək xatirinə susmuşuq.
Düşünmədən ki,əldə saxlamağa çalışdığımız nə qədər layiqdir hisslərimizi,düşüncələrimizi boğmağa...
Düşünmədən ki,sən onun üçün özündən dəyərli olmadığın halda sən nəinki özünü hətta xəyallarını da ona qurban verirsən...
Düşünmədən ki,sənin dəniz suyu qədər qarışıq tərkibli ruhunu o elə bulandırıb ki,heç səni illərdir tanıyanlar dibini görə bilmir demək istədiklərinin....
Əksinə...Düşünərək ki,mən güclüyəm...
Düşünərək ki,mən borcluyam...
Düşünərək ki,düşünməmək daha gərəklidir düşündüklərinin yanında ....

Susduq....
Sonu görünməyən,dərin bir sükut içində hıçqıraraq....Bu hıçqırtı nədəndir?Səbəbi?Bəlkə qorxudan...Bəlkə hörmətdən...Bəlkə də artıq imkansızcasına axınına qoşulmalı olduğun bir seldən qurtulmağın mümkünsüzlüyünü anlayaraq və ətrafdakılara bunu hiss etdirməkdən çəkindiyin üçün....Hıçqırtı ilə...Əslində sən var gücünlə qışqırmalı idin”Mən artıq bacarmıram!!!Bu mənim yolum deyil axı!!!”
Mən dözərəm isladan yağışa da ,donduran qara da,yandıran günəşə də,darmadağın edən küləyə də...Amma hərəsinə öz fəsilində,özünə aid olan yerində........
Yoxsa qışda günəşə,yayda qara yox !!!!!!!! Hər şey öz yerində gözəldir çünki....

Yalana,xəyanətə,insafsızlığa, dinsizliyə bəlkə də dözmək olar...Amma yalan “ağ” olanda,xəyanət “şəffaf” olanda,insafsızlıq “qırmızı”olanda,dinsizlik “yaşıl”olanda...Bax onda həyat “qara” olmur...”Qapqara”olur....Bu anda rənglərin dərəcəsi “adi” olmur.”Üstünlük” olur....
Bu anda susmağı bacarmaq ən çətinidir,dəhşətlisidir mövcudiyyətin...
Amma mən susdum...Bu ən yaxşısıdır bu gün üçün...yenə də....
İndi də susuram....
Çünki onsuzda çox az insan oxuyacaq bunları...
Amma oxusanız çox şeyi özünüzdə və həyatınızda kəşf edə bilərsiniz....
“Sus!!!”
3 nida ilə işlənən başqa hansı sözlər eşitmisiniz və ya özünüz özünüzə əmr etmisiniz???...

-
11-06-2009, 07:06 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Düşünərək ki,düşünməmək daha gərəklidir düşündüklərinin yanı
-
11-06-2009, 07:08 PM #3Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Re: Düşünərək ki,düşünməmək daha gərəklidir düşündüklərinin yanı
mövzunun tam adı sığmadı,başlık beledir-Düşünərək ki,düşünməmək daha gərəklidir düşündüklərinin yanında ....

-
11-06-2009, 07:12 PM #4Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Düşünərək ki,düşünməmək daha gərəklidir düşündüklərinin yanı
suzi333 Nickli Üyeden Alıntı
düşünməmək daha gərəklidir düşündüklərinin yanında ....
esil heqiqet ele budur


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri