da denen buna gore ariqlaya bilmirsende.![]()
5 sonuçtan 1 ile 5 arası
-
11-02-2009, 05:37 AM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 1.955
Balıq ləvəngi.

Lənkəranın balıq ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl nümunələrindəndir. Ən ləzzətli ləvəngi yalnız Xəzər dənizində tapılan kütüm balığından bişirilir. Ləvənginin tərkibini qoz ləpəsi, soğan, lavaşana, duz və istiot təşkil edir. Yeməyin hazırlanması heç də çətin deyil -əsası odur ki, təzə balıqdan istifadə edəsiniz. Əgər balığın kürüsü varsa, onu atmayın. Ondan da çox ləzzətli ləvəngi içi hazırlamaq olar. Kürünü qoz və digər ərzaqlara əlavə edib qarışdırın. Qozun miqdarını bir az azaldın.
Ləvəngi balığın yanında süfrəyə bütün balıq yeməklərində olduğu kimi, mütləq narşərab verilir.
1 ədəd iri kütüm
1 ədəd iri baş soğan
1 ½ stəkan qoz ləpəsi
2 xörək qaşığı palçıq turşu + üstünə və içinə sürtmək üçün (lavaşana da istifadə edə bilərsiniz: bunun üçün lavaşananı isti suda yumuşalana qədər həll edin)
zövqə görə duz
zövqə görə istiot
1. Balığın pulcuqlarını təmizləyin, içalatını çıxardın. Sonra isə balığı yuyun və yaxşıca qurulayın. İçini və üstünü duzlayıb istiotlayın.
2. Ləvəngi içini hazırlayın. Soğanı ət maşınından keçirin. Tənzifə qoyun və suyunu yaxşıca sıxın. Qozu da maşından keçirin. Bir qabda soğanı, qozu, palçıq turşunu, və zövqə görə duz-istiotu qarışdırın.

3. Sobanı 180˚C-dək qızdırın.
4. Balığın içinə və üstünə palçıq turşu sürtün. İçini ləvəngi içiylə doldurun. Balığı mətbəx ipiylə tikin və yaxud kokteyl çubuğuyla (cocktail stick) bərkidin.

5. Balığı soba listinə qoyub qızdırılmış sobada üstü qızarana və içi bişənədək (təxminən 45 dəqiqə ərzində ) bişirin.

6. Yanında narşarabla süfrəyə verin.
Nuş Olsun!!!


-
12-24-2009, 02:18 AM #2
Re: Balıq ləvəngi.
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
12-24-2009, 02:26 AM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 1.955
Re: Balıq ləvəngi.
[quote="GLAMOURKA"]da denen buna gore ariqlaya bilmirsende.

agren alem adimi forumda batirdin ta her movzuda kilomdan yazirsan ayiblixdi 170 kilo olmax hii?


-
12-24-2009, 10:08 AM #4Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Balıq ləvəngi.
Levengini cox sevirem ama baliqda yeyende sümükler meni esebleşdirir
Toyuq olsun qoy asan ye getsin. Sümük yenek ehtimalında 0
teşekürler
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
12-24-2009, 08:47 PM #5
Re: Balıq ləvəngi.
hanı menim eminim ? hanı menim talışım ???


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri