Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

əl-QİYAMƏ surəsi. (oxuyun və qorxun)

  1. #1
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    əl-QİYAMƏ surəsi. (oxuyun və qorxun)

    1.And içirəm qiyamət gününə;
    2.And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)
    3.Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!
    4.Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!
    5.Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.
    6.Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar.
    7.Göz (heyrətdən) bərələcəyi;
    8.Ay tutulacağı;
    9.Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman -
    10.Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir.
    11.Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!
    12.O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!
    13.O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir!
    14.Doğrusu, insan özü-özünə şahiddir!
    15.O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!
    16.(Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!)
    17.Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.
    18.Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.
    19.Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!
    20.Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.
    21.Axirəti isə tərk edirsiniz.
    22.O gün neçə-neçə üzlər sevinib güləcək
    23.Öz Rəbbinə baxacaqdır!
    24.O gün neçə-neçə üzlər tutulub qaralacaq,
    25.(Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!
    26.Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi,
    27.“(Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi,
    28.(Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı,
    29.Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,
    30.Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!
    31.Beləliklə, o (kafir Əbu Cəhl) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.
    32.Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi.
    33.Sonra da özünü darta-darta ailəsinin yanına getdi.
    34.Vay sənin halına, vay!
    35.Yenə də vay sənin halına, vay!
    36.Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!
    37.Məgər o tökülən bir qətrə nütfə deyildimi?!
    38.Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı).
    39.Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı.
    40.Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: əl-QİYAMƏ surəsi. (oxuyun və qorxun)

    bildiyim bir sey var ki , her bir indan etdiklerine gore mutleq ve mutleq cavab verecek ,bed emelli insanlar oz gunahlarini hec ne ile yuya bilmeyecekler ,yaxsi emeli insanlar ,beleleri de mutleq ve mutleq xos gune catacaqlar ,beleleri ne bu , o biri dunyadan bele qorxmamamalidirlar

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    527

    Re: əl-QİYAMƏ surəsi. (oxuyun və qorxun)

    Kimin gunahi yoxdu osexs bexteverdi

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.